Bu məqalə 1977-ci ildən 1981-ci ilədək ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə baş məsləhətçisi vəzifəsində işləmiş alim, Zbiqnev Bjezinskinin gələn ilin qışında çap olunacaq "Strateji Baxış: Amerika və Qlobal gücün böhranı” adlı kitabdan götürülmüş bir başlığın kiçildilmiş hissədir.
Yeni
məqalə "Qərbin
Sosial Dövlətlərində Problemlər: Miqrantlar və Avropa Cəmiyyəti"
adlanır. Məqalədə Avropanın Sosial dövlətlərinin həyata keçirdikləri
siyasət nəticəsində qarşılaşdıqları problemlər haqqında və İslam
amilinin Avropada yaranmasının səbəblərindən biri açıqlanır.
Bu kiçik Giriş Qadağandır----"Vikiliks” adlı məqaləmizdə
dünyada səs salan bir informasiya resurs mərkəzi ilə tanışlıq verilir.
Vikiliks niyə yaradılıb? nələr edib və nələr edəcəkdir? Vikiliksin
dərclərinə ölkəmizin mövqeyi və münasibəti necə olmalıdır? bütün bu
suallara cavab verilib.
Avropa Birliyi gələcəkdə Türk Birliyi üçün nümunə
kimi: Analitik baxış
Bu məqalədə Avropa birliyinin yaranması səbəbləri müəyyən olunmuş və daha sonra onun yaranması zamanı əldə olunan təcrübədən həqiqətənmi Türk Birliyinin yaradılmasında istifadə olunması araşdırılmışdır.
"SSRİ-nin Dağılmasının Səbəbləri" adlı məqaləmizdə SSRİ-nin dağılmasının səbəblərin göstərmək üçün müxtəlif yanaşmalar verilmişdir. Bu yanaşmalar içində "İmperiya Taleyi" "İqtisadi Gerilik" "Zor gücünə yaranma" "İdeoloji dövlət" "Geopolitik Proqramlaşdırma" "Qloballaşmanın Zərbəsi" adlı yanaşmalardan istifadə olunmuşdur.
"AFR-in xarici siyasətində RF-ə münasibətdə 3 geopolitik yanaşma"
adlı məqaləmizdə Almaniya və RF arasında münasibətlərin qısa geopolitik analizidir. Məqalə münasibətlərin hansı səviyyədə olduğunu analiz etməyə və hansı istiqamətlərdə ola biləcəyini anlamağa imkan verir.
Məqalədə Ukraynanın Avropanın geosiyasi məkanında tutduğu yerə aydınlıq gətirilir. Ukraynaya müstəqillik qazandıqdan sonra təklif olunan iki geosiyasi konsepsiay və bu konsepsiyaların onun bir dövlət olaraq inkişafına necə təsir edəcəyi acıqlanmışdır.
Daha sonra Ukraynanın təbii zənginliyinin onun Avropadakı geosiyasi mövqeyinə təsiri açıalanmış və geosiaysi landşaftın Ukraynaya geosiyasi təsiri göstərilmişdir.
Məqalədə qeyd olunur ki, demokrat-liberalların dediyi kimi dünyada demokratiyanın yayılması ilə müharibələrin azalması fikri heç də özün doğrultmur. Məqalənin müəllifi göstərir ki, müasir dövrdə dövlətlərarası münasibətlərin öyrənilməsində yeganə və ən düz nəzəri istiqamət Hans Morqentaunun Milli Maraqlar nəzəriyyəsidir.
Bu məqalədə yazıçı tolerantlığın əhəmiyyəti və onun demokratik cəmiyyətdə rolunu araşdırır. Məqalədə qeyd olunur ki, Tolerantlıq da azadlıq və bərabərlik prinsipləri kimi liberal cəmiyyətin fundamental ayrılmaz prinsipidir.
Tolerantlıq- sadəcə hüquqların tanınması və qəbul olunması deyil, həm də bu hüquqlardan lazımi situasiyalarda istifadə olunması deməkdir.
Məqalədə yazıçı faktlara əsaslanaraq göstərir ki, hazırki dövrdə biz cinsindən, dinindən, irqindən asılı olmayaraq cəmiyyətdə bərabərliyə daha yaxınıq nəinki əvvəllər.
Məqalədə İran Və NATO-nun Cənubi Qafqazda hərbi-siyasi maraqları öyrənilir. Burada həmçinin Azərbaycanın, Gürcüstanın, Ermənistanın siyasi, iqtisadi, hərbi, milli təhlükəsizlik siyasətinə aid məsələlər də öz əksin tapmışdır.
NATO-nun Azərbaycana, Gürcüstana, Ermənistana istiqamətdə yönəltdiyi bərabər münasibət siyasəti göstərilir. Eyni zamanda NATO-nun Cənubi Qafqaz ölkələri arasında münaqişəsiz mühit yaratmağa və münaqişəərin yaranmasının qarşısını almaq istiqamətində fəaliyyəti açıqlanır. İranın Cənubi Qafqaz siyasətini ancaq sırf Tehran maraqlarına uyğun həyata keçirməsi. Tehran üçün Cənubi Qafqazın əhəmiyyəti belə vurğulanır ki, Cənubi Qafqaz İran üçün həm keçmiş sovet ölkələrinə qapı həm də avrop ölkələrinə bir yoldur.
Məqalədə bildirilir ki, Azərbaycan Respublikası beynəlxalq Arenada öz mövqeyin möhkəmləndirir. Bu tendensiya ümummilli lider olan Heydər Əliyevin davamçısı İlham Əliyevin siyasətinin nəticəsi kimi qeyd olunur. Ən vacib olaraq o qeyd olunur ki, neft siyasətinin uğurlu aparılması respublikanın kənd təsərrüfatının inkişaf etməsinə də təkan verir.
Məqalədə təhlükəsizliyin səviyyələri sayılan milli və qlobal təhlükəsizliyin anlayışları verilir. Tədqiqatçıların problemə münasibətləri müəyyən olunur. Qlobal təhlükəsizliyin təmin olunması milli təhlükəsizliyin təmin olunmasının yüksək səviyyəsi kimi dəyərləndirilir. Qlobal təhlükəsizliyin təmin olunmasının əsas istiqamətləri təhlil olunur. Qlobal mexanizmlərin strukturu açıqlanır. BMT orqanlarının qlobal təhlükəsizliyin təminatı sahəsində funksiya və fəaliyyətləri araşdırılır. Qlobal təhlükəsizliyin təminat mexanizminin beynəlxalq hüquqi normativ bazası şərh olunur.
Məmməd Əmin Rəsulzadənin 1953-cü il 28 may tarixində "Amerikanın SƏsi" RAdiosundakı çıxışının tam mətni. Bütün Azərbaycanlılar və ümumiyyətlə Türk dünyası üçün əvəzsiz olaraq xidmət göstərən və həyatını xalqına həsr edən bir vətənpərvər və görkəmli bir ideoloq-siyasətçinin bu çıxışını bilmək məncə hər birimizin borcudur.
Məqalədə Osmanlı dövründə Erməni Məsələsi araşdırılmış və Osmanlı dövlətinin tərkibində ermənilərə verilən hüquqlar və cəmiyyətdə ermənilərə verilən güzəştlər və erməni məsələsinin mahiyyəti haqqında danışılmış. Erməni ifrat milliyətçilərin pozucu əməlləri də işıqlandırılmışdır.
Məqalə bu dövrdə aktual olan mövzu Kosova problemi və onun Dağlıq Qarabağ münaqişəsinə presidentlik məsələsinə həsr edilmişdir. Məqalədə ilk öncə Balkan yarmadasının geosiyasi əhəmiyyətindən və Avropa dövlətləri ilə yanaşı ABŞ və Rusiyanın burada olan maraqları işıqlandırılmışdır. Beynəlxalq Balkan Komissiyasının “Avropa gələcəyində Balkanlar” hesabatı haqqında məlumat verilmiş. Hər iki münaqişənin fərqli xüsusiyyətləri aşkar edilərək məqalədə öz əksin tapmışdır. Müəllif Kosovo məsələsinin Qarabağ münaqişəsinə president ola bilməcəyin açıq-aşkar bildirmişdir.
Bu məqalədə XX əsrin ortalarına kimi aktual olan "Yalnızçılıq" strategiyasından bəhs olunur. Yalnızçılıq strategiyasının tədbiq olunması qaydaları haqqında geniş məlumat verilib. Həmçinin ABŞ, SSRİ, Yaponiya kimi dövlətlərin xarici siyasətində bu strategiyanın tədbiq olunması haqqında və onlar üçün bunun nəticəsi haqqında da ətraflı bəhs olunub.
Məqalədə Rusiya Federasiyasının Avropadakı dövlət maraqlarından bəhs edilir. Müəllif Rusiya Federasiyanın Avropadakı xarici siyasəti haqqında yazmış. Bu məqalədə Rusiya kimi böyük Avropa dövlətinə təsir edən xarici amillər və bu amillərdən doğan problemləri göstərilmişdir. Həmçinin Rusiyanın xarici siyasətindəki “Stabilləşdirmə siyasəti”, “Təhlükəsiz və Nəzarətdə olan Asiya” siyasətindən də bəhs etmişdir. Məqalənin müəllifi Rusiya Federasiyasının “Mehriban qonşuluq siyasətinə” buraxdığı səflərini də qeyd etməyi unutmamışdır. Onu da qeyd etmək lazımdır ki, bu müəllifin şəxsi mövqeyidir.
Məqalədə ABŞ və Türkiyənin münasibətlərindən və Türk Etnosunun geopolitik dünyadakı birləşmə tendensiyasına ABŞ-ın münasibətindən danışılır. Yetərincə maraqlı məqalədir. Oxumağınız məsləhət görülür.
Məqalə çox gözəl yazılmışdır. Bir gəncin belə düşüncə sahibi olması doğurdan da çox yaxşı haldır. Məqalənin sahibi burada Türklərin beynəlxalq aləmdəki birliyinin onlara nə verəcəyini izah edir həmçinin Z.Bjezinskinin “Böyük Şahmat Lövhəsi” əsərinə də müraciət etmişdir. Daha sonra isə Fransız tarixçisi Leon Kahunun (Cahun) “Asiya tarixinə giriş: Türklər və Monqollar” adlı əsərinə də müraciət etmişdir gözəl və aydın yazılmış məqalədə məncə maraqlı informasiyalar çoxdur. Yazıçı Türk birliyini həm siyasi həm də geopolitik əhəmiyyətin izah etmişdir.Yazıcı həm siyasi həm tarixi yanaşma götürərək maraqlı nəticə irəli sürmüş.