Sizin Milli İntellektual Məkan
Вторник, 16.04.2024, 22:21
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Ümumi Texnologiya haqqında melumat. [5] PC haqqında her şey [2]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » Статьи » Texno. » Ümumi Texnologiya haqqında melumat.

İnternet-Interconnected Networks-1-

İnternet Haqqında İnformasiya

Interconnected Networks

Mövzuya giriş

İnternet ( İngiliscədən - Internet, Interconnected Networks- birləşmiş şəbəkələr deməkdir) informasiya və hesablayici resursların qlobal telekomunikasiya şəbəkəsidir. Ümumdünya şəbəkəsi üçün fikizi əsasdır. Adətən ona Ümumdünya Şəbəkə və ya Qlobal Şəbəkə deyirlər. Həmçinin jarqonizm olan “inet” və “net” formaları da var. Hazırda internet kəlməsin işlədərkən onun fiziki mahiyyətindən daha çox beynəlxalq tor və ya oradakı informasiya nəzərdə tutulur. 2008-ci ildə İnternetdən müxtəlif vasitələrlə istifadə edənlərin sayı 1.4 mld olmuşdur. Yəni, Yer kürəsindəki əhalinin təxminən 4/1 hissəsi.

İnternetin tarixi

1957-ci ildə “Yer” adlı sputnik SSRİ tərəfindən kosmosa buraxılmasından sonra ABŞ-ın Müdafiə Nazirliyi belə bir qərara gəlir ki, müharibə yaranacağı təqdirdə təhlükəsiz bir informasiya ötürən şəbəkəsi yaratmaq lazımdır. ”ABŞ-ın önçül müdafiə təhqiqat layihələri agentiyi” belə bir təklif verir ki, kompyuter şəbəkəsi yaradılsın. Bu şəbəkəni yaratmaq üçün aşağıdakı qurumlar cəlb olunur: 1) Los Angelos-dakı Kaliforniya Universiteti 2) Stenford Təhqiqat Mərkəzi 3) Yuta Ştatının Universiteti 4) Kalifornaiya Universiteti (Santa-Barabaradakı). Kompyuter şəbəkəsi ARPANET (ingiliscədən- Advanced Research Projects Agency Network) adlandırıldı və 1969-cu ildə bu proyekt cərcivəsində yaradılan şəbəkə 4 elmi mərkəzi bir-biri ilə birləşdirdi. Bütün işlər ABŞ-ın müdafiə nazirliyi tərəfindən maliyyələşdirilirdi. Daha sonra APRANET şəbəkəsi genişlənməyə başladı və artıq müxtəlif elmi sahələrdə fəaliyyət göstərən alimlər və təhqiqatçılar bu şəbəkədən fəal istifadə etməyə başladılar.

APRANET-in ilk serveri 1 sentyabr 1969-cu ildə Los-Angelos-un Kaliforniya universitetində yaradılmışdır. «Honeywell 516» kompyuteri 12 KB operativ yaddaşa malik idi. 1971-ci ildə elektron poçtun göndərilməsi üçün ilk şəbəkə proqramı yaradıldı və qəsa müddət ərzində çox məşhur olmuşdur. 1972-cü ildə şəbəkə beynəlxalq şəbəkə adlandırıldı buna səbəb isə transatlantik telefon kabel vasitəsi ilə Böyük Britaniya və Norveç arasında şəbəkə yaradılmışdı.

1970-ci illərdə bu şəbəkədən yalnız elektron poçt göndərilməsi üçün istifadə olunurdu. Elə həmin illərdə də poçt göndərmələrinin ilk siyahısı, məlumatlandırıcı qruppalar və elan lövhələri  yaradıldı. Lakin, hələ o dövrlərdə şəbəkə asanlıqla digər şəbəkələrə qarşılıqlı təsir etmək imkanına malik deyildi. Buna səbəb isə digər şəbəkə sistemlərinin başqa standartlar üzərində qurulması idi. 1970-ci illərin sonuna yaxın kütləvi şəkildə məlumatların ötürülməsi üzrə protokollar çoxalmağa başladı. Bu protokollar 1982-83-cu illər ərzində standartlaşdırıldı. Şəbəkə protokollarının standartlaşdırılması və işlənilməsi üzərində alim Con Postel əsas rol oynadı. 1 yanvar 1983-cu ildə APRANET şəbəkəsi NCP protokolundan TCP/IP protokoluna keçdi. Bu protokol hazırda da istifadə olunmaqdadır və bu protokolun mahiyyəti ondan ibarətdir ki, o şəbəkələrin asanlıqla birləşdirilməsinə daha dogrusu təbəqələşməsinə imkan verir. Elə 1983-cu ildə “İnternet termini “APRANET şəbəkəsində möhkəmləndi. 1984-cu ildə domen adlarının sistemi yarandı (ingiliscədən-Domain Name System, DNS).

1984-cu ildə APRANET-in güclü rəqinləri meydana gəldi. Belə ki,”ABŞ-ın Milli Elmi Fondu” (NFS) universitetlərarası güclü ötürüçülük qabiliyyətinə mali olan bir şəbəkə “NFSNet” yaratdı. Bu şəbəkə özü kiçik şəbəkələrdən (o dövrün ən məşhur şəbəkələri olan USEnet və BİTnet) ibarət idi.Artıq qısa müddətə bu şəbəkəyə 10 minə yaxın insan qoşulmağa başladı və NFSNet şəbəkəsi “İnternet” fəxri adın öz üzərinə almağa başladı. 1988-ci ildə İnternet Relay Chat (İRC) protokolu yarandı və bu protokolun hesabına real zamanda şəbəkə vasitəsi ilə ünsiyyət mümkün oldu. 1989-cu ildə “Nüvə Təhqiqatı üzrə Avropa Birliyi”-ndə (fransızca- Conseil Européen pour la Recherche Nucléaire,CERN)  “Ümumdünya Tor” nəzəriyyəsi meydana gəldi. Onu ilk dəfə Britaniyalı alim Tim Berners-Lİ təklif etdi və bu alim həm də eyni zamanda HTTP şəbəkə protokolun, HTML dilin və URİ idenfikatorun yaratdı. 1990-ci ildə APRANET NFSNet-lə mübarizədə məğlub olaraq öz fəaliyyətin dayandırdı və elə həmin ildə ilk dəfə şəbəkəyə telefon xətti ( ingiliscə-Dialup access ) vasitəsi ilə qoşulma meydana gəldi. 1991-ci ildə Ümumdünya Tor-u internet üçün ümumistifadəyə yararlı oldu və ilk məşhur veb-brauzer NCSA Mosaic yarandı. Artıq Ümumdüyna Toru geniş şöhrət qazanmağa başladı. 1995-ci ildə NFSNet özünün elmi təhqiqatlarına başladı və artıq şəbəkənin trafikının yönləndirilməsi ilə şəbəkə provayderləri məşğul olmağa başladı. NFSNetin superkompyuterləri isə artıq sırf elmi sahədə fəaliyyəti genişləndirdilər. 1995-ci ildə “Ümumdünya Tor” internetdə yeganə informasiya ötürüçüsünə cevrilir və nəticədə öz trafiki ilə FTP protokol faylın ötür keçir və “Ümumdüyna Torunun Konsorsiumu” (W3C) yaranır. 1990-cı illərdə İnternet artıq o dövrdə mövcud olan əksəriyyət şəbəkələri özündə birləşdirdi (Fodonet kimi birləşməyən şəbəkələr isə tək qaldılar). 1997-ci ildə artıq 10 ml-na yaxın istifadəçi-kompyuter var idi. Həmçinin 1 ml domen qeydiyyatdan keçmişdi.İnternet artıq informasiya mübadiləsi üçün ən populyar vasitəyə cevrilirdi. 1998-ci ildə Roma papası İkinci İohan Pavel İnternet günü adlı bir gün təsis etdi (30 sentyabr). Hazırda İnternet cəmiyyətin və inkişafda olan yeni ölkələrin həyatının ayrılmaz bir hissəsinə cevrilib.

İnternetin əsas prinsipləri haqqında

İnternet minlərlə koorperativ, elmi, dövlət və ev kompyuterlərin şəbəkələrindən ibarətdir. Müxtəlif növ arxitektura və tipologiyaya malik olan şəbəkələr arasında əlaqə yalnız İP (ingilisce-İnternet Protocol) protokolu və məlumatlar paketinin yönləndirilməsi prinsipi ilə mümkün oldu. İP protokolu fiziki məlumat kanallarına münasibətdə xüsusi olaraq aqnostik şəkildə yaradılıb. Bu o deməkdir ki, şəbəkələr arasında məlumatların rəqəmsal ötürülməsi prosesi  əlaqənin simli və ya simsiz olmasında asılı olmayaraq internetin trafikın ötürür. Şəbəkələrin qovuşduğu yerdə xüsusi marşrutlaşdırıcılar (proqram və ya qurğular) informasiya paketlərinin avtomatik qəbulu, düzənlənməsi və ötürülməsi ilə məşğul olur. Bütün bu prosesdə İP ünvalara əsaslanaraq informasiya paketlərin alanlara göndərilir. İP protokolu böyük bir informasiya ünvanı məkanı yaradır ki, bu da demək olar ki bütün dünyanı əhatə edir. Lakin hər bir şəbəkədə də ayrıca infromasiya ünvanı mövcud ola bilər. Bu ayrıca ünvanlar şəbəkənin növündən asılı olaraq seçilir. İP ünvanların belə təşkil olunması imkan verir ki, hər kiçik informasiyanı dəqiqliklə ünvanına çatdırsın. Nəticə etibarı ilə İnternet-in ayrı-ayrı şəbəkələri arasında heç bir münaqişə olmur və məlumatlar çox asanlıqla və son dərəcə dəqiqliklə bütün dünya və yaxın kosmosda lazımı ünvanlarına çatdırılırlar.

İP protokolunun özü İETF ( ingiliscədən- Internet Engineering Task Force-İnternet mühəndisliyi üzrə xüsusi müəyyən olunan məsələləri həll etmək üçün müəyyən olunan mütəxəssis qrupu ) təşkilatında uzun sürən mübahisələrdən sonra yaranmışdır. İETF təşkilatı hazırda da bütün dünyada internet protokollarının mükəmmələşdirilməsi üçün fəaliyyət göstərir.

Müəllif: Vəliyev Fərzəli.
 
Категория: Ümumi Texnologiya haqqında melumat. | Добавил: Fazik (09.11.2008)
Просмотров: 4093 | Комментарии: 1 | Рейтинг: 4.5/2 |
Всего комментариев: 1
1 ixtiyar  
0
salam.( mene internet sebekesine qosulma lazimdi) mene komey eleyinde)))==

Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024