Rusiya: Sosial Böhran - Zaman Bombası
Rusiyanın hazırda əhalisi 138,739,892 insandır (İyul 2011-ci ilin statistik məlumatıdır). Mərkəzi Asiyanın türk dilli ölkələrindən Qazaxstan 15,522,373, Qırğızıstan 5,587,443, Türkmənistan 4,997,503, Özbəkistan 28,128,600 əhaliyə malikdir. Bu gün bu ölkələrin əhalilərinin ümumi sayı Rusiya Federasiyasındakı rus olan əhalinin yarısı qədərdir. Rusiyalı demoqrafların hesablamalarına görə 25 ildən sonra artıq Rusiya Federasiyasının rus əhalisi ilə Mərkəzi Asiyanın türk əhalisi sayca bərabərləşəcək. Həmçinin onu da qeyd etməliyik ki, artıq bu bərabərləşmə baş verərkən rus milləti "qoca” olacaq, Mərkəzi Asiya isə əksinə çox gənc və dinamik əhaliyə malik olacaq. XIX əsrdə sıx əhalisi olan Rusiya İmperiyası gözlənilmədən "canlı meyid” adlandırılan Osmanlının üzərinə qəfildən hücum edib onu darmadağın etdi. Fransız demoqraflarının hesablamalarına görə 2050-ci ildə Rusiya Federasiyası və Türkiyənin əhalisi eyni saya malik olacaq. 2100-cü ildə isə rusların sayı cəmi 80 miliyon olacaq. Gələcəkdə kimin artıq "canlı meyid” olacağın və kimin nəhəng olacağın indidən düşünməyə dəyər. Moskva Dövlət Universitetinin sosiologiya fakültəsinin dekanı Anatoliy Antonov inadlı şəkildə bildirir ki, gözlənilən krizis və onun nəticəsi kimi RF-in süqutu daha tez olacaq: "Bütün avroplalıların kimi ruslar da eyni düşünür və özünü uşaqsız bir ailədə daha xoşbəxt hiss edirlər. Əsas problem də budur ki, niyə biz uşaqsız bir ailədə özümüzü
...
Читать дальше »
Просмотров:
2375
|
Добавил:
Fazik
|
Дата:
03.01.2012
|
| |