Giriş Qadağandır----"Vikiliks”
Bir zamanlar Dünya Mediasında
böyük BUM oldu. ABŞ kimi nəhəng "Ədalət carçısı” və beynəlxalq təhlükəsizliyi
qoruyan bir dövlətin "hərbi cinayətləri” üzə çıxdı və ABŞ rəsmiləri buna çox kəskin
reaksiya verdi. Həqiqətənmi buna və baş verənlərə inanmaq olar?
Cavab olaraq deyərdim ki, böyük
bir provakasiyadır. Əslində bütün əlamətlər görsənir. Provakasiya kimə
qarşıdır? Əlbəttə ki, ABŞ-a qarşı deyil. Bu ABŞ-ın maraqlarına zidd gedən dövlətlərə
qarşı və ya hər hansı bir məkana qarşı yönəlmiş bir İNFORMASİYA ZƏRBƏSİDİR.
Əslində Vikiliks sadə bir
proyektdir ki, bir neçə mərhələdən keçmişdir:
Birinci mərhələ: Müstəqil informasiya məkanının yaradılması və
inkişafı.
Vİkiliks dünyada ilk dəfə "Əfqan müharibəsi" materialları ilə səs saldı. Nəticə nə
oldu ki? nə Əfqanıstanda müharibə dayandı nə də talibanlarla əlaqəsi olan Pakistan
kəşfiyyatının nümayəndələri tutuldu. Əksinə hər şey əvvəlki kimi davam
etdi-Əfqan sivillərinin yaşadığı evlər bombalandı, Əfqan çölləri narkotik
plantasiyalarına çevrildi. Amma nədənsə Vikiliks ABŞ hərbiçilərinin
narkobaronlarla işlədiyini heç kimə deməmişdi. Bəs necə oldu axı "ədalətli"
Vikiliks?
Daha sonra Vikiliks İraq müharibəsin
"üzə çıxardı”. Kiçik bir hərbi cinayəti elədilər dövlət sirri və ölənlərin
sayının 125-130 adam arası olduğun bildirdi və bununla görkəm yarandı ki, Vikiliks
ədalətli informasiyaları ilə hətta ABŞ kimi nəhəngi də sıradan çıxarır. Əslində
isə müxtəlif ölkələrin mənbələri çoxdan İraq müharibəsində itkilərin sayın elan
etmişdi.Belə ki, İsrail və Fransanın mətbu orqanları bildiridi ki, İraqda 6 il ərzində
ölənlərin sayı 1 miliyon insandan artıqdır. Böyük Britaniyanın müstəqil
analitik mərkəzləri isə öz hesabatlarında bildirmişdilər ki, hər ilə İraqda ölənlərin
sayı 600 min insan civarındadır. Bu da bizim Vİkiliks saytımız…..120 min insanı
öldürdü amma gör necə yüz min insanı diriltdi.
İkinci mərhələ: Vikiliks saytını qurban kimi göstərmək.
Bu mərhələdə Vİkiliks dövlət tərəfindən
təqib olunan informasiya resursu kimi göstərilir və maddi baxımdan da əziyyət çəkən
bir resurs kimi göstərilir. "Azadlıq və Ədalət Qalası” adın qazanan saytın
hesabına qəfildən miliyon dollarla pul keçirilir və yeni informasiyalar daxil
olur. İnformasiya resursunun sahibi isə artıq Tok Show qəhrəmanları kimi
formalaşır. Artıq Bütün dünya "Vikiliks=Ədalət” termini ilə razılaşır və bu
VİKİLİKSİ ARTIQ TƏHLÜKƏLİ PROPOQANDA silahına çevrilir.
Üçüncü mərhələ: Vikiliks hədəfləri vurur.
Sonuncu mərhələdə artıq hamının
etibar etdiyi Vİkiliks hədəfləri vurur və onları sıradan çıxarır. ABŞ-ın
İqtisadi və Sİyasi gücünə qarşı duran hər bir dövləti və ya qurumu məhv etməyə və onun
nüfuzunu salmağa istiqamətlənir. Dövlətlərin daxilində çaxnaşma və cevriliş
yaradacaq gücdə bir informasiya resurs mərkəzi artıq real təhlükə törədir.
Bu yaxınlarda Azərbaycana aid
Vikiliks saytında "dəyərli” məlumatlar yerləşdirilmişdi. Birinci reaksiya verən
isə elə bizim "milli mənafeyimizi sevən və onu qorumaq üçün dövlətdə təmsil
olunmaq istəyən” müxalifətimiz oldu. Mən bir kəlmə də olsun bizim siyasi məkana
qoşulmaq istəməzdim amma ki, onu deyə bilərəm ki, xaricdən əgər ölkənin adını ləkələyəcək
bir informasiya daxil olursa buna müxalifətli və iqtidarlı hamı bir mövqedən
cavab verməlidir. Bizdə isə hər iki tərəf də öz danışıq və siyasi analizlərində
Vikiliksin informasiya terrorunun məlumatlarına istinad verdilər. Amma heç kim
demədi ki, bu AZƏRBAYCAN-ın daxili işlərinə qarışmaq və xalqına təhqirdir.
Vikiliksin Azərbaycana dair dediyi məlumatları müxalifət çoxdan idi ki, bəzilərin deyirdi.Demirəm ki, dedikləri həqiqətdir. Amma hamı da bunları
Musavat və Azadlıq qazetində oxuyurdu. İndi isə müxalifət sevindi ki, onların dedikləri
VİKİLİKS ilə "ədalətli informasiya” adın qazandı və parta-part partlamağa
başladı ki, ay amanın günüdür VİKİLİKS də Azərbaycan həqiqətlərin bizim dediyimiz kimi əks etdirir
amma siz bizə səs vermirsiz ki, gələk hakimiyyətə. Mənim isə cavabım sadədir---VİKİLİKS
ABŞ VƏ QƏRB DİKTƏSİ İLƏ OLAN HƏQİQƏTLƏRİ ƏKS ETDİRİR. Ölkəmizdə hər bir vətəndaş belə
İnformasiyanı özünə silah edən TERRORÇUYA qarşı birmənalı mənfi və əkstədbirli
mövqe göstərməlidir.
Müəllif: Vəliyev Fərzəli.
|