Sizin Milli İntellektual Məkan
Четверг, 02.04.2026, 22:22
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Beynelxalq Senedler. [1] Siyasi [25] Dini [3]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 626

Главная » Статьи » Maraqlı. » Siyasi

Harada Danışmalı və Harada Susmalıyıq.!.?.


Harada Danışmalı və Harada Susmalıyıq.!.?.

 

Dünya siyasətində gözlənilməz və ya heyrət doğuran hadisələr baş verir. 2011-ci ildə 22 dekabr ayında Fransa "qondarma erməni soyqırımı haqqında” qanun layihəsini qəbul etdi. Bu saxta qanun layihəsinə görə Fransa Respublikasının ərazisində qondarma erməni soyqırımını qəbul etməyən və ya bu iftiranı danan şəxs ya 1 il həbs olunacaq ya da 45 min avro cərimə olunacaq. Bu addımı ilə Fransa təkcə Türkiyə deyil eyni zamanda Azərbaycana da qarşı oldu. Sual doğur ki, niyə həm də Azərbaycana qarşı? Cavab çox sadədir: Ermənistanla Azərbaycan münaqişə şəraitində yaşayırlar. Bu münaqişəni həll edəcək olan Minsk qrupunun daimi üzvlərindən biri elə Fransadır. Fransanın ermənilərə qarşı bu mövqeyi Azərbaycan tərəfinə onu göstərir ki, Fransa açıq-aydın şəkildə ayrı-seçkilik edir və ən məntiqli təklif o olardı ki, ya Türkiyə də Minsk qrupunun üzvü olsun ya da Fransa Minsk qrupundan çıxarılsın. Çünki Minsk qrupu artıq münaqişə üçün ancaq atəşkəs bölgəsinə "monitorinq” edir və nəticə ortada yoxdur. Fransa utanmadan insan haqqların tapdalayır və utanmadan da münaqişənin həllini uzadır və işğalçı erməniləri dəstəkləyir. Azərbaycan nəyə görə və niyə susmalıdır ki?! Susmağımıza səbəb yoxdur məncə. Azərbaycanda Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirildi. Bu alqışlanacaq bir addım olsa da bu kifayət deyildir. Susmamalıyıq danışmalı və etməliyik.

Türkiyə buna dərhal reaksiya verdi. Fransa ilə mövcud ola biləcək bütün münasibətlərdən və əməkdaşlıqlardan imtina etdi və dövlət başçısı Rəcəb Tayyib Ərdoğan: "Fransanın Afrikada törətdiyi soyqırımlarını bütün dünyaya tanıtmaq üçün əlimizdən gələni edəcəyik” sözləri ilə Fransaya qarşı ideoloji bir müharibə açdı. Fransanın bu addımı insan haqqlarına ziddir. Çünki, bu şəxsin azad düşüncə və öz fikrini ifadə etmək hüququnun üstündən xətt çəkir.

Fransa bir dövlət olaraq bu qanunu qəbul etməklə özünün demokratik dövlət nüfuzunu itirməkdən başqa heç nə əldə etmədi. Fransa Türkiyə kimi iqtisadi baxımdan güclü dövlətlə iqtisadi əlaqələrdən imtina etdi, Fransa artıq hansısa şəxslərin mənafeyin güdən və dövlət mənafeyin ikinci dərəcəli olduğu bir ölkə oldu. Yaxın gələcəkdə isə Fransanın həqiqi soyqırım edən bir dövlət titulu qazanan dövlət olacaq. Fransızların yaddaşında Ruanda və Əl-Cəzair hadisələri təravətlənəcək.

Digər bir tərəfdən də İran İslam Respublikasının başçısı Əhmədinejat Ermənistana rəsmi səfər çıxdı. İran və Ermənistan arasında dostluq möhkəmləndirilir və müsəlmanları "müdafiə” edən İran artıq öz üzünü göstərir. Ermənistan prezidentə Serj Sarkisyanın son İran səfərində də ifadə etdiyi kimi, "Ermənistan hər dəfə boğulmaq üzrəykən İran ona nəfəs vermişdir”. Niyə axı müsəlmanın qanına susuyan ermənini boğmağa qoymur bu müsəlman "qardaşımız”?! Sonra da bizi İsrail ilə əməkdaşlıqda günahlandırır. Biz İsrail ilə əməkdaşlıq edib ermənilərin işğalçı siyasətinə qalib gəlmək niyyətindəyik və biz Azərbaycan ərazisindən sizə qarşı istifadə edilməsi təklifinə qəti yox cavabı vermişik bəs siz ermənilərlə əməkdaşlıqda hansı məqsədi güdürsüz? Cavab çox sadədir: Qarabağ məsələsində Azərbaycanın məğlubuna nail olmaqdır. İran üçün Ermənistan nüvə proqramı baxımından mühüm bir ölkə statusuna malikdir. İranın öz nüvə proqramını inkişaf etdirərkən Ermənistandan və Ermənistan vasitəsilə Rusiyadan elmi-texniki dəstək aldığı dəfələrlə öz təsdiqin tapıb. İranla Azərbaycanı böyük iqtisadi əlaqələr bağlayır və üstəlik Naxçıvanın blokadada olması səbəbindən biz İrana qarşı kəskin mövqe nümayiş etdirə bilmərik. Amma  tanımalıyıq və bilməliyik ki, İran bizə dost deyil və heç bir zaman da olmayacaq.

Müəllif: Fərzəli Vəliyev

 

Категория: Siyasi | Добавил: Fazik (22.12.2011) | Автор: Fərzəli
Просмотров: 1546 | Комментарии: 2 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 2
2 Turk  
0
Hepimiz Ermeniyiz!!!

1 Fazik  
0
"Azərbaycan Respublikası Fransa Milli Assambleyasının bu cür qanun layihəsi qəbul etdiyi halda, Azərbaycanın işğal olunmuş ərazilərində yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qalmasına, öz torpaqlarında məcburi köçkünə çevrilməsinə, həmçinin bu insanların hüquqlarının kobud şəkildə pozulmaqda davam etməsinə göz yummasını dərin təəssüflə qarşılayır", deyə XİN-in rəsmi bəyanatında qeyd olunur.

Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
Rusiyada sosial siyaset sosial böhran. demoqrafiya Türk birliyi Türklerin mədəni iqtisadi və siyasi türk birliyi nə deməkdir ABŞ və türklər ABŞ və TC Amerika Birləşmiş Ştatları və Türki Rusiyanın avropadakı siyasi maraqla Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Xarici Siyasət Yalnızçılıq strategiyası xarici siyasətdə yalnızçılqı strate Canaqqala Türkün Şanlı Tarixi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Beynəlxalq Balkan Komissiyasi Böyük Turan Turan Türk dövlətləri Türkçülük Turanizm Ərəb Baharı Misir Liviya Tunis Suriya Ərəblər Vikiliks nədir? Vikiliks haqqında Vikiliks həqiqətləri müsəlman miqrantlar Sosial dövlətlərin problemləri miqrant problemi sosial dövlətlər Fransa Fransa və erməni soyqrımı Fransa parlamenti Fransa və ermənilər İran və Ermənistan Qərb Qərbi yeniləmək Yeni Dünya Şərqi Balanslaşdırmaq Şərq siyasəti Zbiqnev Bjezinski siyasət Bjezinski Dünya düzəni Narkoticarət Siyasi Alət Opium strategy narkotik Kütləvi Qırğın Silahı Əfqanıstan İran və Azərbaycan İran müharibəsi. iran İranın vurulması ABS Federal Ehtiyat Sistemi Dolların gücü. Avrosentrizm Avropa Avropa Bİrliyi Avropanın dağılması İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2026