Sizin Milli İntellektual Məkan
Суббота, 04.05.2024, 10:15
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Beynelxalq Senedler. [1] Siyasi [25] Dini [3]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » Статьи » Maraqlı. » Siyasi

Ukraynanın Geosiyasi Taleyi
Ukraynanın Geosiyasi Taleyi
“Müstəqil Ukrayna dövləti xarici qüvvələrə yox, öz xalqına əsaslanaraq qurulmalıdır. Xmelnitskinin Moskvaya, Mazepin İsveçə istiqamətlənməsi milli dövlətçiliyin tamamilə məhv olmasına gətirib çıxardı”. 
Vladimir Vinniçenko
Ukrayna- Avrasiya Rusiyasında olduğu kimi, Avropanın da ən böyük ölçülü dövləti, coğrafi faktorudur. Şimal, Qərb-Şərq münaqişəsindən çıxış edərək sosial inkişafı müəyyən edən özünəməxsus indikator rolunu oynayır. Dövlətin coğrafi taleyini çoxtərəfli ( geosiyasi, mifoloji, dini, geo-iqtisadi, sosial-məədni və s...) kommunikasiya məkanında yaradıcı və məhvedici energetikanın təşkil olunduğu qızğın sahələrdə inkişafı müəyyən edir.
Seçim yolu
Müstəqillik illərində Ukraynaya müxtəlif geosiyasi konsepsiyalar təklif olunub. Onların içində Aİ-a daxil olma, güzəştli “Rusiya və Qərb” hakim mövqe tutur.

  Keçmişdə Kiyev Rusiyasının Avropanın siyasi xəritəsində sürətlə yer almasında coğrafi faktor əsas rol oynayırdı. Bizansın iqtisadi yüksəlişi yeni yolun müəyyənləşdirilməsi zərurətini yaratdı- varyaqlardan yunanlara. Əməyin coğrafi bölgüsü nəinki xarici bazar üçün öncədən müəyyənləşmiş bu və ya digər əmtəənin istehsalında ixtisaslaşmanı gücləndirdi, həmçinin ticarət kommunikasiyalarının fəaliyyətini təmin edirdi. Bunun üçün yerli xalqın vahid mərkəz ətrafında möhkəmlənməsi tələb olunurdu. Beləcə “rus şəhərlərinin anası” olacaq böyük Kiyev təşəkkül tapmağa başladı. Kiyevin meşə və çöl ərazilərində coğrafi mövqeyi onu bütün regionun ticarətini idarə edən strateji mərkəzə çevirirdi. Çay ticarət yollarının birləşdiyi-Yuxarı Dneprdən Pripyati, Berezina, Soja, Desna, Teterovadan Volqa və Don çaylarına şaxələnmənin başlandığı yerdə yerləşirdi. (Çarqrada Dnepr istiqamətindən başqa)
  Qara dənizdə Böyük İpək yolunun kəsişdiyi “varyaqlardan yunanlara” ticarət kommunikasiyası boyu etnotəbii ərazilər Kiyev Rusisinin möhkəmlənməsi və şərq slavyanlarının birləşməsi üçün vacib faktor hesab olunurdu. Ən ali tərəqqi dövründə paytaxt Kiyev Konstantinopol və Kordovadan sonra üçüncü ən böyük Avropa şəhəri hesab olunurdu. Bizansla iqtisadi və mədəni əlaqələrin qurulması Kiyev Rusisini öncül Avropa dövlətləri sırasına gətirib çıxardı. Rusiya-Bizans münasibətlərinin əsas nəticəsi xristianlığın Kiyev Rusisisndə dövlət dini kimi qəbul edilməsi oldu. Bir sözlə, coğrafi tale təvəccöhedici idi. Amma bəzən coğrafiya da insanın dağıdıcı gücü qarşısında aciz qalır.
  Daxili qarışıqlıq və ticarət yolları üzərində nəzarətin itirilməsi iqtisadiyyatı dağıtdi və ölkə bir neçə knyazlığa parçalandı. Lev Qumilyova görə, Kiyev Rusisi təmənnasız olaraq vətənpərvərlik üçün özünü qurban verməyə qadir olmayan hakim elitanın eqoizmi və “şəxsi maraqlar” üstündə məhv olub. Nəticədə, şərq slavyanlarının dezinteqrasiyası Kiyev Rusisini Zales, Podneprov, Çervon, Qara və Ağ Ukraynaya parçaladı. Zales Ukraynası Moskva Rusisinin, Podneprov isə etnik ukraynalıların özəyi oldu. Parçalanma dövründə Ukrayna Polşa və Rusiya arasında bölündü. Bu, çoxəsrlik seçim yolunda təzahür edən şərq və qərb ukraynalıları arasında etno-mədəni fərqi daha da gücləndirdi.
  O vaxtdan geniş Ukrayna çöllərində qoqolev kazak oğlanları ilə hökmranlıq edir, hansı ki müxtəlif geosiyasi taleləri ifadə edir.

Zənginliyin təbiəti
  Əgər müasir siyasi landşaft nəzərə alınmasa, Ukraynanın gələcəyinə əmin baxış üçün danılmaz zəminlər meydana çıxır-insanların həyatı üçün faydalı təbii şəraitli kompakt və mənimsənilmiş ərazisi olan Avropa ölkəsi;əməksevər və ziyalı insanları, mülayim təbii mühiti, məhsuldar torpaqları, zəngin minerallar və təbii resurslar ölkəsi.
  Ərazisinin tranzit əhəmiyyəti və dənizlərə çıxış dünya təsərrüfatı sisteminə inteqrasiya üçün əlverişli şərait yaradır.

  Ukrayna- sərhəd ölkəsidir, hansı ki təkcə onun adında deyil, eyni zamanda Böyük Avrasiya çöllərinin qərbində, Qərbi Avropa, slavyan və islam sivilizasiyalarının superetnik ərazilərində yerləşməsində əks olunub. Əsrlər boyu Qərbin, Şərqin, Cənubun və Şimalın imperiyaları Qara dənizətrafı və Avrasiya çöllərinin etnotəbii ərazilərində geosiyasi müharibə və sülh istehkamları yaratmışlar. Bunlar hərbi bərabərliyi təmin etməklə yanaşı, sərbəst ticarət də daxil olmaqla xalqlararası münasibətləri təmin edirdi. 
  Ukraynanın sosial-mədəni səviyyəsi etnokonfessional ənənələrdə, milli elitada, böyük şəhərlərin rusdilli dünyasında təzahür olunur. Kiyev Rusisinin dağılmasından sonra şərqi slavyan torpaqları katolik Qərb və pravoslav Şərq arasındakı qarşıdurmanın mərkəzinə çevrildi. Orta əsrlərin iri dövlətləri- Böyük Litovsk knyazlığı və Reç Pospolita- Tevton ordeninə qarşı mübarizədə slavyan xalqlarını birləşdirdilər və qərb mədəniyyətinin şərqi slavyan xalqlarına təsiri üçün yol açıldı. Maqdeburq hüququ əsasında Ukrayna, Litovsk, Belorus şəhərlərində özünüidarəetmə yarandı.
  Şərq və Qərbin getdikcə güclənən qarşıdurması nəinki superetnik səviyyədə etnokonfessional münaqişələrə gətirib çıxardı, həm də Şərqi slavyan torpaqlarının parçalanmasına səbəb oldu. Katolik və pravoslav kilsələri ilə yanaşı marginal- uniat və ya yunan-katolik kilsəsi yarandı. Pravoslav-katolik qarşıdurması şərq və qərb ukraynalıları arasında mədəni-tarixi fərqin dərinləşməsinə xidmət edirdi. Etnokonfessional münaqişələr, Ukrayna pravoslav kilsəsində parçalanma hal-hazırda dünyəvi hakimiyyət uğrunda mübarizədə istifadə olunur və millətlərin möhkəmlənməsinə yol vermir.
  Ukrayna etnosunun sosial-mədəni xüsusiyyətləri kazaklığın hərbi demokratiya şəraitində formalaşıb. Zaporoj-Seçi xalqın möhkəmlənməsində əhəmiyyətli rol oynamışdır. Buradan əsas milli ənənənin mənbəyi aydınlaşır-ukraynalılar daha çalışqan xidmətçilərdir, nəinki ruslar. Meşə və çöl ərazilərindəki torpaqlar mütəmadi olaraq köçərilərin qəfil hücum təhdidi altında idi. Burada, qərb, şərq və cənub ərazilərində kazakların subetnosu formalaşdı. “Kazak”-mənşəcə türk sözü olub, “çöl cəmiyyəti tərəfindən formalaşdırılan hakimiyyəti tanımayan adam” mənasını verir. Slavyanlarda bu insanlar-sərhədçi, sərhədi mühafizə edən kimi qəbul olunur. Sərhədçilərə Qara dəniz ətrafında, Sibir və Uzaq Şərqdə yeni ərazilərin ələ keçirilməsində daha çox hissə qalır.Onlar cürətli döyüşçüdürlər, səyyahdırlar, lakin onlarda daha çox strateji yox,taktiki təfəkkür inkişaf edib. Onların həyat tərzləri müdafiədən və çöllərə qəfil hücum etməkdən ibarətdir. Günüzlər hücum həyata keçirilir, qənimətlə qayıdılır, ətrafı ilə qələbəni qeyd edilir və səhər yenidən eyni tsikl təkrar olunur. Strateji öngörmə olmadan taktiki təfəkkür milli maraqlara təhdid deməkdir. Heç də təsadüfi deyil ki, müstəqil Ukraynada yeni “dirçəliş proqramları” meydana gəlir.
  Təbiət faktoru yerli təsərrüfat sistemində də iz buraxmışdır. Moskva Rusisində təbiət-iqlim şərtləri ilə əlaqədar icma təsərrüfatı, Ukraynada isə fərdi təsərrüfat geniş yayılmışdır.
  Ukrayna etnosunun növbəti xüsusiyyəti-milli elitanın sayca azlığı və formalaşmasındakı natamamlıq. Bu da dövlət quruluşunun təşəkkülünə ən böyük təhlükədir. Dövlət naminə təmənnasız vətənpərvərlik nümayiş etdirməyən, ziyalı təbəqəyə malik olmayan xalqlar yaşamağa qabil deyillər. Ukrayna aristokratiyasının tarixi marginalizasiyası (haşiyələnmə) onun polyaklaşma və ruslaşmasında özünü göstərir. Burada ictimai inkişafın seçim yolu bəhanəsi ilə ukraynapərəstlər, ruspərəstlər, liberallar, konservatorlar və radikallar arasında kəskin ziddiyyətlər meydana çıxır.
  Alman filosofu İohan Qerderin “kənd mədəniyyətinin, yerli dillərin və folklorun vacibliyi” fikrinə və Böyük Fransa burjua inqilabı dövründəki baxışlara əsaslanan ukrayna xalqının konsepsiyası əhəmiyyətini itirməyə başladı. Müasir dövlət-bu rəqs və mahnının ansamblı yox, burada yaşayan bütün xalqların tamamlayıcı münasibətləridir. Dövlət şəxsiyyətin azadlığının, ayrı-ayrı insanların hüquqlarının qorunmasının qarantı olmağa məcburdur.
  Sosial-mədəni sərhədlər Ukraynanın siyasi məkanında əks olunur. Burada elitanın ərazi klanlaşması xarakterikdir. Müstəqilliyin ilk illərində dövlət siyasətində Qərbi Ukrayna etnosentrizmi üslubunda “samostiynost” ideologiyası hakim idi. Daha sonra hakimiyyətə əsasən rusdilli elita gəldi-Şərqi Ukraynanın sənaye rayonlarından gəlmiş mühacirlər. İri şəhərlərin çoxu üçün ticarət-maliyyə kapitalının nümayəndələrinin aktivliyi xarakterikdir.
  Ukrayna xalqının sosial-mədəni bipolyarlığı cəmiyyətin vahid mədəni-tarixi ənənə üzərində möhkəmlənməsini qeyri-mümkün edir-Qərbi Ukrayna və Rusiya. Real möhkəmlənmə proqramı olan hərəkat və ya siyasi partiya yoxdur. Müxtəlif sosial-mədəni ənənələrin tərəfdarları arasında “yelləncək” yırğalnması Ukrayna müstəqilliyinin “troyan” –sənayesizləşdirmə, mənəvi gerilik, intellektsizləşdirmə- yolu ilə əldə olunmasına gətirib çıxarır.

Geosiyasi landşaft
  Ukrayna cəmiyyəti əsasən Qərbi və Şərqi Avropa sosial-mədəni dəyərləri əsasında formalaşıb. Qərbdən individualizm və özünüidarəetmə ənənələri, Rusiyadan ictimai ənənələr və sənayeləşməyə nail olma gəlib. Kollektivizm və individualizm ənənələrinin məhdudluğu, “kapitalizm üslubu”nun qəbul olunmaması sovet mentalitetinə malik çoxluq üçün inkişaf yolunun “təmiz” sosialistik, kapitalistik və ənənəvi seçimini çətinləşdirir. Müstəqil bir dövlət kimi Ukraynanın çoxtərəfli kommunikasiya məkanı heç vaxt planlaşdırılmamışdır. Buna görə də geosiyasi və sosial-mədəni fərqlilik geostratlara , enerji inkişafına malik tarixi əyalətlərin təşəkkülündə əks olunmuşdur. Güclü geosiyasi və geoiqtisadi dövrlərdə onlar birləşmiş, əksinə, müharibə, iğtişaşlar və anarxiya dövründə ayrı-ayrı ərazilərə parçalanmışlar.
  Ukrayna ərazisinin müasir sərhədləri Şərq və Qərbdə keçdiyi uzun inkişaf yolu nəticəsində əmələ gəlmişdir. Burada müxtəlif geosiyasi məkanların təsiri altında 3 “plitə”- sosial-mədəni xüsusiyyətli tarixi əyalətləri olan Qərbi, Şərqi və Cənubi Ukrayna formalaşdı. Qərbi Ukraynanın Qərbi Avropa geosiyasi məkanındakı tarixi mövcudluğu 700 il, Şərqi və Cənubi Ukraynanın Rusiya geosiyasi məkanındakı mövcudluğu müvafiq olaraq 300 və 200 il olmuşdur. Qara dəniz ətrafı 2000 ildən artıq Aralıq dənizi məkanında mövcud olmuşdur.
  Geosiyasi “plitələr” müxtəlif iqlimə və relyefə malikdirlər.Qərbdə Karpat dağları, Podolsk və Dnepr ətrafı yüksəkliklər, Şərqdə və Cənubda isə müvafiq olaraq Dneprətrafı və Qara dəniz ətrafı alçaqlıqlar yerləşir. Qərbdə meşə və meşə-çöl zonası, Şərqdə çöl, meşə-çöl, meşə, Cənubda ağotu çölləri üstünlük təşkil edir. Coğrafi şimal və soyuq “qütbü” üst-üstə düşmür. Daha soyuq ərazilər şimal-şərqdə yerləşir. Təsadüfi deyil ki, tatar-monqol hücumları ərzində və dağınıqlıq dövründə, Moskva Rusisi və Step arasında bufer ərazilər yarananda bu istiqamətdə miqrasiya baş vermişdir. Şimal-şərqdə qış çox sərt keçdiyindən heyvanlara qida əldə etmək çətin olur, ona görə də onlar cənubu üstün tuturlar.
  Hər “plitə” transport-kommunikasiya xüsusiyyətlərinə malikdir.Meşə zonasında yollar daha çox çaylardan keçir. Sovet coğrafi məkanında 3 “plitə” iri iqtisadi rayonlar kimi tanınırdı: Cənub-qərbi, Donetsk-Dnepr ətrafı və Cənubi.
  Gənc dövlətlərin mkrokosmosunda təbii olaraq qədim geosiyasi, geoiqtisadi, sosial-mədəni, konfessional ərazi və sərhədlər meydana çıxır. Dövlət siyasətindən asılı olaraq onlar inkişafın strateji resursu və ya dağılmanın səbəbi ola bilərlər. Ukraynanın geosiyasi taleyi təkcə daxili geosiyasi “plitələrin” transformasiyasından yox, həmçinin Rusiyada, Balkanlarda və Qafqazda baş verən hadisələrədn asılıdır.

 Qeydlər: 1) Varyaq- qədim Rusiyada ticarət və talan məqsədi ilə Skandinaviyadan gələn hərbi dəstələr. 
2) Çarqrad- Ruslar üçün dünya ticarət mərkəzi idi.
3) Maqdeburq hüququ- Şəxsi məhkəmə, xüsusi mülkiyyət hüququ, feodal mükəlləfiyyətlərinin çoxundan azad olma
4) Samostiynost-Ukraynada milli istiqlaliyyət uğrunda millətçilik hərəkatı
5) Geostrat-geosiyasi ada
Məqalənin Müəllifi: Vladimir Derqaçev, coğrafiya elmləri doktoru, professor

Категория: Siyasi | Добавил: sweety (12.07.2009)
Просмотров: 1046 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024