Avropa Birliyi gələcəkdə Türk Birliyi üçün nümunə
kimi: Analitik baxış
II
Dünya Müharibəsindən sonra yaranan tarixi şəraitdə formalaşan tələblərdən irəli
gələrək Avropa ölkələrinin yaratdığı Avropa Birliyi qloballaşan dünyada onları
müasir dövrdə terrorizm, qanunsuz narkotik ticarəti, insan alveri və s. kimi təhlükələrə
qarşı müdafiə etməyə imkan verir. Eynən bu növ təhlükələr 7 türk dövlətinə
qarşı da yönəlir və bu problemləri həll etmək üçün Avropa Birliyi nümunəsindən
istifadə edərək Türk Birliyi yarada bilməsini müəyyən etmək üçün analitik baxış
verək. Avropa Birliyini yaradan amillərlə Türk birliyini yaradacaq amilləri
müqayisə edək. Kommunizm " vahid düşmən və təhlükə ” kimi avropa dövlətlərini
ikinci dünya müharibəsindən sonra birləşməyə vadar etdi. Türk dövlətlərinin isə
vahid düşməni yoxdur ki, türk dövlətlərini və xalqlarını vahid cəbhədə birləşdirsin.
Avropa Birliyinin yaranmasına ABŞ özü kömək göstərmişdir (Marşall planı) çünki
bu onun özünə də lazım idi. Türk dövlətlərinə dair ABŞ-ın "Turan Layihəsi” olsa
da bu ancaq Mərkəzi Asiya dövlətlərin əhatə edir və Azərbaycan, ŞKTC və Türkiyəni
Qərb sivilizasiyasına aid edir. Avropa Birliyini birləşdirən növbəti amil dövlətlərin
və xalqların vahid coğrafi məkanda yerləşərək bir - biri ilə coğrafi bağlılığının
olmasıdır və eyni zamanda da bu dövlətlərin müəyyən olunmuş vahid maraqlarının
toqquşan və parçalanan maraqlardan daha üstün və çox olması olmuşdur. Bizim
halda isə ölkələr arasında coğrafi bağlılıq yalnız Mərkəzi Asiyada vardır. Azərbaycan
ilə Türkiyə arasındakı əlaqə coğrafi baxımdan çox zəif, Qarabağ münaqişəsi isə
bunu daha da çətinləşdirir. Avropa Birliyi yaranarkən ona Kommunist düşərgəsindən
yönələn təhlükənin gücü onların arasında olan milli məsələyə aid problemləri müəyyən
müddət unutmağa məcbur etdi. Amma bizim halda 7 türk dövləti öz aralarında olan
problemlər milli məsələ səviyyəsinə çatmasa da, digər dövlətlərlə olan milli məsələ
ətrafında problemləri çoxdur: Qarabağ Problemi, ŞKTC problemi, sözdə erməni
soyqrımı və əsassız erməni iddiaları, Cənubi Azərbaycandakı soydaşlarımızın
problemi, Şərqi Türküstan problem, Kürd və Kərkük problemləri kimi problemlər
buna misaldır. Bu problemlər göstərir ki, Türk Birliyinin yaranmasına qarşı
Rusiya Federasiyası, Çin, İran çıxacaq. Avropa dövlətlərinin bir geopolitik rəqibi
var idi və geopolitik baxımdan düşmən "kontinental” xarakterə malik idi və "dəniz”
dövlətlərin birləşdirirdi ona qarşı və təhlükə bir coğrafi məkandan yönəlirdi.
7 türk dövləti isə birlik yaratmaq istəyəcəyi halda 3 fərqli ideoloji və
coğrafi məkandan təhlükə gələcək və aralarındakı coğrafi bağlılığın olmaması, ərazilərində
fərqli xüsusiyyətli problemlərin olması onları vahid mübarizə aparmağa imkan
verməyəcək. Bütün bunlar onu sübut edir ki, Türk Birliyinin yaranmasında tam
olaraq Avropa Birliyi təcrübəsindən istifadə etmək olmaz. Amma Avropa dövlətlərinin
demokratikləşdirmə, siyasi sistemlərin və qanunvericiklərinin inteqrasiya edilməsində
atdıqları addımları müəyyən mənada nümunə kimi götürmək olar. Qeyd etdiyimiz mənfi
amillərin olması o demək deyil ki, Türk Birliyinin yaranması mümkün deyil. Türk
Birliyini yaradacaq amillər kimi biz bu dövlətlər arasındakı dil, din, mədəni
birliyin olmasını və xalqlar arasında tarixi əlaqələrin olmasını, qloballaşan
dünyada türk dövlətlərinin öz milli-mənəvi dəyərlərini qorumaq məcburiyyətində
qalaraq ayrıca sivilizasiya olmaq üçün bir seçimi var ki, o da Türk Birliyinin
yaranması istiqamətində seçimin edilməsidir.
Avropa
Birliyi yaranarkən onlara yardım olan amillərdən biri demokratik dəyərlərin həmin
dövlətlərdəki cəmiyyətlərdə oturuşmasıdır. Belə homogenlik Avropa xalqlarını
birləşdirən ideoloji dəyərlərin olmasından xəbər verir. Eynən Avropa Birliyindəki
demokratikləşdirmə və demokratik dəyərlərin yayılması Türk Birliyinin
yaramasında nümunə kimi istifadə oluna bilərmi? Mərkəzi Asiyanının türk dövlətləri
keçid ölkələri hesab olunur. Bu keçid totalitarizmdən demokratya istiqamətində
olmalıdır. Bu zaman Mərkəzi Asiya ölkələrinin bu istiqamətdə fəaliyyətində
Avropa Birliyindən nümunə götürəcəyi halda 3 fərqli yoldan istifadə edə bilər:
Birinci, Mərkəzi Asiya ölkələrində hakimiyyətdə olan qüvvələrin mərkəzi
hakimiyyəti öz əllərində cəmləşdirərək mərhələli şəkildə demokratikləşdirməyə
nail olmalıdırlar; İkinci, Mərkəzi Asiya ölkələrində hakimiyyətdə əgər hakimiyyətdəki
demokratik islahat aparan qüvvələr zəif islahat aparırsa bu zaman ölkədə bu
prosesi müxalifət öz əlinə almalıdır və bu müxalifət hakimiyyəti devirəcək gücdə
olmalıdır; Üçüncü, həm müxalifət həm də iqtidar bərabər hüquqlara malik olaraq
və əməkdaşlıq edərək, birgə islahatçı qruplar yaradaraq demokratikləşdirməni təmin
etməlidirlər. Mərkəzi Asiya ölkələri birinci yolu seçsələr də bu ölkələrdə
müxalifətin olmaması, həbsdə olması, zəif təşkilatlanması, barışmaz olması və
iqtidarın özünün demokratik düşüncəli olmaması demokratikləşdirmədə Avropa
Birliyinin təcrübəsindən istifadənin mümkün
olmadığın göstərir. Mərkəzi Asiyanın demokratikləşməsinin bir yolu var
ki, o da Mərkəzi Asiya regional partiyasının yaradılması və özünəməxsus
neodemokratik dəyərlərin formalaşdırılmasıdır. Regional partiya antoqonist millətçi
hissləri boğacaq və vahid maraqlar yaradacaq. Nəticə kimi Mərkəzi Asiya ölkələri
və xalqları həm demokratikləşəcək həm də vahid siyasi qurumda birləşəcək.
Türk
Birliyinin yaranmasına dəstək verəcək amillərdən biri 7 türk dövlətinin
demoqrafik və əmək potensialıdır. Bu ölkələrin əhalisinin artması və xüsusən gənclərin
üstünlük təşkil etməsi böyük demoqrafik potensialdan xəbər verir. BMT-nin
proqnozuna görə 2025-ci ildə ancaq Mərkəzi Asiya türk dövlətlərinin və Azərbaycan
əhalisinin sayı birlikdə 95 mln olacaq və biz buna TC-ni əhalisini də əlavə etsək
böyük bir demoqrafik potensial alınacaq. Bu əhalinin 33-44%-nin çox gənc və
dinamik olduğun nəzərə alsaq bu dövlətlərə kapital axımı güclü olacaq və
iqtisadi baxımdan inteqrasiya güclənəcək. Bütün bunlar Avropa Birliyi ölkələrini
və ABŞ cəlb edəcək və gələcəkdə bura sərmayelərin yatırılması prosesi
başlayacaq. Nəticə kimi Mərkəzi Asiya dövlətləri inkişaf edəcək və 7 türk dövləti
təxminən eyni iqtisadi səviyyədə olacaq bir iqtisadi duruma nail olacaqlar.
Bundan sonra vahid iqtisadi maraqların sayı
çox artacaq və enerji layihələrinin icrasından əlavə türk dilli dövlətlərin
iqtisadi əməkdaşlığı güclənəcək. Mərkəzi Asiya iqtisadi inteqrasiyasın möhkəmləndirmək
üçün Avropa Birliyinin "şəffaf sərhədlər” və "iqtisadi güzəştlər” təcrübəsindən
istifadə edə bilər. Ancaq bu hec də tam türk birliyi demək deyil. Çünki bu
birliyin içində Azərbaycan və Türkiyənin də iqtisadi inteqrasiyası amili
problem şəklində ortaya çıxır. Qafqaz regionunda Dağlıq Qarabağ münaqişəsinin
olması, antitürk mövqeli elitaya məxsus Ermənistanın olması, sərhədlərin iki
türk dövləti arasında coğrafi sərhədlərin uzunluğunun zəif olması bu
inteqrasiyanın baş verməsinə imkan vermir. Məhz bu məqamda görürük ki, iqtisadi
inteqrasiyadan da başlamaq mümkün olmur və bu inteqrasiyanın tam bütün türk
dövlətlərini əhatə etməsi üçün "milli məsələlər” həll edilməlidir. Bütün bunlar
göstərir yenə Avropa Birliyi nümunəsi Türk Birliyi üçün nümunə deyil.
Türk Birliyinin yaranmasına mane olacaq
amillər sırasında bu regiona 3 əsas oyunçunun Moskva, Pekin və Vaşinqtonun
siyasi baxışlarının fərqli olması və müəyyən məqamlarda kəskin şəkildə
toqquşmasıdır. Moskva ilk olaraq onu istəyir ki, 7 türk dövlətindən Azərbaycan
və Mərkəzi Asiyada ABŞ möhkəmlənməsin və bu məqamda onun maraqları Pekinlə
üst-üstə düşür çünki o da istəmir ki, Mərkəzi Asiyada ABŞ möhkəmlənsin. Amma
Çinin özünün Mərkəzi Asiyanın enerji resurslarına sahib olmaq istəyi Moskvanı
çiddi narahat etdiyindən o bu regiona ciddi təzyiq göstərir və öz nəzarətində
saxlamaq istəyir. Lakin Rusiyanın buna iqtisadi potensialı və siyasi iradəsi
çatmadığından o "Şanxay Beşliyin” yaratmaq qərarına gəlir və Mərkəzi Asiyada
qüvvələr balansın təmin edir ki, regiona tam şəkildə nə Çin nə də ABŞ sahib
olmasın. Pekinin məsələyə baxışı Rusiya ilə müəyyən mənada üst-üstə düşür. O
daima regionu təzyiq altında saxlamaq və onu inkişafdan saxlamaq istəyir ki, gələcəkdə
bura ayrıca bir güc mərkəzinə çevrilməsin və eyni zamanda ABŞ bura müdaxilə edə
bilməsin. Eynən Qafqazda da Çin ABŞ-ın iştirakın istəmir çünki Azərbaycanı Mərkəzi
Asiya üçün Qərblə əməkdaşlığa katalizator hesab edir. H.Əliyev bütün bunları nəzərdən
keçirərək ölkəni tam təzyiqdən çıxarmaq üçün 1999-cu ildə dekabrda ATƏT-in
İstambul sammitində belə bir təkliflə çıxış edir ki, Cənubi Qafqazda tam yeni
konfiqurasiyalı regional təhlükəsizlik sistemi ABŞ-ın iştirakı ilə yaradılsın.
ABŞ-ın regiona aid planları genişdir və bunu iki əsas planla əsaslandırmaq
olar. Birinci 2025-ci ildə Mərkəzi Asiyada vahid dövlət yaradılması nəzərdə
tutulan "Turan Projesi”-dir. Bu projeyə görə Mərkəzi Asiyada yaradılacaq vahid
dövlət Rusiya və Çinə qarşı dura biləcək bir dövlət olmalıdır ki, onları
cilovlasın. İkinci plan 1999-cu ildə C.Braunbek tərəfindən irəli sürülərək qəbul
edilən "İpək yolu haqqında strateji akt” adlanır ki, Mərkəzi Asiya ölkələrinin
iqtisadi inteqrasiyaın təmin etməlidir və ABŞ-ın regiona təsirin genişləndirməlidir.
Beləliklə regionda çox fərqli siyasi baxışların olması və onların toqquşması və
heç birinin Türk Birliyini təmin edəcək bir yol olmaması onu göstərir ki, türk
dövlətləri birinci daxillərində olan milli məslələri həll etməlidirlər daha
sonra isə Türk Birliyini yaratmaq istiqamətində fəaliyyət göstərməlidirlər.
Nəticə
olaraq deyə bilərik ki, Avropa Birliyinin yerləşdiyi geopolitik məkan və onun
yaranmasını zəruri edən amillər Türk dövlələrinin yerləşdiyi geopolitik məkan və
tarixi şərait fərqli olduğu üçün Avropa Birliyi bizə tam nümunə ola bilməz.
Müəllif: Vəliyev Fərzəli
|