Sizin Milli İntellektual Məkan
Четверг, 02.04.2026, 20:55
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Beynelxalq Senedler. [1] Siyasi [25] Dini [3]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 626

Главная » Статьи » Maraqlı. » Dini

Allahın nece fealiyyəet gösterdiyini düşünmek olarmı?

                     Allahın neçə fəaliyyət göstərdiyini düşünmək olarmı?

Bismillah

    Hal-hazırda Allahın dünyanı, ümumilikdə “Bütün olanı”, gözə görünəni və görünməyəni, hər şeyi necə idarə etməsi və iş prinsipləri haqqında bəhs edərkən ilk öncə ondan başlamaq istərdim ki doğurdanmı “ İnsan ” - Allah tərəfindən yaradılan fövqəlbəşər bir varlıq onu yaradanın dünyanı necə idarə etməsindən ümumilikdə onun iş prinsiplərindən bəhs edə bilərmi və ya düşünə bilərmi? Məncə bunun tam cavabı böyük və qəti şəkildə “YOX” -dur. Amma qismən cavabı isə belədir-“Allahın istədiyi çərçivədə insan onun dünyanı necə idarə etməsini bilər və anlayar”.

İnsanın Allahın dünyanı neçə idarə etdiyini tam bilməməsi və anlamamasının bir neçə səbəbi var: İnsan şüurunun funksiyası yalnız gördüyünü və hiss etdiyini dərk etməyə imkan verir. Yəni “ İNSAN ” şüuru o qabiliyyətə malik deyil ki, Allahın işinin mahiyyətin tam dərk etsin.Ən azından sadə bir məntiq var ki,  Allah sadəcə olaraq hər şeyi “ OL ” deyərək yaradır (Ali İmran sürəsi ayə 59” Allah yanında İsa da (İsanın atasız dünyaya gəlmiş də) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(Bəşər) ol!” – dedi, o da oldu). İnsan şüuru bunu anlamır. Sadəcə ona bu möcüzə kimi gəlir. Necə ola bilər ki, hər şeyi “OL” deyərək yaradasan. Axı hec nədən hər şeyi yaratmaq mümkün deyil. Buradan görünür ki İnsan şüuru bunu qəbul etmir və çərçivədən kənar düşünə bilmir. Amma əslində bu o deməkdir ki, “Ey insan sən  Allahın neçə işlədiyini dərk edə bilmərsən çünki, O hər şeyi “OL” deyərək yaradır. Bu bir anlamı verir ki, Allahın qüdrətinin nə dərəcədə geniş və sonsuzdur ki o bütün olanı yalnız bu güclə və qüdrətlə idarə edir və yalnız bu güclə hər şeyi “OL” deyərək yaradır və hec nədən hər şeyi də elə bu gücü və qüdrəti sayəsində yaradır. Beləliklə, Allahın gücünün sadəcə sonsuz və böyük olduğunu bilən amma tamamilə dəqiq sərhədlərin müəyyən edə bilməyən, tam dərk edə bilməyən insan , bu güc sahibinin də dünyanı necə idarə etdiyini də dərk edə bilməz. Çünki insan ən azından bu gücü neçə idarə etməyi də bilmir. Ümumilikdə biz qarşımızda nə qədər bilmir sözünün dayandığının görürük. Bu “BİLMİR” sözləri çərçivənin olduğunun göstərir yəni sən dərk edə bilmərsən biz dünyanı necə dərk edirik.

İndi isə keçək ikinçi məqama ”Alla istədiyi çərçivədə insan onun dünyanın necə idarə etdiyi bilər və anlayar”. Burada söhbət ümumi anlayışlardan və ya tam dərk edilməyən anlayışlardan gedir.

İlk öncə “Böyük Balanslaşdırılmış Dünya” anlayışından başlayaq: İnsanın həyatında  baş verən hadisələrin düzümündə, Yer kürəsindəki baş verən bütün proseslərin mahiyyətində, Günəş sistemindəki göy cisimlərinin müəyyən olunmuş dəqiq nizam üzrə duruşunda və dəqiq müəyyən olunmuş hərəkətində, komosdakı və qalaktikadakı bütün səma cisimlərinin hərəkətində olan ilahi dəqiqlikdə, Ağ ulduzlarla Qara dəlikər arasındakı mövcud fərqdə və ümumilikdə hər bir şeyin mahiyyətinə nəzər salsaq görərik ki, ” Hər şey pozulmaz əbədi və ilahi bir balansdadır ”. Bu balans məhz “OL” deyilərək Allah tərəfində yaradılıb və onun sonsuz qüdrəti və gücü ilə idarə olunuraq dünya qorunub saxlanmaqdadır.

·         Bəs Allah tərəfindən yaradılan “Balanslaşdırılmış mühitin” tərkibində əsas olaraq ümumiləşdirilmiş halda nə balansda dayanır? Cavab: Məncə bu “işıq”  (2:257 Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar)

·          və “zülmətdir”( Onların məsəli (zülmət gecədə) od qalayan kimsənin məsəlinə bənzər. Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də (heç bir şey) görə bilməyəcəkləri zülmətlər içərisində buraxar.)

·         .Yəni iki yoldan biri. Bəs niyə belə bir mühit yaradılıb? Cavab: İnsanların cəkildiyi imtahanda azad seçim etmək qabiliyyətin malik olsun. Yəni İnsan tam balanslaşdırılmış bir mühit verilir ki, onun qarşısına çıxan seçim məqamlarında öz iradəsindən asılı olaraq “işıq” və ya “zülməti” seçsin və etdiyi seçimlərin sayından asılı olaraq sonda cənnət və ya cəhənnəmə düşməsi müəyyən olunsun. Ümumilikdə çox danışmaq olar amma sadəcə olaraq demək istərdim ki, “ Həyat-böyük bir imtahan ”, “ Dünya-böyük bir sınaq meydan” nəticə “İnsan əməllərinin verdiyi məhsul”. İnsanın bunu bilməsi isə ədalət prinsipindən irəli gəlir. Bu həm də özü bir insan Allah tərəfindən edilən mərhəmətdir (57:9 Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir.) Bəli insan hər bir məqamda bilməlidir ki, Ona daima mərhəmət edilir. Sadəcə insan bunu dərk etmir. İnsan təbiəti çox naşükürdür.

Ola bilər ki, bu mövzuya öz şəxsi münasibətimi bildirirəm amma insan Allahın necə işlədiyini dərk etmək qabiliyyətinə malik olmadığı üçün sadəcə ona inanmalıdır. İnam dinin təməl prinsipidir. İnanmalısan sadəcə olaraq.

Müəllif: Vəliyev Fərzəli

Qeyd: Məqalə sırf fəlsəfi-dini mövzuda yazılıb və subyektiv fikirdir.

Категория: Dini | Добавил: Fazik (09.03.2009) | Автор: Vəliyev Fərzəli (Fazik)
Просмотров: 1329 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
Rusiyada sosial siyaset sosial böhran. demoqrafiya Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi Amerika Birləşmiş Ştatları və Türki ABŞ və türklər ABŞ və TC Rusiyanın Avropa siyasəti Rusiya və Avropa Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət Yalnızçılıq strategiyası xarici siyasətdə yalnızçılqı strate Canaqqala Türkün Şanlı Tarixi presidentlik meselesi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi Beynəlxalq Balkan Komissiyasi Böyük Turan Türkçülük Turanizm Türk dövlətləri Turan Ərəb Baharı Ərəblər Misir Liviya Tunis Suriya Vikiliks haqqında Vikiliks nədir? Vikiliks həqiqətləri müsəlman miqrantlar Sosial dövlətlərin problemləri sosial dövlətlər miqrant problemi Fransa və erməni soyqrımı İran və Ermənistan Fransa və ermənilər Fransa parlamenti Fransa Dünya düzəni Şərq siyasəti siyasət Zbiqnev Bjezinski Qərb Qərbi yeniləmək Şərqi Balanslaşdırmaq Bjezinski Yeni Dünya Siyasi Alət Opium strategy Əfqanıstan Narkoticarət Kütləvi Qırğın Silahı narkotik İran və Azərbaycan İranın vurulması İran müharibəsi. iran Federal Ehtiyat Sistemi Dolların gücü. ABS Avropa Bİrliyi İnteqrasiyon Seçim. Avrosentrizm Avropa Avropanın dağılması

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2026