Sizin Milli İntellektual Məkan
Суббота, 04.05.2024, 02:13
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Beynelxalq Senedler. [1] Siyasi [25] Dini [3]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » Статьи » Maraqlı. » Siyasi

AFR-in xarici siyasətində RF-ə münasibətdə 3 geopolitik yanaşma
AFR-in xarici siyasətində RF-ə münasibətdə 3 geopolitik yanaşma
 
Soyuq Müharibədən sonrakı dövrdə Almaniyanın xarici siyasətində Rusiya ilə gələcəkdə münasibətləri qurmaq üçün 3 geopolitik analizdən çıxış edən və bu analizlərə əsaslanan yanaşması vardır ki, RF-ə münasibət onlar əsasında formalaşmışdır. Birinci yanaşmaya görə Rusiya yenə də öz coğrafi zənginliyindən irəli gələn xammal həcmi ilə Avropanın əsas enerji təminatçısı olacaq və onu öz şəxsi diktəsi ilə bu xammalı baha satacaqdır. RF öz coğrafi xüsusiyyətlərindən irəli gələrək Avropa məkanı ilə sıx əməkdaşlıq edəcək və bu məkanının demokratik dəyərlərinin təsiri altında gələcəkdə bu ölkədə hakimiyyətin transformasiyası olacaq, korrupsiya azalacaq və idarəetmənin effektivliyi artacaq. Rusiyanın iqtisadiyyatı Avropa Birliyinin iqtisadi məkanı ilə qarşılıqlı əlaqəyə girəcək və çoxtərəfli əməkdaşlıq edərək öz iqtisadi sistemində diversifikasiyaya nail olacaq və sırf xammal ixrac edən və ondan asılı olan ölkədən istehsal və xidmət ölkəsinə çevriləcək. Almaniya da bütün bunları nəzərə alaraq RF ilə ikili münasibətləri strateji əməkdaşlıq səviyyəsinə qaldırması qaçılmaz proses olacaq. Eyni zamanda da RF-i AB ilə əməkdaşlığa cəlb etməlidir ki, regionun enerji təhülükəsizliyi təmin olunsun və bu sahədə problem olmasın. Almaniya RF-in içində demokratikləşdirmənin icra olunmasına və genişlənməsinə yardım etməlidir ki, hakimiyyətə sovet mentalitetindən kənar insanlar gəlsin və imperializmdən imtina etsin. Almaniya həmçinin RF-ə rasional immiqrasiya siyasətin icra etməyə yardım etməlidir. Çünki coğrafi baxımdan RF-də baş verə biləcək dezinteqrasiya prosesləri bütünlükdə Avropa Briliyinə və Almaniyaya mənfi təsir göstərəcək. Bütün bunların qarşısını almaq üçün Almaniya RF-i özünə müttəfiq edərək onu AB-ə və NATO-a daxil etməli və bu təhlükəsizlik qurumunun içində dəniz dövlətləri ilə kontinental dövlətlərin arasında balans yaratmalıdır. Bu yanaşmanın geopilitik məqsədi odur ki, "Şərq Qapısı” planının yəni Berlin-Moskva-Tokio blokunu reallaşdırsın. BMT-nin daimi şurasında Yaponiya və Almaniyanın yer almasını təmin etsin. Bu yolla o çoxqütblü dünyada (AB-nin içində) əsas qüvvə olacaq, ABŞ-ın iqtisadi, siyasi, mədəni imperializmini qıracaq. Bu yanaşmanın tərəfdarlarını sözsüz ki, çoxqütblü geopolitiklər adlandırmaq olar. Bu yanaşmanın tərəfdarları Rusiyanın gələcəyini optimistik görürlər və ona strateji tərəfdaş və güc mərkəzlərindən biri kimi baxırlar. İkinci yanaşmaya görə gələcəkdə RF-in iqtisadiyyatı enerji xammalının ixracından asılı olarsa. İqtisadi yüksəliş olacaq və o, xammalın dünya bazarındakı qiymətindən asılı olacaq. Ölkə iqtisadiyyatının diversifikasiyası bu zaman təmin oluna bilməyəcəksə. Effektiv və stabil idarəetmə və siyasi sistemin yaradılmasına nail olmaq mümkün olmayacaq. Bu siyasi sistem mürəkkəb şəkildə mərkəzləşmiş xarakterə malik olacaq və şəffaflıq olmayacaq. Ölkə iqtisadiyyatında kasıb və varlılar arasında say fərqi genişlənəcək, orta təbəqə isə qalxmayacaq, investisiya isə yalnız xammal sektoruna istiqamətlənəcək, ölkədən xaricə doğru kapital və beyn axını geniş vüsət alacaq. Bu da Almaniyaya və onun təsir dairəsindəki dövlətlərə mənfi təsir göstərəcək. Çünki dezinteqrasiya prosesləri AB və onun qonşularına neqativlik gətirəcək. Rusiyanın daxilindəki dezinteqrasiya iqtisadi gerilik demoqrafik böhran yaradacaq. Çoxpartiyalı siyasi sistem yalana çevriləcək, "Vahid Rusiya” partiyası isə SİKP-nin analoquna çevriləcək. Belə olacaq halda RF ilə AFR münasibətləri daimi biristiqamətli olacaq və imperialist maraqlar xarici siyasətə hakim kəsiləcək. RF-lə münasibətlərdə atlantizm prinsipləri tədbiq olunacaq. Bu zaman AFR üçün ABŞ-ın Avropada olması sığorta xarakterlidir. Lakin bu mövcudluğun imperialist xarakter daşımaması üçün Almaniya öz geostrategiyasın AB-nin möhkəmləndirilməsinə yönəltməlidir. AFR AB-nin içində həm avropaçılıq, həm də ABŞ-ın "yumşaq güc” siyasəti arasında balansı qorumalıdır. Bununla AFR eyni zamanda öz mövqeyin NATO və AB-də balanslı müəyyən etmiş olacaq. Üçüncü yanaşmaya görə RF-in çox üzücü taleyi olacağı halda vəziyyəti belə proqnoz edirlər. RF öz stabilliyin qoruyub saxlayacaq, lakin onun demokratik institutları çox məhdud olacaq, vətəndaş cəmiyyəti isə inkişafdan geri qalacaq. Hakimiyyətin qatı şəkildə mərkəzləşməsi iqtisadiyyatın effektivliyinin aşağı düşməsini nümayiş etdirəcək və dövlətin öz əlində olan iqtsadi sektorları rasional idarə edə bilməməsi üzə çıxacaq. Enerji xammalının qiyməti yenə də stabil olmayacaq və iqtisadiyyatın diversifikasiyası mümkün olmayacaq. Ölkədə ksenofobiya və qatı millətçilik olacaq. RF özünəməxsusluq yaratmaq və özünü Avropaya inteqrasiyadan uzaqlaşdırmaq üçün "Rusiya üçün inkişafın xüsusi yolu” adlı siyasətə üstünlük verəcək. Demoqrafik problemlər çoxalacaq insanların Mərkəzi Asiya və Çindən gələn miqrantlara münasibəti kəskinləşəcək. RF Mərkəzi Asiyada ideoloji və iqtisadi rəqabətə tab gətirməyib imperialist və aqressiv mübarizəyə üstünlük verəcək və nəticə kimi Çin, İran, ABŞ-la münasibətlər kəskinləşəcək. Mərkəzi Asiya regionu isə iqtisadi və sosial baxımdan inkişafdan geri qalacaq. Bu da RF-in özünə də pis təsir edəcək. Çünki Mərkəzi Asiya ilə geniş geopolitik bağlılıq orada baş verən münasibətlərin dərhal RF-ə təsir etməsi ilə nəticələnir. Son nəticə RF üçün əsas oyunçular ilə toqquşan şəraitdə olması və müttəfiqsiz qalması olacaq. Bütün bunları nəzərə alan AFR RF-in Şərqi Avropaya təsir etməsinin qarşısın almalıdır. Çünki RF-in özündə imperialist düşüncələri və ksenofobiya kimi mənfi amilləri bu regiona gətirə bilər və sonluqda bu mənfi təsir AFR və onun iqtisadi və siyasi periferiyasına təsir göstərəcək. AFR yaranan beynəlxaq situasiyada AB-nin çərçivəsində alternativ enerji mənbələri siyasətinə daha çox dəstək verməli olacaq. Bu səbəbdən də ABŞ-ın Mərkəzi Asiya siyasətinə dəstək verməli olacağı qaçılmaz bir haldır. Bu da təbii bir proses olacaq çünki Yaxın Şərqdən sonra ən zəngn enerji xammalı olan bölgə buradır. AFR AB-nin içində Fransa və digər ölkələrlə sıx əməkdaşlıq xəttin götürəcək. NATO-nun şərqə genişlənməsini dəstəkləməli olacaq ki, periferiya zonası güclü təhlükəsizlik mexanizmasına malik olsun. Bütün bunlar onu göstərir ki, hadisələrin üçüncü variantla cərəyan edəcəyi təqdirdə AFR RF-i cilovlamaq xəttin əsas xarici siyasət xətti kimi götürəcək.
Категория: Siyasi | Добавил: Fazik (20.01.2010) | Автор: Fazik
Просмотров: 1333 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024