Sizin Milli İntellektual Məkan
Пятница, 03.05.2024, 23:11
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Beynelxalq Senedler. [1] Siyasi [25] Dini [3]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » Статьи » Maraqlı. » Siyasi

CƏNUBİ QAFQAZDAKI SON PROSESLƏRİN AZƏRBAYCAN RESPUBLİKASINA TƏSİRİ.
CƏNUBİ QAFQAZDAKI SON PROSESLƏRİN 
AZƏRBAYCAN RESPUBLİKASINA TƏSİRİ 


 Azərbaycan Respublikası öz siyasi mövqeyini sürətlə möhkəmləndirməkdədir. Əlbətdə ki, bütün bu uğurlar ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Son illər Azərbaycanın iqtisadi inkişaf tempi dünyada liderlik zirvəsinə yüksəlmişdir (1). Ən əsası odur ki, əldə olunan neft gəlirlərinin düzgün təyinatlar üzrə sərf olunması prosesi iqtisadiyyatın digər sahələrində də nailiyyətlər yaradır.
   Ekspertlərin fikrincə iqtisadi inkişafın dinamik sürətlə artması yaxın illərdə Azərbaycanı daha qüdrətli dövlətə çevirəcəkdir. Bu barədə statistik göstəricilər yetərincədir. Alimlər faktlar əsasında ciddi şəkildə əsaslandırırlar ki, Azərbaycandakı sürətli inkişaf təkcə iqtisadiyyatdan əldə olunan gəlirlərin düzgün istifadəsi ilə bağlı deyildir. Burada əsas amillərdən biri də dövlətin həyata keçirdiyi hərtərəfli çevik və düzgün siyasətdir. Əvvəlcə iqtisadi inkişafın ölkə həyatında yaratdığı dəyişikliyə nəzər salaq. Azərbaycandakı iqtisadi inkişaf nəticəsində əldə olunan nailiyyətlər aşağıdakılardır:
 -infrastruktur sürətlə yeniləşir;
 -dövlət büdcəsinin neft gəlirlərindən asılılığı aradan qaldırılır;
 -iqtisadiyyatın bütün sahələrinin bərabər inkişafı üçün münbit şərait formalaşır;
- Azərbaycanın kapitalının xarici ölkələrə yönəldilməsi üçün yeni imkanlar yaranır;
-yerli sərmayədarlar təbəqəsi formalaşır;
 -dövlətin qüdrətlənməsi prosesi sürətlənir;
-əhalinin rifahı yaxşılaşır/1/.

   2008-ci il avqust ayının birinci ongünlüyündə Cənubi Qafqazda baş verən qanlı hadisələr zamanı Azərbaycanın mövqeyi, Prezident İlham Əliyevin atdığı müdrik addımlar bir daha təsdiq etmişdir ki, Azərbaycan Respublikası regionda va dünyada baş verən siyasi hadisələri diqqətlə izləyir və bu proseslərdən maksimum bəhrələnmək üçün çevik manevrlər etməyə qadirdir. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevdən sonra Azərbaycanda idarə olunan yox, idarə edən hakimiyyətin davamlılığının formalaşması və qorunması faktı özünü təkrar olaraq təsdiq etmişdir. 
   İnkarolunmaz həqiqətdir ki, Rusiya-Gurcüstan münasibətlərinin bütün detalları Azərbaycan Respublikasına birbaşa təsir edir. Ən azı bu dövlətlərin hər ikisi Azərbaycanla sərhəd qonşusudur. Ona görə də Azərbaycan tərəfi (Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim.S.H.) hadisənin birinci günü baş verənlərə münasibət bildirərək münaqişənin danışıqlar yolu ilə həll edilməsinə tərəfdar olduğunu və Gürcüstanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəklədiyini bəyan etdi (2). Əvvəlcə “Cənubu Qafqazda nə baş verir?” sualı ətrafında fikir və mülahizələri əsaslandıraq. Bu məsələdə demək olar ki, tanınmış politoloqlar arasında fikir ayrılığı yoxdur. Əksəriyyət belə hesab edir ki, bu proseslər NATO-nun genişləndirilməsi siyasətinin tərkib hissəsi və Rusiya Federasiyasının bu siyasətə qarşı atdığı növbəti aqressiv addımdır. Bu isə onu deməyə əsas verir ki, münaqişənin qarşısını almaq mümkün deyildir. Ən azı ona görə ki, tərəflər mövqelərində israrlıdırlar. ABŞ-Rusiya qarşıdurmasının tərkib hissəsi sayılan Cənubi Qafqaz hadisələri sadəcə olaraq prosesləri sürətləndirmiş, region dövlətlərini və bölgədə geosiyasi maraqları olan bütün tərəfləri son dərəcə fəallaşdırmışdır. O cümlədən, Azərbaycan çevik və düzgün siyasəti ilə yeni formalaşan siyasi münasibətlər müstəvisində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirməyə çalışır. Məsələyə daha geniş yanaşdıqda, daha doğrusu, Azərbaycanın bu prosesdəki siyasi manevrlərini təhlil etdikdə bir daha aydın olur ki, Azərbaycanın siyasi məqsədi təkcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək yox, eləcə də, regionda qarşılıqlı etimad nəticəsində uzunmüddətli sülh yaratmaq və bununla bölgənin iqtisadi inkişafının kompleks şəkildə həllinə nail olmaqdır.
   Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə Türkiyə-Ermənistan futbol üzrə ölkə yığmalarının yarışını izləmək məqsədilə Türkiyə prezidenti Abdulla Gülün bu ölkəyə səfərə getməsi tədqiqatçılar tərəfindən birmənalı qarşılanmamışdır. Əlbəttə ki, bu məsələyə qısqanc münasibətlər və düşünülmüş şəkildə qərəzli yanaşmalar da az deyildir. Heç bir geniş siyasi təhlil aparmadan da əvvəlcədən məlum idi və tutarlı dəlillərlə əsaslandırmaq olardı ki, Abdulla Gülün Ermənistana qeyri-rəsmi səfəri rəsmi Bakı ilə razılaşdırılmışdır. Ən azı ona görə ki, Türkiyə rəsmiləri dəfələrlə bəyan etmişlər ki, Ermənistanın aqressiv siyasətinin əsas hədəfi məhz Türkiyədir. Digər tərəfdən, Türkiyəyə qarşı əsassız ərazi iddialarının Ermənistan konstitusiyasında yer alması fakt olaraq təkzibolunmazdır. A. Gülün Yerevana səfərini başqa sözlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında Azərbaycanla Ermənistan arasında uzun illərdən bəri davam edən danışqların tərkib hissəsi, daha doğrusu davamı kimi də qiymətləndirmək mümkündür. Hadisələrin sonrakı inkişafı bir daha təsdiq etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycan və Türkiyə bütün siyasi addımlarını qarşılıqlı anlaşma və razılıq əsasında müəyyən edirlər. Burada mövqelər iki dost, qardaş və müttəfiq dövlətin maraqlarından kənara çıxa bilməz. Əks təqdirdə, yumşaq desək, hər iki dövlətin zəifləməsində maraqlı olan qüvvələr birləşmiş səylərini həyata keçirmək üçün münbit imkanlar qazana bilərlər. Bu isə Azərbaycanla Türkiyənin milli və dövlətçilik maraqlarına tam ziddir.
    Abdulla Gülün Ermənistan səfərindən sonra Azərbaycana üz tutması yuxarıda deyilənlərin birmənalı təsdiqidir. A.Gülün Bakıya növbəti səfəri mehriban dostluq və qardaşlıq şəraitində başa çatmışdır. Dövlət başçılarının birgə bəyanatında səsləndirilən fikirlər regionda baş verən proseslərə Azərbaycan və Türkiyənin baxışlarında heç bir fikir ayrılığının olmadığını təkrar olaraq siyasi müstəviyə gətirmişdir. 
Qeyd etmək lazımdır ki, Türkiyə və Rusiya prezidentləri ayrı-ayrılıqda Cənubi Qafqazda baş verən proseslər, eləcə də atdıqları siyasi addımlar barədə Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verdiklərini mətbuat işçiləri qarşısında xüsusi olaraq bəyan etmişlər. A. Gülün bəyanatından bir məqama diqqət edək “...Ermənistana etdiyim səfər və orada Ermənistan prezidenti ilə keçirdiyim görüş haqqında hörmətli İlham Əliyevə əhatəli şəkildə məlumat verdim”(3,1). Bundan təxminən 8 gün sonra anoloji məzmunlu fikir Rusiya Prezidenti Dmitri Medvedev tərəfindən də mətbuat nümayəndələri qarşısında səslənmışdır. Rusiya prezidenti demişdir “...Mən Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Rusiyanın atdığı addımlar barədə İlham Heydər oğluna ətraflı məlumat verdim (6).Yuxarıda qeyd olunanlar bir daha təsdiq edir ki, region dövlətləri bölgədə baş verən münaqişələrin tənzimlənməsində Azərbaycanın mövqeyi ilə hesablaşmağa məcburdular. Bu məntiqin davamı kimi İran İslam Respublikasının Xarici işlər naziri Monaçehr Mohtəkinin 2008-ci il sentyabrın 11-də Moskvaya, iki gün sonra Bakıya, Azərbaycandan dönən kimi isə Almaniyaya səfər etməsi və keçirilən görüşlər barədə onun tərəfindən ictimaiyyətə verilən məlumatlar yuxarıdakı fikir əsasında daha tutarlı dəliлlər gətirməyə əsas verir. A.Gül Ermənistana etdiyi səfəri şərh edərkən demişdir “...Sizinlə səmimi olaraq bunu paylaşmaq istəyirəm ki, hörmətli prezident Əliyevin Qafqaz regionu ilə bağlı çox realist, gerçək düşüncəli təhlili, doğrudan da məndə çox böyük təəssürat yaratdı”(3,1). Türkiyə prezidenti daha sonra demişdir “...şübhəsiz ki, işğal altındakı torpaqların tezliklə boşaldılması çox böyük addım olacaq və sülh, təhlükəsizlik bərqərar olunduqda bu bölgədə çox böyük iqtisadi iş birliyi yaranacaqdır. Haqqında bəhs etdiyimiz boru xətləri, dəmir yolu Böyük Qafqaz bölgəsini əhatə edəcəkdir. Ona görə də yeni bir fürsəti ən yaxşı şəkildə dəyərləndirmək və dondurulmuş münaqişələri bu şəkildə davam etdirmək yox, həll etmək lazımdır. Həll etmək üçün də yeni bir fürsətin ortaya çıxdığının qənaətindəyəm. Ümid edirəm ki, bölgə ölkələri bunu ən yaxşı şəkildə dəyərləndirəcək, sülh yollarını üstün tutacaqlar. Onsuz da BMT-nin qətnamələri ortadadır – bütün bunlar nəzərə alınar və sonda düşmənçilik deyil, dostluq hökm sürər. Belə olarsa, bu bölgədə hamımızın xeyirinə, bölgə xalqlarının xeyrinə olacaqdır. Ona görə də hər şeydən əvvəl xoş niyyətlə çalışmaq vacibdir və ümid edirəm ki, bütün dünya da bunu təqdirlə qarşılayar və dəstəkləyər”(4,1). 
   A.Gülün çıxışındakı daha bir məqamın - “haqqında bəhs etdiyimiz boru xəttləri, dəmir yolu bütün Qafqaz bölgəsini əhatə edəcəkdir” xüsusi şərhə ehtiyacı vardır. Xatırladaq ki, 2008-ci ilin iyulun 4-də Prezident cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına növbəti dəfə səfər etmişdir. Türkiyə Cümhuriyyətinin Baş naziri cənab R.T.Ərdoğan da Azərbaycanın dövlət rəhbərinin dəvəti ilə Naxçıvana gəlmişdir. Onlar həmin görüşdə bölgədə baş verən siyasi prosesləri, eləcə də, son illər həyata keçirilən beynəlxalq iqrtisadi layihələrin davam etdirilməsini dərindən təhlil etmişlər. Sonradan ictimaiyyətə verilən məlumatlardan aydın olmuşdur ki, istər regionda uzunmüddətli sülhün və əmin-amanlığın bərqərar olunmasında, eləcə də region xalqlarının ümumi maraqlarına xidmət edən iqtisadi layihələrin davam etdirilməsində Azərbaycan və Türkiyə arasında fikir ayrılığı yoxdur. Eləcə də, Azərbaycan və Türkiyə müttəfiqliyi bölgədəki ictimai-siyasi və iqtisadi prosesləri tam nəzarətə götürmüşdür.
   Məlumdur ki, Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində Azərbaycan Respublikasının ərazisinin 20 faizi işğal edilmiş, 1 milyondan artıq vətəndaş qaçqın və məcburi köçkün kimi öz dədə-baba yurdlarından didərgin düşmüşdür. Münaqişə nəticəsində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Ermənistan tərəfindən tam şəkildə mühasirəyə alınmış və bununla da Naxçıvan və Azərbaycanın digər əraziləri arasında yalnız hava məkanından əlaqə saxlamaq mümkün olmuşdur. Artıq 20 ilə yaxın dövrü əhatə edən mühasirə şəraiti Naxçıvanın iqtisadi inkişafına böyük zərbə vurmuşdur. Ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən Türkiyə və İranın köməyi ilə böyük çətinliklə muxtar respublikanın əhalisini aclıqdan və sərt qışın soyuğundan xilas edə bilmişdir. İndi isə bölgədə tamamilə yeni bir mənzərə yaranmışdır. Azərbaycanın sürətli iqtisadi inkişafı qonşu dövlətlərlə enerji mübadiləsinə şərait yaratmışdır ki, bu da Naxçıvan Muxtar Respublikasının zəruri enerji ehtiyaclarının ödənilməsinə şərait yaratmışdır. Azərbaycanın öz müttəfiq və tərəfdaşları ilə həyata keçirdiyi beynəlxalq iqtisadi layihələr yaxın illərdə Naxçıvan Muxtar Respublikasının mühasirəsinin yarılmasına yeni şanslar yaratmışdır. 2008-ci ilin iyulun 4-də Prezident cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı demişdir : “...Gələcəkdə ölkələrimizin artan iqtisadi və siyasi imkanları, artan çəki, əlbəttə ki, bizim mövqelərimizi daha da möhkəm edəcəkdir. Bu gün haqqında danışılan bütün məsələlər bizi çox sevindirir, yeni imkanlar açır. Xüsusilə Naxçıvanın enerji təhlükəsizliyi və blokadadan çıxması üçün lazım olan addımların atılması Naxçıvan Muxtar Respublikasının uzunmüddətli inkişaf imkanlarını daha da genişləndirəcəkdir” (10). 
     Bu məsələ ətrafında jurnalistlərin suallarını cavablandıran Rəcəb Tayyib Ərdoğan demişdir: ”...Eyni zamanda Naxçıvanı nəqliyyat mühasirəsindən çıxarmaq üçün Naxçıvanın Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə birləşməsi məsələsi də müzakirə olundu. Bu çox böyük bir layihədir, çox böyük texniki və maliyyə resursları tələb edən layihədir. Ancaq qarşılıqlı iradə olduğu halda ,- bu iradə də var,- bizim qarşımızda elə məsələ yoxdur ki, onu həll edə bilməyək. Müvafiq göstərişlər verildi. Yəqin ki, texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır və ondan sonra bu layihənin həyata keçirilməsi haqqında qərarlar qəbul ediləcəkdir” (11). 
   Sonda Ermənistan prezidenti Serj Sakisyanın səsləndirdiyi fikri şərh etmək daha yerinə düşərdi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı demişdir ki, “... Mən Prezident İlham Əliyevə təklif edirəm ki, azərbaycanlıların maraqlarına uyğun olaraq və konflikti nizamlamaq məqsədi ilə bu bölgəyə sərmayə yönəltsin. Ola bilsin ki, bundan sonra Dağlıq Qarabağın erməni əhalisi Azərbaycanın tərkibində yaşamağa razı olsunlar” /12/.
  Göründüyü kimi, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan Respublikası üçün, eləcə də regionunun bir nömrəli problemi sayılan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konfliktinin həllini yaxınlaşdırmışdır. Artıq Ermənistan rəhbərliyinin münaqişə ilə bağlı öz aqressiv mövqelərindən çəkilməsi hiss edilməkdədir. Bu isə münaqişənin yaxın zamanlarda nizamlanacağına ümidləri artırır. 


ƏDƏBIYYAT

1. Dövlət Statistika Kömitəsinin məcmuələri, 2000-2007-ci illər.
  2. www.Azertag.com, www.sia.azdata, www.day.az, 5 avqust 2008-ci il, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı. 
3. “Xalq qəzeti”. 16 aprel 2007-ci il, “Prezident Abdulla Gülün bəyanatından”.
4. “Respublika” qəzeti. 11 sentyabr 2008-ci il, “Prezident Abdulla Gülün bəyanatı”.
5. www.day.az. tarix 7 sentayabr 2008-ci il.
6. www.Azertag.com, 16 sentyabr 2008-ci il, “Prezident Dmitri Medvedevin bəyanatı”. 
7. www. İsna.ir 19 sentyabr 2008-ci il, “İran Rusiya ilə Gürcüstan arasında vasitəçiliyə can atmır”-rus dilində, www.regnum.com, “İran kölgədən çıxdı: Qafqazın təhlükəsizliyi Türkiyə və İran arasındadır”-rus dilində.
8. www.Azertag.com, 16 sentyabr 2008-ci il.
9. www.Azertag.com, 16 sentyabr 2008-ci il, “Prezident Abdulla Gülün bəyanatından”.
10. www.Azertag.com, 4 iyun 2008-ci il, “Prezident İlham Əliyevin bəyanatından”.
11. www.Azertag.com, 4 iyun 2008-ci il, “Ərdoğanın bəyanatından”.
12. www.armenpress.com,www.dayşaz. 21-22 sentyabr 2008-ci il.

Müəllif: Hacıyev Sabir Həbib oğlu.
Bakı Dövlət Universitetinin Politologiya və Sosiologiya kafedrasının dissertantı.

Категория: Siyasi | Добавил: Fazik (03.07.2009)
Просмотров: 1952 | Комментарии: 1 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024