Demokratizasiya:
Islam Dünyası-Uğursuz
Eksperiment
Demokratizasiya. XX əsrin ən cazibədar
bir layihəsi. Qərb dünyası bütün digər ətraf aləmi özünə uyğunlaşdırmaq və özlərinin
dediyi kimi daha da "sivilləşdirmək” üçün həyata keçirdikləri ideoloji bir
layihədir. Bu layihə bir növ Qərb siyasi-mənəvi düşüncəsinin Şərqə ixrac edilməsidir.
Bu demokratizasiya necə olmalıdır və
hansı nəticə hasil etməlidir? Qərb sivilizasiyanı görə bu ancaq biristiqamətli
onların dediyi formada və standartlarda olmalıdır və Qərbin əməkdaşlıq edəcəyi
bir siyasi sistem və cəmiyyət formalaşmalıdırmaq kimi nəticə hasil etməlidir.
Demokratizasiya Qərbə görə 3 əsas
istiqamətdə olmalıdır: Birinci, siyasi sistem qərbyönlü və qərb modelli
qurulmalıdır. Bəzi kiçik məsələlərdə fərqlilik ola bilər. İkinci əsas istiqamət
isə mədəni-hüquqi sahədədir. Dövlət Qərbdə mövcud olan əsas hüquqi-mədəni dəyərləri
mənimsəməlidir və öz qanunvericiliyin tam da olmasa 90% qərbə
uyğunlaşdırmalıdır. Üçüncü əsas istiqamət sosioloji islahatlar və ya həyat tərzinin
demokratikləşdirilməsidir. Yəni bu istiqamətə görə hər hansı bir dövlət
demokratik dəyərləri qəti bir formada qəbul edərək əhalinin həyat tərzindəki
xalqın özünəməxsus tabuların ləğvinə nail olmalıdır.
Həyata keçirdiyimiz araşdırma onu
göstərir ki, texnoloji və elmi inteqrasiyadan fərqli olaraq mədəni-mənəvi,
siyasi-sosial inteqrasiya daha qəliz bir inteqrasiyadır. Avropa özü bu yolu 300
ilə keçmişdir və ümumi əldə etdiyi nəticə cəmiyyətin artıq demokratik düşünməsi
olmuşdur. İndi müasir dövrdə bir çox alimlər hesab edir ki, demokratizasiyanın
ideoloji ekspansiya elementlərinin çox olması və onun tərkibində əməkdaşlığın
elementlərinin məhdud olması yeni dəyərlərə qarşı münasibətin aqressiv qəbul
olunması ilə nəticələnir.
Cornell
Universitetinin alimi F.C. Schaffer deyir, "Demokratizasiya
lahiyəsinin müasir dövrdə əsas hədəfi Yaxın Şərq və ya İslam dünyasıdır və
hazırda da bu toqquşan dəyərlər mənzərəsi yaratmışdır” (Frederic C. Schaffer. Democracy
in Translation: Understanding Politics in an Unfamiliar Culture. 1998.
Ithaca, NY) .
A.A.
Voloviç "Yaxın Şərqdə Amerikansayağı Demokratizasiya: Bu Nədir?” adlı məqaləsində
bildirir ki, "yaxın şərqdə
demokratizasiya ancaq yerli adət və dəyərlərlə vahid şəkildə formalaşaraq və
uyğunlaşaraq, reformaların və sosial şüurun süzgəcindən keçərək baş tuta bilər”.
Bəli
biz indi buna nümunə kimi məhz Vyetnam, Laos, Yaponiya və İsraili görə bilərik.
Bu dövlətlər demokratik dəyərləri özünə uyğunlaşdıraraq inkişaf etdirmiş və cəmiyyətinin
özünəməxsusluğun qorumuşdur. Çünki bu dövlətlər milli ruhların qorumuş və qərbdən
daha çox texnologiya, elm, təhsil və digər sahələri götürmüşlər. Cənubi Koreya
Uzaq Şərqdə ən gözəl nümunədir. Koreyalı milli ruhu ilə qərblilərin demokratik
dəyərləri vahidləşmişlər.
Hazırda
Qərb dəyərlərinin ən çox təsirinə məruz qalan region Yaxın Şərqdir,
sivilzasiyon məkan isə İslam dünyasıdır. Lakin təsirin nə qədər böyük və nə qədər
uzun zaman əhatə etməsinə baxmayaraq İslam dünyasında ölkələrin yalnız yuxarı
elitasında bu təsir görünür və ölkənin əhalisinin digər hissəsində yalnız öz
milli-dini-mənəvi normalarına bağlılıq və sadiqlik görülür. O islam ölkələrindəki
demokratik dəyərlərin qəbul olunduğu və işlədiyi hesab olunub əslində mənzərə
heç də elə deyildir. Həmin ölkələrin sosioloji vəziyyətinin analizindən sonra
müəyyən olundu ki, yenə də elitanın nümayəndələrindən başqa heç kim demokratik
dəyərləri xoş qarşılamır və öz adətlərin və mənəvi-milli psixologiyasın üstün
hesab edir. E.Luttvak isə öz araşdırmalarında bildirir ki, "hər hansı bir regiona hər hansı bir ideoloji
dəyəri yerli mühitə uyğun dəyişmədən yeritmək üçün və həmin cəmiyyəti dəyişdirmək
üçün həmin cəmiyyətdəki artıq mövcud olan ideoloji dəyərin daşıyıcıların fiziki
məhv etməli və həmin ideoloji dəyəri qoruyan fiziki strukturları tam məhv etməli
və qadağan etməlidir”. Nümunə olaraq Luttvak faşist Almaniyasın göstərir və
qeyd edir ki, "müharibə zamanı ABŞ və İngiltərə Qərbi Almaniyada bütün faşist
ideoloji strukturların və bazasın məhv edir, Şərqi Almaniyada isə Qırmızı Ordu
bütün əsas faşist qoşunların məhv etməklə əsas ideoloji daşıyıcıları sıradan
çıxarır”. Luttvaka görə məhz bundan sonra Almaniya müqavimətsiz şəkildə
demokratizasiyanı qəbul edə bildi. Çünki ideoloji və mənəvi boşluq yaranmışdı və
onu doldurmaq üçün nə isə lazım idi.
Yaxın
Şərqdə isə demokratizasiya dağıdıcı nəticələr doğurur: cəmiyyətdə kəskin şəkildə
əxlaqsızlıq artır, əhalinin əsrlər boyu yaşadığı və həyatında əsas olduğu dini
dəyərlər ikinci plana keçir, həyat tərzində əvvəllər qadağalar adlanan məsələlər
indi demokratizasiya ilə azadlıqlar adlanmağa başladığından cəmiyyətdə
aqressiya yaranır. Səbəbi axtarmaq lazımdır. Bunu keçmiş Misir prezidenti
H.Mübarəkin və Səudiyyə Ərəbistan Şahzadəsi Abdullanın dili ilə aydınlıq gətirək
"ABŞ və Qərb dövlətləri İsrail və Fələstin
problemlərin unudaraq onu donduraraq və ya münasibət bildirməyərək bizə öz dəyərlərin
məcburən qəbul elətdirməyi lazım bilirlər.
Yaxın Şərq işğalçını dəstəkləyən və qoruyandan necə hər hansı bir dəyər qəbul
edə bilər?! Məncə regionun modernizasiyası xaricdən təsirlə mümkün deyil. Bu
idarəolunmaz demokratiya və azadlıqdır ki, cəmiyyətdə xaos və anarxiya yaradır.
Amma Qərbin bizi dəstəkləyərək bizim daxildə keçirəcəyimiz demokratik
islahatlar uğurlu olacaq və bu yolla biz öz cəmiyyətimizi çox rahat demokratikləşdirə
bilərik”.
Yaxın
Şərqdə ən uğurlu demokratik islahatlar hesab edirəm ki, Türkiyə Cümhuriyyətindədir.
Türkiyə özünəməxsus demokratizasiya modeli ilə çox sağlam bir demokratik cəmiyyət,
siyasi sistem və qanunvericilik formalaşdırdı və dövlətin özülünə çox gözəl bir
demokratiya sütunu əlavə etmiş oldu. Səbəb o idi Türkiyənin ziyalıları
demokratik islahatlarda həmişə milli adətləri və mili düşüncə tərzin, regionun əhalisinin
mövqeyin və dinin nəzərə alırdı. Türkiyənin demokratik islahatları həmişə
sosial sahədəki digər islaatları ilə birgə şəkildə uzlaşaraq gedirdi. "Türk
Demokratik Modeli” anlayışı uzun zaman ABŞ tərəfindən Yaxın Şərqdə tədbiq
olunmaq istənmişdi.
Nəticə
belə hasil olur: Qərb Yaxın Şərqdə demokratizasiyanı özbaşına şəkildə və tənha
idarə edə bilmədi. Səbəblər isə o idi ki, o yerli amilləri nəzərə almırdı və öz
maraqlarına uyğun bir demokratizasiya icra edirdi. Yaxın Şərqdə İslam əsas
sistemyaradıcı və cəmiyyət formalaşdırıcıdır və İslamı ikinci plana keçirərək
demokratizasiya mümkün deyil. Müsəlmanlar avroplıların hansısa mənəvi normaları
diktə edən bir formada ötürmələrini və regiondakı münaqişələrdə avropalılar dəstək
verməməsi və müsəlmanlara tərəf olmaması səbəbindən qəbul etmirlər. Həmçinin Qərbin
öz cəmiyyəti daxilində antidemokratik (camilərdə
azanların qadağası, hicab qadağası, İslam=terror agitasiyası, Fransanın türklərə
qarşı saxta erməni soyqrımı iddiası və s.) addımlar atması müsəlmanları
aqressivləşdirir və qərblilərin dəyərlərinə qarşı bir mənfi obraz yaradır. Qərbin
Yaxın Şərqdəki demokratizasiyası "idarəolunmayan dağıdıcı demokratiya və heç
bir çərçivəyə sığmayan azadlıq” mənzərəsi yaradırdı və bu da öz ardı ilə xaos və
anarxiya gətirirdi. Qərbin demokratiyasın hazırda Yaxın Şərqdə müsəlmanlar
Troyan Atına bənzədirlər. Hammı onu stabillik, anarxiya və gerilik üzərində qələbə
müjdəsi kimi anlasa da əksinə qeyri-stabillik və daha dərin anarxiya gətirir. Məhz
bu səbəbdən Yaxın Şərqdə artıq siyasi sistemin və qanunvericiliyin
formalaşdırılması zamanı 80% islam dəyərlərindən və 20% demokratik və digər dəyərlərdən
istifadə etməyi üstün tuturlar. Məhz bu səbəbdəndir ki, Ərəb Baharı
kompaniyasından bütün ərəb dövlətləri böyük dağıntılarla çıxır və bu dağıntılar
da davam etməkdədir çünki daxildə islamistlərlə (yeri gəlmişkən əhali reformator-islamistləri
dəstəkləyir) təmiz qərblilər arasında mübarizə gedir.
Hesab
edirəm ki, Azərbaycanda da demokratizasiya milli mənəvi dəyərlərin qorunması və
dini dəyərlərin nəzərə alınması mühitində aparılmalıdır. Hesab edirəm ki, həddindən
artıq liberallaşma, dəyərsizləşmə, mənəvi dəyərlərin tapdalanması və Qərbin dəyərlərinin
ilahiləşdirilməsi şəraitində deyil ən azı Türkiyə kimi özünəməxsus yol seçərək
demokratizasiya daha münasibdir. Çünki türklər mənəvi-mədəni və dini baxımdan
bizə yaxın millətdir və onların modelinin bənzəri bizə çox uyğunlaşacaq və
yaxşı nəticə göstərəcəkdir.
|