Sizin Milli İntellektual Məkan
Четверг, 18.04.2024, 11:37
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Beynelxalq Senedler. [1] Siyasi [25] Dini [3]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » Статьи » Maraqlı. » Siyasi

Qərbin Sosial Dövlətlərində Problemlər: Miqrantlar və Avropa Cəmiyyəti

Qərbin Sosial Dövlətlərində Problemlər: Miqrantlar və Avropa Cəmiyyəti

 

Sosial dövlətlərin hər birinin özünə məxsus olan sosial problemləri mövcuddur. Ən maraqlısı odur ki, bu problemlər elə sosial şərtləri yaxşılaşdıran siyasətləri nəticəsində meydana gəlmişdir. Belə ki, Avropanın sosial yönümlü dövlətləri uğurlu sosial islahatlar keçirirlər və nəticə etibarı ilə az maaşlı və ya az təminatlı ailələr dövlətdən müxtəlif sosial təminatlar alırlar. Bu hal öz növbəsində xaricdən çox pis vəziyyətdə olan miqrantların böyük axınlarla ölkəyə gəlməsinə gətirib çıxarır. Bu miqrantlar yerli şəraitə heç də gözlənildiyi kimi uyğunlaşa bilmir. Miqrantlar yerli dili pis bilir, zəif təhsillidirlər və peşə qabiliyyətləri də çox zəif olduğu səbəbindən az ödənişli işlərdə əziyyətlə çalışırlar və nadir hallarda da şikayətçi olurlar. Bu vəziyyət yeni gəlmiş miqrantları çox qane edir və səbəbi də ondan ibarətdir ki, onlar öz ölkələrində  daha pis və məhdudiyyətlərin olduğu bir şəraitdə yaşayırdılar.


Lakin miqrantların uşaqları tam başqa mövqe və psixologiyaya malik oldu. Miqrantların uşaqları avropalıların orta əmək haqqının nə qədər olduğunu bilir, avropalıların hansı şəraitdə və hansı imkanlar daxilində yaşadığın görür və artıq öz valideynləri kimi deyil, avropalılar kimi yaşamağa can atmağa başlayırlardılar və ya bunu arzu edirdilər. Səbəb də o idi ki, onlar valideynləri kimi öz doğma vətənlərindəki kəskin pis şəraiti görməmişdilər. Lakin yeni nəsil miqrantların hamısı daha yaxşı yaşamaq üçün yaxşı oxumaq istəmirdilər ya da bunun üçün onlarda şərait olmurdu. Əksəriyyət miqrantlar artıq onlara verilən dövlət dəstəyi hesabına və gündəlik kiçik gəlirlər hesabına yaşamağa başlayırlar və ortada "tənbəl miqrant” mənzərəsi yaranır. Bu tənbəl miqrantlar pis bir mühitdə yaşayır və ətrafındakı daha imkanlı təbəqəyə "təcavüzkar” baxışlarla baxır. Buradan aydın olur ki, Avropa "uğurlu” sosial siyasət aparsa da özü bilmədən  bu cəmiyyətdə dağıdıcı potensiala malik bir vəziyyət yaradıb.

1981-ci ilin baharında britan şəhərlərində immiqrant gənclər ilə polislər arasında toqquşmalar başladı, sentyabr 1981-ci ildən isə bu tip etiraz dalğaları artıq Fransa və Almaniyada da baş verməyə başladı. Bu etirazlardan ən güclüsü Fransanın paytaxtı Parisdə baş verdi. 2005-ci ildə baş verən bu immiqrant gənclərlə polislər arasında toqquşmalar bir neçə min maşının yandırılmasına, çoxlu sayda insanların yaralanmasına və bir nəfərin ölməsinə gətirib çıxartdı. 2007-ci ildə də Parisdə etirazlar oldu amma ki, bir o qədər şiddətli deyildi.


Müasir dövrdə dövlətlərin bir-birinə təsiri məhz elə terrordur. Qərb dövlətlərindəki İslam dininə məxsus savadsız və tənbəl miqrantlar da məhz tez təbliğata uyan və terrora razı olan gənclərdir ki, hər biri ölkə içində gəzən potensial bir təhdid hesab oluna bilər.

Bütün deyilənlərdən ortaya ənənəvi suallar çıxır: "kimdir günahkar?” və "nə etməli?”

Bu suallara cavab verməmişdən öncə bir sıra obyektiv və subyektiv faktorları nəzərə almaq lazımdır. Qloballaşma nəticəsində iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə doğum aşağı düşdüyündən xaricdən gələn ucuz işçi qüvvəyə ehtiyac formalaşır və dövlətdə bu istiqamətdə addımlar atılmağa başlayır.

60-cı illərin ortalarında baş verən iqtisadi bum yeni sahibkarların daxili bazarı əldə saxlamaq üçün zəif inkişaf etmiş ölkələrdən yeni ucuz işçi qüvvə gətirmələri ilə nəticələndi.

Məhz həmin sahibkarların təsiri ilə miqrasiya qanunvericiliyinin liberallaşdırılması belə bir nəticə hasil etdi ki, işçi-miqrantlar yerləşdiyi ölkələrin tamhüquqlu vətəndaşları oldular və özlərinin çox uşaqlı ailələrini işlədikləri ölkəyə köçürtmək imkanı əldə etdilər.

Miqrantların ailələri şəhərlərin ətrafında məskunlaşdılar və şəhərin öz əhalisi ilə qarışmaq və uyğunlaşmaq istəmədilər və ya bacarmadılar. Bu xüsusiləşmə onunla bağlıdır ki, miqrantlar təkcə digər mədəniyyətin və dinin nümayəndəsi deyil, həm də digər sivilizasiyanın nümayəndələridir. Onların mentaliteti individual xüsusiləşməni, individual təşəbbüsü və məsuliyyəti tələb etmir və ya şərt kimi qarşıya qoyulmur.

Miqrant ailələrin əksəriyyəti dövlətin vətəndaşlarının digər hissələrindən fərqli olaraq kasıb və məhdudiyyətlər içində yaşayır. Bu onların çox uşaqlı olması və az pul qazanmaları ilə bağlıdır. Amma bu onların hamısına birmənalı şəkildə aid edilə bilməz.

Sosial dövlətlərin paradoksal xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, az gəlirli və işsiz vətəndaşlara çoxuşaqlı ailələrə sahib olmaları iqtisadi baxımdan sərfəlidir. Çünki ailənin hər doğulan uşağı əlavə sosial yardımdır. Bu səbəbdən də Qərb dövlətlərində gərgin sosial anklavların sayı çox böyük faizlərlə artmaqda davam edir. Nümunə olaraq onu deyək ki, 2000-ci ildə Londonda avropalıların (ağların) sayı 72% idisə, demoqrafların hesablamalarına görə 2050-ci ildə onların sayı 45%-a enəcək. Demək gələcəkdə London miqrantların şəhəri olacaq. Sosioloqlar hesab edir ki, bu gələcəkdə artıq ölkənin siyasi qərarlarına miqrantların təsir edəcəyini göstərir.


Yüksək sosial ödənişlərin verilməsi onunla nəticələnir ki, cəmiyyətdə "təminatlı işsizlər ordusu” yaranır ki, həmin işsizlər digərlərinin hesabına yaşamağı üstün tutmağa başlayırlar. Lakin burada çox pis bir psixoloji məqam yaranır. Bu mənfi psixoloji məqam nədən ibarətdir? Cavab isə belədir ki, miqrantlar onları "dolandıranlara” paxıllıq etməyə başlayır və özlərinin tənbəlliklərində və işə laqeyidliklərində məhz varlı təbəqəni günahlandırırlar.

Beləliklə Qərb dövlətləri çox da uzaqgörən olmayan siyasətləri ilə öz cəmiyyətlərində problemlər toplusu yaratdılar. Belə ki, adi dövlətlərdəki  kimi sosial bərabərsizlik və ya maddi təminat problemlərindən əlavə bu qərb dövlətləri özlərinin zamanla icra etdikləri sosial siyasətləri ilə sivilizasiyon, sosialmədəni, etnik, dini və s. problemlərin təməlin qoymuş oldular. Bu bir daha antiqlobalistlərin "iqtisadiyyatın liberallaşdırılması onun nəzarətdən çıxması və cəmiyyətin tarixi özünəməxsusluğunun müdafiəsinin zəiflədilməsi deməkdir” ideyasının həqiqət olduğunu göstərdi.

Bütün bu problemləri "nə ilə çözməli?” və "çıxış yolu haradadır?” suallarına cavabı uzun illərdir ki, elə həmin dövlətlərin sosioloqları tərəfindən axtarılır. Miqrasiya haqqında qanunvericiliyinin sərtləşdirilməsi, miqrantların xüsusən gənc miqrantların məcburən istehsalat sahələrinə və digər yerlərə işlərə cəlb edilməsi kimi təkliflər gəlmişdir.

Lakin bütün bunlarla bərabər əsas problem var ki, hansı islahatların keçirilməsindən asılı olmayaraq elə olduğu kimi də "PROBLEM” olaraq qalmaqdadır. Bu problem ondan ibarətdir ki, postindustrial avropa sivilizasiyası şəxsi reproduksiyasında (təbii artımda) çox geri qalır və ən maraqlısı öz ölkəsindəki miqrantlarla nisbətdə 3 dəfə geri qalır. Bir etnos olaraq onlar azalıb məhv olmağa, miqrantlar isə yeni gəlmiş etnos kimi artmağa və köhnə etnosu sayca üstələməyə başlayır. Əlbəttə bu əvvəl kəmiyyətcə miqrantların artmasına ortaya çıxaracaq amma zaman-zaman bu kəmiyyət keyfiyyətə keçəcəkdir və miqrantların uşaqları və ya nəvələri bu dövlətlərdə yüksək vəzifələri tutacaqlar və dövlətin idarə olunmasında əsas rollardan birin oynayacaqlar. Bu zaman artıq avropalılarda onların özlərindən qaynaqlanan "qatı irqçilik” yarana bilər ki, bu da öz növbəsində onların daxilində vətəndaş müharibəsi yarada bilər. Bu irqçilik dünyada üstün irq olmaq uğrunda deyil, bir etnos kimi mövcud olma uğrunda bir mübarizə olacaq. Avropa Birliyi bu problemi əsas mövzu kimi ortaya qoyur və iqtisadiyyatın liberallaşdırılması prosesini tam olaraq nəzarətdə və məhdud formada aparmaq istiqamətində zehni fəaliyyətə başlayıb.

Hazırda Avropa cəmiyyəti etnopsixoloji bir çətin dövrə qədəm qoyub. Cəmiyyətin İslama meyli artıb. Bu heç də tam şəkildə Xristianlığın pis bir din olması ilə bağlı deyil. Sadəcə olaraq Avropa cəmiyyətinin baş verən sosial deqradasiyaya qarşı cavabıdır. Avropada xüsusən norveçli, danimarkalı və isveçli gənclər və onların arasında xüsusən xanımlar İslam dininə çox böyük bir həvəslə gəlirlər. İslama gələn gənclər hesab edir ki, avropada ailəyə və kişi ilə qadın münasibətlərinə olan bayağı münasibətə qarşı İslam konkret olaraq "sağaldıcı” təsir göstərir və onların bir etnos olaraq məhvinin qarşısını alır. Bu möcuzə deyil bu sosial qanunauyğunluqdur. İslam ailə və cəmiyyət münasibətlərində stabilliyi və inkişafı konservativ mövqe ilə qoruyur. İslam alimləri bununla razılaşmasa da qeyd etməliyik ki, bu sadəcə İslama gələn avropalı gənclərin fikridir.


Müasir dövrdə Avropa etiraf edir ki, sosial siyasətdə həddən artıq liberalizm həmin cəmiyətin deqradasiyasına və sivilizasiyanın mahiyyətinin dəyişməsinə gətirib çıxara bilər.

 

Müəllif: Fərzəli Vəliyev.

Категория: Siyasi | Добавил: Fazik (22.12.2011) | Автор: Fərzəli
Просмотров: 2055 | Комментарии: 2 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
1 Maria  
0
Well I guess I don't have to spend the weekend firngiug this one out!

Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024