İnternet provayderləri haqqında
Müasir dövrdə internet texnologiyasının həyatımızda oynadığı rol çox böyükdür. Bu rol hər gün durmadan artmaqdadır. Bizim əksəriyyətimiz internetin daimi istifadəçisi olsaq da onun haqqında tam və müfəssəl informasiyaya malik deyilik. Buna səbəb isə bizim ölkədə bu texnologiyanın həyatın bütün sahələrini əhatə etməməsi və ümumilikdə bunun qeyri mümkün olmasıdır. Belə ki, İnternet elə bir məkandır ki o daima genişlənir və inkişaf edir. Daima da yeni bilikler yaranır və insan dayanmadan yüksək sürətlə inkişaf edən bir virtual aləm haqqında bütün informasiyalara malik ola bilməz. Bizim də bu məqaləni yazmaqda məqsədimiz sadəcə sizi az da olsa biraz məlumatlandırmaqdır.
Provayderlər haqqında ümumi:
İnternetin yayılması ilə çoxlu sayda yeni ingilis sözləri daxil olmaqdadır. Məlum məsələdir ki, təkcə sözlər deyil həm də yeni əşyalar və anlayışlar da bizim həyatımıza daxil olmaqdadır. Bu cürə anlayışlardan biri də “provayder” (Təchiz edən anlamını verir) anlayışıdır. Provayder hər bir ölkənin vətəndaşlarını ümumilikdə hüquqi və fiziki şəxsləri internetə girişlə təmin edən və onunla əlaqədar digər zəruri kompleks xidmətlər göstərən təşkilatdır.
İnternet provayderləri müxtəlif səviyyələrdə fəaliyyət göstərirlər. Ona görə də onlar müxəlif aruplara bölünürlər: birinci qrupa məxsusi kanalı olan provayderlərdir, ikinci qrupa birinci qrupdan icarəyə kanal alanlardır, üçünçü isə ikinci qrupdan icarəyə kanal götürənlərdir.
İnternet Provayderlər əsasən ayrılmış xəttlə birləşmə, kommutasiya yolu ilə birləşmə, e-poçt və yeniliklər, internetdə web-səhifənin yerləşdirilməsi, domen adları qeydiyyatı kimi xidmətlər təqdim edir. Onların əlavə xidmətləri sırasına isə İnternet-Telefon, informasiya təhlükəsizliyi, zəmanətli keyfiyyət servisi,virtual xüsusi şəbəkələr, müxtəlif maliyyə və informasiya sisteminə girişin təmini, provayderin və xidmətin dinamik seçilmə imkanı daxildir.
Provayder və abonentin münasibətləri haqqında:
Müasir dövrdəki Provayder özünün qoşulma səviyyəsindən asılı olaraq dünya ierarxiyasında öz yerini tutur.Hər kəs İnternetə qoşulduqda onu ilk növbədə qoşulmanın sürəti və qiyməti maraqlandırır.Provayderlər burada heç bir rol oynamır.Provayderin göstərdiyi xidmətlər mühiti kifayet qeder genişdir və ixtiyari istifadəçinin tələblərinə cavab verir.
İnternet xidmətlərinin müqavilədə yazılan texniki şərtləri əsas amil kimi götürülür və xidmətlərin göstəricisi səviyyəsindən asılıdır.İnternetin provayderləri istifadəçilərə müəyyən zəmanətlə və yüksək keyfiyyətlə xidmət edir.Xidmətin keyfiyyət zəmanəti əsasən internetdəki texniki problemlərlə bağlı olur.Bu onu göstərir ki, verilənlər paketi şəbəkənin bir nöqtəsindən digər şəbəkənin başqa nöqtəsinə qədər bir neçə provayderlərin köməyi ilə həyata keçirilə bilər.Provayder göstərdiyi xidmətə görə abonentlə müqavilə bağlayır.Provayder abonenet razılaşması əsasən bu istiqamətlərdə həyata keçirilirməlidir:Abonenet axırıncı istifadəçidir, onun ixtiyarı yoxdur ki, ona təqdim olunan bu xidmətləri satsın və başqa bir üçünçü şəxsə versin, provayder bütün sutka ərzində verilənlərin ötürülməsi və İnternetin şəbəkəsi xidmətlərini təmin edir.Abonentlə razılaşmadan sonra provayder tərəfindən bütün xidmətlər göstərilir.Provayder texniki, proqram təminatı, şəbəkə ilə bağlı problemlər haqqında abonenetə məsləhətlər verir və bu məsləhətlər ilə yarana problemlərdən qaçmaq mümükün olur.Abonenet provayderin bütün texniki imknalarından xəbərdar olmaya bilər.Lakin vacib haldır ki, razılaşmaya uyğun olanları bilsin.
Provayderi seçərkən Abonentin bilməli olduğu bəzi məqamlar haqqında:
Ümumilikdə internetdəki işin nailiyyətinin 90%-i provayderin seçimindən asılıdır.Adətən eyni bir xidmətin qiymətləri müxtəlif provayderlərdə çox az fərqlənir.Ona görə də bu işdə tələsmək lazım deyil.Ev və ofis kompüterlərin şəbəkəsindən verilənlərin tez ötürülməsi üçün kifayət qədər texniki imkanlara malik provayderləri seçmək lazımdır. Əvvəllər bizim ölkədə hansı provayderi seçmək sualı qoyula bilməzdi.Buna əsas səbəb isə yerli bazarda cəmi 3 və ya 4 provayderin fəaliyyət göstərməsi idi.Lakin indi isə bu provayderlərin sayı artmışdır və onların sayı ilə bərarbər göstərdikləri xidmətləırin növləri də artıb və artan keyfiyyət üzrə inkişaf edib.
Azərbaycanda olan provayderlərin siyahısı:
http://www.oxygen.az Oxygen internet xidmətləri
http://www.az İntrans, internet xidmətləri, qiymətlər, internet kartları, servis, elektron poçt
http://www.online.az İntrans şirkətinin internet kart xidmətləri
http://www.bakinter.net Bakinternet internet xidmətləri, tariflər, kartlar, yeniliklər, ADSL
http://www.elcell.az Elcell, yüksək sürətli mobil internet
http://www.azdata.net İnternet xidmətləri, internet kartlar, müştərilər bölməsi
http://www.azerin.com Azerin internet xidmətləri, tariflər, elektron poçt, kartlar
http://www.azintex.com İnternet xidmətləri, qiymətlər, hostinq, elektron poçt
http://www.azeurotel.com Azeurotel, telekomunikasiya və internet xidmətləri, şirkət xəbərləri, tariflər, genişzolaqlı bağlantılar, İP telefon
http://www.azeronline.com İnternet və e-poçt xidmətləri, şirkət xəbərləri, internet bələdçi,əyləncə, dəstək, forum
http://www.extranet.az Provayder xidmətləri, internet kartları, sifariş, texniki dəstək, tariflər, əlaqələr
http://www.stream.az Yüksək sürətli internet xidmətləri, tariflər, xəbərlər
http://www.azersat.net Telekomunikasiya və internet xidmətləri
http://www.aztelekom.net Telekomunikasiya və internet xidmətləri
http://www.simsiz.net Telekomunikasiya və internet xidmətləri
http://www.catel-az.com Telekomunikasiya və internet xidmətləri, CDMA
http://www.liderkart.com Bakıtelekom, internet xidmətləri
http://www.azcom.az Telekomunikasiya və internet xidmətləri
http://www.aznetcard.com İnternet xidmətləri, kartlar
http://www.azuni.net İnternet xidmətləri, xostinq, elektron poçt, ADSL
http://www.ultra.com.az WI-FI internet texnalogiyası
http://www.aznet.org Aznet, qeyri kommersiya yönümlü internet xidmətləri
http://www.sayt.ws Hostinq xidmətləri, domeyn qeydiyyatı, pulsuz internet səhifə, elektron poçt xidməti
http://www.karvan.net İnternet və xostinq xidmətləri
http://www.baktelekom.bakinter.net Ümumi məlumat,tariflər, statistika, struktur, xəbərlər
http://www.ultel.az Ulduz telekom, şirkət haqqında, ADSL, dial-up, tariflər, kodlar, əhatə dairəsi, şəbəkə, müştərilər,fotolar
http://www.azeri.com AzinternetServis, internet xidmətləri, şirkət haqqında
http://www.sinam.net Telekomunikasiya və internet xidmətləri
Kompüter bazarında artım Azərbaycanda internetin istifadəsi üzrə tələbatı da artırır.Provayder seçərkən fikir verməli olan məsələlər əsasən bunlardır: Sorğula və informasiyaları sürətlə ötürmə imkanı, istifadə olunan telefon xəttinin yüklülüyü, qlobal şəbəkəyə birləşmə surəti, qovşağın kommutasiyalı telefon kanalları tutumu, xidmət paketləri, istifadə üzrə tariflər və güzəştlər,provayderlərə qoşulması imkanı.
Müəllif: Vəliyev Fərzəli
|