Sizin Milli İntellektual Məkan
Воскресенье, 18.10.2026, 02:06
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Beynelxalq Senedler. [1] Siyasi [25] Dini [3]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 626

Главная » Статьи » Maraqlı. » Siyasi

Ərəb Baharı Sonrasında Baş Verənlər….


Ərəb Baharı Sonrasında Baş Verənlər….


Yaxın Şərqdə Tunis, Misir, Liviya diktatorlarını sirkələyən inqilab dalğalarının süpürmə effekti davam edir. Ölkələrdə təcrübəli etirazlar ilk olsada, inqilabi mərhələsi artıq demokratik konsolidasiya prosesinə yol vermişdir. Bu mərhələdə ən mühüm aspektlərindən biri hər bir ölkənin gələcək siyasi vəziyyətini rəsmiləşdirən və müəyyən edən yeni konstitusiyaların qəbulu olacaqdır.

Hətta bu il əvvəlində, ərəb dünyasında konstitusiyalar xarakteri çox müxtəlif idi. Səudiyyə Ərəbistanı və Muammar Əl-Qaddafinin Liviyasında, nümunə kimi demək olar ki, Quran konstitusiya kimi qalırdı və əsasqanunla əhatə olunmuş məşvərətçi şuralarının xarakteri, daha çox texniki məsələlər kimi qalırdı. Lakin Misir və Tunis kimi digər ölkələrədə,1880-cı illərdən nisbətən dünyəvi konstitusiyalar inkişaf etmişdir.

Bütün qanun kodeksləri, kimi bu qanunları da ümumi iki böyük yol və ya seçim gözləyir. Birinci yol, onlar ümumiyyətlə, Ərəb Ümməti anlayışın və İslam prinsiplərini təmin etmək üçün, məsələn, dövlətin istəkləri məhdudlaşdırıllar. Bu növ konstitusiyalar dövlət məhdudlaşdırmaq məqsədi daşıyan ABŞ modelinə bənzəyir. İkincisi, Qərb konstitusiyalar kimi, Ərəb konstitusiyalar siyasi və vətəndaş hüquqları üçün möhkəm təminat verməlidir. İordaniya və Misir kanonlarındakı kimi, söz və sərbəst toplaşmaq azadlığı hüquqları geniş bölmələr əhatə edilir.

Əlbəttə Qərbin fikrinə görə çox da fikirləşmədən deyə bilərik ki, Ərəb ölkələri və onların cəmiyyətləri daha çox dövlətin rolun artırıb insana və vətəndaş hüquqların dar çərçivəyə salacaqlar. Bununla kifayətlənməyib hər şeyi daha da dinə və dözümsüzlüyə bağlaya bilərlər. Bəs yenidən İslam dünyasında hərakatları və etirazları görməli olacağıq yoxsa hər bir şey elə devrilən liderlərlə bitəcək?! əlbəttə ilk baxışdan buna cavab vermək çətin bir işdir. Çünki bu inqilabdan sonra konstitusiyaların qəbulundan və onların əsasında qurulacaq dövlət quruluşundan asılı olacaq.

İnqilab daha sistemli Misirdə baş verdi. Amma hələ də Misirdə bir vahid nəticə hasil olmayıb. Etirazlar və toqquşmalar davam edir. Liviya da Tunis də eyniylə davam edir və istənilən nəticə ortada yoxdur. Ərəb baharı artıq bahar olmaqdan da çıxdı və ərəblərin olmaqdan da çıxdı və hazırda MDB məkanına daxil olmaqdadır. İlkin addımları Kazaxstan vətəndaşları atdı və hazırda da davam etməkdədir. İnanmaq mümkündürmü ki, ərəb dünyasındakı hadisələr MDB-də də təkrar olunsun?! Ərəb dünyası ilə MDB məkanı arasında fərq böyükdür. Məkanlar fərqli ideologiyalar və fərqli xarici siyasi prinsiplərə malikdirlər. Ərəb dünyası açıq və konkret diktatorluq mühitindədir, İslami dəyərlər əsas və hakim dəyərlərdir, Qərbin niyyəti burada enerji ilə bağlıdır. MDB isə respublikaların qurulduğu, sivil dövlətlərin inkişaf etdiyi və radikalizmin olmadığı bir məkandır. Bu məkanda zamanlarında öz sözünü demiş və SSRİ kimi nəhəngi dizi üstə qoymuşdu. Amma indi artıq MDB də dalğalanmağa və dəyişməyə başlamaq istəyir. Bunun müsbət nəticələr verəcəyini demək və ərəb dövlətlərində ki kimi olacağını demək olmaz. Çünki MDB məkanındakı siyasi vəziyyət daha stabil və möhkəm əsaslara malikdir. Azərbaycan Evrovisiona hazırlaşdığı bir dövrdə inanmıram ki, Qazaxstan hadisələri Bakıya keçsin və nəticələr ortaya qoysun. İlk olaraq Azərbaycanda bunun üçün kifayət qədər münbit mühit yoxdur, həmçinin güclü sosial bazaya və yeni ideoloji dəyərlərə malik müxalifət yoxdur ki, onların arxasıyca kütlələr qalxsın və dövlətdə dəyişiklik yaratsınlar.

Müəllif: Fərzəli Vəliyev.
Категория: Siyasi | Добавил: Sirius (19.12.2011) | Автор: Fərzəli
Просмотров: 2289 | Комментарии: 1 | Рейтинг: 3.5/2 |
Всего комментариев: 1
1 Gunay  
0
Meqale yaxsidir,men de hemin dalgalarin MDB mekanina tesir edeceyini dusunmurem.

Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
Rusiyada sosial siyaset sosial böhran. demoqrafiya Türk birliyi Türklerin mədəni iqtisadi və siyasi türk birliyi nə deməkdir Amerika Birləşmiş Ştatları və Türki ABŞ və türklər ABŞ və TC Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Kosovo problemi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi presidentlik meselesi Böyük Turan Turanizm Türkçülük Türk dövlətləri Turan Tunis Liviya Ərəblər Misir Suriya Ərəb Baharı Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? müsəlman miqrantlar Sosial dövlətlərin problemləri sosial dövlətlər miqrant problemi Fransa parlamenti Fransa Fransa və ermənilər Fransa və erməni soyqrımı İran və Ermənistan Şərq siyasəti Qərbi yeniləmək Bjezinski Dünya düzəni Şərqi Balanslaşdırmaq Qərb Yeni Dünya siyasət Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət Əfqanıstan Opium strategy Siyasi Alət narkotik İranın vurulması İran və Azərbaycan iran İran müharibəsi. Dolların gücü. ABS Federal Ehtiyat Sistemi Avropa Bİrliyi Avrosentrizm İnteqrasiyon Seçim. Avropanın dağılması Avropa

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2026