Sizin Milli İntellektual Məkan
Суббота, 20.04.2024, 06:01
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Ümumi Texnologiya haqqında melumat. [5] PC haqqında her şey [2]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » Статьи » Texno. » PC haqqında her şey

CPU nedir? Con fon Neyman arxitekturası

Mərkəzi prosessor (CPU; Central Prossesing Unit -mərkəzi hesablayıcı qurğu deməkdir )-Əməliyyat sisteminin proqramları tərəfindən verilmiş həndəsi hesablamaların yerinə yetirilməsini həyata keçirən və komputerin bütün digər qurğularının işini koordinasiya edən, komputerin aparat təminatının bir hissəsidir. Ayrı-ayrı mikrosxemlər (yəni; çipset) şəklində fəaliyyət göstərən, bu tip qurğulara aid olan xüsusiyyətləri həyata keçirən müasir CPU-ları, mikroprosessor adlandırırlar. 1980-ci illərin ortalarından başlayaraq sonuncular (mikroprosessorlar) praktiki olaraq mərkəzi prosessorların digər növlərini sıxışdırdığına görə, bu termin mərkəzi prosessor anlayışının sinonimi kimi işlənməyə başladı. Ancaq heç də belə deyil; çünki bəzi super komputerlərin mərkəzi prosessor qurğuları hətta bu gün də özündə böyük və ən böyük inteqral sxemlərin mürəkkəb məcmusunu əks etdirir. Mərkəzi prosessor qurğusu termini ilkin olaraq mürəkkəb komputer proqramlarını həyata keçirmək üçün nəzərdə tutulmuş məntiqi maşınların xüsusi sinfini əks etdirirdi.Terminin və onun abbreviaturasının komputer sistemi ilə bağlı işlədilməsinin əsası XX əsrin 60-cı illərində qoyulmuşdu. O vaxtdan bəri prosessorların quruluşu, arxitekturası və həyata keçirilməsi dəyişsə də, onların əsas funksiyası əvvəlki kimi qalmaqdadır. Əvvəllər CPU-lar unikal və hətta öz tipində yeganə olan komputer sistemlərinin unikal tərkib hissəsi kimi yaradılırdı. Sonradan komputer istehsalçıları, bir və ya bir neçə dar ixtisaslaşmış proqramın həyata keçirilməsi üçün düzəldilən bahalı prosessorların istehsalından, çoxməqsədli prosessor qurğularının seriyalı (ardıcıl) istehsalına başladılar. Komputer təkmilləşdirilməsinin standartlaşdırılması yarımkeçirici elementlərin qızğın inkişafı dövrünə təsadüf edir, inteqral sxemlərin yaranması isə onları daha da populyar edir. Mikrosxemlərin yaradılması CPU-ların mürəkkəbliyini daha da artırmaqla yanaşı, onun fiziki həcminin kiçildilməsinə imkan verdi. Prosessorlarn standartlaşdırılması və miniatürləşdirilməsi onların rəqəmsal aparatlara da dərindən nüfuz etməsinə səbəb oldu. Müasir CPU-lara yalnız komputer kimi yüksək texnologiyalı qurğularda deyil, eyni zamanda avtomobillərdə, EHM-lərdə, mobil telefonlarda və hətta oyuncaqlarda da rast gəlmək olar. Onlar daha çox, hesablayıcı qurğunun, kristalda (çipset) yerləşən əlavə komponentlərin yanında mikrokontrollerlər kimi təqdim olunurlar. Mikrokontrollerlərin müasir hesablama imkanları, onlarla il əvvəlki fərdi EHM-lərin prosessorları ilə bərabərdir və hətta onları ötüb keçir. Fərdi komputerlərin müasir prosessorlarının əksəriyyəti ümumi olaraq Con fon Neyman tərəfindən kəşf olumuş, informasiyanın ardıcıl emalının dövri prosesinin bu və ya digər versiyasına əsaslanır. C. Fon Neyman komputer yaradılmasının ilk sxemini 1946-cı ildə fikirləşmişdi. Bu prosesin əsas mərhələləri aşağıdakı kimi həyata keçirilmişdi.Müxtəlif arxitekturalar və əmrlər üçün əlavə mərhələlər tələb oluna bilər. Məsələn, həndəsi əmrlər zamanı yaddaşa əlavə müraciət tələb oluna bilər,hansı ki bu zaman operandın( kəmiyyətin) hesablanması və nəticələrin yazılması prosesi gedir.Fon Neyman arxitekturasının fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki,göstərişlər və məlumatlar eyni yaddaşda yerləşirdilər. Prosesin həyata keçirilmə mərhələləri belədir;
-Prosessor əmrlər sayğacının registrində saxlanan rəqəmi ünvan şininə( şina) çıxarır və yaddaşa oxumaq əmri verir
-Çıxarılmış rəqəm yaddaş üçün ünvan hesab olunur; ünvanı və oxumaq əmrini alan yaddaş, bu ünvanda yerləşənlərin məzmununu məlumat şininə göstərir və hazır olduğu haqda məlumat verir
-Prosessor rəqəmi məlumat şinindən alır, onu öz əmrlər sistemindəki əmr kimi formalaşdırır və yerinə yetiri
-Əgər son əmr keçid əmri deyilsə,prosessor əmrlər sayğacında saxlanan rəqəmi vahidə yüksəldir (çünki hər əmr bir vahidə bərabərdir), nəticədə orada növbəti əmr meydana çıxır. Yenidən birinci proses başlayır, yəmi əvvələ qayıdılır.
Bu mərhələ dəyişilmədən baş verdiyindən, proses adlanır ( qurğu da adını elə buradan götürmüşdür)... Prosessorlar haqqında hələlik bu qədər. Sizi digər arxitekturalarla da tanış etməyə çalışacam.

Категория: PC haqqında her şey | Добавил: Golden_Eye (09.11.2008) | Автор: Golden Eye
Просмотров: 6350 | Комментарии: 4 | Рейтинг: 3.5/4 |
Всего комментариев: 1
1 Natalie  
0
That's an ingnlliteet answer to a difficult question xxx

Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024