Sizin Milli İntellektual Məkan
Суббота, 20.04.2024, 16:01
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Beynelxalq Senedler. [1] Siyasi [25] Dini [3]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » Статьи » Maraqlı. » Siyasi

Şərqi Balanslaşdıraraq Qərbi Yeniləmək


Şərqi Balanslaşdıraraq, Qərbi Yeniləmək

 

Gələcək on illikdə ABŞ-ın əsas məqsədi: Avropanı genişləndirərək öz mövqeyini möhkəmləndirmək, Şərqdə balansı qoruyaraq Çinin böyüyən qlobal dövlət statusun uyğunlaşdırmaqdan ibarət olacaq. ABŞ Qərbin dünyada ən demokratik və möhkəm zona kimi genişləndirməsi sahəsindəki uğuru siyasi hakimiyyətlə (güclə) demokratik prinsiplərin birləşdirilməsi olacaqdır. Şimali Amerika, Avropa, Avrasiya (Türkiyə və Rusiya da daxil olmaqla) bütün Yaponiya və Cənubi Koreyadan  ibarət olacaq bu məkan Qərbin prinsiplərini digər mədəniyyətlərə təlqini üçün geniş imkanlar yaradacaq və  beləliklə bu yolla universal siyasi demokratik məkanın yaranıb genişlənməsinə xidmət etmiş olacaq.

 

Eyni zamanda da ABŞ iqtisadi baxımdan inkişaf edən və potensial gərgin vəziyyətdə olan Şərqi də nəzər almalıdır. Şərqin problemlərinin həllində ABŞ Çin ilə birgə şəkildə geniş əməkdaşlıq edərlərsə bu  Şərqdə stabilliyin perspektivlərin genişləndirəcək. ABŞ öz siyasəti ilə Çin ilə Yaponiya arasında əməkdaşlığı genişləndirərsə və Çin ilə Hindistan arasında artan rəqabəti yumşaldarsa stabilliyə nail olar.

 

Dünyanın ən böyük və mərkəzi kontinenti olan Avrasiyada həm Şərqdə həm də Qərbdəki məsələlərə cavab vermək üçün ABŞ kontinentdə ikili rol oynamalıdır. Bu ikili rol ondan ibarət olmalıdır ki, ABŞ qərbdə böyük və daha güclü birliyin qoruyucusu və qarantı kimi çıxış etməlidir, Şərqdə isə ABŞ bu regionun əsas iştirakçıları arasındakı münasibətlərdə stabilləşdirici və sülh keçikçisi kimi çıxış etməlidir. Hər iki rol vacibdir və biri digərini möhkəmləndirmək təsirinə malikdir. Burada hər ikisində bərabər dərəcəli uğur əldə edilməsinə nail olmaq lazımdır ki, ABŞ dünyaya göstərsin ki, həmin dövlətin özü də bu və digər dəyişikliyə öz daxilində razıdır. ABŞ artıq milli dövlətin incə ölçülərinə, təhsil və siyasi hakimiyyətin keyfiyyəti kimi məsələlərə üstünlük verməlidir.

 

Böyük (genişlənmiş) Qərb

 

ABŞ Qərbin genişləndiricisi və qoruyucusu kimi üzərinə düşənlər bundan ibarət olmalıdır ki, özünün yeniləyən Avropa ilə sıx əməkdaşlıq etməlidir, NATO-da üzərinə düşən öhdəlikləri icra etməyə davam etməlidir, Türkiyə və demokratikləşdirilmiş Rusiyanın Avropada xoş qarşılanmasına nail olmalıdır. Qərbin geopolitik aktivliyin təmin etmək üçün Vaşinqton Avropa təhlükəsizliyində aktiv olmalıdır. Avropa Birliyi daha da dərindən birləşməlidir: Fransa, Almaniya, Birləşmiş Krallıq arasındakı əməkdaşlıq davam etməli və genişlənməlidir, onların arasında iqtisadi, siyasi və hərbi baxımdan tənləşdirmə olmalıdır.

 

Qərbin birliyin qoruyaraq Rusiya ilə münasibətlərə başlamaq üçün fransız-alman-polyak konsultativ üçlüyü Polşa və Rusiya arasında mövcud olan narazılığı aradan qaldıra bilər. Avropa Birliyi polyak-rus anlaşmasını daha da hərtəfərli və geniş edə bilərdi və alman-polyak anlaşmasının Avropada yaratdığı stabillik buna nümunədir. Lakin polyak-rus razılığına və ya həmrəyliyinə nail olmaq üçün təkcə siyasi hakimiyyət səviyyəsində deyil, sosial səviyyədə və insanlar arasında görüləcək işlər səviyəsində həyata keçirilməlidir. Polyak-rus anlaşması İkinci Dünya müharibəsindən sonra  alman-frasız anlaşması kimi sosial və siyasi, mədəni baxımdan dərin bir əməkdaşlıq formasında olmalıdır. ABŞ və Avropa Birliyi Qərbi inkişaf edib genişləndirərkən Rusiya AB-nə yaxınlaşması onun iqtisadi baxımdan inkişaf dərəcəsindən asılı olacaq. Rusiyanın liderliyi AB-də bir şərtlə nəzərə alınacaq ki, o dinamik inkişaf edən Şərqlə güclü birləşən Avropa arasında boşluqda olan, zəif inkişaf etmiş və ara mövqedə olmaq yolun seçməsin. Rusiyanın bu vəziyyəti hətta V.Putinin yeni qaranlıq və perspektivsiz olan "Avrasiya İttifaqı” planına əsasən Mərkəzi Asiya dövlətlərin özünə birləşdirsə də dəyişməyəcək. Rusiya cəmiyyətinin əsas hissəsi Avropa Birliyinə üzv olmağı arzulayır və buna hazırdır amma çoxu heç düşünmürdə ki, bu öz ardı ilə hansı demokratik islahatları gətirəcək. İndiki zamana kimi Rusiya ilə Avropa arasında əməkdaşlıq kiçik addımlarla olub və davamlı olmayıb. İmkan daxilində bu əməkdaşlıq sosial, siyasi, iqtisadi və təhlükəsizlik sahəsində birgə və eyni zamanda davamlı olaraq baş verməlidir. Genişlənən Qərb ilə siyasi uzlaşmanı təmin etmək və Rusiyanı Avropa Birliyinə üzvlüyə hazırlamaq üçün  sosial qarşılıqlı təsirin bütün imkanlarından, hüquqi və konstitusiyon tədbirlərdən istifadə etməli, NATO və Rusiya hərbiçiləri arasında əməkdaşlıq üçün yeni institutlar qurulmalıdır.

 

Qərbin böyük konfiqurasiyasını 2025-ci ildən sonra təsəvvür etmək daha realistikdir. Qarşıdakı bir necə 10 illikdə Rusiya öz qanunvericiliyi və islahatları ilə həm Avropa Birliyinə həm də NATO-ya uyğunlaşa bilərdi, Türkiyə də AB-ə üzv kimi qəbul oluna bilərdi və beləliklə hər iki dövlətin transatlantik cəmiyyətə inteqrasiyası üçün şərait yaranacaqdı. Lakin bütün bunlar baş verməmiş də ABŞ, Avropa (Türkiyə daxil olmaqla) və Rusiya arasında ümumi geopolitik maraqların dərinləşməsi baş verə bilər. Rusiya ilə AB arasında cazibəli olan əməkdaşlığın ilkin addımı kimi Ukrayna ilə AB arasında münasibətlərin daha da dərinləşməsi olardı və danışıqların mərkəzi həm də başlanğıcı kimi Kiyev şəhəri olardı (zamanında Kiyev şəhəri Rus Kiyev dövlətinin paytaxtı olmuşdur). 

 

Qəliz Şərq

 

Hazırki dövrdə mövcud parçalanmış Avropa Şərqin dinamik inkişafda olan gücləri ilə heç bir zaman qlobal güc uğrunda mübarizə apara bilmiyəcək. İndiki zamana kimi Çin düzgün ideoloji doqma seçməmişdir və ya onu düzgün təqdim etməmişdi ABŞ isə bu ideoloji doqmaları münasibətlərin əsasına qoymaq istəmirdi və bundan ehtiyat edirdi. Çox müdrik addım ataraq hər iki tərəf qlobal məsələlərdə "Konstruktiv Əməkdaşlıq” yolun seçdilər. ABŞ Çində insan haqqlarının tapdalanması məsələsinə ehtiyatla yanaşsa və bundan narahat olsa da bunu Çinin iqtisadi-sosiologiyasına damğa kimi vurmadı.


Əgər özündən razı Çin və narahat ABŞ ideoloji zəmində düşmənçilik etsəydilər bu artıq ideoloji səviyyəyə qalxacaqdı: ABŞ elan edəcəkdi ki, Çin tiraniya əsasında qurulub və ABŞ iqtisadiyyatı üçün təhlükədir; Çin isə ABŞ-ın sözlərini Çinin daxilini qarışdırmaq məqsədi güdən bir sözlər kimi yozacaqdı; Çin də özünün Qərb qarşısında iqtisadi üstünlüyün elan edəcəkdi və Qərbə qarşı olan bütün şərqin yeni iqtisadi güclərin ətrafına yığacaqdı. Bu ssenrai hər iki tərəf üçün dağıdıcı olacaqdı. Bunların baş verəcəyindən ehtiyatlanaraq Çin və ABŞ intellektual şəxsi maraqlara əsaslanaraq ideoloji təmkinliyi təmin etməlidirlər, öz iqtisadi-sosial sistemlərinin arasındakı fərqli xüsusiyyətlərin bəyanından və bir-birini iblisləşdirməkdən yayınmalıdırlar.

 

ABŞ-ın Asiyada rolu 19-20-ci əsrlərdə Mərkəzi Avropada Birləşmiş Krallığın oynadığı kimi "stabilləşdirici” bir dövlət rolu olmalıdır. ABŞ regional dövlətlərin kiçik müharibələr edərək və rəqib dövlətin ərazisində davamlı olmayan siyasi gücləri hakimiyyətə gətirərək regional hakimliyə və ya dominantlığa nail olmasına qarşı çıxmalıdır və buna imkan verməməlidir. ABŞ bu fəaliyyəti zamanı Çinin uzaq şərqdə regional stabillikdə rolunu nəzərə almalıdır. ABŞ tərəfindən Çinin regionun stabilizator rolunda hüquqlarını qəbul edilməsi və nəzərə alınması aşağıdakı nəticələri hasil edəcəkdir: amerikan-çin münaqişəsi zəifliyəcək, çin-yapon və çin-hindli münaqişəsi səngiyəcək, hətta ola bilsin ki, Çin ilə Rusiya arasında Mərkəzi Asiya dövlətlərinin resursları və azadlığı (siyasi mövqeləri) uğrunda olan rəqabət də səngiyəcək.

 

Bütün bunlarla bərabər ABŞ anlamalıdır ki, Uzaq Asiyada stabilliyin təmin olunması Asiya dövlətinin iştirakı olmadan mümkün olmayacaq və hər şeydən öncə isə ABŞ-ın birbaşa hərbi iştirakı ilə HEÇ mümkün olmayacaq. Həqiqətdir ki, ABŞ-ın Asiyada stabilliyi təmin etmək cəhdləri onun yaxın keçmişdə həyata keçirdiyi müharibələrin Asiyada təkrarı ilə nəticələnər ki, bu da onun üçün çox ölümcül olar və hətta belə 20-ci əsr Avropa faciəsi (İkinci Dünya Müharibəsi) kimi hadisələr Asiyada təkrarlana bilər. Əgər ABŞ Hindistan və militaristləşdirilmiş Yaponiya ilə antiçinli bir ittifaq yaratsaydı, bu çox böyük və təhlükəli qarşılıqlı qəzəb və ya hiddət doğuracaqdı. 21-ci əsrdə Asiyanın geopolitik tarazlığında stabilliyin təmin olunması qeyri-Asiyalı hərbi ittifaqlar hesabına baş verə bilməz.

 

ABŞ-ın Asiyada xarici siyasətinin əsas prinsipi ondan ibarət olmalıdır ki, Yaponiya və Cənubi Koreya qarşısında götürdüyü öhdəlikləri icra etsin və onları müdafiə etsin, bundan əlavə olaraq materikda asiyalılar arasında baş verə biləcək münaqişəyə cəlb edilmiş olmasın. ABŞ Yaponiya və Cənubi Koreyada 50 ildən artıq bir zaman ərzində möhkəmlənmişdir və bu dövlətlərin özünə əminliyi və müstəqilliyi, ABŞ-ın Sakit okeanda mövcudluğu və nüfuzu ilə birgə o zaman sona çata bilər ki, bu dövlətlərlə imzalanan müqavilələr uzadılmasın.

 

 Amerikan-yapon münasibətləri xüsusən ona görə vacibdir ki, gələcəkdə amerikan-yapon-çin üçlüyünün yaradılması üçün bu bir trampilin (istinad nöqtəsi) rolun oynacaqdır. Bu üçlük elə bir struktur yarada bilərdi ki, regional strateji problemlərin həllində effektiv olacaqdı və hətta Çinin də aidiyyatı olduğu problemlərin də həllinə kömək edəcəkdi. Necə ki, ikinci dünya müharibəsindən sonra yaranan fransız-alman yaxınlaşması gələcəkdə alman-polyak yaxınlaşmasının əsasın qoydu, eynən də amerikan-yapon yaxınlaşması yapon-çin yaxınlaşmasının əsasın qoymuş olacaq. Bu üçlük münasibətləri konteksində çin-yapon münasibətləri eyni zamanda amerikan-çin əməkdaşlığını möhkəmləndirə və genişləndirə bilər. Çin bilir ki, ABŞ-ın Çin qarşısında məsuliyyəti dayanıqlıdır və onlar arasındakı münasibət dərin və möhkəm əsaslara malikdir və Yaponiyanın təhlükəsizliyi birbaşa ABŞ-dan asılıdır. Tokio dərk edir ki, Çinlə münaqişə qarşılıqlı məhv deməkdir və eyni zamanda da anlayır ki, ABŞ-Çin arasında qarşılıqlı öhdəlik yapon təhlükəsizliyinin zaminidir. Bu kontekstdən çıxış edərək Çin Amerikanın yapon təhlükəsizliyinə zamin durmasını özünə təhdid kimi qəbul etməməlidir və eyni zamanda da Yaponiya çin-amerikan münasibətlərinin inkişafını özünün təhlükəsizliyinə təhdid kimi qəbul etməməlidir. Bu üçlüyün dərinləşən münasibəti Yaponiyanın öz təhlükəsizliyi barəsindəki narahatçılığını azaldacaq, Yuanın dünyada üçüncü ehtiyat valyuta olmasını təmin edəcək, Çinin beynəlxalq əlaqələr sistemindəki ABŞ-a görə narahatcılıq yaradan mövqeyi yumşalacaqdır.

 

Belə bir yol tutulacağı təqdirdə meydana gələn amerikan-çinli razılaşması dərinləşşəcək və gələcəkdə aşağıdakı iki dövlət arasındakı üç məsələnin həllinə nail olunacaq: Birinci məsələnin həlli yaxın gələcəkdə baş verəcək, İkinci növbəti bir neçə il ərzində baş verəcək, üçüncü isə növbəti bir neçə onillikdə baş verəcək.

 

Birinci, ABŞ iki şeyi nəzərdən keçirməlidir: Çinin ərazi sularında kəşfiyyat işlərini və eyni zamanda da Çinin iqtisadi zonasına daxil olan beynəlxalq sulardakı hərbi-dəniz patrulunun fəaliyyətini. Çünki bunlar Pekin üçün Vaşinqton qədər provakasiyon bir əməldir. Həmçinin ABŞ-ın kəşfiyyatçı hərbi təyyarələri böyük toqquşma təhlükəsi yaradır. Səbəb isə odur ki, Çin adekvat olaraq hərbi-qırıcı təyyarələrin sayını artırır və ABŞ təyyarələrin izləyir.

İkinci, nəzərə alınmalıdır ki, Çinin daima öz ordusunu modernizə etməsi gələcəkdə ABŞ-ı Yaponiya və Cənubi Koreya qarşısında öz üzərində götürdüyü öhdəliklərdən irəli gələrək təhlükəsizlik problemi ilə üz-üzə qoyacaq. Bunun qarşısın almaq üçün ABŞ və Çin gələcəkdə uzunmüddətli hərbi planlaşdırmaya nail olmaq və qarşılıqlı təminatın əldə olunması üçün davamlı məsləhətləşmələr təşkil etməlidirlər.

Üçüncü, Tayvanın statusu bu iki dövlət arasında gələcəkdə münaqişə obyekti ola bilər. ABŞ artıq Tayvanı müstəqil dövlət kimi qəbul etmir və Çinin – "Çin ilə Tayvan bir dövlətin hissələridir”- fikrini qəbul edir. Lakin eyni zamanda da Tayvana silah satır. Bu o deməkdir ki, çin-amerikan müqavilələri sonuc olaraq silahlanan Tayvan məsələsindən asılıdır və gələcəkdə bu böyük qəzəb formalaşdıra bilər. Məsələnin həlli belə ola bilər ki, məşhur Çin lideri Den Siyaopinin Honkonq məsələsində istifadə etdiyi "bir dövlət, iki sistem” ideyasını "bir dövlət, bir neçə sistem” ideyasına çevirərək Tayvanın və Çin arasında barışığa nail olunsun (dövlətin özünəməxsusluğun qoruyaraq və Çin ordusu Tayvanda olmamaq şərti altında).

 

Qarşılıqlı Əməkdaşlığa Doğru

 

1500 il bundan əvvəl Avropanın mədəni hissəsində hakimiyyət iki böyük imperiyanın Şərqi və Qərbi Roma imperiyasının əlində idi. Qərbi Roma imperiyasını onun böyük sərvəti ilə daima vəhşi tayfalar əhatə edirdi. Roma imperiyasının artan hərbi xərcləri sonuc olaraq onun müflisləşməsinə gətirib çıxartdı. Romanın daxilindəki büdpərəstlərlə xristianlar arasındakı toqquşma və hakimiyyət dairələrindəki rüşvətxorluq imperiyanın 476-cı ildə Romulus Oqastulusun ölmü ilə sonu çatdı. Şərqdə isə türklərin gəlişinə qədər öz iqtisadi qüdrətin bərpa edib Bizans adlanan imperiya yaşamağa davam etdi. Hətta müəyyən zamanlarda Qərbi Roma imperiyasına məxsus olan əraziləri də öz tərkibinə qatdı. Lakin tək qalan Bizans da dağılıb getdi. Əsas səbəb onların arasındakı əlaqələrin zəif olmasından irəli gəlirdi. Lakin indi müasir texnologiya və kommunikasiya bir sivilizasiyanın iki qolu arasında əlaqənin olmasını təmin edir. Artıq bu iki tərəf bir-birindən uzaqda qala bilməzlər və onların arasındakı münasibətlər ya əməkdaşlıq olacaq ya da düşmənçilik və rəqabət.

 


"Dərindən düşünsək görərik ki, müəllif artıq ABŞ-ı dünyada dominant dövlət kimi görmür və Qərb sivilizasiyası genişləndirilməsi hesabının və demokratik dəyərlərin yayılması vasitəsilə əvvəlki qüdrətinin və təsir mexanizmlərini bərpa olunması üçün edir. "Böyük Şahmat Lövhəsi” əsərində əgər Rusiyanı qarşı tərəf kimi və təhlükəli zona kimi göstərirdisə artıq Bjezinski Rusiyanı Qərbin tərkib hissəsi kimi görmək istəyir. Bundan əlavə Bjezinski Türkiyənin rolunun da gücləndiyini etiraf edir və genişlənmiş Qərbi Türkiyəsiz təsəvvür etmir. Bu bizə öz xarici siyasətimi müəyyən edərkən bir daha düşünməyə vadar edir ki, Türkiyədən uzaqlaşaraq Rusiyaya daha da çox yaxınlaşmaq düzgün yol deyildir. Rusiya ilə isə biz çox sıx mehriban qonşuluq siyasətindən başqa bir siyasət icra edə bilmərik. Çünki ən azından qarşımızda Qarabağ problemi və Ermənistanda rus qoşunu var. Bjezinski artıq Uzaq Şərqdə Çinin regional hakim dövlət olduğunu və dayanmadan artan iqtisadi və siyasi gücünü nəzərdən keçirərək onun ABŞ maraqları üçün necə böyük təhlükə törətdiyini dərk edir və çıxış yolu kimi Şərqdə Stabilliyə nail olmaq üçün öz müttəfiqi və sateliti olan Yaponiyanı (ABŞ maraqlarının və demokratik dəyərlərin simvolunu) qorumağın ən yaxşı yolu kimi Çinlə onun arasında münasibətləri inkişaf etdirərək dərin əməkdaşlığa nail olunmasında görür.

Hesab edirəm ki, müəllifə görə ABŞ artıq həm Qərbə həm də Şərqə bərabərhüquqlu və bərabərtərəfli əməkdaş kimi yanaşmaq və hər iki tərəfdə də öz rolunu əsas iştirakçı kimi təmin etmək iddiasındadır. ABŞ Qərbdə NATO-nu və AB-ni qorumaq Şərqdə isə yeni əməkdaşlıq institutlarının əsasın qoymaq istəyir. Müəllif etiraf edir ki, ABŞ-ın son dövrlərdə icra etdiyi hərbi əməliyyatlar və çoxillik müharibələr onun üçün dağıdıcı olmuşdur və bu təkcə iqtisadi deyil həm də nüfuz baxımından belə olduğu görünür. Bjezinski bu məqaləsi ilə artıq ABŞ-ın güc nümayiş etdirmək və müharibələr aparmaq dövründən məcburi olaraq ittifaqlar və qarşılıqlı dərin əməkdaşlıqlar dövrünə qədəm qoymasını təhlükəsizlik baxımından əhəmiyyətli bilir. Hər şeydən öncə isə Qədim Roma imperiyasın nümunə gətirərək bildirir ki, bir sivilizasiyanın iki qolu həmişə birgə olmalıdır ki, mövcudiyyətlərin qoruya bilsinlər.

Bu bizə bir həqiqəti göstərir ki, artıq dünyada həmin güclü dollar və silah imperiyası yoxdur və ABŞ əvvəlki kimi qüdrətli və sarsılmaz deyildir.

 

Tərcümə və Şərh: Fərzəli Vəliyev

Məqalə müəllifi: Zbiqnev Bjezinski

Категория: Siyasi | Добавил: Fazik (24.12.2011) | Автор: Fərzəli
Просмотров: 1650 | Комментарии: 1 | Рейтинг: 5.0/1 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024