Sizin Milli İntellektual Məkan
Пятница, 26.04.2024, 16:37
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Siyasi xadimler haqqında [0]
Azerbaycanın şanlı tarixində derin iz qoyan siyasi xadimler haqqında melumatların yerleşdiyi bölme
Medeni xadimler [3]
Bu bölmede Azerbaycanın görkemli medeni xadimleri haqqında melumatlar yerleşdirilir.
İctimai xadimler ve xeyriyyeçiler [0]
Azerbaycanda senetkarlıq [0] Azerbaycanda İncesenet [1]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » Статьи » Azərbaycan » Azerbaycanda İncesenet

Azerbaycanın kino ve teatr tarixi haqqında

Azərbaycanın kino və teatr tarixi haqqında


106 yaşlı Azərbaycan kinosu mövcud oldugu illər ərzində heç də az yaradıcılıq uğurları qazanmayıb.  " Bibiheybətdə neft fontanı yanğını " və " Balaxanıda neft fontanı " xronikal lentləri hələ 1900-cu ildə Parisdə keçirilən ümumdünya sərgisində nümayiş etdirilib. Sonrakı illərdə istehsal olunmuş " Mavi dənizin sahilində ", "Kəndlilər" , "Arşın mal alan " ,(1945), " O olmasın, bu olsun", "Uzaq sahillərdə', " Bir cənub şəhərində", " Şərikli çörək", " Uşaqlığın son gecəsi", " Gün keçdi", " Istintaq", "Ad günü", "Babək" bədii, "Sovet Azerbaycanı" sənədli, " Dənizi fəth edənlər" və " Xəzər neftçiləri haqqında dastan" bədii-sənədli filmləri sabiq Sovətlər Ittifaqında və bir sıra xarici ölkələrdə uğurla göstərilmiş, bəzi filmlərimiz müxtəlif kino baxışlarının laureatı olmuş, həm də sovet kinomatoqrafiyasının inkişafında əhəmiyyətli rol oynamışdı.
Ötən onilliklər ərzində kino sənəti sürətlə böyüyüb inkişaf etmişdir. Milli kinomuz ildən-ilə zəngin təcrübə toplamış, xalqımızın həyatını və problemlərini əks etdirən müxtəlif növ və janrda xeyli əsər yaradılmışdır. Bu filmlər gələcək nəsillər üçün qorunub saxlanılmış, xalqımızın mənəvi sərvətinə çevrilmişdir. Lakin kino tarixçiləri və nəzəriyyəçiləri bu illər ərzində Azərbaycan kinomatoqrafiyası və kino xadimləri haqqında çox az əsər yazib çap etdirmişlər. Teessüflə qeyd etmək lazımdır ki, Azərbaycan kino tarixi bu güne kimi işıq üzu görmeyib.
Kino tarixi ümumən tarixin bir qoludur, millətin səlnaməsidir. Heç vaxt köhnəlməyən həmişə öz aktuallığını qoruyub saxlayan, tədqiqatçılar üçün ən etibarlı mənbə isə kataloqdur. Məlumdur ki, tam və dəqiq kataloq və ya filmoqrafiya olmadan əsil elmi kino tarixi yaradıla bilməz. Bunu nəzərə alaraq kinoşünas A.Kazimzadə bir neçe il bundan əvvəl müstəqil Azərbaycan kinosunun izahlı kataloqunu hazirlamiş, lakin bu kataloq hansı səbəblərdənsə uzun illər diqqətdən kənarda qalmış, çap olunmamışdır. Azərbaycan Mədəniyyət Nazirliyi bu fundamental təhqiqat əsərinin əhəmiyyətini və xalqımız üçün vacib olduğunu nəzərə alaraq, onu nəşr etməyi öz üzərinə götürmüşdür.
Mədəniyyətimizə daim qayğı göstərən, milli kinomuzun inkişafı üçün diqqət və köməyini əsirgəməyən Azərbaycan Respublikasının Prezidenti, cənab H.Əliyev ölkəmizin mədəni inkişafı sahəsində kino işçilərinin xidmətlərini və Azərbaycan ilk kinosüjetlərin 1898-ci ildə çəkildiyini nəzərə alaraq 18 dekabr 2000-ci il tarixli sərəncamı ile 2 avqustu kino işçilərinin peşə bayramı – Azərbaycan kinosu günü elan etmişdir.
Kataloq hazırlanana qədər Azərbaycanda cizgi filmlərinin yaşı 1969-cu ildən hesablanırdı. Kataloqda isə ilk dəfə 1933-cü ildə çəkilmiş "Cat" təlimat filmində animasiyadan bütünlüklə istifadə olunması barədə xəbər verilmişdi.

AZƏRBAYCAN KINOMATOQRAFI: TƏRCÜMEYI-HAL CIZGILƏRI

Yaxın qonşuları ve uzaq ölkələrlə karvan və dəniz yolu vasitəsilə daim əlaqə saxlayan, ticarət edən Azərbaycan torpağı qədim yaşayış məskənidir. Azərbaycanın, onun paytaxtı Bakının adına müxtəlif dövrlərə aid mənbələrdə tez-tez rast gelirik. 19-cu esrin 70-ci illərindən sonra Bakının yüksəliş dövrü başlanmışdır.
Fransada ixtira olunmuş sinematoqraf dünyanın ən iri şəhərlərində olduğu kimi, çox keçmədən Bakıda da peyda oldu. Tezliklə neft Bakıda yerli həyatdan bəhs edən müxtəlif mövzuda ilk kinosüjetler çəkildi.
1989-cı il yanvarın 8-də Bakıda xarici filmlər göstərilməyə başlandı. Həmin il iyunun 21-də Bakıda Vasili-Vyatskinin teatr-sirkində sirk tamaşası vaxtı Bakı həyatından bəhs edən " Şəhər bağında xalq gəzintisi ", "Qatarın dəmiryol stansiyasına daxil olmaması ", " Qafqaz və Merkuri " cəmiyyətinə məxsus paroxodun limandan yola düşməsi və " Bazar küçəsi sübhçağı" kinosüjetləri nümayiş etdirildi. Eksperiment xarakteri daşıyan bu baxışdan fərqli olaraq, həmin il avqustun 2-də yeni proqram müstəqil şəkildə göstərildi. Bu proqrama " Bibiheybətdə neft fontanı yanğını ", " Əlahəzrət Buxara əmrinin " Velikiy knyaz Aleksey " paraxodunda yolasalma mərasimi ", "Qafqaz rəqsi" xronikal-sənədli və "Ilişdin" bədii kinosüjetleri daxil edilmişdi. Bu kinosüjetləri fransız yəhudisi, Rusiyada anadan olub böyümüş, 25 ildən artiq Bakıda yaşayıb işləmiş, Bakı elmi foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mixaylovich Mişon lentə almışdır. Həmin kinosüjetlərdən 2-si - "Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda neft fontanı" 2001-ci ildə Azerbaycan Dövlet Filmfondunun teşebbüsü ilə Fransanın kinoarxivindən Azərbaycana göndərilmişdir. Həmin kinosüjetlər hazırda filmfondda 35 mm-lik plyonkada və videokasetdə qorunub saxlanılır.
1915-ci ildə Pirone qardaşları Bakıda "Filma" Səhmdar Cəmiyyətini yaratdılar. 1915-1916-cı illərdə həmin cəmiyyət bir neçə bədii film, o cümlədən "Neft və milyonlar səltənətində" və "Arşın mal alan" kinolentlərini çəkdi. Xüsusilə bu iki filmdə təsvir olunan xalqın adət-ənənəsi, əxlaqə və nəsihəti o dövrdə tamaşaçılarda böyük maraq doğurmuşdu. "Neft və milyonlar səltənətində" filminin süjeti 2-ci dəfə 80-cı illərdə "Qızıl uçurum" adı altında səsli və rəngli variantda yenidən ekrana çıxarıldı.
1920-ci ildə Azərbaycan XI Qırmızı ordu tərəfindən işğal olunandan sonra ölkənin kino tarixinin yeni dövrü başlandı.Reportaj səciyyəli "XI Qırmızı ordu hissələrinin Bakıda paradı", "Bakıda Şərq xalqlarının I qurultayı", " 26 Bakı komissarı cənazələrinin dəfni", "XI Qırmızı ordu komandirləri dağlıların qonağıdır","Pyotr meydanında iməcilik", "Sovet Azərbaycanının I ildönümü" xronikal lentləri yeni ideologiyanın ilk nümunələridir.Sovet Azerbaycanı kinosunun başlanğıcı hesab olunan bu lentlərin çəkilişindən 3 il sonra, yeni 1923- cü il aprelin 28- də Bakıda AFKI nəzdində I Dövlət kinofabrikının rəsmi açılışı oldu. Burada texnika cəhətdən mükəmməl olmasa da kinolaboratoriya, çəkiliş üçün yararlı pavilyon, geyim tikilən, dekorasiyalar hazırlanan emalatxanalar vardı.
AFKI 1924- cu ildə "Qız qalası" bədii filmini ekranlara buraxdı.Bir il sonra yaradıcı kadrların hazırlanması məqsədilə AFKI nəzdində 2 illik aktyor ve rejissor studiyası təşkil olundu. Burada Moskvadan və Leninqraddan dəvət olunmuş kino mütəxəssisləri dərs demiş, yerli kadrlar təhsil almış,kino sənətilə bağlı ümumi kurs keçmişlər.
20-30- cu illərdə istehsal olunan bədii filmlərin, o cümlədən "Bismillah", "Müxtəlif sahillərdə", "Hacı Qara", "Sevil", "Lətif"," 26 komissar", "Ismət", "Bakılılar","Kəndlilər" kinolentlərinin əsasını yaxın tarixin hadisələri, qadın azadlığı, ölkədə gedən dəyişikliklər təşkil edir. Bu filmlərin bəziləri "montaj" kinomatoqrafı prinsipləri üzərində qurulmuşdur. Bu dövrdə kinofabrikda hər il onlarla sənədli ve elmikütləvi film çəkilmişdir: "Azərbaycanda çəyirtgə ilə mübarizə", "Azərbaycanda ipəkçilik sənayəsi", "Hərbi dənizçilərin həyatı", "Suraxanı neft mədənlərində yanğın", "Azərbaycana səyahət", "Azərbaycan balığı", "I Türkoloji qurultay", "Şərqə doğru" və s.
30- cu illər Azərbaycan kinosunda üç hadisə xüsusilə diqqəti cəlb edir.Birincisi, Azərbaycanda ilk dəfə cizgi kinosunun əsası qoyulmuş, 1933- cü ildə istehsal olunan "Cad" təlimat filmi bütünlüklə cizgi kinosu üsulu ilə yaradılmış, 1935-ci ildə isə Azərbaycanda xalq mahnılarının motivləri əsasında "Abbasın bədbəxtliyi" cizgi filmi çəkilmişdir.Ikincisi, respublikada ilk səsli bədii film- "Mavi dənizin sahilində" (1935) çəkilib ekranlara buraxılmışdır.Bu film bir tərəfdən səssiz kinonun ən yaxşı təcrübəsini özündə cəmləşdirmiş,digər tərəfdən səsdən istifadə etməklə Azərbaycan kinosunun imkanlarını daha da artırmışdır.Ekranda biz şahə qalxan dalğaların qorxunc səsini, balıqçıların şaqraq gülüşlərini,əməkçi insanların söhbətlərini eşidirik. Bu filmdə dəniz artıq fon rolunu oynamır,fəal şəkildə hadisələrə müdaxilə edir, eyni zamanda musiqi ekranda cərəyan edən hadisələrin tamaşaçı tərəfindən asanlıqla qavranılmasına yaxından köməklik güstərir.Üçüncüsü, Azərbaycanda ilk dəfə filmlərin Azərbaycan dilində səsləndirilməsinə 1937- ci ildə başlanmış, həmin il bütün SSRI- də məşhur olan "Çapayev" bədii filmi dublyaj olunmuşdur.
30- cu illərin sonunda film istehsalında nəzərə çarpan böhran 40- cı illərdə və 50-ci illərin əvvəllərində daha da dərinləşdi.Bu, əsasən "film qıtlığı", sovet dövlətinin başçısı Stalinin estetik baxışları və zövqu, sənətdə irəli sürdüyü "az olsun, yaxşı olsun" prinsipi ile bağlı idi. O, bütün bədii filmlərə şəxsən özü baxır, müəyyən göstərişlər verir,onun bir filmlə bağlı söylədiyi fikir heç bir əsas olmadan digər filmlərə də şamil edilirdi.Yaradıcılıq totalitar rejimin bu cür ideoloji çərçivəsinə süni şəkildə salındığına görə iki tammetrajlı bədii film -"Fətəli xan", və " Bakının işıqları" çəkilib başa çatdırılmasına baxmayaraq ekranlara buraxılmamışdır.
1941-1945- ci illər müharibəsi ərəfəsində və müharibə başlanarkən Bakı kinostudiyasında 2 bədii film- "Yeni horizont" və "Səbuhi" istehsal olundu. Müharibə illərində sənədli kino ustaları ile yanaşı bədii kinoda çalışanlar da əsasən xronikal- sənədli filmlərin, kinojurnalların çəkilişində iştirak edirdilər. O dövrün sənədli filmlərindən "Beş dəqiqəlik konsert", "Cənub sərhədlərinin keşiyində", "Vətən uğrunda ", "Mahnılar və şerlər", "Biz Bakını müdafiə edirik" , "416-cı", :Almanların Şimali Qafqazda vəhşilikləri", "Bakı döyüşür", "Qayğı", "Cərrah qız", "General Həzi Aslanov" və s.qeyd etmək olar.
Müharibə dövründə "Vətən oğlu", "Bəxtiyar", "Sovet pəhləvanı", "Sovqat" qısametrajlı,"Bir ailə","Sualtı qayıq T-9" tam metrajli bədii filmleri çəkilmişdir.
1945-ci ildə "Arşın mal alan" musiqili komediyası ekranlaşdırıldı.Bu film nəinki Azərbaycan,həm də sovet kinematoqrafiyasına ümumdünya şöhrəti qazandırdı.Həmin əsər 1965-ci ildə geniş ekranlı və rəngli variantda 3-cü dəfə istehsal olundu.
Azərbaycan kinosunun yeni inkişaf mərhələsi 50- ci lllərin ortalarına təsadüf edir. UIDKI- ni bitirmiş bir dəstə gənc artıq Bakı kinostudiyasında fəaliyyete bashlamışdır. Bunların arasında ssenaristlər, rejissorlar, operatorlar, rəssamlar var idi.
50- ci illərin ikinci yarısında artıq bədii və sənədli filmlərin istehsalının həcmi nəzərə çarpacaq dərəcədə genişləndi.Sənətkarlıq baxımından bir- birindən xeyli fərqlənən filmlər istehsal olundu:"Görüş", "Bəxtiyar", "Qara daşlar", "Qızmar günəş altında", "Mahnı belə yaranır", "Onun böyük ürəyi", "Bir məhəllədən iki nəfər", "O olmasın, bu olsun", "Uzaq sahillərdə", "Ögey ana". Bu illərdə iki məşhur film- "Xəzərin neftçiləri haqqında dastan" və "Dənizi fəth edənlər" tammetrajlı bədii-sənədli filmləri çəkilib ekranlara çıxardıldı.
60- ci illər Azərbaycan kinosunda həm bədii, həm də məzmun cəhətdən tədricən yeniləşmə dövrü kimi diqqəti cəlb edir.Həmin vaxtlar- "Telefoncu qız" , "Yenilməz batalyon", "Sən niyə susursan?", "İyirmialtılar" ve başqa filmlər istehsal olundu.
60- ci illərin sonu- 70- ci illərin əvvəllərində Azərbaycan kinosuna yeni nəslin böyük bir dəstəsi gəldi.Onların işə fəal girişməsi sayəsində Azərbaycan kinosunun yeni mərhələsi başlandı və bu yeniləşməyə nisbətən orta və yaşlı nəslin nümayəndələri də qoşuldu. Bu dövrdə milli kinonun profesional səviyyəsinin yüksəlməsi, təsvir vasitələrinin genişlənməsi, ideoloji sterotiplərin müəyyən dərəcədə yumşalması sosial və əxlaq probləmlərinin daha da kəskin həlli nəzərə çarpır. "Bir cənub şəhərində" filmi Azerbacan kinosunda mərhələ təşkil etsə də onun ətrafında uzun müddət mübahisələr getdi. Bu hər şeydən əvvəl yeni idealar
yeni baxışların gerçəkləşməsilə bağlı idi. Dövrün başqa filmlərindən- "Bizim Cəbiş müəllim", "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Ad günü", "Sevinc buxtası", " Istintaq", "Gün keçdi", "Şərikli cörək", "Nəsimi", "Dədə Qorqud", "Babək" və s.buna misal göstərmək olar.
80- cı illərdən başlayaraq Azərbacan kinosunda tənqidi pafos artır, ictimai müdaxilə getdikcə güclənirdi. Biz artıq sovet miflərinin məhvini, ilusiyaların tədricən dağılmasının şahidi oluruq. Bunları "Bağlı qapı arxasında" , "Özgə ömür", "Şeytan göz qabağında", "Təxribat", "Sahilsiz gecə", "Lətifə" və s. filmlər də müşahidə edirik.Inamla demək olar ki, 80- ci illər Azərbaycan kinosunun kamillik dövrü idi.Kinematoqrafcılarımız bu illərdə sənətlə bağlı ən çətin məsələləri həll etmək qabiliyyətine malik idilər. Və onlar bu vezifələrin öhdəsindən bacarıqla gəlirdilər."Təkcə adanı özünlə apara bilməzsən", "Üzeyir ömrü", "Yeddi gözəl", "Sizi dünyalar qədər sevirdim", "Pirverdinin xoruzu", "Cansixici əhvalat", "Yaramaz", "Olsəm...bagışla", "Əlaqə" filmləri həmin illərin kino məhsullarıdır.Lakin SSRI süqut edəndən sonra dövlətin vahid kinematoqrafik monopoliyası da ölkə kimi dağıldı.Ittifaq respublikaları, o cümlədən Azərbaycan müstəqillik əldə etdi.
90- cı illərin keçid dövrünü yaşayan Azərbaycan kinosu bazar iqtisadiyyatı şəraitində çətin vəziyyətə düşdü. Buna baxmayaraq kinomatoqrafçılarımız vəziyyətdən çıxış yollarını arayır, dövlət və sponsor vəsaiti hesabına filmlər çəkirdilər. "Qətl günü", "Qətldən 7 gün sonra", "Nakəs", "Pəncərə", "Təhminə və Zaur", "Yuxu", "Yük", "Dağılmış körpü", "Ailə", "Vahimə", "Təsadüfi görüş", "Sarı gəlin", "Nə gözəldir bu dünya" müstəqillik dövrünün uğurlu filmlərindəndir.
Azərbaycan kinosunda müxtəlif illərdə uşaqlar haqqında və uşaqlar üçün filmlər yaradılmışdır. Bunların arasında "Bir qalanın sirri", "Sehirli xalat", "Qərib cinlər diyarında", "Gilas agacı", "Skripkanın sərgüzəşdi", "Şir evdən getdi", "Mən mahnı qoşuram", "Asif, Vasif, Ağasif", "Dəniz saatının sirri", "Pəncərə" və s. filmlərin adlarını çəkmək olar.
Ölkəmizdə kinomatoqrafiya yarandığı gündən sənədli kinofilmlər istehsal olunur. 50-60- cı illərdə çəkilmiş "Mingəçevir', "Arazın sahillərində", "Kür", "Sabir", "Qobustan" , 70-80- cı illərin kino məhsulları olan " Içəri Şəhər", "Bizim 416", "Son söz", "Meydan", "Ata", "Ölu zona", "Qaçqınlar" və s. filmlər bu qəbildəndir.
1968- ci ildə kinostudiyada cizgi filmləri sexi bərpa olunandan sonra burada "Cırtdan", "Fitnə", "Dınqıl sazım dınqıl", "Meşəyə insan gəlir" ve s.,ümumiyyətlə 100-dən artıq cizgi film çəkilmişdir.
Filmlərimiz müxtəlif illərdə bir çox beynəlxalq və ümumittifaq kinofestivallarda mükafatlara layiq görülmüşdür. Onların arasında "Dissonans", "Sərhəd", "Dənizi fəth edənlər" və s. sənədli, " Nəsimi", "Yaramaz", "Yarasa", "Sarı gəlin", "Ad günü", "Istintaq" bədii filmləri vardır. Görkəmli kinodramaturq, həmyerlimiz R.Ibrahimbəyov "Günəşdən usanmışlar" (Rusiya) bədii filmlərinə görə Amerika Kinoakademiyasının "Oskar" mükafatına layiq görülmüşdür.
1988-ci ildə "Azərbaycanfilm" in nəzdində xronika- sənədli filmlər birliyinin bazasında yaradıcılıq birliyi kimi 3 studiya- "Salnamə", " Yaddaş" və "Rakurs" təşkil olundu. 1993- cü ildən bunlardan ikisi- "Salnamə" və "Yaddaş" Dövlet Sənədli Filmlər Studiyası statusu ilə fəaliyyətlərini davam etdirir.
1987- ci ildə təşkil olunmuş "Debut" eksperimental- gənclik yaradıcılıq studiyasında qısametrajlı bədii və sənədli filmlər çəkilir, burada gənclər öz bacarıqlarını sınaqdan çıxartmaq imkanı əldə edə bilirlər.
1990-cı ildə yaradılmış "Azanfilm" studiyasında cizgi filmləri istehsal olunur.
1970- ci ildə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası nəzdində yaradılmış "Mozalan" satirik kinojurnalının ilk nömrəsi 1971- ci ildə işıq üzü görmüşdür.1980- cı ildən kinostudiyanın tərkibindən ayrılıb, Azərbaycan Dövlət Kinomatoqrafiya Komitəsinin orqanına - " Mozalan" Respublika satirik kinojurnalının təsərrüfat hesablı müsteqil baş redaksiyasına çevrilmişdir. Kinojurnalın əvvəllər 8, son illərdə 4, hazırda ise 1 nömrəsi ekrana cıxarılır.
C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 1990-cı ilə qədər ildə təqribən 7 bədii film , 20- dən artıq sənədli və elmi-kütləvi film istehsal olunmuşdur.
1994-cü ildə Azərbaycan Dövlət Filmfondu yaradılmışdır. Filmfond FIAF- ın – Beynəlxalq Kinoarxivlər Federasiyasının üzvüdür. Bu, Filmfondda dünyanın filmotekaları ilə sıx əlaqə saxlamağa imkan vermişdir. Azərbaycan Dövlət filmfondu nəzdində Kino muzeyi fəaliyyət göstərir.
Azərbaycan televiziyasında çoxlu sənədli, cizgi və bədii televiziya filmi yaradılmışdır. 1958- ci ildə "Səməd Vurğun" ilk sənədli, "Aygün" ilk bədii, 1965- ci ildə "Danışan işıqlar" ilk cizgi filmləri istehsal edilmişdir.1968- ci ildə "Ekran" Yaradıcılıq Birliyi təşkil olunmuşdur.
Azərbaycan kinomatoqrafçıları vətəndaşlıq mövqeyindən çıxış edərək ermənilərin Qarabağa tecavüzünü, Qarabağ müharibəsinin mahiyyətini və səbəblərini kinonun geniş imkanları vasitəsilə açıb göstərən "Hücum", "Tələ", "Fəryad", "Haray", "Ağ atlı oğlan", "Ümid", "Qarabağ Şikəstəsi", "Sarı gəlin" bədii filmləri yaratmış, özlərinin vətənpərvərlik borcuna sadiq qalaraq ön cəbhədən çoxlu kinomateriallar çəkib gətirmiş, bu mövzuda "Qarabağ düyünü", "Vətən mənə oğul desə", "Qaçqınlar", "Ana", "Həsrət", "Qan yaddaşı" və s. sənədli videofilmlər çəkmişlər.
Bu gün Azərbaycan kinosu ölkənin bir formasiyadan digər formasiyaya keçid dövrünü yaşasa da o artıq bazar iqtisadiyyatı şəraitində fəaliyyətini davam etdirir, azad bazara daxil olur. Kinomuz bu yolu mütləq keçməlidir, cünki kino işçilərimizin yeni nəsli özəl kino istehsalı şəbəkəsini daha da genişləndirəcək, yeni şəraitə uyğunlaşıb dünya kinosunun tərkib hissəsi kimi Azerbaycan Kinematoqrafiyasını inkişaf etdirəcək, xalqımıza layiq sənət əsərləri yaradacaq.

 Müəllif: Bayramova Sona

Категория: Azerbaycanda İncesenet | Добавил: kudryashka (16.11.2008)
Просмотров: 8517 | Комментарии: 2 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 2
2 simuzer  
0
yaxsidir amma cox uzundur.seninle raziyam nuray

1 nuray əliyeva  
0
bu boyda da insa olar offffffffffff neft daslarina aid kinolar haqqindA NİYE MƏLUMAT YOXDUUUUUUUUUUUUUUU

Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024