Sizin Milli İntellektual Məkan
Среда, 24.04.2024, 17:59
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Beynelxalq Senedler. [1] Siyasi [25] Dini [3]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » Статьи » Maraqlı. » Siyasi

Narkoticarət - Siyasi Alət və Kütləvi Qırğın Silahı



Narkoticarət - Siyasi Alət və Kütləvi Qırğın Silahı

 

Dünyada dövlətləri artıq bir-birinə qarşı mübarizədə yeni formalardan və vasitələrdən istifadə edirlər. Artıq hədəf kimi ancaq kombatantları deyil həm də adi vətəndaşları görürlər. Buna müasir dövrdə "silent war” (sakit müharibə) desək daha düzgün olardı. Dövlətlərin bir-birinə qarşı istifadə etdiyi ən böyük silahlardan biri də narkotikdir. Narkotik cəmiyyətin bütün təbəqələrinə təsir edir və dağıdıcı effektə malik olur və artıq dövlətin demoqrafiyası dağılmağa başlıyır. Cəmiyyətin təbii artımı zəifləyir, yeni doğulan nəsil xəstə və zəif olur, gənclərin iş qabiliyyəti və aktivliyi 60-75% geriləyir, cinayətkarlıq və zorakılıq halları dövlətin içində 3 dəfə artır.

 

Bu məsələdən ən çox narahat olan iki tərəf mövcuddur, bunlardan biri Rusiya digəri isə Avropa Birliyidir. Avropa parlamentinin bu məsələlər üzrə məsul olan deputatı Pino Arlakki bildirir ki, bu gün ən çox narkotikın gəldiyi regionlardan biri də Əfqanıstandandır. Belə ki, Əfqanıstanda 90-cı illərin ortalarına kimi narkotik istehsalı demək olar sıfıra endirilmişdi. Taliban rejiminin həyata keçirdiyi daxili siyasət (narkotik istehsalına görə edam) ölkədə nəinki narkotiki istehsal etməyə hətta adın çəkmək belə ölüm hökmü və ya buna bərabər bir hal idi. ABŞ orduları tərəfindən "Məğlubedilməz Azadlıq” adlı hərbi əməliyyatından sonra Əfqanıstan dünya üzrə narkotikin 92%-ın istehsal etməyə başladı. Düşünürəm ki, dünya birliyi ya anlamır ya da anlamaq istəmir ki, son 8 ildə Əfqanıstanda vəziyyət hansı istiqamət üzrə inkişaf edir. Son 8 il ərzində Əfqanıstanda narkoticarət 40 dəfə artdı, bu da dünya üzrə narkotik dövriyyəsinin 2 dəfə artmasına gətirib çıxardı. Rusiyalı səlahiyyətli V.İvanov isə öz növbəsində qeyd edir ki, Rusiya federasiyası daxil bütün dünya qlobal bir narkotik təhlükəsi qarşısındadır.

 

Amerikanın Əfqanıstan və Pakistan məsələləri üzrə nümayəndəsi R.Xolbruk bildirir ki, Əfqanıstandakı narkotik tarlaları məhv edilməyəcək. Bunun üçün isə iki əsas səbəb göstərir: İlk olaraq bunu mənasız bir vaxt sərfiyyatı və itkisi adlandırır və ikinci əsas səbəb kimi onu göstərir ki, narkotik tarlaları məhv edildiyi halda əfqan əkinçiləri işsiz qalacaq və onlar  bundan sonra dərhal gedəcəklər taliban hərakatının üzvlərinə qoşulacaqlar ki, onlar da mübarizə iraqlı döyüşçülərlə döyüşməkdən dəfələrlə çətindir.

 

R.Xolbrik bildirir ki, tarixdə ilk dəfədir ki, NATO qoşunları öz sərhədlərindən bu qədər kənardadır və çox az itki verir. Bu çox qeyri-adi görkəm olsa da əslində isə ABŞ ordusu sadəcə olaraq əfqan narko baronları ilə razılaşma əldə etmişdir və narkotikdan silah kimi başqa dövlətlərə qarşı istifadə edir.

 

ABŞ-ın cənub ştatlarında kolumbiyalı narko kartellərə görə geniş narkomafia yaranmışdı. Bütün cənub ştatlardakı banklar narkomafiyanın çirkli pulların təmizləməklə məşğul idi. Kolumbiya hökuməti özü isə gəliri dövlət büdcəsindən çox olan narkokartellər ilə mübarizə apar bilmirdi və həyata keçirdiyi tədbirlər böyük insan itkiləri ilə nəticələnirdi. ABŞ məsələni çox sadə yolla həll etdi. Təyyarələr vasitəsi ilə havadan tarlalara xüsusi kimyəvi vasitə olan defoliant səpərək narkotikın istehsalın 75% azaltmışdı. Bu uğuru ABŞ 1 ilə əldə etmişdi və ümumilikdə 229130 hektar narkotik plantasiyaları məhv olmuşdu. Əlbəttə söhbət əgər ABŞ vətəndaşlarından və dövlət təhlükəsizliyindən gedirsə bu təhlükə nə olursa dərhal məhv edilir.

 

Bu sadə bir nümunədir və onu göstərir ki, ABŞ istərsə tam nəzarətində olan əfqan çöllərindəki narkotik tarlaların 1 ildən tez bir zamanda məhv edər. Avropa Birliyi hər il Əfqanıstana 1 miliyard avro dəyərində yardım ayırır və bu yardımın 45-50%-ini kənd təsərrüfatına yönəltməsi kifayətdir ki, Əfqanıstanda kənd təsərrüfatı inkişaf etsin və əfqan əkinçiləri işsiz qalmasınlar. Amma ABŞ bunu etmir və heç kimə də hesabat vermir. Çünki ABŞ öz maraqların düşünür və çıxarların hesablayır. Rusiya və Şərqi Avropaya narko tranzitə şərait yaradaraq onların sosial strukturun sıradan çıxarır. Sadəcə olaraq Rusiya Federasiyasının demoqrafik sahədə statistik göstəricilərinə baxmamız kifayətdir-əhali durmadan azalır (əhali 148 mln-dən 142 mln-a düşüb), gənclərin sayı və aktivliyi geriləyir, xəstə uşaqların sayı günü-gündən artır (dünyada ən çox uşaq narkoman Rusiyadadır). Bütün Mərkəzi Asiyanın milli probleminə çevrilən narkotik "alınmaz qala” olan Əfqanıstandan gəlir və buna qarşı nə AB, nə də RF heç bir addım ata bilmir.

 

Niyə ABŞ 30 mart 2003-cü ildə daxil olduğu İraqdan qoşunların çıxardı amma Usama Ben Laden ölsə də, taliban rejimi devrilsə də 2001-ci ildə daxil olduğu Əfqanıstandan qoşunların çıxarmadı? Cavab çox sadədir: İraq daimi hərbi xərclər deməkdir və daha böyük münaqişəyə (İranla və digər regional güclərlər) bənd ola bilmək təhlükəsidir ki, ABŞ-ın da hazırda iqtsadi və siyasi gücü buna yetməyəcək. Əfqanıstandan əldə etdiyi gəlirlə ABŞ nəinki hərbi xərclərin qarşılayır hətta öz iqtisadiyyatın da gücləndirir və üstəlik düşmənlərin də sıradan çıxarır və məhz buna görə də indiyə kimi Əfqanıstandan imtina etmir. BMT-nin məlumatına görə hər il Əfqanıstandan dünyaya təxminən 6000-7000 ton arası həcmdə və indiyə kimi 2 trilyon 320 milyard dollar dəyərində narkotik ixrac olunur. Bu rəqəm çox şeydən xəbər verir. Buna şübhəsi olanlar sadəcə olaraq "United Nations Office on Drugs and Crime, World Drug Report 2010” adlı sənədi tapıb oxusunlar.

 

Azərbaycana gəldikdə isə ölkəmizdə vəziyyət digərləri ilə müqayisədə böyük irəliləyişlər əldə edilib. Belə ki, BMT-nin yuxarda qeyd etdiyimiz məruzəsində Azərbaycanın adı narkotik krizisi keçirən ölkələr sırasında ümumiyyətlə keçmir. Bu çox böyük sevindirici haldır. Çünki Avropanın ən inkişaf etmiş ölkələri bütün tədbirlərinə baxmayaraq narkotik krizisin yaşayır. Azərbaycan əsas beynəlxalq narkotraffikda yerləşdiyi söylənilsə də bu artıq əvvəlki tək deyil. Dövlət tərəfindən kiçik ərazidə çevik əkstədbirlərin keçirilməsi buranı böyük həcmlərdə narkotik keçirilməsində istifadə üçün qeyri-mümkün edir. 

 

Категория: Siyasi | Добавил: Fazik (25.12.2011) | Автор: Fərzəli
Просмотров: 2880 | Рейтинг: 5.0/1 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024