Sizin Milli İntellektual Məkan
Пятница, 26.04.2024, 04:25
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Ümumi Texnologiya haqqında melumat. [5] PC haqqında her şey [2]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » Статьи » Texno. » Ümumi Texnologiya haqqında melumat.

Lokal kompüter şebekeleri haqqında

Lokal Kompüter Şəbəkələri

Giriş

Bu məqalə kompüterlərin bir məkanda necə birləşməsi vasitələrinə həsr olunacaq. Kompüter mütəxəssislərinin sözü ilə desək, kompüterlə digər avadanlıqların birləşməsi lokal kompyuter şəbəkəsi adlanır. Kompüter şəbəkəsi kompüter və printer arasında müəyyən protokolların köməyi ilə informasiya mübadiləsinə imkan verən bir sistemdir. Kompüterlər bir-biri ilə kabellər, şəbəkə adapterləri, modemlər və s. ilə birləşirlər. Protokol kompüter şəbəkəsində informasiya mübadiləsinin aparılma qaydalarını müəyyənləşdirir.

Kompüterləri lokal şəbəkədə necə birləşdirməli

Kompüterlərin şəbəkə şəklində birləşməsinin bir necə əsas səbəbi var: 1) İstifadəçilər arasında informasiya şəbəkəsin sürətləndirilməsi. 2) İş yerin tərk etmədən məlumatların internetlə qəbulu və ötürülməsi. 3) Lazımi informasiyanın dünyanın istənilən nöqtəsindən ani alınmasının mümkünlüyü. 4) Müxtəlif proqram təminatı altında işləyən müxtəlif firmaların istehsalı olan kompüterlər arasında informasiya mübadiləsinin mümkünlüyü.

 Gündəlik ofislərdə istifadə olunan kompüter şəbəkələri əsasən lokal şəbəkələrdir. Lokal kompüter şəbəkələri eyni mühitdə və çox böyük olmayan ərazidə (bir otaq, bir bina, bir müəssisə və s. daxilində) qurulan şəbəkədir. Bu şəbəkələrdə kompüterlər arasındakı məsafə adətən 1-2 km-dən çox olmur. Lokal kompüter şəbəkələri müxtəlif struktur üzrə qurulur. Lokal şəbəkələrin bir necə növü var şinlə birləşmə, halqavari və ulduzvari.

Şinlə birləşən  lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu strukturlarda bütün kompüterlər paralel olaraq şinə qoşulur. Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində hər iki tərəfə ötürülür. İnformasiyanı göndərmək istəyən kompüter şinin boş olub-olmamasını yoxlayır. Əgər şin boş isə kompüter paketləri şinlə ötürür. Bu sistem əslində köhnəlmiş hesab olunur və hazırda demək olar ki, istifadə edilmir.

Ən müasir şəbəkə sistemləri haqqında

Halqavari strukturlu lokal şəbəkələrdə hər bir kompüter bir-biri ilə halqavari şəkildə, yəni birinci kompüter ikinci ilə, ikinci kompüter üçüncü ilə, üçüncü kompüter dördüncü kompüter ilə və s. , sonuncu kompüter isə birinci kompüterlə birləşirdirilir. Nəticədə halqa yaranır. Bu tipologiyalı kompüter şəbəkələrində məlumatlar müəyyən bir istiqamətdə bir kompüterdən qonşu kompüterə ötürülmək şərti ilə lazımi kompüterə çatdırılır. Bu kompüter şəbəkəsinin çatışmayan cəhəti odur ki, hər kompüter informasiya ötürülməsində birbaşa iştirak edir. Buna görə də hər hansı bir kompüter sıradan çıxarsa şəbəkənin işinin pozulması ilə nəticələnər. Bir sözlə şəbəkənin işin davam etdirmək üçün bütün kompüterlər işlək vəziyyətdə olmalıdır. Ulduzvari lokal şəbəkələr mərkəzi qovşaq üzərində qurulur. Hər bir kompüter mərkəzi qovşaq ilə ayrıca xəttlə birləşir. Kompüterlər arasında informasiya mübadiləsi mərkəzi qovşaq vasitəsi ilə həyata keçirilir. Mərkəzi qovşaq kimi xab, kommutator və ya xüsusi server kompüteri istifadə edirlər. Ulduzvari lokal şəbəkələrin əsas üstün cəhətləri ondan ibarətdir ki, kompüterlərarası informasiya mübadiləsi çox sadə olur və çətinlik törətmir. Ulduzvari şəbəkələrin çatışmayan cəhəti ondan ibarətdir ki, şəbəkənin etibarlılığının mərkəzi qovşağdakı kompüterdən asılı olmasıdır. Belə şəbəkələr saniyədə 100 meqabayt informasiya ötürmək imkanı verir. Məhz buna görə də əksər idarələrdə bu növ şəbəkədən istifadə olunur. Bu şəbəkə ən müasir sistemlərdən sayılır.

Lokal şəbəkədə istifadə olunan kabellər

Lokal şəbəkələr qurularkən müxtəlif növ kabellərdən istifadə olunur. Bunlara əsasən koaksal kabellər, burulmuş çütlü kabelləri misal gətirmək olar. Bu kabellər kompüter şəbəkələrində istifadə olunan ən ucuz kabellərdir. Yüksək keyfiyyətli optik kabellər hesab olunur. Optik kabellər vasitəsi ilə informasiyanın ötürülməsi üçün nazik şüşə tellərindən istifadə olunur. İnforamsiya işıq dalğaları şəklində ötürülür. Optik kabellər səs və verilənlərin ötürülməsi üçün ideal kabellərdir, ancaq kifayət qədər bahalı kabellərdir və quraşdırılması çox çətindir. İşıq dalğalarını elektrik dalğalarına və əksinsə çevirmək üçün mürəkkəb qurğudan istifadə olunur. Əsasən inforamsiyanın uzaq məsafəyə və geniş diapazonda ötürülməsi lazım olan yerlərdə istifadə olunur. Kənar əngəllərin təsiri praktiki olaraq yoxdur. Məlumatı yayılması sürəti saniyədə bir neçə geqabit ilə ölçülür. Məlumat 50 km məsafəyə gücləndirilmədən ötürülür.
müəllif: Vəliyev Fərzəli
Категория: Ümumi Texnologiya haqqında melumat. | Добавил: Fazik (27.01.2009)
Просмотров: 20324 | Комментарии: 13 | Рейтинг: 4.1/9 |
Всего комментариев: 131 2 »
13 Vüqar  
0
Strukturu var?

12 choji  
0
salamaleykum.... obse metni isare edirsen ctrl+c ile kocurursen word proqramina ctrl+v eleyirsen sora da ctrl+p.printerde oz isteyine gore cixara bilersiniz tesekkurler

11 rehim  
0
sagolunnnnnnnnnn natiq 8bsinifi rehim

10 Sonia  
0
cok saqolin;)

9 ilgar  
0
tewekkur

8 ayten  
0
cox sağolun

7 nicat  
0
bunu printerden nece cixardmaq olar

6 nicat  
0
bunu printerden cixardmaq

5 nicat  
0
luget

4 nicat  
0
luget

1-10 11-13
Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024