Sizin Milli İntellektual Məkan
Пятница, 26.04.2024, 21:55
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Beynelxalq Senedler. [1] Siyasi [25] Dini [3]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » Статьи » Maraqlı. » Siyasi

SSRİ-nin Dağılmasının Səbəbləri
SSRİ-nin Dağılmasının Səbəbləri
 Dünyada Beynəlxalq Münasibətlər tarixində "Soyuq müharibə” dövrü deyilən bir gərgin mübarizə pilləsi yaşandı. Bu dövr ərzində ikiqütblü sistemdə kommuniz və kapitalizm düşərgələri mübarizə aparırdılar. Bu mübarizə sonda SSRİ-nin süqutu ilə nəticələndi və ABŞ bu mübarizədə kapitalizm təmsilçisi kimi qalib gəldi. Biz SSRİ-nin süqutunun səbəbini müxtəlif prizmalardan baxaraq həqiqəti araşdırıb üzə çıxarmağa çalışacağıq. 1991-ci ildən bu vaxta qədər SSRİ-nin süqutunu araşdıran bir çox alimlər olmuşdur və hələlik hammısı ortaq bir qərara gələ bilməmişdilər. SSRİ-nin dağılması ilə bağlı həmin alimlərin iki əsas fikri var: Bir qrup alim hesab edir ki, SSRi kimi böyük bir orqanizmin dağılması xaricdən gələn böyük demokratik dalğanın nəticəsidir və həmçinin SSRİ-nin dağılmasını labüdləşdirən amil onun iqtisadi durumunun dünyada gedən iqtisadi proseslərdən çox geri qalmasıdır. Digər qrup alimlər isə iddia edirlər ki, SSRİ-nin dağılması süni yaradılmış bir hadisə idi və SSRi-nin dağılması qarşısıalınmaz deyildi.
SSRİ-nin dağıması ilə bağlı "İmperiya Taleyi” yanaşması. Bu yanaşmanın tərəfdarlarının gətirdiyi əsas səbəblərindən biri budur ki, bütün imperiyalar kimi SSRİ-də gec və ya tez dağılmağa məhkum bir imperiya idi və məhz də bu baxımdan dağıldı. Bu yanaşmanı araşdıraq görək həqiqətənmi SSRİ imperiya olub və imperiya kimi dağılmağa məhkum olub!? İlk öncə ondan başlayaq ki, SSRİ-i öz quruluşuna görə imperiya olmayıb. Hər bir imperiya onunla fərqlənir ki, onun mütəşəkkil bir quruluşu olur. İmperiyalarda əsas ərazi yəni "metropoliya” və tabe edilən ərazilər yəni "müstəmləkələr” olur. Metropoliya və müstəmləkə vətəndaşları bir-birindən hüquq baxımından fərqlənirlər. Belə ki, müstəmləkələrin vətəndaşları seçkilərdə iştirak etmir və imperiyanın idarə olunmasında iştirak etmirlər. Təsəvvür etmək olmur ki, Rusiya İmperiyasının idarə olunmasında ən yüksək vəzifələrdən biri məhz azərbaycanlıya, çeçenə, qazaxa və s. qeyri xaçpərəst və ya qeyri slavyana verilsin. Lakin SSRİ-nin dövründə gürcü olan Stalin 30 il hakim olmuş, Dudayev sovet generalı olmuş, Əliyev isə siyasi büronun üzvü olmuş. Düzdür Rus imperiyasında general rütbəsin tutan olsa da hakim vəzifəni tutan olmayıb. Deməli SSRİ-nin dövründə hüquqi baxımdan ərazinin metropoliya və müstəmləkələrə bölünməsi olmayıb. SSRİ-nin konstitisiyasına görə bütün xalqlar qardaş idi və dövlətlərin daxili suverenliyi qorunub saxlanılırdı. İlk baxışdan həqiqətən də SSRİ-nin imperiya olmadığı görsənir lakin biz dərinə getsək görərik ki, SSRİ əsl imperiya olub. Çünki, SSRİ-nin ölkənin içində həyata keçirdiyi "Köçürmə” siyasəti , " Parçala və hökmranlıq et” siyasəti, "Slavyan xalqının və mədəniyyətinin üstünlüyünün təmin olunması” siyasəti, "xalqlarda(türklərdə) milli-mənəvi dəyərlərin məhvi” siyasəti və "Zorakı şəkildə milli-siyasi Deideologizasiya” kimi mənfur siyasətlər sübut etdi ki, o imperialistdir.
İkinci yanaşma "Zor güçünə yaranma” yanaşmasıdır. Bu yanaşmaya görə SSRİ yaranarkən müttəfiq respublikaların əksəriyyəti onun tərkibinə hərbi qüvvələrin köməyi və həmin respublikalarda legitim hakimiyyətin devrilməsi ilə qoşulmuşdu və elə ilk imkan düşən kimi həmin respublikalar ölkənin tərkibindən çıxdı. Bəzi alimlər buna qarşı çıxır və bildirirlər ki, bəs niyə RSFSR dağılmadı və onun tərkibində respublikalar parçalanmadı? Buna cavab olaraq deyə bilərik ki, RSFSR-in tərkibindəki respublikalar Sovetlərə qoşulan respublikalar qədər siyasi şüur baxımından oyanmamışdılar və onların dövlətçiliyi və idarəetməsi, iqtisadiyyatı vahid şəkildə inteqrasiya etmişdi. Eynən belə bir problem çıxır ki, SSRİ-nin tərkibindəki 15 dövlətdə inteqrasiya etmişdi və bu baxımdan onlar ayrılmamalı idi. Lakin bir şeyi də nəzərə alaq ki Kapitalist dünyasının zərbəsi birinci olaraq məhz RSFSR-in ətrafındakı respublikaların üzərinə düşdü. Həm də ABŞ və Avropanın məqsədi RSFSR-i deyil SSRİ-ni və kommunist düşərgəsini sıradan çıxarmaq idi. RSFSR-də demokratik dövlət yaradarak özünə müttəfiq etmək və dünyada qüvvələr balansın qoruyaraq gələcəkdə yaradılacaq transkontinental təhlükəsizlik sistemində Rusiyanı müttəfiq görməkdir.
Üçüncü yanaşma "İqtisadi gerilik” yanaşmasıdır. Bu yanaşmaya görə SSRİ-nin dağılması ona görə labüd və ya qaçılmaz idi ki, o iqtisadi baxımdan çox geri idi və daxili tələbatları ödəmədiyindən ölkədə psixoloji və ideoloji böhran yaranmışdı. Bu zaman belə bir sual yaranır ki, bəs niyə ABŞ böyük depressiyalar zamanı dağılıb getmədi niyə Çin Xalq Respublikası mədəni inqilab zamanı yaranan iqtisadi böhrandan dağılmadı? İqtisadi faktor ölkəni zəiflətsə də onun daxilində dağılmaya yol açan faktorlar yaratsa da bu tam bir səbəb deyil deyə cavab vermək olar. Lakin kiçik bir məsələ var ki, əhəmiyyəti böyükdür-SSRİ-nin içində olan iqtisadi böhran başqa xüsusiyyətlərə malik idi: SSRİ öz iqtisadi qüdrətinə hesablanmamış iri iqtisadi əməliyyat və layihələri eyni zamanda icra etməyə başladı- Baykanur layihəsi, Şərqi Avropaydakı kommunist düşərgəsinə böyük maliyyə axının olması, düşünülməmiş Əfqanıstan müharibəsi, neftin qiymətinin 1 barelə 17 dollara düşməsinin qarşısının alınmaması, kütləvi silahlanma kimi amillər SSRİ-nin iqtisadi cəhətdən çökməsinə gətirib çıxardı. SSRİ böyük məkan olduğu üçün bu iqtisadi geriliyin yükünün altından çıxa bilmirdi bunun da səbəbi kapitalist dünyası ilə əməkdaşlıq etməməsi idi. Yəni iqtisadi izolasiya və ideoloji düşmənçilik şəraitində iqtisadi gerilik ölkənin süqutunu və dağılmasını labüdləşdirirdi.
 Dördüncü yanaşmaya "İdeoloji Dövlət” yanaşmasıdır. Bu yanaşmanın tərəfdarları hesab edirlər ki, SSRİ-nin qüdrəti onun ideologiyasında idi. Belə ki, SSRİ-nin ideoloji fenomeni və güclü ideoloji maşını onun tərkibindəki əhalini vahid maraqlar və ideallar ətrafında birləşdirirdi və bu da İkinci Dünya müharibəsində qələbəni gətirən amil oldu. SSRİ məhz bu səbəbdən də İdeoloji dövlət idi. İdeoloji dövlətlərə xas bir xüsusiyyət var ki, əgər dövlətin ideologiyası mənəvi böhran yaşayırsa bu zaman dövlətin özü də dağılır. Bu baxımdan SSRİ-nin kapitalist düşərgəsindən geri qalması, "Ali kommunizm” məqsədinin yalan olduğunun anlaşılması və millətçilik ideologiyalarının baş qaldırması SSRİ-də ideoloji böhran yaratdı. Nəticə kimi ölkənin əsas sütunu sıradan çıxdı və ölkə parçalandı. Buna misal olaraq bir necə fakt göstərmək olar: 1) SSRİ-nin dövründə yenidənqurma zamanı xüsusi şəxslər meydana gəldi ki, xaricdən aldığı maliyyə dəstəyi ilə parklarda meydanlarda SSRİ-ə qarşı gizli təbliğat aparırdılar. SSRİ-də dağılan kimi həmin şəxslər də yox oldu. 2) RSFSR-in ətrafında birləşən ölkələrdə milli ideoloji zəmində meydan çıxışları başaldı. Əvvəlkilərə nisbətən bu gizli deyil açıq xarakter almağa başladı. Bu meydanlarda kommunist və sosializm ideologiyalarına qarşı ifşaedici çıxışlar başladı. 3) SSRİ-nin dövründə güclü nəzarətin olduğu media dünyası aktiv şəkildə qorxmadan xarici dövlətlərdə sosial və iqtisadi rifahın "Ümumi Vətəndən” daha yaxşı olduğu təbliğ olunurdu. Bütün bu üç fakt ölkənin içində ona qarşı informasiya hücumunun xarici qüvvələr tərəfindən dəstəkləndiyini sübut etdi. 4) ABŞ Baltik dövlətlərin içində milli hərəkatları dəstəkləyərək onları gizli şəkildə maliyyələşdirir və öz ideoloji cəbhəsinə çəkməyə başlayır. Lakin bu o demək deyil ki, SSRİ-nin başçıları bunları görmür və bunlara qarşı tədbirlər həyata keçirə bilmirdi. Sadəcə olaraq artıq ideoloji böhran özünü əvvəl kommunist elitası adlandıran qüvvələrə də təsir etmişdi və ABŞ-ın maddi qücünə tabe olaraq pula satılanlar çox idi. ABŞ da bu siyasəti əvvəlcədən düşünülmüş bir şəkildə icra edirdi. Belə ki, ABŞ-ın baş strateqləri bilirdilər ki, SSRİ-ni ideoloji böhranla məhv etmək daha doğru yol olacaq nəinki açıq hərbi konfrontasiya və ya qüvvətli silahlanma ilə. Bu yanaşmadan belə bir nəticə çıxara bilərik ki, "öz ərazisində və təsir dairəsində informasiya məkanını və öz informasiya resurslarını müdafiə edə bilməyən və onlara nəzarət edə bilməyən dövlət tam müstəqil deyil və dövlətin suverenliyi daima təhlükə altındadır”. SSRİ-nin dağılması dünyada ilk hadisədir ki, bir dövlət digərin onunla müharibə etmədən məhv etdi. Bunun üçün əgər SSRİ dağılmamaq istəyirdisə o öz ideologiyasına nəzarəti tam həyata keçirməli və eyni zamanda da onu yeniləməli idi. Çünki ideologiya müəyyən dövrün fikirlər məhsulu olur və onun yenilənməməsi yaranacaq yeni fikirlərin onu boğub sıradan çıxarması ilə nəticələnəcəkdir.
Növbəti yanaşma "Geopolitik proqramlaşdırma” adlanır. Bu yanaşmaya görə SSRİ ilə ABŞ arasındakı geopolitik mübarizədə ABŞ üstün idi və geopolitik baxımdan gözəl hazırlanmış siyasət yeridirdi. Bu plan "Anakonda Planı” adlanırdı. Bu Plana görə ABŞ SSRİ-ni dəniz dövlətlərinin hərbi ittifaqları ilə əhatə etməli idi. Bu İttifaqlar hesabına ABŞ Kontinental dövlət olan SSRİ-ni geopolitik baxımdan sıxmağa başladı və eyni zamanda kommunist düşərgəsində düşmənçilik meylləri yaradaraq kommunist düşərgəsinin planlarının qarşısın aldı. ABŞ-ın əvvəlcədən uğurlu geopolitikası Almaniyanın birləşərək onun tərəfinə keçməsi, Şərqi Avropanın geri alınması və Yaponiyanın ələ keçirilməsi ilə nəticələndi və SSRİ şərqdən və qərbdən kapitalist dünyasının müttəfiqləri ilə üz-üzə qaldı. Daha sonra isə ABŞ SSRİ-nin isti dənizlərə çıxaraq dəniz dövlətləri arasında müttəfiq tapmaması üçün "bitərəflər həlqəsi” yaratdı ki, bura sonradan Hindistan kimi böyük dövlətlər daxil oldu. Nəticə etibarı ilə təklənən və irəliləyə bilməyən SSRİ dağılmağa məhkum oldu.
Nəhayət sonuncu yanaşma "Qloballaşmanın Zərbəsi” adlanır. Bu yanaşmanın tərəfdarları hesab edirlər ki, SSRİ uzun müddət özün qapalı saxladığı və "dövlətin iqtisadiyyata hakim olması” prinsipi onu qloballaşmadan kənar saxladı (müəyyən müddət) və eyni zamanda onun daxilində güclü inteqrasiya yarada bilmədi. Bu səbəbdən SSRİ-i dünya iqtisadiyyatına təsir göstərmək imkanların get-gedə itirməyə başladı və iqtisadi işğal siyasətindəki rəqabətdə ABŞ-a məğlub oldu. Qloballaşan dünyaya isə bir taxt kimi baxsaq görərik ki, bu taxtda həmişə iqtisadi və mədəni baxımdan ən güclü dövlət oturur. İndiki halda bu ABŞ-dır. Qloballaşmanın isə hansı istiqamətdə getdiyinə nəzər yetirsək görərik ki, sonda yaranacaq vahid dövlət bu taxtda sona kimi oturan olacaqdır. İndiki halda bu ABŞ-dır. SSRİ-də Qloballaşan və vahid iqtisadi dəyərlərə və iqtisadi maraqlara malik olan kapitalist dünyası qarşısında mübarizəyə tab gətirə bilmədi və dağıldı. Son nəticə kimi onu deyə bilərəm ki, SSRİ-nin dağılmasına səbəb yuxarıdakı yanaşmaların hammısı birlikdədir. Çünki hər bir yanaşma digərin tamamlayır və ya təsdiqləyir. Bir yanaşmanın nəticəsi digərinin formalaşması üçün şərait yaradır. Hər bir yanaşma da ayrı şəkildə tam dağıtmaq gücünə malik deyil. SSRİ-nin dağılmasının səbəbi əvvəlcədən imperialist maraqlara oturması, düzgün istiqamətdə formalaşmaması, iqtisadi baxımdan sərt izolasiyonizm yeritməsi, geopolitikada zəif olması, ideoloji mexanizmini yeniləməməsidir ki, bütün bular onun dağılmasına səbəb oldu.
 
"Xalqını Düşünən Xalqını Düşündürər”
 
Ədəbiyyat Siyahısı: 1)Исаков Ю.Н. Глобальные энергетические проблемы в повестке дня «Большой восьмерки» // «Международная жизнь», 2006. №8. 2) Глобальная энергетическая безопасность. http:// www. g8russia.ru/docs/11.html. 3) Стрежнева М. Интеграция и вовлечение как инструменты глобального управления // «Международные процессы», 2007. 4) «Пособие по истории СССР» Изд. Москва 1987. 5) Н. Верт «История Советского Государства». 6) Бжезинский З. Великая шахматная доска.- М., 1998. 7) Дугин А. Основы геополитики. 8) Гаджиев К.С. Введение в геополитику.- М., 1998.
Категория: Siyasi | Добавил: Fazik (20.01.2010) | Автор: Fazik
Просмотров: 2004 | Комментарии: 1 | Рейтинг: 2.0/1 |
Всего комментариев: 1
1 Ziya  
0
Bir çox əhəmiyyətli faktorları yazsanda müttəfiq dövlətlərin içindi yaradılmış millətlərarası qarşıdurmaların rolunu qeyd etməmisən.
SSRİ-nin dağılmasında iqtisadi gerilik, geopolitik sıxışdırma, ideologiyaların müharibəsi nə qədər rol oynasa da Dağlıq Qarabağ, Cənubi OSetiya, Abxaziya münaqişələri onlardan daha artıq rol oynadı. Millətlərin parçalanmasına ilk praktiki yol açan səbəb bu oldu. SSRİ-nin dağılmasını analiz edərkən bu faktoru nəzərə almaq digərlərini nəzərə almaqdan daha vacibdir

Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024