Sizin Milli İntellektual Məkan
Среда, 24.04.2024, 09:47
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Beynelxalq Senedler. [1] Siyasi [25] Dini [3]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » Статьи » Maraqlı. » Siyasi

Avropa Birliyi gələcəkdə Türk Birliyi üçün nümunə kimi: Analitik baxış


Avropa Birliyi gələcəkdə Türk Birliyi üçün nümunə kimi: Analitik baxış

 

II Dünya Müharibəsindən sonra yaranan tarixi şəraitdə formalaşan tələblərdən irəli gələrək Avropa ölkələrinin yaratdığı Avropa Birliyi qloballaşan dünyada onları müasir dövrdə terrorizm, qanunsuz narkotik ticarəti, insan alveri və s. kimi təhlükələrə qarşı müdafiə etməyə imkan verir. Eynən bu növ təhlükələr 7 türk dövlətinə qarşı da yönəlir və bu problemləri həll etmək üçün Avropa Birliyi nümunəsindən istifadə edərək Türk Birliyi yarada bilməsini müəyyən etmək üçün analitik baxış verək. Avropa Birliyini yaradan amillərlə Türk birliyini yaradacaq amilləri müqayisə edək. Kommunizm " vahid düşmən və təhlükə ” kimi avropa dövlətlərini ikinci dünya müharibəsindən sonra birləşməyə vadar etdi. Türk dövlətlərinin isə vahid düşməni yoxdur ki, türk dövlətlərini və xalqlarını vahid cəbhədə birləşdirsin. Avropa Birliyinin yaranmasına ABŞ özü kömək göstərmişdir (Marşall planı) çünki bu onun özünə də lazım idi. Türk dövlətlərinə dair ABŞ-ın "Turan Layihəsi” olsa da bu ancaq Mərkəzi Asiya dövlətlərin əhatə edir və Azərbaycan, ŞKTC və Türkiyəni Qərb sivilizasiyasına aid edir. Avropa Birliyini birləşdirən növbəti amil dövlətlərin və xalqların vahid coğrafi məkanda yerləşərək bir - biri ilə coğrafi bağlılığının olmasıdır və eyni zamanda da bu dövlətlərin müəyyən olunmuş vahid maraqlarının toqquşan və parçalanan maraqlardan daha üstün və çox olması olmuşdur. Bizim halda isə ölkələr arasında coğrafi bağlılıq yalnız Mərkəzi Asiyada vardır. Azərbaycan ilə Türkiyə arasındakı əlaqə coğrafi baxımdan çox zəif, Qarabağ münaqişəsi isə bunu daha da çətinləşdirir. Avropa Birliyi yaranarkən ona Kommunist düşərgəsindən yönələn təhlükənin gücü onların arasında olan milli məsələyə aid problemləri müəyyən müddət unutmağa məcbur etdi. Amma bizim halda 7 türk dövləti öz aralarında olan problemlər milli məsələ səviyyəsinə çatmasa da, digər dövlətlərlə olan milli məsələ ətrafında problemləri çoxdur: Qarabağ Problemi, ŞKTC problemi, sözdə erməni soyqrımı və əsassız erməni iddiaları, Cənubi Azərbaycandakı soydaşlarımızın problemi, Şərqi Türküstan problem, Kürd və Kərkük problemləri kimi problemlər buna misaldır. Bu problemlər göstərir ki, Türk Birliyinin yaranmasına qarşı Rusiya Federasiyası, Çin, İran çıxacaq. Avropa dövlətlərinin bir geopolitik rəqibi var idi və geopolitik baxımdan düşmən "kontinental” xarakterə malik idi və "dəniz” dövlətlərin birləşdirirdi ona qarşı və təhlükə bir coğrafi məkandan yönəlirdi. 7 türk dövləti isə birlik yaratmaq istəyəcəyi halda 3 fərqli ideoloji və coğrafi məkandan təhlükə gələcək və aralarındakı coğrafi bağlılığın olmaması, ərazilərində fərqli xüsusiyyətli problemlərin olması onları vahid mübarizə aparmağa imkan verməyəcək. Bütün bunlar onu sübut edir ki, Türk Birliyinin yaranmasında tam olaraq Avropa Birliyi təcrübəsindən istifadə etmək olmaz. Amma Avropa dövlətlərinin demokratikləşdirmə, siyasi sistemlərin və qanunvericiklərinin inteqrasiya edilməsində atdıqları addımları müəyyən mənada nümunə kimi götürmək olar. Qeyd etdiyimiz mənfi amillərin olması o demək deyil ki, Türk Birliyinin yaranması mümkün deyil. Türk Birliyini yaradacaq amillər kimi biz bu dövlətlər arasındakı dil, din, mədəni birliyin olmasını və xalqlar arasında tarixi əlaqələrin olmasını, qloballaşan dünyada türk dövlətlərinin öz milli-mənəvi dəyərlərini qorumaq məcburiyyətində qalaraq ayrıca sivilizasiya olmaq üçün bir seçimi var ki, o da Türk Birliyinin yaranması istiqamətində seçimin edilməsidir.

Avropa Birliyi yaranarkən onlara yardım olan amillərdən biri demokratik dəyərlərin həmin dövlətlərdəki cəmiyyətlərdə oturuşmasıdır. Belə homogenlik Avropa xalqlarını birləşdirən ideoloji dəyərlərin olmasından xəbər verir. Eynən Avropa Birliyindəki demokratikləşdirmə və demokratik dəyərlərin yayılması Türk Birliyinin yaramasında nümunə kimi istifadə oluna bilərmi? Mərkəzi Asiyanının türk dövlətləri keçid ölkələri hesab olunur. Bu keçid totalitarizmdən demokratya istiqamətində olmalıdır. Bu zaman Mərkəzi Asiya ölkələrinin bu istiqamətdə fəaliyyətində Avropa Birliyindən nümunə götürəcəyi halda 3 fərqli yoldan istifadə edə bilər: Birinci, Mərkəzi Asiya ölkələrində hakimiyyətdə olan qüvvələrin mərkəzi hakimiyyəti öz əllərində cəmləşdirərək mərhələli şəkildə demokratikləşdirməyə nail olmalıdırlar; İkinci, Mərkəzi Asiya ölkələrində hakimiyyətdə əgər hakimiyyətdəki demokratik islahat aparan qüvvələr zəif islahat aparırsa bu zaman ölkədə bu prosesi müxalifət öz əlinə almalıdır və bu müxalifət hakimiyyəti devirəcək gücdə olmalıdır; Üçüncü, həm müxalifət həm də iqtidar bərabər hüquqlara malik olaraq və əməkdaşlıq edərək, birgə islahatçı qruplar yaradaraq demokratikləşdirməni təmin etməlidirlər. Mərkəzi Asiya ölkələri birinci yolu seçsələr də bu ölkələrdə müxalifətin olmaması, həbsdə olması, zəif təşkilatlanması, barışmaz olması və iqtidarın özünün demokratik düşüncəli olmaması demokratikləşdirmədə Avropa Birliyinin təcrübəsindən istifadənin mümkün  olmadığın göstərir. Mərkəzi Asiyanın demokratikləşməsinin bir yolu var ki, o da Mərkəzi Asiya regional partiyasının yaradılması və özünəməxsus neodemokratik dəyərlərin formalaşdırılmasıdır. Regional partiya antoqonist millətçi hissləri boğacaq və vahid maraqlar yaradacaq. Nəticə kimi Mərkəzi Asiya ölkələri və xalqları həm demokratikləşəcək həm də vahid siyasi qurumda birləşəcək.

Türk Birliyinin yaranmasına dəstək verəcək amillərdən biri 7 türk dövlətinin demoqrafik və əmək potensialıdır. Bu ölkələrin əhalisinin artması və xüsusən gənclərin üstünlük təşkil etməsi böyük demoqrafik potensialdan xəbər verir. BMT-nin proqnozuna görə 2025-ci ildə ancaq Mərkəzi Asiya türk dövlətlərinin və Azərbaycan əhalisinin sayı birlikdə 95 mln olacaq və biz buna TC-ni əhalisini də əlavə etsək böyük bir demoqrafik potensial alınacaq. Bu əhalinin 33-44%-nin çox gənc və dinamik olduğun nəzərə alsaq bu dövlətlərə kapital axımı güclü olacaq və iqtisadi baxımdan inteqrasiya güclənəcək. Bütün bunlar Avropa Birliyi ölkələrini və ABŞ cəlb edəcək və gələcəkdə bura sərmayelərin yatırılması prosesi başlayacaq. Nəticə kimi Mərkəzi Asiya dövlətləri inkişaf edəcək və 7 türk dövləti təxminən eyni iqtisadi səviyyədə olacaq bir iqtisadi duruma nail olacaqlar. Bundan sonra vahid iqtisadi maraqların sayı  çox artacaq və enerji layihələrinin icrasından əlavə türk dilli dövlətlərin iqtisadi əməkdaşlığı güclənəcək. Mərkəzi Asiya iqtisadi inteqrasiyasın möhkəmləndirmək üçün Avropa Birliyinin "şəffaf sərhədlər” və "iqtisadi güzəştlər” təcrübəsindən istifadə edə bilər. Ancaq bu hec də tam türk birliyi demək deyil. Çünki bu birliyin içində Azərbaycan və Türkiyənin də iqtisadi inteqrasiyası amili problem şəklində ortaya çıxır. Qafqaz regionunda Dağlıq Qarabağ münaqişəsinin olması, antitürk mövqeli elitaya məxsus Ermənistanın olması, sərhədlərin iki türk dövləti arasında coğrafi sərhədlərin uzunluğunun zəif olması bu inteqrasiyanın baş verməsinə imkan vermir. Məhz bu məqamda görürük ki, iqtisadi inteqrasiyadan da başlamaq mümkün olmur və bu inteqrasiyanın tam bütün türk dövlətlərini əhatə etməsi üçün "milli məsələlər” həll edilməlidir. Bütün bunlar göstərir yenə Avropa Birliyi nümunəsi Türk Birliyi üçün nümunə deyil.

   Türk Birliyinin yaranmasına mane olacaq amillər sırasında bu regiona 3 əsas oyunçunun Moskva, Pekin və Vaşinqtonun siyasi baxışlarının fərqli olması və müəyyən məqamlarda kəskin şəkildə toqquşmasıdır. Moskva ilk olaraq onu istəyir ki, 7 türk dövlətindən Azərbaycan və Mərkəzi Asiyada ABŞ möhkəmlənməsin və bu məqamda onun maraqları Pekinlə üst-üstə düşür çünki o da istəmir ki, Mərkəzi Asiyada ABŞ möhkəmlənsin. Amma Çinin özünün Mərkəzi Asiyanın enerji resurslarına sahib olmaq istəyi Moskvanı çiddi narahat etdiyindən o bu regiona ciddi təzyiq göstərir və öz nəzarətində saxlamaq istəyir. Lakin Rusiyanın buna iqtisadi potensialı və siyasi iradəsi çatmadığından o "Şanxay Beşliyin” yaratmaq qərarına gəlir və Mərkəzi Asiyada qüvvələr balansın təmin edir ki, regiona tam şəkildə nə Çin nə də ABŞ sahib olmasın. Pekinin məsələyə baxışı Rusiya ilə müəyyən mənada üst-üstə düşür. O daima regionu təzyiq altında saxlamaq və onu inkişafdan saxlamaq istəyir ki, gələcəkdə bura ayrıca bir güc mərkəzinə çevrilməsin və eyni zamanda ABŞ bura müdaxilə edə bilməsin. Eynən Qafqazda da Çin ABŞ-ın iştirakın istəmir çünki Azərbaycanı Mərkəzi Asiya üçün Qərblə əməkdaşlığa katalizator hesab edir. H.Əliyev bütün bunları nəzərdən keçirərək ölkəni tam təzyiqdən çıxarmaq üçün 1999-cu ildə dekabrda ATƏT-in İstambul sammitində belə bir təkliflə çıxış edir ki, Cənubi Qafqazda tam yeni konfiqurasiyalı regional təhlükəsizlik sistemi ABŞ-ın iştirakı ilə yaradılsın. ABŞ-ın regiona aid planları genişdir və bunu iki əsas planla əsaslandırmaq olar. Birinci 2025-ci ildə Mərkəzi Asiyada vahid dövlət yaradılması nəzərdə tutulan "Turan Projesi”-dir. Bu projeyə görə Mərkəzi Asiyada yaradılacaq vahid dövlət Rusiya və Çinə qarşı dura biləcək bir dövlət olmalıdır ki, onları cilovlasın. İkinci plan 1999-cu ildə C.Braunbek tərəfindən irəli sürülərək qəbul edilən "İpək yolu haqqında strateji akt” adlanır ki, Mərkəzi Asiya ölkələrinin iqtisadi inteqrasiyaın təmin etməlidir və ABŞ-ın regiona təsirin genişləndirməlidir. Beləliklə regionda çox fərqli siyasi baxışların olması və onların toqquşması və heç birinin Türk Birliyini təmin edəcək bir yol olmaması onu göstərir ki, türk dövlətləri birinci daxillərində olan milli məslələri həll etməlidirlər daha sonra isə Türk Birliyini yaratmaq istiqamətində fəaliyyət göstərməlidirlər.

    Nəticə olaraq deyə bilərik ki, Avropa Birliyinin yerləşdiyi geopolitik məkan və onun yaranmasını zəruri edən amillər Türk dövlələrinin yerləşdiyi geopolitik məkan və tarixi şərait fərqli olduğu üçün Avropa Birliyi bizə tam nümunə ola bilməz.

 Müəllif: Vəliyev Fərzəli

Категория: Siyasi | Добавил: Fazik (22.01.2010) | Автор: Fazik
Просмотров: 1688 | Комментарии: 3 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
1 Jonh  
0
Thank you, Tom. Yes, I also regard myslef very lucky. It's absolutely not my merit. And if once it happened so, I try to share as much as I can with our readers.

Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024