"İranın Vurulması: Azərbaycanın Münasibəti Necə
Olmalıdır?!”
Bu ilin oktyabrında ABŞ-ın rəsmiləri İranı
ABŞ-dakı Səudiyyə Ərəbistanın səfirini öldürəmək istəməkdə günahlandırdı. Həmçinin
də əlavə etdi ki, bunu etməkdə İranın əsas məqsədi "Səudiyyə Ərəbistanla ABŞ-ı düşmən etmək” idi. Lakin İran hər şeyin
yalan olduğunu deyib ABŞ-ı onu şərləməkdə günahlandırdı. Yenə münasibətlər gərginləşsə
də, kəşfiyyat təyyarələri ilə Qum və Natanzada uran zənginləşdirən məxfi
bazaları çəksə də, MAQATE raportlar yazsa da, İran işğal altında olan
Qarabağdan istifadə edərək məxfi silahlar və texnologiyaları Rusiyadan alsa da
və orada kimyəvi tullantılar basdırılsa da, bu deyilən "ABŞ versus İran” toqquşması baş vermədi. Iran durmadan silahlanaraq
regionu militaristləşdirir: rus texnologiyasın təkmilləşdirərək uzaq və orta mənzilli
raketlərin sayın və sınağın artırdı, Rusiya isə hər ehtimala qarşı cənubdakı
qoşunların hazırlıq vəziyyətinə gətirdi, İsrail də hərbi hava qüvvələri ilə təlimlərin
artırdı. Bunların arasında hərbi təlimlər keçirməyən və əksinə qoşunların Yaxın
Şərqdən çıxaran ABŞ artıq 4 ildən çoxdur ki, İranı vurmaq istəyir amma nə qədər
də bəhanələr desə də provakasiyası alınmır.
ABŞ-ın bəxtindən daha doğrusu bəxtsizliyindən
beynəlxalq vəziyyət onun istədiyi kimi deyil: Avropa İttifaqı "avro” krizisin
yaşıyır, NATO üzrə regionda əsas müttəfiqlər olan Türkiyə və İsrail bir-biri ilə
düşməndir, "Ərəb Baharı” nə qədər edir gedib İran sərhədlərin aşa bilmir. Yəgin
"Ərəb Baharı” ancaq ərəbcə danışır və farslar onu yaxşı başa düşmür. ABŞ-ın öz
daxilində uzun müddət debatlar keçirdi və
bu debatlarda iştirak edənlər ümumi iki əsas fikir irəli sürdülər. Birinci yanaşmaya
görə: ABŞ bütün beynəlxalq vasitələrdən istifadə edərək İrana təzyiq göstərməli
və onun nüvə proqramına mane olmalıdır. İkinci yanaşmaya görə isə: İndiki
İrandan daha təhlükəli İran, nüvə gücünə sahib olan İrandır və belə İranın yaranmasına
qarşı iki növ hərbi müdaxilə etmək olar: Birinci kiçik xüsusi əməliyyatlar icra
edərək onun nüvə bazaların məhv etməklə. İkinci birbaşa NATO ilə genişmiqyaslı
hərbi əməliyyatlar icra etməklə. İndi ABŞ-ın kiçik hərbi əməliyyatlar yolunu
istifadə edəcəyinə inanmaq daha realist bir düşüncə olardı. PKK terroru kimi
daxili təhlükəsizlik problemi yaşıyan, zəlzələlərin təsirindən iqtisadi çətinlikləri
yaranan, NATO üzrə müttəfiqi olan İsrail ilə siyasi gərginlik yaşıyan və Fransa
ilə saxta "erməni soyqırımı” məsələsinə görə tam diplomatik münasibətləri kəsən
Türkiyənin İrana qarşı çıxacağın heç düşünmürəm və hər şeydən əlavə İsrailin də
təkbaşına regionda İrana qarşı duracağın düşünmürəm.
Amma İsrail artıq hava zərbələrinin
planın hazırlasa da və bir sıra ərəb dövlətləri buna öz hava məkanın versə də
görünür ABŞ hələ ki, İsrailə "razılıq” verməyib. Qalır ancaq bir yol o da İrana
qarşı olan sanksiyaları artırmaq və ya İranı hər hansı digər yolla zəiflətmək. Amma
yenə də deməliyik ki, ABŞ-ın daxilindəki siyasi qüvvələr nüvə enerjisi olan
İranla diplomatik danışıqlar aparmaqdansa, nüvəsiz İranla müharibəni üstün
tuturlar. Məhz bu səbəbdən də yaxın bir neçə ildə müharibəni istisna etmək
lazım deyil. Ən azında 2011-ci il də başımız dinc qaldı.Müharibə olmadı.
Azərbaycan üçün isə nüvə enerjisinə malik
olan ikinci bir böyük qonşu dövlətin olması və üstəlik də bizim düşmənimiz olan
ermənilərə dövlət səviyyəsində hərtərəfli yardım və dəstək edən İran kimi
dini-fanatik dövlətin olmasının nə demək olduğun hammı yaxşı anlayır. İrana
qarşı hərbi əməliyyatların olmasına qəti qarşıyam. Çünki, orada miliyonlarla azərbaycanlılar
yaşayır və onlar istər-istəməz bu müharibənin iştirakçısı olacaq, İran bizimlə
qonşu olduğundan onun ərazisində yaranacaq hər hansı bir münaqişədə Azərbaycan ərazisinə
(iqtsadiyyatına) əlavə qaçqınlar ordusuna gətirəcək və dövlət buna uzun müddət
dözməli olacaq. Azərbaycanın ərazisindən
bu əməliyyatlarda istifadə olunmasına da qarşıyam. Səbəb çox sadədir:
AZƏRBAYCAN ARTIQ BU MÜHARİBƏNİN İŞTİRAKÇISI OLACAQ. Unutmayaq ki, ABŞ Okeanın o
tayındadır. İran və onun dostları Rusiya və Ermənistan isə bizim
qonşularımızdır. Qoy bəzi özünə yalandan "türkçü” və ya "turançı” deyən
provakatorlar anlasınlar İranı vuran ABŞ orada da hakimiyyətə İraqdakı kimi
onun dediklərin edən bir hökumət gətirəcək. Heç kim bizə Cənubi Azərbaycanı və
ya başqa torpaqları verməyəcək və heç kim İranı parçalamayacaq. Çünki səbəb çox
sadədir: Cənubi Azərbaycan bizimlə birləşərsə bu Ermənistanın güclü iqtisadi
blokadaya alınması və Qarabağın qaytarılmasına doğru böyük addımdır və biz də
eyni zamanda Türkiyə ilə birgə güclü iki böyük türk dövləti olaraq daha güclü
bir siyasi gücə çevriləcəyik və ABŞ da bunu bizdən daha öncə anlayır və İranı
heç bir zaman parçalamaz. Əgər parçalayarsa da bu zaman Türkiyəni bütov
buraxmaz. Bizə isə parçalanmış Türkiyə lazım deyil.
Rəsmi Bakı vaxtında öz mövqeyin çox ağıllı şəkildə
bildirərək bu məsələyə əl qoymayacağın bildirdi.Bu addəm həqiqətən də dövlət təhlükəsizliyimiz
üçün əhəmiyyətli bir addım idi. İran da bizə "dostumsan, müsəlman qardaşımsan”
deyib getdi ermənilərlə dostluq eləməyə, onlara qaz kəməri çəkdi indi də Arazda
onlarla SES tikəcək. Nə edək?! Heç nə etməyək sadəcə olaraq tanıyaq kim-kimdir
və bəzi İrançı dindarlarımız bilsin ki, İRANLA BİZİM ARAMIZDA HAZIRDA DOSTLUQ MÜNASİBƏTLƏRİ YOXDUR.