2012-ci il: Gərginlik artır - Təhlükəli siyasi gedişlər
Təhlükə var. 2012-ci ilə belə bir
siyasi təhlükəli notlarla başlayan regionda gərginlik var. Nədir bu gərginlik?
İrana qarşı tədbiq olunan sanksiyalar hansı nəticələri verə bilər? Son zamanlar
Türkiyə niyə Suriya məsələsində susqundur?
Çox qarışıq məsələlərdir.
Bu yaxınlarda ABŞ-ın rəhbərliyi tərəfindən
çox tutarlı bir addım atıldı bu daxilə yönəlik həm də xaricə yönəlik bir addım
oldu. ABŞ prezidenti B.Obama yeni qəbul etdiyi qərar görə müdafiə xərclərin
azaltdı və İrana qarşı sərt maliyyə sanksiyaları tədbiq etdi. Nəticə nə oldu?
İranın milli valyutası ABŞ valyutası qarşısında 10 dəfə ucuzlaşdı. İranın
maliyyə resurlarına və daxili maliyyə sisteminə qədər böyük zərbə oldu. Eyni
zamanda orduya istiqaçətli olan hərbi xərcləri azaltmaqla B.Obama "Uol Striti
işğal et” etiraz aksiyasının əsas tələblərindən birini də etmiş oldu və beləlikdə
həm daxildə nisbətən sakitçilik yaratdı həm də xaricdə əsas təhlükə kimi qeyd
etdiyi İrana növbəti zərbəni vurdu. Bu qərar həm də ABŞ-ın öz daxili maliyyə
durumunu da stabilləşdirdi və iqtisadi borclarının ödənilməsi üçün uyğun şərait
yaratmış oldu. Bundan əlavə olaraq İrana qarşı gələcəkdə tədbiq olunacaq ən
böyük sanksiya kimi ondan ümumiyyətlə neftin və qazın alınmasına qadağanın
qoyulması ola biləcəyi deyilmişdi. Bu isə İranın kəskin şəkildə dövlət büdcəsinə
böyük zərbənin endirilməsi demək olacaq. İqtisadi baxımdan İrana qarşı olan bu
tədbirlər əlbəttə müxtəlif nəticələr verə bilər. Belə ki, İran hərbi xərclərin
və Yaxın Şərqdə mürtəce rejimlərə maliyyə dəstəyinin qarşısın alınacaq və ən əsası
ABŞ İranın nüvə silahı ilə bağlı olan istəklərin məhdudlaşdırmaqda bir addım atmış
olacaq.
Suriyada daxili vəziyyət günü gündən
kəskinləşir və artıq Suriyanın içində ABŞ və Qərb tərəfindən dinc etirazçılar
adlandırılan və artıq çoxlu silah və mərmi ilə təmin olunan və etirazçıların tərəfinə
keçən ordu nümayəndələri də vardır. Suriyada vətəndaş müharibəsi gedir. Ölkənin
kiçik hissələri mövcuddur ki, ümumiyyətlə nə ordu daxil ola bilir nə də hücum
edə bilir. Ölkənin içini qarışdıraraq onu tam iflic vəziyyətinə salan və eyni
zamanda hazırda heç bir hərbi intervensiya etməyən Qərb və ABŞ düzgün bir istiqamət seçmişlər. Səbəb
vardır. Suriya Yaxın Şərqdə Rusiya və İranın dəstəyi ilə ölkənin silahlanmasını
icazəsi veriləndən daha artıq bir dərəcəyə gətirib və bu silahları arasında
uzaq mənzilli raketlər də mövcuddur. Bu raketlərin işə düşməsinin qarşısın
alacaq yeganə variant məsələni suriyalıların özlərinin həll etməsidir. Yəni
daxildə vətəndaş müharibəsi olmalıdır və Liviyadakı kimi sonluqla nəticələnməlidir.
CNN, BBC və euronews kanallarında keçən reportajlara baxarkən ən maraqlısı o
oldu ki, reportajı aparan özü deyir ki, Suriyanın daxilində artıq gözəl hərbi təlim
keçən müqavimət hərəkatı vardır. Amma kimin təlim keçdiyi, necə təlim keçdiyi və
harada təlim keçdiyi deyilmir.
Amerika artıq Suriyanın içini iflic
vəziyyətinə qoyur. İran iqtisadiyyatın dağıdır. Ən son mərhələ açıq şəkildə ABŞ
və Qərbin üsyançılara silah, mərmi və texnikadan ibarət bir "humanitar” yardımı
olacaq.
İran bunlara necə reaksiya verir? əslində
xarici-siyasi tədbir kimi elə bir addım atmır ki, suriyadakıları sakitləşdirsin
və sadəcə boğazdan yuxarı danışaraq müdafiə məqsədli təlimlər keçirir. İlk öncə
körfəzdə keçirdiyi dəniz təlimləri daha sonra isə Əfqanıstanla sərhəddə
başladığı xüsusi təyinatlıların təlimləri açıq aydın ABŞ və Qərbə göstərdi ki, İran
körfəzdən və Əfqanıstandakı ABŞ hərbiçilərindən zərbə gözləyir. 05 yanvar
2012-ci ildə Medvedyev ilə Əhmədinejat arasında olan telefon danışığında
Medvedyev bildirdi ki, Suriyada hərbi məsələlərə tərəfdar deyil və bunu siyasi
yolla BMT vasitəsi ilə həll etmək istəyir.
Türkiyə isə daha tədbirli
davranaraq artıq Suriya məsələsində müəyyən qədər zamana etibar etməyə başlayıb
və Azərbaycanla birlikdə İrana qarşı böyük iqtisadi zərbə endirən neft-qaz
layihəsinə imza atmaları İran üçün təhlükəli oldu. Türkiyənin və Azərbaycanın
bu addımı M.Brayzaya görə: ” Bu sahədə əldə olunan razılıq "Cənub Koridoru” üçün yol açır. Bu isə İran və
Rusiyadan enerji atdıranı kimi asılılığını məhdudlaşdıracaq və Avropanın enerji
təhlükəsizliyinə böyük kömək olacaq”.
Əslində ABŞ bunu 2006-cı ildən bəri etmək niyyətindədir
ki, İrana qarşı ola biləcək bütün sanksiyalarda Avropa ehtiyat etmədən ABŞ-ın
yanında olsun.
Bu arada da İrandakı kürdlərin
lideri isə kürd qaçaqmalçılarının öldürülməsinə görə Türkiyəni tənqid edir. Bu tənqid kürd millətpərvərliyidir yoxsa Əhmədinejat sevgisidir, bu humanizmdir yoxsa
İran maraqlının müdafiəsidir?! Bu sualın
cavabın artıq Türkiyə də bilir və onun kürd əsilli vətəndaşları da bilir.
2011-ci ildə İranın anti-Azərbaycan
istiqamətli tədbirləri və siyasi addımları 2012-ci ildə artıq onu Azərbaycansız
və Türkiyəsiz qoydu. Azərbaycan sadəcə olaraq İranla qonşu və iqtisadi tərəfdaş
kimi davranır və münasibətlər bu səviyyədə də bitir. İrandakı dini liderlər isə
Azərbaycanı hədələyir.
|