Sizin Milli İntellektual Məkan
Воскресенье, 22.06.2025, 16:08
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 626

Главная » 2011 » Декабрь » 27 » “İranın Vurulması: Azərbaycanın Münasibəti Necə Olmalıdır?!”
“İranın Vurulması: Azərbaycanın Münasibəti Necə Olmalıdır?!”
00:12
Iran vs USA

"İranın Vurulması: Azərbaycanın Münasibəti Necə Olmalıdır?!”

Bu ilin oktyabrında ABŞ-ın rəsmiləri İranı ABŞ-dakı Səudiyyə Ərəbistanın səfirini öldürəmək istəməkdə günahlandırdı. Həmçinin də əlavə etdi ki, bunu etməkdə İranın əsas məqsədi "Səudiyyə Ərəbistanla ABŞ-ı düşmən etmək” idi. Lakin İran hər şeyin yalan olduğunu deyib ABŞ-ı onu şərləməkdə günahlandırdı. Yenə münasibətlər gərginləşsə də, kəşfiyyat təyyarələri ilə Qum və Natanzada uran zənginləşdirən məxfi bazaları çəksə də, MAQATE raportlar yazsa da, İran işğal altında olan Qarabağdan istifadə edərək məxfi silahlar və texnologiyaları Rusiyadan alsa da və orada kimyəvi tullantılar basdırılsa da, bu deyilən "ABŞ versus İran” toqquşması baş vermədi. Iran durmadan silahlanaraq regionu militaristləşdirir: rus texnologiyasın təkmilləşdirərək uzaq və orta mənzilli raketlərin sayın və sınağın artırdı, Rusiya isə hər ehtimala qarşı cənubdakı qoşunların hazırlıq vəziyyətinə gətirdi, İsrail də hərbi hava qüvvələri ilə təlimlərin artırdı. Bunların arasında hərbi təlimlər keçirməyən və əksinə qoşunların Yaxın Şərqdən çıxaran ABŞ artıq 4 ildən çoxdur ki, İranı vurmaq istəyir amma nə qədər də bəhanələr desə də provakasiyası alınmır.

 

ABŞ-ın bəxtindən daha doğrusu bəxtsizliyindən beynəlxalq vəziyyət onun istədiyi kimi deyil: Avropa İttifaqı "avro” krizisin yaşıyır, NATO üzrə regionda əsas müttəfiqlər olan Türkiyə və İsrail bir-biri ilə düşməndir, "Ərəb Baharı” nə qədər edir gedib İran sərhədlərin aşa bilmir. Yəgin "Ərəb Baharı” ancaq ərəbcə danışır və farslar onu yaxşı başa düşmür. ABŞ-ın öz daxilində uzun müddət  debatlar keçirdi və bu debatlarda iştirak edənlər ümumi iki əsas fikir irəli sürdülər. Birinci yanaşmaya görə: ABŞ bütün beynəlxalq vasitələrdən istifadə edərək İrana təzyiq göstərməli və onun nüvə proqramına mane olmalıdır. İkinci yanaşmaya görə isə: İndiki İrandan daha təhlükəli İran, nüvə gücünə sahib olan İrandır və belə İranın yaranmasına qarşı iki növ hərbi müdaxilə etmək olar: Birinci kiçik xüsusi əməliyyatlar icra edərək onun nüvə bazaların məhv etməklə. İkinci birbaşa NATO ilə genişmiqyaslı hərbi əməliyyatlar icra etməklə. İndi ABŞ-ın kiçik hərbi əməliyyatlar yolunu istifadə edəcəyinə inanmaq daha realist bir düşüncə olardı. PKK terroru kimi daxili təhlükəsizlik problemi yaşıyan, zəlzələlərin təsirindən iqtisadi çətinlikləri yaranan, NATO üzrə müttəfiqi olan İsrail ilə siyasi gərginlik yaşıyan və Fransa ilə saxta "erməni soyqırımı” məsələsinə görə tam diplomatik münasibətləri kəsən Türkiyənin İrana qarşı çıxacağın heç düşünmürəm və hər şeydən əlavə İsrailin də təkbaşına regionda İrana qarşı duracağın düşünmürəm.


Amma İsrail artıq hava zərbələrinin planın hazırlasa da və bir sıra ərəb dövlətləri buna öz hava məkanın versə də görünür ABŞ hələ ki, İsrailə "razılıq” verməyib. Qalır ancaq bir yol o da İrana qarşı olan sanksiyaları artırmaq və ya İranı hər hansı digər yolla zəiflətmək. Amma yenə də deməliyik ki, ABŞ-ın daxilindəki siyasi qüvvələr nüvə enerjisi olan İranla diplomatik danışıqlar aparmaqdansa, nüvəsiz İranla müharibəni üstün tuturlar. Məhz bu səbəbdən də yaxın bir neçə ildə müharibəni istisna etmək lazım deyil. Ən azında 2011-ci il də başımız dinc qaldı.Müharibə olmadı.

 

Azərbaycan üçün isə nüvə enerjisinə malik olan ikinci bir böyük qonşu dövlətin olması və üstəlik də bizim düşmənimiz olan ermənilərə dövlət səviyyəsində hərtərəfli yardım və dəstək edən İran kimi dini-fanatik dövlətin olmasının nə demək olduğun hammı yaxşı anlayır. İrana qarşı hərbi əməliyyatların olmasına qəti qarşıyam. Çünki, orada miliyonlarla azərbaycanlılar yaşayır və onlar istər-istəməz bu müharibənin iştirakçısı olacaq, İran bizimlə qonşu olduğundan onun ərazisində yaranacaq hər hansı bir münaqişədə Azərbaycan ərazisinə (iqtsadiyyatına) əlavə qaçqınlar ordusuna gətirəcək və dövlət buna uzun müddət dözməli olacaq.  Azərbaycanın ərazisindən bu əməliyyatlarda istifadə olunmasına da qarşıyam. Səbəb çox sadədir: AZƏRBAYCAN ARTIQ BU MÜHARİBƏNİN İŞTİRAKÇISI OLACAQ. Unutmayaq ki, ABŞ Okeanın o tayındadır. İran və onun dostları Rusiya və Ermənistan isə bizim qonşularımızdır. Qoy bəzi özünə yalandan "türkçü” və ya "turançı” deyən provakatorlar anlasınlar İranı vuran ABŞ orada da hakimiyyətə İraqdakı kimi onun dediklərin edən bir hökumət gətirəcək. Heç kim bizə Cənubi Azərbaycanı və ya başqa torpaqları verməyəcək və heç kim İranı parçalamayacaq. Çünki səbəb çox sadədir: Cənubi Azərbaycan bizimlə birləşərsə bu Ermənistanın güclü iqtisadi blokadaya alınması və Qarabağın qaytarılmasına doğru böyük addımdır və biz də eyni zamanda Türkiyə ilə birgə güclü iki böyük türk dövləti olaraq daha güclü bir siyasi gücə çevriləcəyik və ABŞ da bunu bizdən daha öncə anlayır və İranı heç bir zaman parçalamaz. Əgər parçalayarsa da bu zaman Türkiyəni bütov buraxmaz. Bizə isə parçalanmış Türkiyə lazım deyil.

 

Rəsmi Bakı vaxtında öz mövqeyin çox ağıllı şəkildə bildirərək bu məsələyə əl qoymayacağın bildirdi.Bu addəm həqiqətən də dövlət təhlükəsizliyimiz üçün əhəmiyyətli bir addım idi. İran da bizə "dostumsan, müsəlman qardaşımsan” deyib getdi ermənilərlə dostluq eləməyə, onlara qaz kəməri çəkdi indi də Arazda onlarla SES tikəcək. Nə edək?! Heç nə etməyək sadəcə olaraq tanıyaq kim-kimdir və bəzi İrançı dindarlarımız bilsin ki, İRANLA BİZİM ARAMIZDA HAZIRDA DOSTLUQ MÜNASİBƏTLƏRİ YOXDUR.


Просмотров: 2105 | Добавил: Fazik | Рейтинг: 5.0/2 |
Всего комментариев: 4
4 Fazik  
0
Sag ol Azad bey ......... gormursen o boyda prezident yaninada olmayan tehlukesizlik shurasinin uzvuyem...... biggrin

3 Azad Veliyev  
1
Senin geleceyin var bala.Dovlet bu cur siyasetchini itire bilmez :)))) Halal olsun,chox mentiqli sohbetlerdi

2 Fazik  
0
Nicat kim deyir ki, Bİz müdafiəsiz bir durumdayıq ?!
Bizi ən birinci regionun özü qoruyur, ikinci Türkiyə bizi qoruyur üçüncü isə regional layihələr və Tərəfsizliyimiz bizi qoruyur....

1 Nicat Quluzadə  
1
Azərbaycan onsuz da münasibətini bildirib. Yəni qoşulmamaq siyasəti yürüdür. Nə NATO-ya, nə də MDB-nin qoşunlarına hə deyir. Ona görə də İran məsələsində də hər şey ortadadır. Amma bu da bizim axırımıza çıxacaqdır. Çünki regionda müdafiəsiz durumda qalmışıq...

Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Kalendar
«  Декабрь 2011  »
Пн Вт Ср Чт Пт Сб Вс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2025