
Atatürk və Bolşeviklər: AXC Türk Dünyasının Qurbanı
26 aprel 1920-ci il ADR-in
bolşeviklər tərəfindən işğalına 2 gün qalmış TBMM-nin yaradıcısı Mustafa Kamal Atatürk
Rusiya bolşeviklərinin lideri Leninə gizli bir məktub yazır.
Məktubda 3 əsas şey öz əksini
tapmışdı: Birincisi, TBMM hökuməti bütün fəaliyyətini və bütün hərbi əməliyyatlarını
imperialist hökumətləri və onların hakimiyyəti altında əzilən bütün xalqların azad
edilməsi məqsədilə Rusiya bolşevikləri ilə birləşdirmək öhdəliyini qəbul edir.
İkincisi, TBMM hökuməti Azərbaycanın
sovet dövlətləri qrupuna verilməsi, Gürcüstanın bolşeviklərin hakimiyyəti altına
keçməsi və Ermənistanda daşnakların hakimiyyətdən getməsi və sovetləşdirilməsi
məsuliyyətini qəbul edirdi.
Üçüncüsü, TBMM hökuməti
xalqların məskunlaşdığı əraziləri işğal edən imperialist qüvvələrini qovmaq və
imperializmə qarşı ümumi mübarizədə daxili qüvvəni möhkəmləndirmək üçün sovet
Rusiyasından ilk yardım kimi 5 milyon türk lirəsi qızıl, silah, sursat, bundan başqa
hərbi-texniki vasitələr, tibbi material,
ordu üçün ərzaq verilməsini xahiş edirdi.
Bununla əslində Atatürk
bolşevik Rusiyasını Cənubi Qafqaza yeni siyasi vəziyyəti yaratmağa çağırır və
Rusiyanı Azərbaycana doğru hərəkətə keçməyə çağırırdı. Belə bir təklif sovet
Rusiyasına bir hədiyyə idi.
28 aprel 1920-ci il Azərbaycan
Demokratik Respublikası süqut etdi.
ADR-in təhlükəsizlik naziri
Nağı Şeyxzamanlı öz xatirələrində qeyd edir ki, "Bizdə olan məlumatlara görə bolşeviklər Türkiyənin razılığın alandan
sonra Azərbaycanı işğal etdilər. Azərbaycan ordusuda xidmət edən türk zabitləri
artıq Moskvaya satılmışdılar. Rus ordusu Azərbaycana yaxınlaşarkən hökumətin əmri
ilə Quba şəhərinin meri 1 km uzunluğunda dəmir yulunu sökmüşdü. Bolşeviklər istəsəydilər
də buraları işğal edə bilməzdirlər. Lakin sonra Türk generalı Xəlil paşa AXC
generalı Şıxlinskiyə yalandan yazır ki, "şimalda dəmir yolu söküldüyü üçün rus
ordusu Atatürkə köməyə gələ bilmir. Zəhmət olmasa tədbirlərinizi görün”. Dəmir
yolu yenidən qurulur və 28 aprel ölkə Türkiyənin fitnəsi ilə bolşeviklər tərəfindən
işğal olunur.”
Niyə Türk dünyasının atası
olan şəxs türk dünyasına məxsus ilk demokratik dövləti bolşeviklərə qurban kimi
versin? Bu suala cavab vermək üçün sadəcə olaraq həmin dövrdə beynəlxaq münasibətləri
təhlil etmək lazımdır. Belə ki, I Dünya Müharibəsindən sonra Böyük Britaniya,
Fransa, İtaliya və Yunanıstan Türkiyəyə qarşı geniş miqyaslı müharibə
aparırdılar. Antanta ölkələri Denikin, Kolçak kimi generallara dəstək verməklə bolşevikləri
elə Rusiyasının içində məhv etmək istiyirdilər və eyni zamanda da Türkiyəyə
qarşı vuruşurdular. Buradan belə düşünmək olar ki, ingilislərin Anadoluda qalib
gələrsə həm də bütün Cənubi Qafqaza yiyələnəcəkdir bu isə həm də bolşevik
Rusiyasının məğlubiyyəti demək olar.
İngilislərin isə hammıya məlum
planları var idi: 1. Türkiyəni parçalayıb boğazlara beynəlxalq nəzarəti ələ
almaq; 2.Şərqi Anadolu və Qafqazı ələ keçirdikdən sonra burada böyük erməni
dövləti yaratmaq; 3. Qafqazda Azərbaycan neftinə sahib olaraq Moskvanı və Mərkəzi
Asiyanı ələ keçirmək və əlində cəmləşəcək insan və karbohiderogen resursları ilə
Avrasiya hakimi olmaq.
Avrasiyaya sahib çıxmaq isə
Dünyanın ağası olmaq idi. İngilislər bunu edəcəyi təqdirdə bu çoğrafiyada
yaşıyan bütün türk xalqları dövlətçiliyin itirəcək və sürgün olunacaqdı. Türkiyə
və Azərbaycanın ərazisində Böyük Ermənistan yaradılacaqdı. Yeni yaranacaq
ingilis imperializmi Türk etnik qrupunun çox hissəsin qul halına salacaqdı.
Atatürk həm Türkiyəni həm də
Türk dünyasını xilas etmək, Qafqazda Azərbaycan dövlətçiliyinin davam etməsini
təmin etmək üçün, Böyük Ermənistanın yaranmasının qarşısını almaq üçün bu
adımmı atdı. Qurban olaraq isə ADR süqut etdi və Azərbaycan bolşevik
imperializminin qurbanı oldu. İndi nəticəni qoy oxucular çıxarsın.......Atatürk
türk dünyasına atalıq elədi yoxsa siyasət oynadı?!
|