Sizin Milli İntellektual Məkan
Пятница, 19.04.2024, 23:32
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » 2012 » Январь » 3 » Rusiya: Sosial Böhran - Zaman Bombası
Rusiya: Sosial Böhran - Zaman Bombası
19:04


Rusiya: Sosial Böhran - Zaman Bombası



Rusiyanın hazırda əhalisi 138,739,892 insandır (İyul 2011-ci ilin statistik məlumatıdır). Mərkəzi Asiyanın türk dilli ölkələrindən Qazaxstan 15,522,373, Qırğızıstan 5,587,443, Türkmənistan 4,997,503, Özbəkistan 28,128,600 əhaliyə malikdir.  Bu gün bu ölkələrin əhalilərinin ümumi sayı Rusiya Federasiyasındakı rus olan əhalinin yarısı qədərdir. Rusiyalı demoqrafların hesablamalarına görə 25 ildən sonra artıq Rusiya Federasiyasının rus əhalisi ilə Mərkəzi Asiyanın türk əhalisi sayca bərabərləşəcək. Həmçinin onu da qeyd etməliyik ki, artıq bu bərabərləşmə baş verərkən rus milləti "qoca” olacaq, Mərkəzi Asiya isə əksinə çox gənc və dinamik əhaliyə malik olacaq.  

XIX əsrdə sıx əhalisi olan Rusiya İmperiyası gözlənilmədən "canlı meyid” adlandırılan Osmanlının üzərinə qəfildən hücum edib onu darmadağın etdi. Fransız demoqraflarının hesablamalarına görə 2050-ci ildə Rusiya Federasiyası və Türkiyənin əhalisi eyni saya malik olacaq. 2100-cü ildə isə rusların sayı cəmi 80 miliyon olacaq. Gələcəkdə kimin artıq "canlı meyid” olacağın və kimin nəhəng olacağın indidən düşünməyə dəyər.

Moskva Dövlət Universitetinin sosiologiya fakültəsinin dekanı Anatoliy Antonov inadlı şəkildə bildirir ki, gözlənilən krizis və onun nəticəsi kimi RF-in süqutu daha tez olacaq: "Bütün avroplalıların kimi ruslar da eyni düşünür və özünü uşaqsız bir ailədə daha xoşbəxt hiss edirlər. Əsas problem də budur ki, niyə biz uşaqsız bir ailədə özümüzü xoşbəxt hiss edirik”. Əlbəttə alimin dediklərində həqiqət vardır. Antonov bu vəziyyətdən çıxış yolu kimi ancaq KİV ilə uşaqlı və sağlam həyat tərzi keçirən ailənin təbliğ olunmasında və çoxuşaqlı və çətin şəraitdə yaşıyanların həyatını rahatlaşdırmaq üçün qanunların qəbul olunmasında göstərir. Antonova görə Rusiyada əgər vəziyyət belə davam edərsə ölkənin içində milli baxımdan mövcud olmaq uğrunda mübarizə başlayaq və ekstremist milliyətçilər ortaya çıxacaq. Antonov deyir ki, "əhalinin azalmasının qarşısı alınmasa Rusiya gələcəkdə faşist bir dövlətə çevriləcək”.



Antonov Rusiyada bütün bu problemlərin əsas qaynağı kimi daxildə düzgün bir sosial strategiyanın aparıla bilinməməsində görür. RF rəsmiləri dəfələrlə bildiriblər ki, ölkənin kifayət qədər iqtisadi potensial çatmır ki, ölkəni tam təmin etsin. Rusiyada həddən artıq alkoqolizm xəstəliyindən əziyyət çəkən olduğundan, narkomaniya artıq bütün yaş dövrlərin əhatə etdiyindən, gənclərin sayının kəskin azaldığından və s. bu kimi sosial problemlərdən, ailə modelinin düzgün olmamasından, uşaqlı ailənin bir model olaraq seçilməməsində, mənəvi normaların və davranışların itməsi, əhalinin dindən tam kənarlaşmaya doğru getməsi və bu kimi mənəvi-dini problemlər mövcudluğundan sosial siyasət tam iflasa uğrayır. Rusiya gənclərin ən çox intihar etdiyi bir ölkədir. UNİCEF-in dərc etdiyi "Sui-qəsddən Ölən Rusiyalı Gənclərin Ölüm Faizi” adlı kitabda bu faktlar çox gözəl göstərilib.

Artıq fələyin çarxı geriyə doğru fırlanmağa başlayır. Qərb sivilizasiyasi daxilində birləşib öz mövcudluğun qorumaq istəyir. Maliyyə krizislərində avropalıların dayanışın və vəziyyətlə bağlı ilk dövlətüst addımların da gördük. Çünki artıq avropalının olub-olmaması söhbəti ortadadır. Müasir dövrdə yeni İslam dalğası gəlmişdir ki, dinamikliyi ilə və novatorluğa meyilli olması ilə seçilir. Mərkəzi Asiya xalqlarında gənclər artıq itirilmişləri bərpa etmək və yenidən tarixin səhnəsinə gəlmək istəyir. Çinlilər artıq yenidən dünya mədəni mərkəzi olmaq iddiasındadırlar. Proqnozlar onu aydın edir ki, 2050-ci ildə Rusiya Federasiyası Sibiri itirəcək və Qafqazlardan getməli olacaq. Bu isə artıq Rusiyanın hegemonluq uğrunda mübarizə aparan geopolitik qüvvə rolunu itirməsi demək olacaq.

Əlbəttə ilk baxışdan inandırıcı görünməsə də dediklərimiz elm üçün artıq danılmaz bir faktdır. Araşdırmacı-blogger Q.Nicat isə deyir ki, "Rusiya ordusu gələcəkdə müsəlmanlardan ibarət bir ordu olacaq. Səbəb isə odur ki, Rusiyada orduya gedənlərin əksəriyyəti müsəlmandır və əlavə xidmətə qalanlar da müsəlmanlardır.”

Bəli nə etsək də Rusiya yaxın gələcəkdə artıq federasiya deyil, adi dövlət olmaq qorxusu ilə üz-üzədir və onun çoğrafi vəziyyətinə diqqət etsək görərik artıq Rusiya ruslar üçün olanda artıq bir dövlət kimi özünü Avropanın bir hissəsi olaraq görəcək. İnanmaq olmur amma adi hesablanmamış sosial-iqtisadi siyasət cəmiyyətin və dövlətin məhvinə və ya transformasiyasına gətirib çıxarır.

Rusiyanın ən böyük düşməni onun içində olan "sosial bombadır”. Qafqazda və Mərkəzi Asiyada imperializmlə məşğul olmaqdansa hesab edirəm ki, şimal qonşumuz MDB dövlətləri ilə əsl müttəfiqi kimi davranmalı, qoşunların regiondan çıxarmalı və artıq anlamalıdır ki, "Özünü imperializmlə dolu keçmişin varisi elan edən Rusiya dağıntılarla və fəlakətlə dolu gələcəyə sahib çıxacaqdır”.

Просмотров: 2319 | Добавил: Fazik | Теги: Rusiyada sosial siyaset, sosial böhran., demoqrafiya | Рейтинг: 5.0/2 |
Всего комментариев: 3
3 JoOzz  
0
Elvira, sezde şaltıratular yazdırılıp barılmıymı? Eger yazması bulsa, diynia nezerete belen soyleşkenne saytka kuyıgız awdioyazma itep, tınlap karıyk eleVA:F [1.9.20_1166]Be4ya: 0 (0 tavıştan)

2 Fazik  
0
Heeee NIcat smile calishacam ki davami gelsin.

1 Nicat Quluzadə  
1
Olduqca tutarlı dəlillərə əsaslandırılıb. Afərin, davamı gəlsin...

Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Kalendar
«  Январь 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024