Sizin Milli İntellektual Məkan
Четверг, 02.05.2024, 11:13
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Beynelxalq Senedler. [1] Siyasi [25] Dini [3]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » Статьи » Maraqlı. » Dini

Mehemmed (S.) peyğemberden evvel içki

Məhəmməd (S.) peyğəmbərdən əvvəl içki

İndi bir çoxların dinlə bağlı olan suallar və məqamlar maraqlandırır.Bu məqaləni təqdim etməyimizdə məqsədimiz ondan ibarətdir ki, İslamda olan bəzi incəlikləri sizə çatdıraq. İndi isə keçək suala. Bu suallardan biri belədir: içki Məhəmməd (S.) peyğəmbər gəlməmişdən olub? və bir də Məhəmməd (S.) peyğəmbərdən əvvəl musəlman pəyğəmbər olub?

 

Peyğəmbərləri haqq  ilə göndərən, nəzdində İslamnan başqa din olmayan Allaha həmd olsun! Allah tək olduğu kimi, dini də birdir . Çünki bir həqiqət var ki, Allahdan başqa ibadət ediləsi ilahi varlıq yoxdur (Lə iləhə illəllah). Bunu canlı-cansız bütün külli aləm qəbul etməkdədir. Allah heç bir şey yaradmamışdan, yalnız Allah var olub, Ondan başqa heç bir varlıq olmadığı zaman, baxmayaraq ki,  Allaha boyun əyib ibadət edən heç bir məxluq yox idi, “Lə iləhə illəllah” əvvəli və sonu olmayan həqiqət kimi var idi. Sonradan Allah müəyyən varlıqlar yaratdı və Allaha ortağ qoşmadan ibadət edildi. Sonra Allah insanları yaradıb, onlara Öz əmrlər və təlimatlarını (din) bildirmək üçün Peyğəmbərlər göndərdi. Bu dinin də təməl prinsipini, əsasını, əslini Kəlimei tövhid (Allahın birliyini ifadə edən kəlimə) adlanan “Lə iləhə illəllah” (Allahdan başqa ibadət ediləsi ilahi varlıq yoxdur) həqiqəti təşkil edir.

“Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: "Məndən başqa heç bir ilahi məbud yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!" - deyə vəhy etməyək." (əl-Ənbiya 25)

Bu isə hər zaman tək İlahi din olan İslamın üzərində qurulmuş əsasıdır. Çünki Allahın dininin əsas şərti xoşa gəlib-gəlməməkdən, idrak edib -etməməkdən asılı olmayaraq, qeydsiz, şərtsiz Allaha olan təslimiyyət təşkil edir.

“Allah yanında din, əlbəttə, İslamdır. Kitab verilmiş şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa (ayrılığa) başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir.” (Ali İmran 19)

Bu səbəbdən bütün Peyğəmbərlər və onlara iman edib tabe olanlar bizim kimi özlərini Allaha təslim etmiş müsəlmanlar olub.

“(İbrahim və İsmail dedilər: ) "Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə təslim olan (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et.” (əl-Bəqərə 128) “İbrahim və (sonra da) Yə’qub bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət edib (hər biri dedi) : "Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün din (islam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!" (əl-Bəqərə 132)

“Yoxsa Yə’qubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: "Məndən sonra nəyə ibadət edəcəksiniz?" - deyə oğlanlarından soruşduğu zaman, onlar: "Sənin Allahına və ataların - İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim (müsəlman) olacağıq (Ona ibadət edəcəyik)!"- dedilər.” (əl-Bəqərə 133)

“İsa onların küfrünü hiss etdikdə: "Allah yolunda kim mənim köməkçim olacaqdır?" - deyə soruşdu. (O zaman) həvarilər dedilər: "Bizik Allahın köməkçiləri! Biz Allaha inandıq. Sən də təslim olduğumuza (Muslimun) şahid ol!” (Ali İmran 52)

Allah Rəsulullaha (s.) inanc və şəriətdə sonradan icad edilən bidətlərdən (dinə gətirilən yeniliklərdən) təmizlənmiş, hz.İbrahimin (a.s.), yəhudilərin, xristianların dininin əsl kökünü təsdiq edən vəhylər göndərmişdir.

“Söylə: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək!" Əgər onlar yenə də üz döndərərlərsə, o zaman  deyin: "İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!" (Ali İmran 64)

“İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif müsəlman idi və (Allaha) şərik qoşanlardan deyildi.” (Ali İmran 67) Allah, kitab əhlinin inkar etdiyi şeyin onlar üçün yeni bir şey olmadığını, əslində onlarında bildiyi bir həqiqəti təsdiq etdiyini vurğulayır. “Ey kitab əhli, Allahın ayələrinə şahid olduğunuz halda nə üçün (onları) inkar edirsiniz?” (Ali İmran 70)

Bütün peyğəmbərlərin dini bir zamanlar həm mahiyyət baxımnan həmdə isim olaraq İslam idi onun mənsublarıda müsəlman idi.

Onlara (Qur’an) oxunduğu zaman: "Biz ona inandıq. Doğrudan da, Rəbbimizdən (nazil olmuş) haqdır. Biz ondan əvvəl də müsəlman (təkallahlı, Allahın vəhdaniyyətini qəbul edib yalnız Ona itaət və ibadət edən kəslər) idik!" - deyirlər. Səbr etdiklərinə görə onlara iki dəfə mükafat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edər və özlərinə verdiyimiz ruzidən (ehtiyacı olanlara) sərf edərlər. “ (əl-Qasas 52-54)

Sonralar bu din müəyyən səbəblərdən təhrif olundu. Və adlarıda dəyişib Xristianlıq, Yahudilik və s. oldu.

“İndi onların (yəhudilərin) sizə inanacaqlarına ümidmi edirsiniz? Halbuki (Musa dövründə) onların içərisində elələri vardır ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər.” (əl-Bəqərə 75)

“Sizin əlinizdəkini (Tövratı) təsdiqləyici kimi göndərdiyimə (Qur’ana) iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi (Tövratdakı hökmlərimi) ucuz qiymətə (dəyərsiz dünya malına) satmayın və ancaq Məndən qorxun! Siz bilə-bilə haqqı batillə qarışdırmayın, haqqı gizlətməyin!” (əl-Bəqərə 41,42)

Bütün bu ayələrdən görüldüyü kimi bütün Peyğəmbərlərin dini tövhid “Lə iləhə illəllah” üzərində qurulmuş İslam dini olmuşdur. Peyğəmbərlərin şəriətlərinə (dinin qanunları) gtəldikdə bunlar fərqli olmuşdur. Amma hamısı eyni mənbədədən (Allahdan) gəldiyi üçün, ibadət, əxlaq və halal-haramda məsələlərində əsasən fərq yoxdur. Məsələn ibadətdə namaz, oruc, zəkat və s.

“Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: "Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!" - deyə əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla, əhdinizdən döndünüz, çünki siz (İsrail övladı haqdan) üz döndərənsiniz.” (əl-Bəqərə 83)

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (əl-Bəqərə 183)

Əxlaq məsələlərindən qadınların baş örtüsü, kişilərin saqqal saxlaması, qohumluq bağları, valideyin haqları və sair bənzərlikləri örnək çəkmək olar. Halal-haram məsələsinə gəldikdə Allah çirkin, pis, murdar şeyləri haram, təmiz və gözəl şeyləri halal edər.

“Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: "Bütün pak nemətlər sizə halal buyurulmuşdur.” (Əl-Maidə 4) “Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o sizinlə açıq-açığına düşməndir.” (Əl-Bəqərə 168)

“De: "Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə, Allah ona cəza verməz)". Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!” (əl-Ənam 145)

İçkiyə gəldikdə, onun içilməsi haram olmaqla bərabər, o həmdə nəcis (murdar) sayılır.

“Ey iman gətirənlər! İçki də, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (Əl-Maidə 90)

Bu ayədə (İçki də, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir) keçən “rics”(murdar) kəliməsinin murdar mənasına gəldiyi üçün içkinin içilməsi haram olması ilə bərabər, həm də nəcis (murdar) olduğu ortaya çıxmışdır. Yuxarıdakı ayələrdəndən isə məlum olduğu kimi, Allah murdar, çirkin olan hər şeyin istifadəsini haram edər. İçkinin dəqiq nə vaxt icad edildiyi məlum olmasa da, bir şey məlumdur ki, icad ediləndən bəri çirkin bir şey olduğu üçün haram edilmişdir. Buna görədir ki, hz. Məhəmməd (S.)-ə peyğəmbərlik verilmədən də qabağ, verildikdən sonrada hələ Allahdan haram əmri gəlmədən də Rəsulullah (S.) içkiyə yaxın durmurdı.

İçki hz Məhəmməd (S.)-dən çox-cox qabağ icad edilmişdir. Məsələn hətta təhrif olunmuş İncildə belə bu barədə xəbər verilir:

“Və şərab içməyin...” (Yəfəsənlərə çağrış 5:18) Sonralar İsa (ə)-a gələn İslam dini təhrif edildikdən sonra, bir çox haramlar halal edildi. Bu kimi şeyləri düzəltmək üçün Allah hz. Məhəmməd (S.)-i bütün insanların halını düzəltib onları təmizləmək üçün haqq ilə göndərir.

“O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətləri) yazılmış gördükləri rəsula-ümmi peyğəmbərə (hz. Məhəmmədə) tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) ne’mətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Qur’anın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!"(əl-Əraf 157)

Mənbə: (http://www.azerimuslims.com/fq_read.php?id=188)

Müəllif: dini ekspert İlham Rüstəmov.

 

Категория: Dini | Добавил: Fazik (21.12.2008)
Просмотров: 1466 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024