Sizin Milli İntellektual Məkan
Четверг, 02.04.2026, 20:59
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 626

Главная » 2011 » Декабрь » 28 » Federal Ehtiyat Sistemi: Hakimiyyət Mənbəyi
Federal Ehtiyat Sistemi: Hakimiyyət Mənbəyi
22:44

Federal Ehtiyat Sistemi: Hakimiyy
ət Mənbəyi

ABŞ-da yəni dünyanın "ən demokratik dövlətində” yeni prezident gəlir hakimiyyətə və bütün hakimiyyət eşolonu dəyişir, xarici siyasətin bəzi istiqamətləri yenilənir və dəyişir. Hər bir şey dəyişir amma dəyişmiyən bircə o olur ki, Federal Ehtiyat Sisteminə eyni rəhbər başçılıq edir. Niyə axı FES-in rəhbəri dəyişmir? Cavab göründüyündən də sadədir: FES özəl şirkətdir və dövlətə tabe deyil ki, onun rəhbəri dəyişsin. 

 

Bəs ABŞ-da hakimiyyət kimə məxsusdur? Məncə hakimiyyət əlində pul olanlarda deyil, pulu onun əlinə çap edib verənlərdədir. Pulu isə ABŞ-da FES çap edir. Bir dolları götürüb üstünü diqqətlə oxusanız bunu aydın şəkildə görə bilərsiz: "Federal Reserve Note”. Əlinizdə tutduğunuz Dollar ABŞ adlı dövlətə məxsus deyil, FES-ə yəni özəl bir şirkətdir və şəxslərdən ibarət idarə heyətinə məxsusdur. Pulun üzərində yazılan "United States of America” isə pulun çap olunduğu siyasi-çoğrafi məkanı göstərir. Kimsə mənim yazdıqlarıma şübhə edirsə girsin FES-nin rəsmi saytına və sözlərimin təsdiqini orada tapacaq. FES-in idarə etdiyi 12 federal bank çoğrafi xüsusiyyətlərə görə qruplaşdırılmışdır.


Bu Bankların ümumi 7 sahibi vardır və bu sahiblər FES-i idarə edən qrupu formalaşdırır. Bu qrup isə öz növbəsində 14 illik müddətə özünə rəhbər seçir. ABŞ vətəndaşları isə özünə rəhbəri 4 illik müddətə seçir. İndi düşünmək lazımdır ki, 4 ilə seçilən necə 14 ilə seçiləni idarə edə bilər?! Daha doğrusu kim-kimi idarə edir?! Prezidentin FES-in fəaliyyətinə heç bir müdaxilə hüququ yoxdur və ola da bilməz. FES-in idarə heyətində hökumətdə təmsil olunan nümayəndə yoxdur. Qanuna görə FES konqress qarşısında hesabat oxumalıdır. Amma bu elə hesabat oxumaqla da bitir. Qanuna görə konqress FES-ə əmr və göstərişlər verə bilməz. Eyni ilə ABŞ prezidenti də bu hüquqlara malik deyil. FES-in keçmiş rəhbəri Alan Qripsen "Dəyişikliklər Dövrü” adlı kitabında bütün bu deyilənlər bircə-bircə qeyd olunub və hətta FES-in siyasətə təsiri də göstərilib. Alan Qripsenin sözlərinə görə:"FES-in dövlətin daxili maliyyə siyasətindən tutmuş konqressə kimi təsiri o qədər böyükdür ki, indiyə kimi ABŞ-da dövlət Bankı yoxdur və ABŞ prezidentinin FES-in rəhbəri seçiləndən sora təsdiq imzasını atması simvolikadan başqa heç nə deyil.”. Alan Qripsen FES-ə 19 il rəhbərlik etdiyi müddətdə (1987-2006) onu həm respublikaçılar həm də demokratlar partiyasının prezidentləri təsdiqləyiblər və heç bir etiraz edə bilməyiblər. FES əslində əlində dünyada ən böyük maliyyə silahına malikdir. İstədikləri zaman krizis istədiyi zaman isə bolluq gətirə bilərlər. FES-in rəhbərləri istədikləri daxili nəhəng maliyyə şirkətlərin sıradan çıxarırlar. FES-in rəhbərləri eyni zamanda da ABŞ-da özəl silah istehsal edən şirkətlərin rəhbərləridir. Əllərində güclü imkanları ilə onlar ABŞ prezidentlərinə seçki kompaniyalarında pul buraxaraq onları hakimiyyətə gətirir. Yeni prezidentin siyasi kursun, onun islahatlarının hansı istiqamət olacağın müəyyən edirlər. FES-in rəhbərlidir Avropada bir çox nəhəng şirkətlərin sahibidir. Dünya bazarındakı qiymətlərə süni şəkildə təsir edə bilmək imkanlarına malikdirlər. Onların "DOLLAR” adlı silahı mövcuddur. Avropa dövlətləri məhz bu səbəbdən öz iqtisadiyyatlarında dövlət rolunu artırmaq istəyirlər ki, iqtisadi ekspansiyaya məruz qalmasınlar və bu gələcəyin əsas prioritetdir. RF və İran artıq bunu edir. Onlar iqtisadiyyatın həddsiz liberallaşdırılmasına qarşıdırlar və dövlətin payın əsas hesab edirlər.


Bəli ABŞ məhz belə gözəl demokratik siyasi sistemə malikdir. Gizlində olan FES-i heç kim görmür və ya onu görür amma gücün dərk etmir və dövlət onu seçicilərə siyasi gücə malik olmayan bir qurum kimi göstərir.  

 

Azərbaycanın iqtisadi qüdrətin artırmaq və qorumaq üçün hesab edirəm ki, əsas strateji məhsulların istehsalında və əsas strateji obyektlərin idarə olunmasında dövlətin rolu artırılmalıdır və inkişaf etdirilməlidir. İfrat liberal iqtisadiyyat ölkənin iqtisadi ekspansiyasına gətirib çıxaracaqdır. Milli sahibkarlara geniş imkanların yaradılması və milli istehsala yeni ən son texnologiyanın cəlb edilməsi çox vacib amildir. Məhz bu yolla Azərbaycanda strateji məhsullar olan un, şəkər, süd, benzin və s.-nin qiymətinin stabil saxlanmasında və idarə olunmasında irəliləyiş əldə etmək olar.

"Müstəqil İqtisadiyyat Müstəqil Dövlət” deməkdir.

Просмотров: 1838 | Добавил: Fazik | Рейтинг: 5.0/3 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
Rusiyada sosial siyaset sosial böhran. demoqrafiya Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi Amerika Birləşmiş Ştatları və Türki ABŞ və türklər ABŞ və TC Rusiyanın Avropa siyasəti Rusiya və Avropa Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət Yalnızçılıq strategiyası xarici siyasətdə yalnızçılqı strate Canaqqala Türkün Şanlı Tarixi presidentlik meselesi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi Beynəlxalq Balkan Komissiyasi Böyük Turan Türkçülük Turanizm Türk dövlətləri Turan Ərəb Baharı Ərəblər Misir Liviya Tunis Suriya Vikiliks haqqında Vikiliks nədir? Vikiliks həqiqətləri müsəlman miqrantlar Sosial dövlətlərin problemləri sosial dövlətlər miqrant problemi Fransa və erməni soyqrımı İran və Ermənistan Fransa və ermənilər Fransa parlamenti Fransa Dünya düzəni Şərq siyasəti siyasət Zbiqnev Bjezinski Qərb Qərbi yeniləmək Şərqi Balanslaşdırmaq Bjezinski Yeni Dünya Siyasi Alət Opium strategy Əfqanıstan Narkoticarət Kütləvi Qırğın Silahı narkotik İran və Azərbaycan İranın vurulması İran müharibəsi. iran Federal Ehtiyat Sistemi Dolların gücü. ABS Avropa Bİrliyi İnteqrasiyon Seçim. Avrosentrizm Avropa Avropanın dağılması

Kalendar
«  Декабрь 2011  »
Пн Вт Ср Чт Пт Сб Вс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Statistika

Hazırda saytdadır: 6
Qonaqlar: 6
İştirakçılar: 0

Copyright MyCorp © 2026