Sizin Milli İntellektual Məkan
Четверг, 08.10.2026, 20:44
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Beynelxalq Senedler. [1] Siyasi [25] Dini [3]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 626

Главная » Статьи » Maraqlı. » Siyasi

Giriş Qadağandır----“Vikiliks”



Giriş Qadağandır----"Vikiliks”

 

Bir zamanlar Dünya Mediasında böyük BUM oldu. ABŞ kimi nəhəng "Ədalət carçısı” və beynəlxalq təhlükəsizliyi qoruyan bir dövlətin "hərbi cinayətləri” üzə çıxdı və ABŞ rəsmiləri buna çox kəskin reaksiya verdi. Həqiqətənmi buna və baş verənlərə inanmaq olar? 

Cavab olaraq deyərdim ki, böyük bir provakasiyadır. Əslində bütün əlamətlər görsənir. Provakasiya kimə qarşıdır? Əlbəttə ki, ABŞ-a qarşı deyil. Bu ABŞ-ın maraqlarına zidd gedən dövlətlərə qarşı və ya hər hansı bir məkana qarşı yönəlmiş bir İNFORMASİYA ZƏRBƏSİDİR.

Əslində Vikiliks sadə bir proyektdir ki, bir neçə mərhələdən keçmişdir:

Birinci mərhələ: Müstəqil informasiya məkanının yaradılması və inkişafı.
Vİkiliks dünyada ilk dəfə "Əfqan müharibəsi" materialları ilə səs saldı. Nəticə nə oldu ki? nə Əfqanıstanda müharibə dayandı nə də talibanlarla əlaqəsi olan Pakistan kəşfiyyatının nümayəndələri tutuldu. Əksinə hər şey əvvəlki kimi davam etdi-Əfqan sivillərinin yaşadığı evlər bombalandı, Əfqan çölləri narkotik plantasiyalarına çevrildi. Amma nədənsə Vikiliks ABŞ hərbiçilərinin narkobaronlarla işlədiyini heç kimə deməmişdi. Bəs necə oldu axı "ədalətli" Vikiliks?

Daha sonra Vikiliks İraq müharibəsin "üzə çıxardı”. Kiçik bir hərbi cinayəti elədilər dövlət sirri və ölənlərin sayının 125-130 adam arası olduğun bildirdi və bununla görkəm yarandı ki, Vikiliks ədalətli informasiyaları ilə hətta ABŞ kimi nəhəngi də sıradan çıxarır. Əslində isə müxtəlif ölkələrin mənbələri çoxdan İraq müharibəsində itkilərin sayın elan etmişdi.Belə ki, İsrail və Fransanın mətbu orqanları bildiridi ki, İraqda 6 il ərzində ölənlərin sayı 1 miliyon insandan artıqdır. Böyük Britaniyanın müstəqil analitik mərkəzləri isə öz hesabatlarında bildirmişdilər ki, hər ilə İraqda ölənlərin sayı 600 min insan civarındadır. Bu da bizim Vİkiliks saytımız…..120 min insanı öldürdü amma gör necə yüz min insanı diriltdi.

İkinci mərhələ: Vikiliks saytını qurban kimi göstərmək.

Bu mərhələdə Vİkiliks dövlət tərəfindən təqib olunan informasiya resursu kimi göstərilir və maddi baxımdan da əziyyət çəkən bir resurs kimi göstərilir. "Azadlıq və Ədalət Qalası” adın qazanan saytın hesabına qəfildən miliyon dollarla pul keçirilir və yeni informasiyalar daxil olur. İnformasiya resursunun sahibi isə artıq Tok Show qəhrəmanları kimi formalaşır. Artıq Bütün dünya "Vikiliks=Ədalət” termini ilə razılaşır və bu VİKİLİKSİ ARTIQ TƏHLÜKƏLİ PROPOQANDA silahına çevrilir. 

Üçüncü mərhələ: Vikiliks hədəfləri vurur.

Sonuncu mərhələdə artıq hamının etibar etdiyi Vİkiliks hədəfləri vurur və onları sıradan çıxarır. ABŞ-ın İqtisadi və Sİyasi gücünə qarşı duran hər  bir dövləti və ya qurumu məhv etməyə və onun nüfuzunu salmağa istiqamətlənir. Dövlətlərin daxilində çaxnaşma və cevriliş yaradacaq gücdə bir informasiya resurs mərkəzi artıq real təhlükə törədir.

Bu yaxınlarda Azərbaycana aid Vikiliks saytında "dəyərli” məlumatlar yerləşdirilmişdi. Birinci reaksiya verən isə elə bizim "milli mənafeyimizi sevən və onu qorumaq üçün dövlətdə təmsil olunmaq istəyən” müxalifətimiz oldu. Mən bir kəlmə də olsun bizim siyasi məkana qoşulmaq istəməzdim amma ki, onu deyə bilərəm ki, xaricdən əgər ölkənin adını ləkələyəcək bir informasiya daxil olursa buna müxalifətli və iqtidarlı hamı bir mövqedən cavab verməlidir. Bizdə isə hər iki tərəf də öz danışıq və siyasi analizlərində Vikiliksin informasiya terrorunun məlumatlarına istinad verdilər. Amma heç kim demədi ki, bu AZƏRBAYCAN-ın daxili işlərinə qarışmaq və xalqına təhqirdir. Vikiliksin Azərbaycana dair dediyi məlumatları müxalifət çoxdan idi ki, bəzilərin deyirdi.Demirəm ki, dedikləri həqiqətdir. Amma hamı da bunları Musavat və Azadlıq qazetində oxuyurdu. İndi isə müxalifət sevindi ki, onların dedikləri VİKİLİKS ilə "ədalətli informasiya” adın qazandı və parta-part partlamağa başladı ki, ay amanın günüdür VİKİLİKS də Azərbaycan həqiqətlərin bizim dediyimiz kimi əks etdirir amma siz bizə səs vermirsiz ki, gələk hakimiyyətə. Mənim isə cavabım sadədir---VİKİLİKS ABŞ VƏ QƏRB DİKTƏSİ İLƏ OLAN HƏQİQƏTLƏRİ ƏKS ETDİRİR. Ölkəmizdə hər bir vətəndaş belə İnformasiyanı özünə silah edən TERRORÇUYA qarşı birmənalı mənfi və əkstədbirli mövqe göstərməlidir.

 

Müəllif: Vəliyev Fərzəli.

Категория: Siyasi | Добавил: Fazik (21.12.2011) | Автор: Fərzəli
Просмотров: 1920 | Комментарии: 6 | Рейтинг: 5.0/2 |
Всего комментариев: 6
6 Fazik  
0
smile Fatma çox sağ ol. Tam da məni anladın sən bu məsələdə. smile

5 Fatimə  
1
Fazik yalnız onu deyə bilərəm ki, Wikileaks də fikirləri və istiqamətləri dağıtmaq üçün ortaya atılan növbəti oyunlardan biridir, orda verilən məlumatlardan doğru olanları olsa da, son nəticədə ABŞ-a və qərbə xidmət edən postdur və inan onun ABŞ və digərləri haqqında yazdıqları heç də ABŞ-a xələl gətirmədi və gətirə də bilməz, necə olur ki o boyda və əli belə işlərdə bərkimiş dövlət belə bir agentliklə bacarmasın və necəsə məxfi sənədlər ələ keçirilsin. Sadəcə terrorçu təşkilatlar, narkomafiyalar, yalançı "müxalifətlər" yaradan ABŞ-ın növbəti istehsalı olan "ədalət" carçısı idi Wikileaks və təbii ki bunların da hər biri müəyyən məqsədlərə xidmət edir, siyasətdə hər şey oyundur, bacarıb bu oyunda fikri yayındırıb və düzgün gedişlər edib qalib gəlməkdir :) o ki qaldı bizimkilər haqda deyilənlərə elə bizimkilərin reaksiyasına, ay Fazik bizimkilərdən başqa nə gözlüyürdün ki, kor-kor, gör-gördü də, hələ yaxşı ki az-çox nəsə deyə bilirlər, ən azından onlara bunu etməyi qadağan etmiyiblər, yəqin bildin nəyi deyirəm ;)) Çox yaxşı məqalə idi Fazik, sonrakı yazılarında uğurlar :)

4 Fazik  
0
Hə də Nicat sənə sərf edir deyə problemin yoxdur....
TƏşkilatım deyə bilirsən amma millətim deyəmmirsən.....
Özünü düşünürsən amma anlamırsan ki, hammısı YALAN və yenə də YALANDIR.

3 Nicat Quluzadə  
1
Fərzəli, bu yazını oxudum. Mən Vikiliksin yazdıqlarını elə də ciddi qəbul etmirəm. Sadəcə burada da müəyyən bağlı məsələlərə aydınlıq gətirilmişdir. Amma məsəl var, od olmayan yerdən tüstü də çıxmaz. Azərbaycanla bağlı məsələlərdə haqsız da deyillər. Məsələn o Vikiliks sənədlərində bizim təşkilatın da adı keçmişdi. Sənə həmin sənədin linkini göndərirəm. Orada Vikiliks ABŞ diplomatına istinad edərək bizim təşkilat haqqında da xoş sözlər demişdir. Ona görə də mənim Vikilikslə heç bir problemim yoxdur....
http://wikileaks.org/cable/2009/03/09BAKU184.html#

2 Gunel  
1
Qerb diplomatiyasinin heqiqetleri...

1 Gunay  
1
Raziyam... Wikileaks ABS ve QERB heqiqetlerini eks etdirir.....

Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
Rusiyada sosial siyaset sosial böhran. demoqrafiya Türk birliyi Türklerin mədəni iqtisadi və siyasi türk birliyi nə deməkdir Amerika Birləşmiş Ştatları və Türki ABŞ və türklər ABŞ və TC Rusiyanın avropadakı siyasi maraqla Rusiyanın Avropa siyasəti Rusiya və Avropa Xarici Siyasət Yalnızçılıq strategiyası xarici siyasətdə yalnızçılqı strate Canaqqala Türkün Şanlı Tarixi Kosovo problemi presidentlik meselesi Dagliq Qarabag ve Kosovo problemi Beynəlxalq Balkan Komissiyasi Türkçülük Böyük Turan Türk dövlətləri Turanizm Turan Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks həqiqətləri Vikiliks haqqında Vikiliks nədir? miqrant problemi Sosial dövlətlərin problemləri müsəlman miqrantlar sosial dövlətlər Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa Fransa və ermənilər İran və Ermənistan Şərq siyasəti Dünya düzəni Şərqi Balanslaşdırmaq Zbiqnev Bjezinski Qərbi yeniləmək siyasət Qərb Yeni Dünya Bjezinski Narkoticarət Opium strategy Əfqanıstan Siyasi Alət Kütləvi Qırğın Silahı narkotik İranın vurulması İran və Azərbaycan iran İran müharibəsi. Dolların gücü. Federal Ehtiyat Sistemi ABS Avropa Avropanın dağılması İnteqrasiyon Seçim. Avropa Bİrliyi Avrosentrizm

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2026