Sizin Milli İntellektual Məkan
Пятница, 19.04.2024, 09:26
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Ümumi Texnologiya haqqında melumat. [5] PC haqqında her şey [2]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » Статьи » Texno. » Ümumi Texnologiya haqqında melumat.

Bluetooth Nedir

Bluetooth– bu texnologiya standartı (təşkilat da həmçinin) Danimarka torpaqlarını birləşdirməklə məşhurlaşmış və «Mavi diş» ləqəbi almış Danimarka kralı II Heroldun şərəfinə belə adlandılırmışdır. Bluetooth texnologiyası müxtəlif məişət qurğularını (mobil telefonları, fərdi kompüterləri və s.) bir-birləri ilə simsiz birləşdirir.Digər texnologiyalardan fərqli cəhəti isə radiodalğalar istifadə etməsidir.
Bu kiçik texnologiya standartı özünün imkanları ilə demək olar ki bütün növ texnologiyalar arasında əlaqə yaratmağa imkan verir ki, onlar da aşağadakılardır:Mobil telefonlar, Noutbook, Printer, Rəqəmsal fotoaparatlar, Soyuducular, Mikrodalğalı peçlər, Kondinsionerlər və.s.Ümumilikdə isə bu növ texnologiyanı mikroçipinin yerləşdiyi hər bir qurğuda istifadə etmək olar.Bu texnologiya LANPSTN kimi bağlantılar qurmağa da icazə verir və bu texnologiya ilə İnternet şəbəkəsinə daxil olmaq və ondan istifadə etmək olar.
İlk öncə bu texnologiyadan yalnız radio əlaqələrin qurulması zamanı istifadə olunurdu lakin indi isə bu texnologiyadan istifadə edərək local şəbəkə də yaratmaq mümkündür.Müasir dövrdə belə bir anlayış da meydana gəlib “Bluetooth-şəbəkəsi”.Bu özü Bluetooth-un nə qədər əhəmiyyətli olduğun göstərir.
Bluetooth-un məqsədi-Bu qurğunun məqsədi ondan ibarətdir ki, bir Bluetooth texnologiyasın digəri bir Bluetooth texnologiyasın simsiz əlaqə şəklində əlaqələndirsin. Bluetooth bu məharətini özünün qısa diapozonlu
dalğaları, xüsusi şəbəkəsi, piconet vasitəsi ilə edir.Hər bir qurğu piconet-də maksimal 7 dənə qurğu ilə şəbəkə yarada bilər. Həmçinin hər bir qurğu eyni zamanda bir neçə şəbəkəyə aid ola bilər.Bu şəbəkələr dinamik və avtomatik qurulur.Çünki, bildiyimiz kimi Bluetooth qurğusu müəyyən məsafədə olan qurğular ilə əlaqəyə girir və əlaqəni tərk edə bilir.
Bluetooth sisteminin aspektləri-Bu texnologiya standartı ilk olaraq PC, Noutbook və mobil telefonlar üçün yaradılsa da hazırda bu texnoloji standartın xüsusiyyəti imkan verir ki onu digər sahələrdə də tədbiq etsinlər.Bu birbaşa olaraq simli əlaqənin aradan qaldırılması və gələcəkdə Bluetooth vasitəsi ilə simsiz texnologiyaların inkişaf etdirilməsi deməkdir.
Bluetooth qurğusu 2,4-2,48 QQs diapazonlarda işləyən qəbuledici/ötürücü kiçik çiplərdən ibarətdir. Bluetoothdan müntəzəm istifadə edilməsi qurğuların elektrik enerjisi ilə yüklənməsi lazım gəlir.(Bu qurğunun zəif cəhətlərindən biri hesab olunur.)
İndi isə sizə Bluetooth-la işləyən bir neçə qruğu təqdim edirəm:
Bluetooth USB adaptoru:
BlueTake BT007SX –in xüsusiyyətləri:
1)Standart:Bluetooth 2.0
2)Məlumatların ötürülməsi sürəti: saniyədə 3 mb
3)İşləmə diapazonu: 100 metr
4)Windows & MacOS
Bluetooth vasitəsi ilə işləyən siçan və klaviş:
BlueTake siçan BT500-in xüsusiyyətləri:
1)Standart:Bluetooth 1.1
2) İşləmə diapazonu 10 metr
3) Windows XP/2000/ME/98SE, Mac OS X 10.2.6

Apple Wireless klavişinin xüsusiyyətləri:
1)Standart Bluetooth 1.1
2) işləmə diapazonu 10 metr
3) Mac OS X 10.2.6
Bluetooth Printer qurğusu:
USB Printer Adapter Class1 (100m) Bluetooth Mavin qurğusunun xüsusiyyətləri:
1)Standart: Bluetooth
2) Qoşulma : USB1.1
3) Dəqiqlik: 2.4-2.4835 GHz
Bluetooth modem qurğusu:
Sony BM1 Station radiomodeminin xüsusiyyətləri:
1)Class1 (100m)
2)Ölçüləri: 56х118х172 мм
3)Standart 1.1.
4)Işləmə dəqiqliyi: 2.4GHz - 2.48GHz FHSS (Frequency Hopping Spread Spectrum)
Beləliklə müasir dövrdə texnologiyanın insan rahatlığı üçün əldə etdiyi ən böyük uğurlardan biri Bluetooth sayıla bilər.Bu texnologiyanın qısa müddət ərzində verdiyi xeyrin nə qədər genişmiqyaslı olduğun nəzərə alsaq bu standartın nə qədər əhəmiyyətli olduğun görə bilərik.

 Müəllif: Vəliyev Fərzəli

Категория: Ümumi Texnologiya haqqında melumat. | Добавил: Fazik (06.11.2008) | Автор: Vəliyev Fərzəli
Просмотров: 4541 | Комментарии: 2 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
1 Open  
0
asei می‌گه:ba salam.man n8 daram.file ro update kaadrm.moghe nasb miporse mikhayd nasb beshe faghty ok mizanam mige update error.lotfan rahnamaee konid

Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024