Sizin Milli İntellektual Məkan
Суббота, 20.04.2024, 12:31
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Beynelxalq Senedler. [1] Siyasi [25] Dini [3]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » Статьи » Maraqlı. » Siyasi

ATET-in rolu: Beynelxalq Vasiteçiliyin Deyerlendirilmesi

ATƏT-in rolu: Beynəlxalq Vasitəçiliyin Dəyərləndirilməsi

“Qarabağın mövqeyin kifayət qədər

qiymətləndirməmək ciddi səhvdir

Teri Hakala, Finlandiyanın Cənubi Qafqazda xüsusi işlər üzrə səfiri.

   Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ilin martında, yəni yeni müstəqillik qazanmış Ermənistan və Azərbaycan dövlətlərinin təşkilata üzv olduqlarından dərhal sonar işə başladı. Bu işin başlanması mühüm tarixi anla- dəmir pərdənin aradan götürülməsi ilə üst-üstə düşdü və o zamanlar elə görünürdü ki, ATƏM üzvləri əməkdaşlığı qarşıdurmadan üstün tuturlar.

   Hamı eyforiay vəziyyətində gözləyirdi ki, Sovet İttifaqından çıxan yeni dövlətlər, və xüsusilə də Rusiya, bundan belə dünya sisteminə bərabər tərəfdaş kimi qatıla bilərlər. ATƏM Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına çevrilmək istiqamətində ilk addım atdı (ATƏT adı yalnız 1994-cü ilin dekabrında qəbul edildi). Bu addım qarşılıqlı inam və ümumbəşəri dəyərlərin milli maraqlar üzərində qələbəsi mühitində ümumi maraq kəsb edən məsələlərin birgə həllini tapmaq cəhdi idi.

   ATƏM-in regional mandatı onu Qarabağ münaqişəsini həll etmək üçün daha münasib vasitə hesab edirdi. Bununla belə Ermənistan və Qarabağ erməniləri nizamlama forumu kimi BMT-ni görmək istəyirdilər, cünki onların tarixi “dostları”-Rusiya və Fransa- BMT-nin Təhlükəsizlik Şurasının üzvləri idilər. Elə həmin səbəbdən də Azərbaycan daha çox ATƏM tərəfə meyl edirdi, onun etibarlı müttəfiqi olan  Türkiyə də bu Müşavirənin üzvü idi. Əsas oyunçular münaqişənin tezliklə həll olunacağında tam əmin idilər, belə vəziyyətdə ATƏM Qarabağ münaqişəsinin həllin taömaq vəzifəsini öz üzərinə götürdü.

   ATƏM sonradan Minsk prosesi adlanan formatın təşəbbüsü ilə çıxış edəndə planlanmışdır ki, sülh sazişinin son detallarını müəyyən etməli olan konfrans 1993-cü ilin yazında Belarusun paytaxtı Minskdə keçiriləcək. ATƏM-in üzv dövlətləri hesab edirdilər ki, konfransda yalnız texniki məsələlər müzakirə ediləcək, çünki əsas işi hazırlıq orqanı- 10 ATƏM üzvlərindən ibarət olan Minsk qrupu-yerinə yetirməli idi. Lakin yeni problemlər üzə çixa-çixa, diplomatic hazırliq orqanı danışıqlar forumuna çevrildi, Minsk Konfransı isə, qeyri-müəyyən tarixəcən təxirə salındı. Üzv lan ölkələr bu müvəqqəti addımı heç bir etirazsız qəbul etdilər.

Rolun müəyyənləşdirilməsi: milli və dövlətüstü prioritetlər

   1994-cü ildə ATƏM qarşısında iki əsas vəzifə var idi: bir tərəfdən Dağlıq Qarabağ münaqışəsinin sülh yolu ilə nizamlanması prosesinə yardım və bu prosesdə vasitəçiliyi həyata keçirmək, digər tərəfdən isə Müşavirə üzvləri olan dövlətlərlə münasibətləri qurub ATƏM-in, və xüsusilə də, ATƏM çərçivəsində Minsk prosesinin rolunu müəyyən etmək. ATƏM-in əsas iştirakçıları arasında olan çəkişmələr əsasən Müşavirənin fəaliyyətinin ilk mərhələsində hər iki vəzifənin həyata keçirilməsini əngəlləyirdi. Minsk Qrupunun üzvü və aparıcı regional dövlət olan Rusiya ikibaşlı oyun aparırdı. Rusiya hər zaman “yaxın xaric” adlandırdığı keçmiş on dörd sovet respublikalarında öz məqsədlərini güdürdü, bu məqsədlər Minsk Qrupunun digər  üzvlərinin maraqları ilə heç də həmişə üst-üstə düşmürdü. Bu ziddiyyət Rusiyanın öz vasitəçiliyini həyata keçirmək cəhdlərində əksini tapdı: məhz Rusiyanın cəhdləri sayəsində 1994-cü ilin mayında atəşkəs haqqında razılaşma əldə edildi. Digər iştirakçı dövlətlər razılaşmanın icrasında öz üzərlərinə öhdəlik götürdülər, lakin münaqişə bölgəsində sülhməramlı qüvvələrin yerləşdirilməsinə tələsmirdilər. Münaqişənin bütün tərəfləri Rusiya sülhməramlılarındansa beynəlxalq sülhməramlı qüvvələrinə üstünlük verirdilər, artıq 1994-cü ilin dekabrında Vyanada ATƏT Yüksək Səviyyəli Planlaşdırma Qrupunu (YSPQ) təsis etdi. Bu qrupun vəzifəsi isə, münaqişə bölgəsində ATƏT sülhməramlılarının yerləşdirilməsi üçün planın hazırlanması oldu.

   1994-cü ildən başlayaraq ABŞ-ın bu regionda öz maraqları meydana çıxdı. Bu maraqlar Xəzər dənizində neft yataqlarının işlənməsi və hasil edilmiş neftin İrandan kənar nəqli ilə bağlı idi. Kəlbəcərin 1993-cü ilin martında ermənilər tərəfindən işğalı, Ermənistanla Minsk Qrupunun üzvü olan və Azərbaycanı dəstəkləyən  Türkiyə arasında çəkişmələrə səbəb oldu. Türkiyə Ermənistana blokada elan edib, Azərbaycan ordusunu hərbi avadanlıq ilə təchiz etdiyini etiraf etdi.

   1993-cü ilin ortaalrında Minsk Qrupunun isveçli həmsədri müxtəlif milli prioritetlərin törətdiyi çəkişmələrə cavab olaraq, danışıqlar iştirakçılarının sayını məəhdudlaşdırmaq qərarına gəldi. Bu qərara əsasən, siaysi çəkisi aşağı olan Minsk Qrupunun üzvləri növbəti danışıqlar barəsində məlumatlandırılacaqdılar, lakin bilavasitə danışıqlarda iştirak etməyəcəklər. Atəşkəs razılaşması imzalandıqdan sonra Rusiya İsveçlə birlikdə Minsk Qrupunun həmsədrliyini öz üzərinə götürdü, 1997-ci ildə isə Rusiya, ABŞ və Fransadan ibarət daimi həmsədrlər üçlüyü formalaşdı. Bunun ardınca münaqişənin həlli yolunda “vasitəçilik diplomatiyası” mərhələsi gəldi. Bu mərhələnin çətinliklərindən biri də budur ki, Minsk Qrupunun həmsədrləri müstəqil vasitəçilər kimi deyil, daha çox öz dövlətlərinin nümayəndələri kimi çıxış etməyə meyillidirlər. ATƏT-in bölgədə mövcud olan yeganə strukturu “ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi” vəzifəsidir. 197-ci ildən bəri bu vəzifəni Polşa səfiri Adrjey Kasprjik tutur və onun mandatına danışıqların aparılması daxil deyil.

Minsk Prosesi: Müzakirə edilən məsələlər, təkliflər və prinsiplər

   Minsk Qrupu daxilində normal işgüzar münasibətlər qurulan kimi, Dağlıq Qarabağın statusu və təhlükəsizliyi, qaçqınların və məcburi köçkünlərin, əvvəllər azərbaycanlıların üstünlük təşkil etdiyi Şuşa şəhərinin problem müzakirə obyektinə çevrildi. 1997-ci-2001-ci illərdə Qrup müxtəlif çözüm üsullarını əks elətdirən 4 variant müzakirəyə çıxarmışdı. “Paket variantı” adı ilə tanınan birinci təklif optimal balans əldə etmək məqsədilə Dağlıq Qarabağın son statusu daxil olmaqla bütün problemləri bir dəfəyə həll etməyi nəzərdə tuturdu. Problemli məsəslələrin sayın nəzərə alaraq, bu yanaşma kompromisin əldə edilməsi üçün daha çox imkan yaradırdı. 1997-ci ilin may-iyul aylarında həmsədrlərin irəli sürdüyü paket təklifi iki hissədən ibarət idi: “Saziş 1” qoşunların çıxarılması, sülhməramlı qüvvələrin yerləşdirilməsi, məcburi köçkünlərin qaytarılması və təhlükəsizlik məsələləri daxil olmaqla münaqişənin dayandırılmasını nəzərdə tuturdu, “Saziş 2” isə Qarabağın son statusunu həll etməli idi. ATƏT-in Nazirlər Şurasının 1997-ci il hesabatında deyildiyi kimi, bu məsələlər iki ayrı-ayrı gündəliyə ondan ötrü salınmışdır ki, “bütün məsələləri sonda həll etmək şərti ilə tərəflər üçün danışıqlar aparıb, sazişlərin hər birini özünə məxsus vaxtda ayrı-ayrılıqda həyata keçirməyə imkan yaradılsaın.” Bakı və Yerevanın reaksiyası müsbət oldu, lakin Stepanakert bu variantı rədd etdi.

   1997-ci ilin sentyabrında irəli sürülmüş “Mərhələli nizamlama” təklifi birinci növbədə “Saziş 1”-in imzalanmasına söykənirdi, və qeyd etmək lazımdır ki, Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin məsələsi “Saziş 2”-yə keçirildi. Ehtimal var idi ki, Dağlıq Qarabağ hazırki nizamını son status barəsində razılaşama əldə edilməyənə kimi saxlamaqda davam edəcək. Bu vaxta kimi ona beynəlxalq səviyyədə tanınmış “keçid statusu” veriləcəkdir. Demək olar ki, mərhələli nizamlama ilk dövrlərdə hərbi aspektləri müzakirə edərkən konstruktiv mühit yaratmağa imkan verirdi, və beləliklə daha mürəkkəb siyasi məsələlərin müzakirəsi üçün zəmin yaradırdı.

   Lakin Qarabağ erməniləri ilk addım atıb, Azərbaycanın işğal olunmuş rayonlarından qoşunlarını çıxarmağa hazır deyildilər. Stepanakert bu addımdan imtina etməsini belə izah etdi ki, sözü gedən bufer zonası onun əsas təzyiq alətidir. Həmin rayonların əvəzinə konkret təhlükəsizlik zəmanətləri barəsində razılaşma əldə edilməyənə kimi, Stepanakert bu təzyiq vasitəsindən imtina etməyəcək. Qarabağ erməniləri növbəti dəfə sübüt etdilər ki, danışıqlarda məhdud statuslarına baxmayaraq, mümkün çözüm variantlarına veto qoymaq üçün kifayət qədər imkanları var.

   1998-ci ilin noyabrında təklif edilmiş “Ümumi dövlət” variantı Bakı ilə Stepanakert arasında müəyyən dərəcədə üfüqi münasibətləri nəzərdə tutan Azərbaycanla Dağlıq Qarabağın ümumi dövlətçiliyinin dumanlı təsvir edilmiş modelindən ibarət idi. Azərbaycan bu variantı öz ərazi bütövlüyü prinsipini və ATƏT-in 1996-cı ilin Lissabon sammitində qəbul olunduğu prinsipləri pozduğuna görə rədd etdi. Həmin sammitdə Ermənistandan savayı bütün iştirakçılar Azərbaycanın ərazi bütövlüyü prinsipinin hər hansı razılaşma üçün mühüm olduğunu vurğulayan bəyannaməni dəstəklədilər.

   Nəhayət, 2001-ci ildə Ermənistan prezidenti Heydər Əliyev “Ərazi mübadiləsini” nəzərdə tutan təklifi müzakirə etmişdirlər, lakin bu təklif kağız üzərinə köçürülmədi. Danışıqlardan sonra ölkədaxili debatlarda Heydər Əliyev bəyan etdi (Robert Koçaryan isə, dandı) ki, bu təklifə görə Ermənistan Naxçıvana Ermənistanın cənubunda yerləşən Mehri rayonundan keçən Azərbaycanın birbaşa çıxışını təmin etməli, bunun əvəzndə Azərbaycan Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizini Ermənistana verməli idi.

   Təkliflərdən heç biri status məsələsində razılaşma əldə etmək üçün bütün tərəfləri qane edən şəkildə özünüidarə tələbləri ilə ərazi bütövlüyü prinsipini uyğunlaşdıra bilmədi. 1975-ci ildə Helsinkidə imzalanmış ATƏM Aktında öz əksini tapmış Helsinki prinsiplərinə söykənən ATƏT öz iştirakçı-dövlətlərin sərhədlərinin dəyişməzliyi prinsipinin tərəfdarıdır. Baxmayaraq ki, ərazi bütövlüyü prinsipi dövlətlərarası münaqişələrə aidiyyətdə işlənib hazırlanmışdır, onun daxili münaqişələrə aidiyyatı yalnız dolayısilə nəzərdə tutulur. Helsinki Aktına uyğun olaraq, millətlərin öz müqəddaratını təyin etmə hüququ “dövlətlərin ərazi bütövlüyü… əsasında” təmin olunmalıdır. Bəzi müəlliflər bu fakta istinad edərək bildirir ki ATƏT bitərəf ola bilməz. Lakin Helsinki prinsiplərində bir vacib məqam da var: sərhədlərin dəyişdirilməsi barəsində hər hansı qərar “dinc yolla və tərəflərin razılığı ilə həyata” keçirilməlidir.

Beləliklə, sərhədlərin dəyişməzliyi prinsipinin qəbul edilməsi ilə neytrallığın saxlanılması arasında arasında heç bir ziddiyyət yoxdur, bu şərtlə ki, əldə edilmiş razılaşma münaqişənin bütün tərəfləri üçün məqbuldur.

Kompromisin ilkin şərtləri

   Azərbaycanın nəzərində ATƏT “beynəlxalq icraçıdır”, və bu icraçı döyüş meydanında itirilmiş ərazi bütövlüyünü danışıqlar masası arxasında ona qaytarmağa kömək etməlidir. Bu problem Dağlıq Qarabağın münaqişə tərəfi kimi tanınmasına dair müzakirələr gedərkən aydın görünürdü; hal-hazırda Dağlıq Qarabağ yalnız marağı olan tərəf statusuna malikdir, bu status isə, öz növbəsində ATƏT prosesində Ermənistan və Azərbaycanın statuslarından daha az çəkiyə malikdir. Minsk qrupunun iştirakçıları arasında geniş yayılmış rəy var idi ki, istənilən sülh sazişinə Qarabağ ermənilərinin razılığını almaq üçünYerevanın Stepanakertə kifayət qədər böyük təsiri var, buna görə də onların sülh prosesinə ayrıca və bərabər şəkildə iştirakına ehtiyac yoxdur. Bu prinsipial səhv oldu. Digər tərəfdən Dağlıq Qarabağın statusunun danışıqlar iştirakçısı statusuna qaldırılması Azərbaycan üçün qeyri-məqbul idi. Bu günədək Minsk qrupu bu ziddiyyəti həll edə bilməmişdir. Ermənisatan və Azərbaycan prezidentlərinin təklikdə razılığa gələ biləcəklərinə dair ehtimallar boşa çıxdı. Ermənistan prezidenti Levon Ter-Petrosyan Azərbaycana güzəştə getmək barəsində açıq danışdıqdan sonra, onu elə 1998-ci ildə öz nazirləri istefaya getməyə məcbur etdi. Prezident Heydər Əliyevə 2001-ci ildə Ki-Uestdə Kocaryanla keçirdiyi danışıqlardan qayıtdıqdan sonra böyük təzyiq göstərilmişdir və bu görüşün nəticələri ölkə daxilində tənqidə tab gətirməyib puç oldu. Ki-Uest danışıqların şərh edən Kerri Kavano hər iki prezidenti “öz xalqlarından irəli olduqlarına” görə tərifləmişdir. Lakin Ter-Petrosyanın istefası və Əliyevin kompromisdən tezliklə imtina etməsi liderlərin cəmiyyətdən kənarda əldə etdiyi istənilən razılaşmanı sual altına qoyur.  Əgər müxalifət daxil olmaqla bütün ictimaiyyətin sülh prosesində iştirakını təmin etmək üçün bir strategiya yoxdursa, belə bir sülh prosesi mütləq iflasa uğrayacaq. Ter-Petrosyanın ölkə əhalisini sülh prosesinə qatmaq və məlumatlandırmaq cəhdi onun devrilməsinə səbəb oldu deyənlərin əks arqumentləri yanlışdır. Bəzilərinin fikrincə, Ter-Petrosyan bu işi 1997-ci ilin mətbuat konfransında həyata keçirmək istəyirdi, lakin qeyd etmək lazım idi ki, bu son 5 il ərzində onun ilk mətbuat konfransı idi. Bundan öncə gələn uzun susqunluq dövründə o heç bir ciddi addım atmamışdır ki, erməni xalqının dəstəyin əldə etsin.

Sülh quruculuğu üçün məkan

   Minsk prosesi çərçivəsində aparılan iş bu günədək yalnız sülh yaratmağa üstünlük vermişdir, yəni bu iş hərtərəfli çözümün əldə olunması və baxışlarda dəyişikliklərə nail olunması ətrafında deyil, məhz razılaşmanın imazlanması istiqamətində aparılmışdır. Bundan fərqli olaraq sülh quruculuğu konsepsiyası göstərir ki, razılaşmanın əldə edilməsin mümükün edən  və hərtərəfli çözüm istiqamətində  ilk addım atmağa imkan yaradan müvafiq mühitin formalaşmasıüçün məsələyə olan münasibət dəyişməlidir.siyasi liderlərdən müstəsna asılılıq onların əldə etdiyi hər hansı kompromisləri ölkə daxilində rədd edilmək təhlükəsi altına qoyur. Sülh prosesini sülh quruculuğu ilə gücləndirmək üçün cəmiyyətin geniş dairələri ilə daha fəal ünsiyyət yaratmaq lazımdır, belə bir ünsiyyətsiz cəmiyyətdə sülh prosesinə sahiblik hissi yarana bilməz. Dağlıq Qarabağın misalında göründüyü kimi, geniş ictimai dəstək qazanmadan razılaşma əldə etmək mümkün deyil.

   Problem yalnız ictimaiyyətlə əlaqələr məsələsindən ibarət deyildir, bu problem həmçinin milli kimlik və maraqlar kimi fundamental anlayışlara toxunur. Məsələn, erməni tərəfi barəsində danışarkən bilmək lazımdır ki, Yerevanla Stepanakertin fərqli mövqeləri öz növbəsində erməni diasporunun tutduğu mövqedən fərqlənir. Lakin ermənilərin siyasi mədəniyyətində ermənilər arasında hər hansı ixtilaflara qadağa qoyulub, və əgər hər hansı məsələyə fərqli mövqe nümayiş edilərsə, bu mövqeyə adətən ermənilərin milli ideallarına “xəyanət” damğası vurulur. Azərbaycan tərəfində də müxtəlif iştirakçılar arasında aktiv daxili ünsiyyətə ehtiyac var, xüsusilə də bu prosesə məcburi köçkünlər cəlb olunmalıdır. Liderlər arasında davamlı konsensusu əldə etməzdən əvvəl müxtəlif sosial qrupların arasında və daxilində barışıq proseslərin başlamaq lazımdır. Bu sahədə də müzakirələr üçün forumların yaradılmasında və Qarabağ məsələsində “milli maraqların” nədən ibarət olması məsələsi ətrafında münaqişə tərəflərinə öz cəmiyyətləri daxilində konsensusa gəlməkdə ATƏT böyük köməklik göstərə bilər.

   İndiyə kimi ATƏT bu problemin altına girib belə tamamlayıcı yanaşmanı hazırlamaq məqsədilə tərəflərlə işləməyə cəhd göstərməmişdir. Baxmayaraq ki, ATƏT-in təcrübəsində belə presedentlər olmayıb, rəsmi diplomatiya İkinci və Üçüncü səviyyəli xalq diplomatiyası ilə tamamlanmalıdır, bu diplomatiyanı müştərək və çoxsəviyyəli yanaşma çərçivəsində digər iştirakçılar həyata keçirməlidir. Aydındır ki, bu azərbaycanlılar ilə ermənilər arasında birbaşa əlqələrə icazənin verilməsi deməkdir. Nəzərə alsaq ki, Azərbaycanda belə fikirləri yaxın buraxmırlar, tərəfləri sülh quruculuğu ilə sülh prosesinin tamamlanması zərurətinə inandırmaq Minsk qrupunun prioritetlərindən biri ola bilər. Bu proses həmçinin Dağlıq Qarabağın hökuməti ilə faktiki danışıqların vacibliyini nəzərdə tutur. Minsk Qrupu bu məsələ ilə bağlı birbaşa əlaqə üçün təmas xəttindən keçən yolun təmin edilməsi ideyasını dəstəkləyə bilərdi ki, Dağlıq Qarabağa getmək istəyən beynəlxalq təşkilatlar Azərbaycanın de yure sərhədlərin pozmadan gedə bilsinlər.

   ATƏT-in effektivliyi bu təşkilata üzv olan dövlətlərin iradəsi və arzusundan asılıdır. Bununla belə, ATƏT daxilində üzvlərin prioritetləri arasında ixtilaflar var. ATƏT-in Qarabağ münaqişəsində yığdığı vasitəçilik təçrübəsi göstərir ki, çoxsaylı iştirakçıdan ibarət qruplaşmanın ayrı-ayrı üzvlərindən daha güclü və ya mütərəqqi olduğunu söyləməyə heç bir əsas yoxdur. Bundan başqa, bu münaqişədə vasitəçilik həmçinin birdəfəlik və tədricən proseslərin dilemması ilə bağlıdır. Bunlardan birincisi– erməni-Azərbaycan sülh prosesi, ikincisi- iki iştirakçı dövlətlərin bir-birinə zidd prioritetləri olan vəziyyətdə ATƏT-in potensialının möhkəmləndirilməsi, üçüncüsü- cəmiyyət-daxili müzakirələrdir. Bu heç də tam siyashı deyil. Bu proseslər arasında əlaqə aydın görünür, lakin mövcud institusional və konseptual mexanizmlər belə mürəkkəb məsələlərin həll edilməsi üçün kifayət etmir. Digər ölkələrdə aparılan sülh prosesləri bir daha göstərir ki, üçüncü tərəfin rolunu dəqiq müəyyənləşdirmək və müxtəlif hökumət və qeyri-hökumət iştirakçılarının çoxşaxəli sülh prosesinə cəlb edilməsinin vacibliyini göstərir. ATƏT-in vasitəçilik sisteminin nailiyyətləri və məhdudiyyətləri yaşadığımız dünyanın rəmzidir və həmçinin, siyasətdə yeni qlobal yanaşmanın işlənib hazırlanmasına bir çağırışdır.

Məqalənin müəllifi: Volker Ceykobi

1998-99-cu illərdə ATƏT-in

 fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə Şəxsi

 Nümayəndəsinin köməkçisi çalışmışdır.

1999-cu ildə Ermənistan siyasəti üzrə

Dktorluq dissertasiyasın müdafiə etmiş, 1999-2004-cü illərdə

ATƏT-in Gürcüstandakı missiyasında müxtəlif vəzifələrdə işləmişdir.

Категория: Siyasi | Добавил: Fazik (12.04.2009)
Просмотров: 1539 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024