Sizin Milli İntellektual Məkan
Суббота, 04.05.2024, 06:04
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Beynelxalq Senedler. [1] Siyasi [25] Dini [3]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » Статьи » Maraqlı. » Siyasi

Qlobal Təhlükəsizliyin Təmin Olunmasında BMT-nin rolu
          Qlobal Təhlükəsizliyin Təmin Olunmasında
       BMT-nin rolu

  Qlobal təhlükəsizliyin təmin olunması qlobal problemlərin dünya ictimaiyyətinə təzyiqinin zəifləməsi ilə qırılmaz şəkildə əlaqəlidir (6.17-25). Qlobal Problematika BMT-nin Baş Assambleyasının (BA) gündəmində və onun xüsusi komitələrinin fəaliyyətində duran əsas məsələdir(7.1993-2004). Müasir dövrün qlobal problemlərinin siyasi aspektlərinin dərk edilməsi və öyrənilməsi üçün BMT-nin səyi ilə bir neçə nüfuzlu komissiya yaradılmışdır. Bu komissiyalar özlərinin yekun hesabatın BMT-nin Baş Assambleyasına təqdim edirlər. Beləcə 1992- ci ildə BMT-nin Rio-de-Jeneyroda ərtaf mühitin qorunması və inkişaf üçün konfrans keçirildi və “Balanslaşdırılmış İnkişaf” komissiyası yaradıldı. Bu komissiya hökumətlərarası xarakter daşıyırdı və 52 üzvü var idi. Bu komissiya hazırda BMT- nin bütün orqanlarının həyata keçirdiyi proqramlarının koordinasiya və razılaşdırma mərzəkidir (7.1993, 82-84). Lakin komissiyanı sadəcə olaraq inzibati-istiqamətləndirici bir qurum kimi nəzərdən keçirmək lazım deyil, komissiya balanslaşdırılmış inkişafın həyata keçirilməsi üçün ümumi siyasi rəhbərliyi həyata keçirir və xüsusi olaraq Rio-de-Jeneyroda qəbul olunan 21-Proqramını (XXI əsr Proqramı) həyata keçirir. Ən ümumiləşdirilmiş halda bu proqram aşağıdakılardan ibarətdir: Kasıbçılıqla mübarizə, müasir texnosferanın fəaliyyətinin aşağı salınması, biosferanın dözümlülüyünü qorumaq, qərarların qəbulu zamanı siyasi, iqtisadi və sosial sahələrə aid olan təbii qanunauyğunluqların nəzərə alınması.
  Qlobal təhlükəsizlik ümumi və hərtərəfli xarakterə malikdir. Ümumi xarakter o deməkdir ki, qlobal təhlükəsizliyin təmin olunmasında dünya birliyinin bütün üzvlərinin qarşılıqlı səyi və razılığı lazımdır. Təhlükəsizliyin hərtərəfli xaraktericdedikdə isə onun təmin olunması zamanı dünya ictimaiyyətinin inkişafında bütün böhranlı situasiyaların nəzərə alınması və müasir sivilizasiyanın həyattəminat sistemlərinin möhkəmliyinin və stabilliyinin qorunub saxlanması üçün qərarların qəbulu nəzərdə tutulur.
  Beynəlxalq təhlükəsizliyin təminatının Qlobal mexanizminin hüquqi əsası var. Məhz həmin hüquqi əsas BMT- nin üzv dövlətlərinin milli təhlükəsizliyi təmin etmə sahəsində fəaliyyətlərinin nizamlayıcı funksiyanı həyata keçirir. BMT- nin nizamnaməsi yalnız beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını qarşısına məqsəd kimi qoymur həm də onun həyata keçirilməsində mexanizmin yaradılmasın da nəzərdə tutur (2,144). BMT-nin beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması mexanizmində əsas yeri Təhlükəsizlik Şürası (TŞ) tutur.
  BMT-nin gündəmində dəfələrlə təhlükəsizliyin təmin olunması üçün universal mexanizmin hazırlanması məsələsi qoyulub. Nəticə olaraq 1982-ci ildə BMT-nin BA-nın 37-ci sessiyasında beynəlxalq mübahisələrin sülh yolu ilə həll olunması haqqında Manila Deklarasiyası layihəsi irəli sürülüb. Deklarasiya TŞ və BA- nın əsas funksiyaların saxladı və eyni zamanda Baş Katibin beynəlxalq təhlükəsizliyin təmin olunmasında iştirakını təmin etdi. 1988-ci ildə beynəlxalq sülh və təhlükəsizliyə qarşı yönələn mübahisə və situasiyaların qarşının alınması haqqında Deklarasiya qəbul edildi (12,144-169).
  Beynəlxalq sülh və təhlükəsizliyin siyasi-hüquqi təmin olunmasında BMT-nin əsas orqanı Təhlükəsizlik Şurası hesab olunur. BMT-nin Nizamnaməsinə uyğun olaraq beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına görə Təhlükəsizlik Şürasının məsuliyyət daşıyır (12,24). Təhlükəsizlik Şürası 15 dövlətdə ibarətdir (1yanvar 1966-a kimi -11-dən), Onlardan 5-i daimi 10-u qeyri-daimi üzv statusuna malikdir(12,23). BMT-nin Nizamnaməsinə görə Rusiya (24 dekabr 1991-ci il –SSRİ), Çin, ABŞ, Fransa, İngiltərə daimi üzvlər sırasındadır. Buna görə də beynəlxalq sülh və təhlükəsizliyi qorumaq sahəsində onların üzərinə daha çox məsuliyyət düşür. TŞ-nin qeyri-daimi üzvlərə gəldikdə isə 1963-cü il 17 dekabr BMT-nin BA-nın Bəyannaməsinə görə onların kvotası aşağıdakı kimi müəyyən olundu: 5 dövlət Asiya və Afrika ölkələrindən; 1 dövlət Qərbi Avropadan və digər dövlətlərdən.
  BMT-nin Nizamnaməsində TŞ-nin üzvlərinin beynəlxalq sülh və təhlükəsizliyi qorumaq sahəsində üzərlərinə qoyulan vəzifə və öhdəliklər həmçinin funksiyalar öz əksinin tapmışdır: Beynəlxalq sülh və təhlükəsizliyin qorunması (maddə 23), BMT-nin BA-na illik hesabatların və lazım olduqda xüsusi hesabatların verilməsi (maddə 24), Öz funksiyalarını həyata keçirmək üçün vacib bildiyi köməkçi orqanların yaradılması (maddə 29), Prosedur qaydaların müəyyən olunması (maddə 30) mübahisələrin həlli üçün məsləhətlərin verilməsi (maddə 33),Beynəlxalq gərginlik və ya mübahisə yarada biləcək hər hansı bir mübahisə və ya konfliktli situasiyanın öyrənilməsi (maddə 34), sülhə qarşı olan təhlükə və təhdidləri müəyyən etmək (maddə 39), BA-a yeni üzvlərin qəbulu haqqında məsləhətlər vermək, BA-nın yeni Baş Katibin (BK) təyin olunmasında məsləhət vermək (maddə 97), BA-nın üzvləri ilə birgə Beynəlxalq Məhkəmənin (BM) üzvlərinin seçilməsində iştirak etmək (9.37-39).
  BMT-nin Nizamnaməsinə görə (maddə 11) BMT-nin BA-sı TŞ-na beynəlxalq təhlükəsizliyə və sülhə hədə olan biləcək situasiyalara diqqət ayırmağa məsləhət görə bilər. BMT-nin TŞ-sı iki çür akt qəbul edir: Məsləhət; qərar. Məsləhətlərdən fərqli olaraq qərarlar BMT-nin Nizamnaməsinə görə dövlətlər üçün hüquqi məcburi xarakter daşıyır, yəni imperativ xarakter daşıyır. TŞ-nin fəaliyyət təcrübəsi sübüt edir ki, yekdillik prinsipi danılmaz əhəmiyyətə malikdir (8.68-69). Təhlükəsizliyin təmin olunmasında TŞ-nin katibinin qərarı geniş yayılmışdır. Erməni-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün TŞ-nin 4 qətnaməsindən əlavə olaraq, TŞ-nin Katibi 6 bəyannamə də qəbul etmişdir (1.193-194). TŞ-nin təşəbbüsü ilə BMT münaqişə və ya mübahisənin həlli üçün regional müqavilə və ya orqanlara müraciət edə bilər. Baş Assambleya BMT-nin ən geniş tərkibli orqanı hesab olunur ki, burada bütün üzv 191 dövlət iştirak edir. BMT-nin Nizamnaməsinə uyğun olaraq BMT-nin BA-sı bir mexanizm olaraq beynəlxalq sülh və təhlükəsizliyin birbaşa və ya dolayı yolla qorunması istiqamətində aşağıdakı məsələlər üzrə məsləhətləri verir: Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına aid olan hər bir məsələni müzakirə edir və məsləhət verir; dövlətlər arasında sülh və təhlükəsizliyin qorunması, tərkisilah və silahlanmaya nəzarət sahəsində əməkdaşlıq məsələlərin müzakirə edir; dövlətlər arasında iqtisadi, siyasi, sosial, mədəni sahələrdə eləcə də insan hüquqları sahəsində və münaqişə yarada biləcək catışmamazlıqlar haqqında araşdırma apararaq məsləhətlər verir; beynəlxalq münaqişə və mübahisələrin sülh yolu ilə həlli üçün məsləhətlər verir; TŞ-nin və BMT-nin digər orqanlarının məruzələrini dinləyir; BMT-nin büdcəsinə nəzarət edir və onu təsdiqləyir; TŞ-nin və BMT-nin digər orqanlarının, İqtisadi və Sosial Şuranın qeyri-daimi üzvlərini seçir; TŞ ilə birlikdə Beynəlxalq Məhkəmənin Hakimklərin seçir və TŞ-nin məsləhəti ilə Baş Katibi seçir; hər hansı bir hüquqi məsələyə aid Beynəlxalq Məhkəmədən konsultativ məruzə tələb edir; TŞ-nin məsləhəti ilə yeni üzvlər qəbul edir (12.49).
  BMT-nin BA-sı ardıcıl və xüsusi sessiyalardan başqa, fövqəladə xüsusi sessiyalar da keçirir. Xüsusi sessiyalar bütün məsələlər üzrə çağrıla bilər. İlk dəfə xüsusi sessiya Fələstin məsələsi ilə bağlı 1947-ci ildə keçirilmişdir. O vaxtdan bəri təhlükəsizliyə dair aktual məsələlər üzrə 22 xüsusi sessiya keçirilmişdir. Fövqaladə sessiyalar aşağıdakı səbəblərə görə çağrılır: Sülhə təhlükə olduqda, sülh pozulduqda, aqressiya aktı olduqda və ya çətin həll olunan beynəlxalq münaqişə olduqda. İlk dəfə fövqaladə xüsusi sessiya 1956-cı ildə Suveyj kanalı məsələsinə görə çağrıldı. İndiyə kimi cəmi 10 belə sessiya cağrılmışdır (10.117).
  BMT-nin Nizamnaməsinə görə, BA təhlükəsizlik sahəsində öz fəaliyyətini gücləndirmək üçün komitələr yaratmaq hüququna malikdir (maddə 22). Bu orqanlara misal kimi Əsas Komitələri göstərmək olar: Siyasi və Təhlükəsizlik məsələləri üzrə komitə (silahlanmaya nəzarət də daxil olmaqla) (Birinci Komitə); Xüsusi Siyasi Komitə; İqtisadi və Siyasi məsələlər üzrə komitə (İkinci Komitə); Xüsusi,Humanitar və mədəni məsələlər üzrə komitə (Üçüncü Komitə); Qəyyumluq məsələsi üzrə komitə (özü idarə oluna bilinməyən ərazilər) (Dördüncü Komitə); Büdcə və İnzibati məsələlər üzrə komitə (Altıncı Komitə). Əsas Komitələrdən əlavə olaraq BMT-nin BA-sı komitə, altkomitə, komissiya, şura, regional mərkəzlər yarada bilər. Bunlara misal kimi-səlahiyyətlərin yoxlanılması üzrə komitə, Hind Okeanı üzrə xüsusi komitə, tərkisilah sahəsində araşdırmalar üçün konsultativ şura, Fələstin məsələsi üzrə BMT-nin xüsusi komitəsi.
  BMT-nin nizamnaməsində sülh və təhlükəsizliyi təmin etmək üçün mübahisə və münaqişələrin sülh yolu ilə həlli yolları mövcuddur.BMT-nin nizamnaməsində maddə 33-də mübahisələrin sülh yolu ilə həllinin 2 əsas vasitəsi göstərilir: 1) Mübahisə edən tərəflərin səyi ilə; 2) Üçüncü tərəfin iştirakı ilə. Bu maddədə həmçinin sülh vasitələrinin digər növləri də göstərilmişdir-Danışıqlar, vasitəçilik, məhkəmə və arbitraj proseduru (5. 67-68).
  BMT beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək üçün məcburi tədbirlər olan hərbi əməliyyatların dayandırılması və sanksiyalar həyata keçirə bilər. BMT-nin təhlükəsizliyi təmin etmək sahəsində fəaliyyəti çox müxtəlif ola bilər. BMT-nin TŞ-sı bu sahədə metodları və vasitələri təhlükələrin təhdid dərəcəsinə uyğun müəyyən edir. BMT-nin nizamnaməsi (maadə 40) TŞ-ə icazə verir ki, münaqişənin genişlənməməsi və inkişaf etməməsi üçün müvəqqəti məcburi tədbirlər görsün. Müvəqqəti məcburi tədbirlərə aiddir: Atəşin dayandırılması; qoşunların əvvəlki mövqelərinə qayıtması; işğal olunmuş ərazidən qoşunların çıxarılması; müvəqqəti demarkasiya xəttinin çəkilməsi; silahsızlaşdırılmış zonanın yaradılması. 40-cı maddəyə uyğun olaraq sülhyaratma əməliyyatlarının keçirilməsi də nəzərdə tutulur.
  Əgər Şura vəziyyətin gərginləşdiyin görsə o bu zaman ağır sanksiyalar edər və silahdan istifadə edə bilər. Birinciyə aiddir- tam və ya qismən iqtisadi münasibətlərin kəsilməsi, dəmiryolu, dəniz, hava, poçt, teleqraf, radio və digər əlaqələrin kəsilməsi həm də, diplomatik əlaqələrin kəsilməsi. TŞ dəfələrlə qeyri-hərbi xarakterli sanksiyalardan aşağıdakılara qarşı istifadə etmişdir- Cənubi Rodeziya (1966, 68-ci illər), CAR (1977), İraq (1990), Yuqoslaviya (1991), Liviya (1992), Somali (1992), Haiti (1993), Anqola (1993), Ruanda (1994), Liberiya (1995), İraq (2003). Sanksiyalar yalnız silahın ölkəyə gətirilməsi və digər məsələlərə embarqo ilə deyil həm də bir sıra maliyyə sanksiyalarının da tədbiqinə qədər gedib çatır (12.31-33).
  Hərbi qücdən sitifadə 42-ci maddədə öz əksini tapmışdır. Bu maddədə deyilir ki, TŞ 41-ci maddədə nəzərdə tutulan vasitələrin yetərli olmadığını gördükdə quru, dəniz, hava qüvvələrindən istifadə edə bilər. Sülühün təmin olunması (STO) üzrə əməliyytalar sülhyaratma xarakterlidir. Buraya cəlb olunan hərbi personal münaqişə zonasında vəziyyəti yaxşılaşdırmaq üçün fəaliyyət göstərirlər. Onların fəaliyyəti üçün aşağıdakı prinsiplər xarakterikdir: Hərbi personalın istifadə olunması üçün hər iki tərəfin aydın razılığı lazımdır; TŞ-nin əməliyyatının mandatının dəqiq formalaşdırılması; TŞ tərəfindən əməliyyata ümumi rəhbərliyin həyata keçirilməsi; hərbi əməliyyatların həyata keçirilməsi və ona nəzarət edilməsində BMT-nin Baş Katibinin üzərinə səlahiyyətlərin müəyyən edilməsi; hərbi gücdən istifadədə məhdudiyyətin müəyyən olunması və yalnız müdafiə məqsədi ilə hərbi güdən istifadə; iştirak edən qüvvələrin tam neytrallığı və qərəzsizliyi. BMT beynəlxalq sülh və təhlükəsizliyin qorunması istiqamətində ölkələrdə aşağıdakı hallarda əməliyyatlar aparır: vətəndaş müharibəsi olduqda (Livan), mövcud olan dövlətin dağılması zamanı (Yuqoslaviya), xaos olduqda (Somali), güc yolu ilə sülhə nail olmaq üçün əməliyatın keçirilməsi lazım olanda (Küveyt) (12.291).
  BMT tərəfindən sülhün təmin olunması üzrə əməliyyatlar formalaşmışdır və hazırda davam etməkdədir. Bu əməliyyatların 2 növü var: 1) Silahsız zabitlərdən- “mavi beretlərdən” ibarət hərbi nəzarətçilərin missiyası (Belə orqan ilk dəfə 1948-ci ildə Fələstin məsələsində sülh şərtlərinə əməl olunmasına nəzarət üçün isitfadə olunub). 2) yüngül silahlarla təchiz olunmuş milli hərbi birləşmələr “mavi dəbilqə” ilə sülhün təmin olunması əməliyyatları (ilk belə əməliyyat 1956-cı ildə Yaxın Şərqdə keçirilmişdir). Hər iki növ əməliyyatlardan 2003-cü ilə qədər 50-ə qədər keçirilmişdir (7.2003,64).
  Beynəlxalq Hərtərəfli Təhlükəsizliyin təmin olunmasının Qlobal nəzəriyyəsi BMT-nin BA-nın bəyannamələrində öz əksini tapmışdır: “beynəlxalq sülh və təhlükəsizliyin hərtərəfli sisteminin yaradılması haqqında” 1986-ci ilin 5 dekabrından 1987-ci ilin 7 dekabrına kimi; “BMT-nin Nizamnaməsinə uyğun olaraq hərtərəfli beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yanaşma” 1988-ci ilin 7 dekabrından. Bu nəzəriyyənin əhəmiyəti ondan ibarətdir ki, beynəlxalq münasibətlər sistemində elə bir orqan yaradılmalıdır ki, möhkəm, təhlükəsiz, zorakılığın olmadığı bir dünya yaratsın. Hərtərəfli beynəlxalq təhlükəsizlik aşağıdakı ən müxtəlif aspektlərin qarşılıqlı əlaqəsin və qaşılıqlı asılılığın nəzərdən keçirir: Siyasi, mədəni, hərni, iqtisadi, elmi, ekoloji, humanitar, hərbi, informasiya, ticari, maliyyə və s. Belə kompleks yanaşma bütün beynəlxalq münasibətlərin möhkəmlənməsi və inkişafını tələb edir. Bu orqanın sosial mahiyyəti ondan ibarətdir ki, beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək üçün dövlətlər arasında sülh münasibətlərin bərqərar etsin və inkişaf etdirsin (3.145-146). 
  BMT-də sülh və təhlükəsizliyi təmin etmək üçün və bu mexanizmin effektivliyinə nail olmaq üçün və onun hüquqi əsasəsını möhkəmləndirmək üçün bir sıra bəyannamələr və qətnamələr qəbul edilmişdir: 1) Beynəlxalq Təhlükəsizliyin möhkəmləndirliməsi üçün 1972-ci il Bəyannaməsi; 2) Təhdidin müəyyən olunması haqqında BA-nın 1974-cü il 14 dekabr 3314 (XXIX) saylı qətnaməsi; 3) Beynəlxaq sülh və təhlükəsizliyə hədə ola biləcək mübahisə və münaqişələrin qarşısının alınması və BMT-nin bunda rolu adlı 1988-ci il Bəyannaməsi; 4) BMT-in nizamnaməzinə uyğun olaraq beynəlxaq sülh və təhlükəsizliyin möhkəmlənməsində dövlətlərin bütün aspektlərdə əməkdaşlığın nəzərdə tutan 1989-cu il TŞ-nin 44121 saylı qətnaməsi.

Ədəbiyyat

1. Abdullayev V. Azərbaycan yeni diplomatiya məkanında. Bakı, 2000.
2. Abdullayev M. Beynəlxalq münasibətlər tarixi.(XX əsr. II hissə.1945-2000-ci illər).
3. Berdennikova A.E. İnsan sivilizasiyasının qlobal problemləri dövlətin milli təhlükəsizliyinin asöekti kimi. M. , 2002.
4. Müasir Rusiyanın xarici siyasəti və təhlükəsizliyi: Xristomatiya. 4 tomda 2-ci tom. M. , 2003.
5. Dubrovin Y.İ. Yeni Qlobal Təhlükəsizlik sisteminin yaranmasındakı problemlər. M. , 2002.
6. BMT-nin Baş katibinin illik hesabatları. 1993-2003.
7. İvanov İ.S. Qloballaşma dövründə büynəlxalq təhlükəsizlik. M. , 2003.
8. Beynəlxalq münasibətlərdə insan və cəmiyyətin təhlükəsizliyinin problemləri. Q.M. Serqeyevin redaktəsi altında, M., 2002.
9. Rəcəbli A.A. Milli maraqlar və beynəlxalq təhlükəsizlik (xarici siyasət davranışının analizi). Bakı, BSU, 2004.
10. Utkin A.İ. XX əsrdə Dünya Nizamı. M.,2002.
11. Brjezinski Z. The Choice: Global domination or Global Leadership. New York, 2004.
Müəllif: Abbaszadə Fərqan Eldar oğlu.
Siyasi elmlər namizədi,dosent, 
Bakı Slavyan Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının dosenti.




Категория: Siyasi | Добавил: Fazik (27.06.2009) | Автор: Fazik
Просмотров: 3779 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024