Sizin Milli İntellektual Məkan
Пятница, 19.04.2024, 06:32
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Beynelxalq Senedler. [1] Siyasi [25] Dini [3]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » Статьи » Maraqlı. » Siyasi

Balkan Yarımadasında Kosova problemi ve bunun Dağlıq Qarabağ münaqişesine presidentlik meselesi

 

Balkan Yarımadasında Kosova problemi və bunun Dağlıq Qarabağ münaqişəsinə presidentlik məsələsi

 

Balkan yarımadası hər zaman dünyadakı müharibələrin çoxunun ilk başlanğıc yeri ya da səbəbi olmuş, böyük dövlətlərin bir-birləri arasındakı mübarizədə ümidsiz istifadə edilmiş və insanları illər ərzində müharibə, məhv, anarxiya içində yaşamağa məcbur edilmişdir. Balkan yarımadası coğrafi quruluşu, insanları və tarixi prosesi ilə beynəlxalq arenada ön plana çıxır. Balkan insanları tarix boyunca alçaldılmış, istəkləri nəzərə alınmamış, qısaca olaraq Balkan insanından həmişə qorxulmuşdur. Bu qorxu Qərbin diqqətini böyük nisbətdə bu bölgəyə yönəltməsinə və bunun nəticəsində də siyasi maraqlarının Balkanlar üzərində toplaşmasına səbəb olmuşdur.

Osmanlılar üçün sahib olduqları ucsuz-bucaqsız ərazi üzərində Balkanların həmişə xüsusi bir yeri olmuşdur. Bu özəl yer tarix boyu yaşadıqları ilə özünə verilən əhəmiyyətin əbəs yerə olmadığını sübut etmişdir. Bu gün keçmiş Yuqoslaviyada silahlar susmuş olsa da, Daytonda imzalanan atəşkəs anlaşmaları hələ daimi bir sülhə zəmanət verə bilməz. Hər an başlaya biləcək müharibə ehtimalı Balkan yarımadasındakı sülhü təhdid etməyə davam etməkdədir. Bu problemi həll etmək üçün regionda davam edən iğtişaşları əlaqəli, müstəqil nöqteyi-nəzərdən inkişaf etdirmək və uzunmüddətli stabilliyin yaranmasına istiqamətlənmiş Qərbli yanaşma təkilf etmək məqsədilə 1995-ci ilin iyulunda Berlin Aspen İnstitutuBeynəlxalq Karnegi Sülh Fondu tərəfindən Beynəlxalq Komissiya qurulmuşdur. Komissiyanın Türkiyə də daxil olmaqla bütün Balkan ölkələrində geniş bir siyasi vəziyyəti müşahidə edərək reallaşdırdığı yüksək səviyyəli danışıqlara əsaslanaraq hazırladığı hesabat heç şübhəsiz Balkan ölkəsi olaraq Türkiyəni də yaxından maraqlandırmaqdadır.

Tarix ərzində Balkanlar üzərində bir çox müharibə baş verməsinə baxmayaraq, albanlarla serblərin qarşı-qarşıya gəlməsi  illərdən bəri davam edən dostluqdan və bir sıra müharibələrdə müttəfiq olaraq çıxış etdiklərindən təbii qarşılanmamışdır. İllər boyu bir neçə dəfə birlikdə döyüşən bu iki xalq nə üçün isə bir anda qarşı-qarşıya gəlmişdir. Bu da “Qərbin bir oyunumu?” sualını diqqət mərkəzinə gətirir. Müasir tarixçilər keçmiş dövrün arxivlərini araşdırarkən serblər ilə albanları bir-birilərini ayırmaqda problemlə üzləşərkən yaxın zamanları tədqiq edərkən necə olub da belə düşmən münasibətdə olduqlarını anlamaqda çətinlik çəkirlər. Balkanlardakı milli dövlətlərin sərhədlərinin formalaşması ilə müəyyən bir millətə aid olan qruplar qonşu ölkələrin sərhədləri içində qalmış və beləcə milli azlıq halına gəlmişlər. Təəssüf ki, azlıqlara heç bir zaman mədəni zənginlik gözü ilə baxılmadı. Bu azlıqların ana vətənləri tərəfindən bir xarici siyasət vasitəsi olaraq istifadə olunduğu istiqamətdəki baxış uzun müddət Balkanlarda geniş diqqət mərkəzində qaldı. Doğrudan da, 1990-cı illərdə Balkanlaarda baş verənlərə nəzər yetirdikdə azlıqların münaqişələri başladan bir qığılcım olaraq istifadə olunduğu görülür.

Soyuq müharibənin qurtarmasının ardınca Balkanlarda baş verənlər, sülhün hakim olacağı bir dünya nizamının qurulacağı ümidlərini azaltmışdır. Özü ilə barışdırıcı, çoxmədəniyyətli demokratik cəmiyyətlərdən hələ çox uzaqdayıq. Qərblilərin illərdən bəri silsiləli problem deyə adlandırdıqları Şərq bölgəsi bu adın nə üçün özünə verildiyini əsaslandırmışdır. Problemlər 1989-cu ildən etibarən təhlükəli ölçüdə ortaya çıxmağa başlamışdır. SSRİ-nin və Yuqoslaviyanın süqutundan sonra bucaqlara çəkilmiş olan gizli qüvvələr meydana çıxmış və illər boyu dünyanın təhlükəsizliyinə zərbə vurmuşlar.

İllər boyu dostluq və əmin-amanlıq içində yaşamış, eyni mədəniyyətə və dəyərlərə malik xalqlar əsasında neft dayanan iqtisadi səbəblər üzündən bir-birlərinə düşmən olmuşlar. Bunun məsuliyyətlisi kimi böhranlı vaxtlarda başa gələn və revizyonist siyasəti mənimsəmiş liderlər də göstərilə bilər. Soyuq müharibənin başa çatması ilə meydana çıxan Balkanlardakı böhranlar yaşadığımız on il içində bu və ya digər ölçüdə yatırılmışdır. Regiondakı böhranların çoxunun müvəqqəti müqavilələrlə nəticələnmiş olduğu düşünülərsə, Balkan yarımadasında tam bir stabilliyin yaranmasının mümkün olub olmaması sualı gündəmi tutmaqda davam edəcəkdir. Balkanların soyuq müharibə sonrası dövrünü yaxşıca anlamaq üçün bütün baş verən hadisələri ayrılıqda incələmək lazımdır. 1989-cu ildən 1999-cu ilədək keçən on ildə Balkanlarda böyük çalxalanmalar baş verərkən siyasi baxımdan stabillik təqdim etdikləri fərzedilən ölkələr də iqtisadi arenada ciddi problemlərlə qarşılaşmışdır. Danışıq mövzusu 10 il içində Balkan ölkələrinin tamamı–kimiləri olduqca sürətli, kimiləri ağrılı,kimiləri qanlı, kimiləri əsas meylləri izləyərək, kimiləri isə uzun müddət müqavimət göstərərək bu dəyişiklik yoluna daxil olmuşlar.

Amerika Birləşmiş Ştatlarının Avrasiya, dolayısıyla Balkan yarımadası bölgəsinə istiqamətlənmiş proyektləri yanında Avropa Birliyinin də bölgəyə dair planlarının olduğu məlumdur. “Beynəlxalq Balkan Komissiyası”-nın hazırladığı “The Balkans in Europa`s Future” başlıqlı hesabatda Balkan yarımadasının Avropa Birliyindəki yeri nəzərə çarpır.

İlk növbədə isə bu hesabatın yaranma tarixinə bir nəzər yetirək. Beynəlxalq Balkan Komissiyası Culiano D`Amatonun rəhbərliyi altında Romada öz iclasına başladı. İclasın yekunu kimi Roma bəyannaməsi qəbul olundu. Bəyannamə aşağıdakı sözlərlə başlayırdı: “Öz işinə başladıqdan iki il sonra və “Avropa gələcəyində Balkanlar” hesabatını nəşr etdikdən bir il sonra Beynəlxalq Balkan Komissiyası özünün son iclasını 2006-cı il Mayın 8-9-da Romada təşkil etdi. Nəşr olunmuş bəyannaməsində Beynəlxalq Balkan Komissiyasının üzvləri Qərbi Balkan ölkələrinə aydın üzvlük perspektivi verməməyin təhlükələri haqqında AB-ni xəbərdar edir”. Bir il bundan əvvəl nəşr etdiyimiz hesabatda biz qərar qəbul etdik ki, Qərbi Balkanlarda mövcud vəziyyətin gedişi təhlükəli, qeyri-sabitdir və Avropa İnteqrasiyası regiona inkişaf və müvəffəqiyyət gətirməyin yeganə yoludur. Bugün baxışlarımız yenidən dəyişmişdir. Buna görə də narahatıq ki, 2003-cü ildə regionu AB-nə qəbul etmək haqqında qərar qəbul edəndə Avropa liderləri öhdəliklərini yerinə yetirmək cəsarətlərini itirmişlər. Fransa və Hollandiyada Avropa Birliyi konstitusiyasının ratifikasiya olunmasına dair referendumun nəticələrindən təşvişə düşmüş AB ölkə liderləri Balkanlardakı islahatlara baxmayaraq, öz siyasi kurslarından geri çəkilməmişlər, sadəcə olaraq status-kvo-ya rəhbərlik etməyə icazə vermişlər. Beynəlxalq Balkan Komissiyasının “Avropa gələcəyində Balkanlar” hesabatı özlüyündə aşağıdakı tərkib hissələri daşıyır:

I Fəsil. Təhlükəli status-kvo(mövcud vəziyyət) və AB-nin Balkan dilemması

1.1.            Ümidlər dəliyi

1.2.            İnkişafda uyğunsuzluq

1.3.            İnteqrasiya tələsi

II Fəsil. Yeni siyasi quruluşun elementləri

1)      Konstitusional və Status məsələlər

1.1.            Konstitusional mühitin gedişi

1.2.            Qavranılan xəritə

1.3.            Status məsələlərin xarici görünüşü

1.3.1.      Kosovanin son vəziyyəti

1.3.2.      Bosniya: Bonndan Brüsselə qədər

1.3.3.      Serbiya və Çernoqoriya: Funksional federasiya yaxud funksional seperatizm

1.3.4.      Makedoniya müvəffəqiyyətinin sirri

2)      İnteqrasiya çağırışı

2.1. Üzv dövlətlərin yenidən qurulması

   2.1.1. Üzv-dövlət qurulması institusion qurulma kimi

   2.1.2. Kəskin vizalar, kəskin sərhədlər

   2.1.3. Haaqa dilemması

III Fəsil. Nəticələr.

Ümid edək ki, hesabatı nəzərdən keçirərkən az da olsa, təsəvvür yaratmaq mümkün olmuşdur. Burada əsas məqsəd hesabatla tanışlıq, onun dövlətimizə – xüsusən Kosova probleminin Dağlıq Qarabağ münaqişəsinə nə kimi təsir göstərdiyini araşdırmaqdır.

Son dövrlərdə Rusiyanın bəzi hakim dairələri, xüsusən prezident səviyyəsində Marti Axtisarinin Kosovanın müstəqilliyini nəzərdə tutan planına qarşı etirazlar səslənmişdir. Belə ki, Prezident V. Putin müsahibələrinin birində bildirmişdir ki, əgər Kosovaya müstəqillik verilərsə, onda bu hal Postsovet məkanında dondurulmuş münaqişələrə president ola bilər. Hətta bu hal Kosovanın müstəqilliyinin elan olunmasından sonra da davam etməkdədir. İndiki dövrdə Kosovanın istiqlaliyyətinin elan olunmasından sonra hansı hadisələrin baş verəcəyini söyləmək bir qədər çətinlik yaradır. Həmçinin Rusiyanın Serbiyaya bu dəstəyini BMT-nin Təhlükəsizlik Şurasında da müşahidə edə bilərik. Onu da qeyd etmək lazımdır ki, Kosova albanları keçmiş Yuqoslaviya tərəfindən etnik təmizləməyə məruz qalmışdır. Ancaq bunu süni şəkildə yaradılmış münaqişələrdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsində görmək mümkün deyildir. Yəni Qarabağın azərbaycanlı icması erməni millətəçiləri tərəfindən soyqırıma uğradılmışdır. Bu hadisəni əldə rəhbər tutaraq demək mümkündür ki, Kosova albanları ilə Qarabağın erməni icması arsında heç bir oxşarlıqdan söhbət gedə bilməz. Əksinə əgər separatçı adlandırılan Kosova albanları etnik təmizləməyə məruz qaldıqları halda erməni icması isə separatçılıq mövqeyindən çıxış edərək Qarabağın yerli əhalisi olan azərbaycanlıları məhvə sürükləmişlər. Bununla əlaqədar 1993-cü il ərzində BMT-nin TŞ-sı Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Hər bir qətnamə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı nəticəsində qəbul edilmişdir. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməmişdir. Bunlarla yanaşı BMT Baş Məclisinin 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair” qətnaməsində Azərbaycana qarşı ikili standartların aparılmasının açıq-aydın şahidi olduq. Bu qətnamə həmçinin ATƏT-in Minsk qrupunun əsl simasını göstərmiş oldu.

Hesabat Avropa Birliyinin keçmişdə gerçəkləşdirdiyi siyasətin Balkan yarımadasında uğursuzluqla nəticələndiyinə diqqəti çəkərək AB-nə yeni meyllərin müəyyənləşdirməyi tövsiyə edir. “Beynəlxalq Balkan Komissiyası”nın sədri İtaliyanın keçmiş baş naziri Culiano D`Amato Avropa Birliyinin Balkan yarımadası meyllərinin mütləq “uzun müddətli” olmasına işarə edir. Balkan yarımadasının Avropa Birliyinə problemsiz inteqrasiyası üçün 10 illik bir prosesin planlaşdırılmasını istəyən Beynəlxalq Balkan Komissiyası tam müstəqilliyini əldə etməmiş ölkələrin də AB üzvü ola bilməsini vurğulayır.

Xüsusilə Kosovaya istinad edilən hesabatda AB-nə üzvlük prosesinin addım-addım bu şəkildə işlədilməsi istənilir: Birinci addımda problemli də olsa, suverenlik haqqı olan ölkə içindəki bölgənin idarəçilik səlahiyyəti AB-nə həvalə olunur. Buna “sərhədli müstəqillik” mərhələsi deyilir. Avropa Birliyi ikinci addımda səlahiyyətlərinin böyük qismini yerli idarəçiliyə təhvil verir. Üçüncü addımda Kosova ilə AB arasında üzvlük müzakirələrinin başlaması nəzərdə tutulur. Bu cür həyata keçirilməyə hesabatda “istiqamətləndirilmiş suverenlik” adı verilir. Beynəlxalq Balkan Komissiyası Avropa Birliyinə “inteqrasiyadan əvvəldə dövlət qurma” metodu yerinə “üzv dövlət qurma” metoduna keçilməsini təklif edir.

Hesabat Serbiya rəhbərləri tərəfindən şiddətlə rədd edilmişdir. Lakin Beynəlxalq Böhran Qrupunun direktoru Layon isə bilirmişdir ki, “beynəlxalq ictimaiyyət Kosovanın müstəqilliyinə dair qərar vermişdir.” Eyni zamanda ABŞ-ın keçmiş Balkan təmsilçisi Holburka görə “Serbiya rəhbərliyi Kosovanın geri qaytarılması ilə AB üzvü olma, dolayısı ilə daha yaxşı gələcəyi arasında seçim etmək qarşısındadır”.

 “Beynəlxalq Balkan Komissiyası”-nın hazırladığı hesabat istər-istəməz “Seçim” adlı kitabında Avrasiyanın alt hissəsin “Qlobal Balkan” olaraq göstərən və regionun ABŞ üçün çox vacib olduğuna diqqəti çəkən Zbiqnev Bjezinskini yadımıza salır...

Bjezinski də Balkan Komissiyasının AB-nə söylədiyi kimi ABŞ-a soyuq müharlbə zamanında həyata keçirtdiyi taktikaları bir kənara buraxaraq, Qlobal Balkan regionu üçün çoxtərəfli bir strtegiya və yeni yanaşmaları inkişaf etdirməyin vacib olduğunu söyləyir. “Qlobal Balkan” regionunun gələcək illərdə dünyanın ən təhlükəli bölgəsi olacağını iddia edən Bjezinskiyə görə bu region partladıcı potensialı ilə dünyada xaosa səbəb ola biləcək bir keyfiyyətə malikdir.

Göründüyü kimi, həm AB-nin, həm də ABŞ-nın Balkan yarımadası üzərində ciddi bir hegemonluq qurma mübarizəsi var. Bu mübarizənin də əsasında regionun zəngin yeraltı qaynaqları dayanır.

Avropa Birliyi və Amerika Birləşmiş Ştatları bu regionun geostrateji xüsusiyyətini diqqət mərkəzində saxlayaraq müxtəlif manevrlərlə region üzərində sözə sahib olmağın yollarını axtarır.

Avropa Birliyinin həmən yaxınlığındakı regionda ABŞ-ın hakimiyyət qurmasını istəməyəcəyini düşündükdə növbəti illərdə Balkan yarımadası üçün çox ciddi bir hegemonluq mübarizəsinin yaşanacağını söyləmək yanlış olmayacaqdır.

 

Müəllif: Nicat Quluzadə

 

Категория: Siyasi | Добавил: Fazik (10.04.2009)
Просмотров: 2316 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024