Sizin Milli İntellektual Məkan
Пятница, 03.04.2026, 03:17
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 626

Главная » 2012 » Май » 02 » Sədrlik edərkən.......
Sədrlik edərkən.......
02:31
   Regiondakı vəziyyət və münasibətlərdəki standartlar Azərabaycanı regional məsələlərdə aktiv rol oynayan ölkəyə çevirməkdədir. Geopolitik tələblər bizi BMT TŞ-nın qeyri-daimi üzvü etdi. Ölkəmizin xarici işlər naziri Elmar Məmmədyarov "Böyük iyirmiliy”in (G20) Meksikanın Los Kabos şəhərindəki konfransına dəvət olundu. 48-ci Münhen Təhlükəsizlik Konfrası və Seulda isə nüvə təhlükəsizliyi konfransında Azərbaycan da iştirak etdi. İran ətrafında olan diplomatik gedişlərdə neytrallıq mövqeyin tutduq. Bunu tam dəstəkləmək olar. Çünki bu ölkənin təhlükəsizlik baxımından gələcəyi üçün uğurlu şəkildə hesablanmışdır.

   Azərbaycan xarici siyasətdə uğurlu mövqe əldə edə bildi. Azərbaycanın xarici siyasət hədəflərindən biri Ermənistan iqtisadiyyatı və siyasi imecidir desək yanılmarıq. Məhz bu səbəbdən də Azərbaycan G20 konfransında "Ermənistanın regionun inkişafına əngəl törətdiyini, iqtisadi inteqrasiyanın və ticarətin inkişafının qarşısını aldığını və regionun destabilizasiyasında əsas səbəbkar olduğunu” bildirmişdir. Daha sonra 48-ci Münhen konfransında da "Ermənistanın işğalçı siyasətinin regionda cinayətkarlığın artmasına və regionun militaristləşdirilməsinə səbəbkar olduğunu” elan etmişdir. Azərbaycan bu çıxışı silahlanmanı sırf Ermənistanın işğalçılığına görə apardığını bildirməsi demək oldu. Seul nüvə konfransında isə Azərbaycan Ermənistandakı Metsamor AES-ni hədəf seçdi. Metsamorun 2016-cı ildə istifadə müddətinin başa çatacağını, bu AES-in heç bir müasir standartlara cavab vermədiyini və 1976-cı ildən bu yana tam şəkildə modernizasiya keçmədiyini bildirmişdir. Nəticə kimi 19 aprel tarixində S.Sarkisyan və A.Movsisyanla görüşən MAQATE rəhbəri Yukio Amano "AES-in fəaliyyətinin uzadılması məsələsində çətinliklərin olduğunu bildirdi. İkinci blokun fəaliyyətinin uzadılması nəzərdə tutulsa da hələ bu istiqamətdə heç bir ciddi addımların atılmadığını bildirdi”. 19 apreldə isə ermənilər MAQATE-dən ikinci bloku işə salmaq üçün dəstək istədilər.  Hələlik ermənilər ancaq yardım və dəstək istəməklə kifayətlənirlər. Azərbaycan isə MAQATE ilə əməkdaşlıq sferasın hərtərəfli edərək hələ 2007-ci ildə nüvə tədqiqatı reaktorunun inşasına icazə almışdı. Hazırda Ermənistanla diplomatik dueldə hədəflərdən biri "olmayan soyqırım nağılına” qarşı TC ilə mübarizə idi ki, Azərbaycan bu məsələdə TC ilə birlikdə demək olar ki, böyük zərbə edirdi ermənilərə. TC ilə birgə deməyimizin də bir səbəbi vardır. Çünki AR və TC lobbiləri birləşərək ABŞ-da vahid məqsədlərlə fəaliyyət göstərirlər. Soyqırım nağıllarının ildönümündə nə ABŞ prezidenti, nə də digər dövlətlər buna ciddi münasibət bildirmədi. Bu məsələdə ermənilər öz ölkələrindən kənarda heç bir ciddi şeyə nail olmadılar. Əksinə Kolumbiya 3-cü ölkə oldu ki, "Xocalı Soyqırımını” rəsmi şəkildə tanıdı. Ermənistan onlara qarşı heç bir zaman törədilməyən nağıl soyqırımı hammıya həvəslə danışarkən qəfildən özləri həqiqətən törətdiyi soyqırımla üzbəüz qaldılar. Azərbaycan may ayında BMT TŞ-ında sədrlik edəcək. Hesab edirəm ki, ilkin atacağı addım Metsamor AES-inin gündəmə gətirilib onunla bağlı ciddi qərarın qəbulu olacaqdır. Buna inanaqmı? Hesab edirəm ən azı buna cəhd olacaq. Məncə ermənilərin əsas strateji obyektlərini enerji ilə təmin edən qurğunu sıradan çıxarmaq maraqlı olardı. Hələ 2014-cü ildə Niderlandda keçirilməsi nəzərdə tutulan nüvə təhlükəsizliyi konfransında isə bu məsələ ilə bağlı ciddi qərarın qəbulu gözləniləndir. 

Просмотров: 1998 | Добавил: Fazik | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
1 Samuel  
0
Tack ff6r transparensen och cred till er ff6r att ni har tldgiyt kundfokus:- I syfte att i slute4ndan ge be4ttre ff6rutse4ttningar ff6r en effektiv ochkonkurrenskraftig service till medborgaren och fe5 stf6rre verkningsgrad av varjespenderad skattekrona.

Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya sosial böhran. Rusiyada sosial siyaset Türk birliyi Türklerin mədəni iqtisadi və siyasi türk birliyi nə deməkdir ABŞ və türklər ABŞ və TC Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın avropadakı siyasi maraqla Rusiyanın Avropa siyasəti Xarici Siyasət Yalnızçılıq strategiyası xarici siyasətdə yalnızçılqı strate Canaqqala Türkün Şanlı Tarixi presidentlik meselesi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi Turan Turanizm Türk dövlətləri Böyük Turan Türkçülük Misir Ərəblər Liviya Suriya Ərəb Baharı Tunis Vikiliks nədir? Vikiliks həqiqətləri Vikiliks haqqında Sosial dövlətlərin problemləri miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər İran və Ermənistan Fransa və ermənilər Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Qərbi yeniləmək Şərqi Balanslaşdırmaq Şərq siyasəti Yeni Dünya Qərb Bjezinski Dünya düzəni siyasət Zbiqnev Bjezinski Siyasi Alət Narkoticarət Kütləvi Qırğın Silahı Opium strategy Əfqanıstan narkotik İran müharibəsi. İran və Azərbaycan İranın vurulması iran Federal Ehtiyat Sistemi Dolların gücü. ABS Avropanın dağılması Avropa Bİrliyi Avrosentrizm Avropa İnteqrasiyon Seçim.

Kalendar
«  Май 2012  »
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2026