Sizin Milli İntellektual Məkan
Среда, 24.04.2024, 23:11
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Beynelxalq Senedler. [1] Siyasi [25] Dini [3]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » Статьи » Maraqlı. » Siyasi

TOLERANTLIQ DEMOKRATİK CƏMİYYƏTİN ƏSAS ELEMENTİ KİMİ.
TOLERANTLIQ DEMOKRATİK CƏMİYYƏTİN ƏSAS
ELEMENTİ KİMİ


   Dözümlülük konsepsiyası müasir qloballaşan dünyada əsas meyarlardan və siyasi fikrin mərkəzi konsepsiyalarından biridir. Dözümlülük praktikası azad cəmiyyətin və stabil siyasətin əsas ayrılmaz hissəsi kimi qəbul edilib. Dözümlülük ideyası heç də yeni deyildir, belə ki, bu haqda ilk fikirlər XVI- XVII əsrlərdə Avropada peyda olmuşdur. Bu zaman dözümlülük yalnız din və vicdan ilə bağlı olmuşdur. 1648– ci ildə imzalanmış Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəddir. Ancaq Vestfal sülhünün ardınca gələn 30-illik müharibə və bu müharibə zamanı göstərilən dini dözümsüzlük həmin dövr üçün dözümlülüyün yettişmədiyini sübut etdi. Dözümlülük haqqında tam dolğun fikirlər yalnız II minilliyin sonunda formalaşmağa başladı. Bəs görəsən müasir dövrdə həyatımızın ayrılmaz hissəsinə çevrilmiş dözümlülük nədir?
   Dözümlülük haqqında müxtəlif qaynaqlarda fərqli fikirlər, müxtəlif mülahizələr səslənmişdir. Məhşur Oxford lüğətində dözümlülük (tolerance) sözünün 3 mənası verilmişdir:
1) Ehtiyac və ya ağrıya dözmə hərəkəti və ya təcrübəsi: nəyəsə dözmə qabiliyyəti və ya gücü.
2) Nəyəsə icazə vermə hərəkəti.
3) Başqalarının fikirlərinə qarşı liberal mövqe tutma və ya bir şeyi etiraz etmədən qəbul etmə, təmkinlik (5,39).
   Müxtəlif qaynaqlarda tolerantlığın bəzi əsas izahları diskusiya üçün yaxşı başlanğıc nöqtə sayıla bilər. Məsələn, Etnik Ensiklopediyada Susan Mendus göstərmişdir ki, “Dözümlülük beynəlxalq səviyyədə bir şəxsin xoşlamadığı və ya əxlaqi cəhətdən yanlış saydığı hərəkətə icazə verməsi və ya bu hərəkətin qarşısını almamağıdır”, buna əlavə olaraq o qeyd edir ki, “Dözümlülük tolerant şəxsin müdaxilə etmə gücü olmasını, yalnız onun bu gücdən istifadə etməkdən imtinasını tələb edir” (4,1251).
   Digər bir qaynaqda, Fəlsəfə Ensiklopediyasında Maurise Kranston qeyd edir ki: “Dözümlülük xoşlanılmayan və ya bəyənilməyən hər hansı bir şeyin mövcudluğunda təmkinlik göstərmə siyasətidir” (3,143-146).
   İlk fikirdə dözümlülüyün aspektlərinin insanın xoşlamadığı şeylərdən əxlaqi inanclara qədər geniş olması göstərilir. Burada həmçinin dözümlülüyün beynəlxalq aspektdə olması da qeyd edilir və vurğulanır ki, bir kəsə və ya bir qrupa dözmə müəyyən bir istiqamətdə seçilmiş rəftar olmalıdır.
   İkinci fikirdə isə dözümlülüyün yalnız insanın davranış siyasəti ilə bağlı olduğu və dözümlülüyün beynəlxalq hərəkətdən çox insanın bugün, sabah və gələcəkdə müəyyən qaydada davranışı olduğu vurğulanır. Hər iki fikir açıq-aydın göstərir ki, dözümlülük heç də xoşbəxt dövlət demək deyildir. Dözümlülük baş verən hadisələrə məmnun olmamaq və eyni zamanda bəyənilməyən hərəkətin qarşısını almaq üçün heçnə etməməkdir. Dözümlülük doğru və yanlış, günahkar və ya günahsız, pis və yaxşı kimi üç hissəli etik konsepsiyadan fərqlənir. Burada bir tərəfdə dözümsüzlük digər tərəfdə isə başqalarının inancını qəbul etmə dayanır. Tolerantlığı başa düşməkdən ötrü tərəddüd edən digər tərəfin konsepsiyasını anlamaq çox vacibdir. Ümumilikdə götürdükdə dözümsüzlük əsasən başqasına qarşı mənfi münasibətdə olmaq və bu münasibətə qarşı hər hansı bir hərəkət etməməkdir.  
   Məhşur siyasi xadim Mahatma Qandinin qeyd etdiyi kimi, “Günümüzün ehtiyacı yalnız bir din deyil, müxtəlif dinlərin tərəfdarlarına qarşı qarşılıqlı hörmət və dözümlülükdür”. Həqiqətən də dinlər arasında dialoqun yaradılması, qarşılıqlı hörmət göstərilməsi müasir cəmiyyətdə demokratik stabilliyin yaradılması üçün çox vacibdir. 
   Hər bir xalqın dözümlülük haqqında müxtəlif düşüncələri vardır. Məsələn, Amerikalılar dözümlülüyü öz konstitusiyalarının ayrılmaz hissəsi hesab etdiyi halda Britaniyalılar dözümlülüyü milli xarakterlərinin ayrılmaz hissəsi hesab edirlər (1,3). Dözümlülük hər bir ölkənin vətəndaşları tərəfindən yüksək qiymətləndirilir, lakin çox zaman dözümlülük tam dərk edilmir bununda əsas səbəbi qeyri sabit və müvəffəqiyyətsiz azadlıq təcrübəsidir. Təcrübə elə bir təsis edilmiş nümunədir ki, o, özündə formal və qeyri formal qaydaları, davranış tərzini, qarşılıqlı münasibəti ehtiva edir. Dözümlülüyün formal qaydaları hüquqi və konstitusional, qeyri formal qaydaları isə sosial normalardır. Bütün bunlar göstərir ki, dözümlü davranış tərzi liberal cəmiyyətin nail olmaq istədiyi əsas nailliyyətdir və dözümlülük münasibəti də onun açarıdır. Dözümlülük münasibətinin möhkəm qurulmadığı cəmiyyətdə əsasən dözümsüzlük davranışı yararanacaqdır ki, onların ünsiyyəti də, mədəniyyəti də dözümsüzlük davranışlarına məcbur edəcəkdir və beləliklə də bütün təcrübə bu davranışlar nəticəsində puç olacaqdır( 7).  
   Bütün bunlarla yanaşı, dözümlülük azadlıq və bərabərlik kimi azad demokratiyanın əsas fundemental prinsiplərindən biri olmaqla təkcə bütün hüquqların tanınması deyil, həmçinin onların xüsusi konkret halda qəbul edilməsidir (6). Belə hesab edilir ki, Dözümlülük Liberalizmin nail olmaq istədiyi əsas nailiyyətlərdəndir və yaxşı vətəndaşın dözümlü olması, liberal demokratiyanın da dözümlü vətəndaşlar yetişdirməsi gözlənilir. 
   Tolerantlıq fikirlərinin yaranmasının əsasını 1948-ci il İnsan Hüqularına dair Ümumi Bəyannamənin qəbulu təşkil etdi. Bu bəyannamədə göstərilirdi ki, “insan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyanın əsasını təşkil edir”, “insan hüquqlarına qarşı etinasızlıq və nifrət insanın vicdanını hiddətləndirən vəhşi aktlara gətirib çıxarır”. İnsan hüquqlarına dair bəyannamənin qəbul edilməsindən sonra dözümlülük barəsində bir çox aktlar və bəyannamələr qəbul edilmişdir. 1993-cü il 8-9 Oktyabr tarixində Vyanada keçirilmiş Avropa Şurasının üzv Dövlətlərinin Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısında irqçiliyin yüksəlişi, xaricilərə qarşı qərəzli münasibət və antisemitizm, dözümsüzlük mühitinin inkişafı, əsasən, mühacirlərə və mühacir mənşəli insanlara qarşı zorakılıq aktlarının artması, aqressiv millətçilik və etnomərkəzçilik formasında xaricilərə qarşı yeni qərəzli münasibətin inkişafı ilə bağlı həyəcan təbili səslənmiş və bunun nəticəsi olaraq irqçilik, xaricilərə qarşı qərəzli münasibət, antisemitizm və dözümsüzlüyə qarşı mübarizə üçün Fəaliyyət Planı qəbul olunmuşdur. Bu Fəaliyyət Planı cəmiyyətin səfərbərliyi və belə halların mübarizəsinə yönəlmiş təminat və siyasətlərin təkmilləşdirilməsi və səmərəli icrası üçün lazım olan geniş sayda görüləcək tədbirləri özündə əks etdirirdi.
   1995-ci il noyabrın 16-da keçirilmiş YUNESKO Baş Konfransının 28-ci sessiyasında Tolerantlıq prinsiplərinə dair bəyannamə qəbul olundu. Bu bəyannamədə vurğulanır ki, “dözümlülük, ilk növbədə insan azadlıqları və universal hüquqların etirafı əsasında formalaşan fəal münasibətdir”, bununla yanaşı “dözümlülük, insan hüquqlarına dair beynəlxalq hüquq aktlarında müəyyən olunmuş normaları iddia edən, həqiqətin mütləqləşdirilməsindən və ehkamçılıqdan imtina edən bir anlayışdır”. 
   Burdan göründüyü kimi, tolerantlıq insan hüquqları və onun vicdanı ilə bağlıdır. Tolerantlıq insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Onun üçün həm də irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizmin qəbul edilməməsi xarakterikdir. Baxmayaraq ki, beynəlxalq hüququn əsasını hüquq bərabərliyinin pozulmaması prinsipi təşkil edir, dərinin rəngi, irq, cins, dil, din, siyasi və digər əqidələr, milli, sosial və digər mənşəli əlamətlərə dair diskriminasiya demək olar ki, dünyanın hər bir ölkəsində mövcuddur. İnsan Haqlarının BMT komissiyasının irqçililiyin müasir formaları məsələlərinə dair xüsusi məruzəçisinin məlumatlarında müxtəlif dövlətlərdə qaradərililər, ərəblər, çinlilər, müsəlmanlar, yəhudilər, qaraçılar, mühacirlərə qarşı dözümsüzlük halları təhlil edilir.
   2001-ci il sentyabrın əvvəllərində Cənubi Afrikada keçirilmiş Ümümdünya Konfransı irqçilik, ksenofobiya və onlarla bağlı dözümsüzlüyü demokratiyaya zidd olan aktlar kimi qiymətləndirərək belə bir qənaətə gəlib ki, “məhz demokratik dövlətlər bütün etnik qrupların, mədəniyyətlərin və dinlərin nümayəndələrinə şərait yaratmalıdırlar ki, onlar özlərinə məxsus həyat tərzini yaşasınlar. Eyni zamanda səy göstərilməlidir ki, qruplar, yaxud əhalinin bəzi təbəqələrinin ictimai işlərin görülməsində bərabərhüquqlu iştirakına və fikirlərin ifadəsinə əngəl olan faktorlar aradan qaldırılsın. Demokratiya irqçiliklə, irqçilik ksenofobiya və onlarla bağlı dözümsüzlüklə bir araya sığmır: azadlıq, dözümlülük və iştirak kimi demokratiyanın əsasını təşkil edən dəyərlərin təsdiqi bu bəlanın rədd edilməsi deməkdir”.
   Bütün bu deyilənləri nəzərə alaraq belə bir nəticəyə gəlmək olur ki, dözümlülüyün müxtəlif formaları vardır: Dini dözümlülük, etnik dözümlülük, siyasi dözümlülük və s. 
Dini Dözümlülük:
 İnancları ilə razı olmadığın bütün dinlərdən olan insanların dini ənənələrini həyata keçirməsi,
 Heç bir təzyiq olmadan onların ibadətini yerinə yetirməsi,
 Öz inancını və ya dinini istədiyi zaman dəyişə bilməsi,
 Başqaları ilə birlikdə öz dini ayinlərini yerinə yetirə bilməsi və s.dir.
Etnik dözümlülük isə, irqindən, cinsindən, milliyyətindən, vətəndaşlığından asılı olmayaraq ölkə ərazisində yaşayan hər bir şəxsin həmin ölkədəki bütün hüquqlarının təmin olunmasıdır.
   Siyasi dözümlülük siyasi əqidəsindən asılı olmayaraq hər bir şəxsin bütün hüquqlarının təminatıdır. Siyasi dözümlülük demokratik tələbdir ki, daha çox dövlətlər və milli kimliklə sərhədlənir.
   Hər bir dövlətdə insan hüquqlarına, konstitusiyaya nə qədər əməl edilsədə yenədə dözümsüzlük hallarına rast gəlinir. Dözümsüzlük hallarının yaranmasının əsas səbəbləri kimi aşağıdakıları misal çəkə bilərik:
 İnsan hüquqlarının pozulması
 İqtisadi bərabərsizlik
 Digər xalqların həyat tərzinə dair biliklərin olmaması
 Siyasi iradənin zəifliyi
 Qanunvericiliyin natamamlığı
 Dövlətin milli strategiyasının olmaması
   Bu halların aradan qaldırılması üçün dövlət tərəfindən bir sıra addımlar atılır, müvafiq qanunvericilik tədbirləri həyata keçirilir. Lakin burada dövlət təkbaşına heç bir şey edə bilməz. Dövlət və vətəndaş qarşılıqlı şəkildə konkret olaraq bir sıra tədbirlər görməlidir ki, onlardan ən mühümləri sırasında aşağıdakıları qeyd etmək olar :
 Konstitusiyaya qanunverici və inzibati dəstək
 Irqçilik, irqi ayrıseçkiliklə bağlı milli strategiyanın hazırlanması
 Zəif sosial qrupların müdafiəsi üçün preventiv tədbirlər
 Sosial xidmətlər, təhsil, mənzil və digər sahələrdən istifadənin yaxşılaşdırılması
 Tolerant şüur və davranış, dini dözümlülüyün formalaşması
 yoxsulluq və işsizliyin sayının azaldılması
 qadın və uşaqlar üzərində zorakılığın qarşısının alınması
 polis orqanlarının vəzifələrindən sui-istifadə hallarına qarşı profilaktik tədbirlər  
   Bu cür tədbirlərin görülməsi müəyyən dərəcədə insan haqlarının effektiv şəkildə həyata keçirilməsinə imkan yaradacaqdır.
   Bütün deyilənləri nəzərə alaraq belə bir nəticəyə gəlinir ki, insanın dini və siyasi baxışları, etnik mənsubiyyəti onun cəmiyyətdəki mövqeyinə təsir etməməli, yalnız insanın xarakteri onun cəmiyyətdə yerində müəyyən rol oynamalıdır. Əgər biz yalnız dində və sosial baxışlarda müxtəlifliyi tanımaqla kifayətlənməsək, onu həmçinin qəbul etsək biz hələ heç vaxt nail olunmamış açıq fikirliliyə nail olarıq. Dözümlülük vətəndaşlardan hətta sosial, siyasi və iqtisadi həyatda iştiraklarını yol verməz saydıqları qrupların hüquqlarını təmin etməyi tələb edir. Dözümlülüyə əməl edilməsi kütləvi qırğınların, genosidlərin nəzərə çarpacaq dərəcədə azalmasına səbəb olacaqdır. 
   Dözümlülüyün əldə edilməsinin əsas yolu hər bir fərdi təhsilli olan cəmiyyətin əsasını qoymaqdır. Müxtəlif mədəni dəyərlərə mənsub təhsilli şəxslər bizə göstərəcəklər ki, insanların xarakteri öz inanclarına görə deyil, fikirlərinə görə formalaşır. Onlar ilkin təcrübədən öyrənəcəklər ki, dərisindən, cinsindən, etnik və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir şəxslə əməkdaşlıq etmək lazımdır. Gələcək nəsillərə çeşidli cəmiyyətin faydasının təmin edilməsinin vacibliyinin vurğulanması yolu ilə möhkəm köklü təhsil çiçəklənən dünyada başqasının inanclarının qəbuluna kömək edəcəkdir. Hər kəs bilməlidir ki, dünya dinlərinin öyrənilməsi dini müxtəlifliyin başa düşülməsinə gətirib çıxaracaq və bu da öz növbəsində dinlərarası dialoqun yaranmasına səbəb olacaqdır. Dinlər arasında sülh sonda millətlər arasında sülhə gətirib çıxaracaqdır. 
   Dözümlülüyün aşılanmasının digər bir yolu yanaşı yaşayan etnik qrupların üzvlərinə bir-birinə qarşı qabaqcadan yaranmış yanlış düşüncələrini dəf etməyi, bir-birinə qarşı daha dözümlü olmağı, başqa dilləri öyrənməyin gərəkliyini və bir-birlərini öz etiqadlarına və mədəniyyətlərinə cəlb etməyə son qoymağı öyrətməkdir. Bu üsul İsveçrə, Sinqapur və Finlandiyanın timsalında öz uğurlu həllini tapıb. 
   Məhşur siyasətçi ABŞ prezidenti olmuş Avraam Linkolninin qeyd etdiyi kimi, “Biz yalnız bir birimizə dözməməliyik, biz bir birimizin qayğısına qalmalıyıq, bu pirinsip bizə imkan yaradacaq ki, biz dözümlülüyün sümüklərimizə, başqalarının inanclarının qəbulunun isə ürəyimizə işləyəcəyi bir dünyada yaşayaq” (2,125).
   Tomas Jeferson isə vurğulamışdır ki, “Dözümlülük başqasının inanclarına hörmət edilməsinin ilk addımıdır və bu xoşbəxtliyin açarıdır”. Əgər biz hamımız üzərimizə düşən hər bir şeyi etsək dünyamız daha təhlükəsiz olacaq və heç kəs öz inanclarına görə ayrı-seçkilik qoyulmasından qorxmayacaq. Əgər hər bir insan dözümlülük göstərsə Dünya yaşamaq üçün daha yaxşı bir məkan olacaqdır !!!
ƏDƏBİYYAT

1. Donald D. Searing, Ivor Crewe and Pamela Johnston Conover “Political Tolerance: Meaning, Measurement and Context” University of Essex and University of North Carolina at Chapel Hill, (page 3)
2. Lincoln, Abraham. “A House Divided.” 16 June 1858. 
3. Maurice Crantston “Toleration” “The Encyclopedia of Philosophy” Vol.8 ed. Paul Edwards, New York, Macmillan 1967(143-46)
4. Susan Mendus. Toleration. “The Encyclopedia of Ethnics” Vol. 2. ed. Lawrence C. Becker, New York Garland Publishing.1992 (1251)
5. The New Shorter Oxford English Dictionary
6. Walzer, Michael.On toleration, The Castle lectures in ethics, politics, and economics. New Haven: Yale University Press, 1997.
7. Williams, B. ‘Toleration: An Impossible Virtue?’ in D. Heyd (ed), Toleration; An Elusive Virtue (Princeton: Princeton University Press), 1996.

Müəllif: Abbasova Hökümə Fərzux qızı.
Azərbaycan Dillər Universiteti Regionşünaslıq kafedrasının müəllimi.

Категория: Siyasi | Добавил: Fazik (04.07.2009)
Просмотров: 34184 | Комментарии: 1 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
1 ÿþ{  
0
|
ÿþh
ÿþ¢0ä0È0È0é0¤0¢0¹0í0ó0¹0¯0ü0ë0ª0ê0¸0Ê0ë0¹0¤0à0­0ã0Ã0×0©ŒòX-N

K0c0z0 o n *j\m‹•/n1 5 0 hTt^È0é0¤0¢0¹0í0ó0‹•¬P i Š

û0ôcû0sYq0m0G0c0Y0 ÿ ÿ o n *j\m‹•/n1 5 0 hTt^È0é0¤0¢0¹0í0ó0‹•¬P i Š

­0¿0úOn0BfãN ÿ ÿ ÿ ÿ ÿ o n *j\m‹•/n1 5 0 hTt^È0é0¤0¢0¹0í0ó0‹•¬P i Š

Ê0×0­0ó0™mîvWÿ o n *j\m‹•/n1 5 0 hTt^È0é0¤0¢0¹0í0ó0‹•¬P i Š

Ñ‘L0 n‰0j0D0Wÿ o n *j\m‹•/n1 5 0 hTt^È0é0¤0¢0¹0í0ó0‹•¬P i Š

j0“0^0³0ì0G0G0H0G0 ÿ ÿ ÿ ÿ o n *j\m‹•/n1 5 0 hTt^È0é0¤0¢0¹0í0ó0‹•¬P i Š

úOa0ƒ0“0a0ƒ0“0'Y}YM0 ÿ o n *j\m‹•/n1 5 0 hTt^È0é0¤0¢0¹0í0ó0‹•¬P i Š

a0‡0c0h0o0(g¬™ –<>Wÿ o n *j\m‹•/n1 5 0 hTt^È0é0¤0¢0¹0í0ó0‹•¬P i Š

R»0Ã0Ë%¹0'Y bŸR ÿ ÿ o n *j\m‹•/n1 5 0 hTt^È0é0¤0¢0¹0í0ó0‹•¬P i Š

!ko0­^g0hQøˆˆNš<W> o n *j\m‹•/n1 5 0 hTt^È0é0¤0¢0¹0í0ó0‹•¬P i Š

Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024