Sizin Milli İntellektual Məkan
Четверг, 18.04.2024, 18:36
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Beynelxalq Senedler. [1] Siyasi [25] Dini [3]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » Статьи » Maraqlı. » Siyasi

Xarici siyasetde "Yalnizciliq" strategiyasi

Y a l n ı z ç ı l ı q   S i y a s ə t i

   Beynəlxalq Münasibətlərdə infirat siyasəti, ayrı durma siyasəti, izolasiya siyasəti və Monro doktrinası kimi eyni anlam verən “Yalnızçılıq” siyasəti-beynəlxalq münasibətlərə aktiv qoşulmamaq və digər dövlətlərlə  diplomatik hətta ticari əlaqələri ən alt səviyyədə tutmağı əsas bilən bir xarici siyasət strategiyasıdır. Yalnızçılıq siyasətin həyata keçirən  bir dövlət ilk olaraq hərbi ittifaqlara qoşulmaqdan və ölkəsində başqa dövlətə və ya təşkilata məxsus qoşunların yerləşməsi ilə bağlı məqamlardan bacardığı qədər qaçmağa nail olmalıdır.

   Belə bir siyasətin həyata keçirilməsi, dövlətin təhlükəsizliyi və müstəqilliyini bu şəkildə qoruya bilmək dərkindən irəli gəlir. Ancaq yalnızçılıq siyasətin həyata keçirən dövlətin hər şeydən öncə həm özünün təhlükəsizliyin təmin etməyə həm də beynəlxalq təhlükələri qarşılamağa gücü yetərincə olmalıdır. Dolayısı ilə desək bu siyasəti həyata keçirın dövlət iqtisadi və sosial baxımdan özünə yetərlidir və beynəlxalq aləmi öz istəkləri və maraqları çərçivəsində dəyişdirmək istəmir.

   Yalnızçılıq siyasətin uğurla həyata keçirmək üçün dövlətlər arasında təsdiqlənmiş güclər balansının mövcud olması zəruri bir haldır. Yəni belə demək olarsa bu cür siyasətin həyata keçirilməsi yalnız balanslaşdırılmış bir mühitdə mümkündür və ən rahat yolu da budur. Bu həmçinin o deməkdir ki, bloklaşmanın mövcud olduğu iki qütüblü sistemlərdə bu istiqamətdə siyasətlərin izlənməsi olduqca çətindir hətta buna imkansız demək daha yerinə düşər.

   Ən sonda əgər bir ölkə yalnızçılıq siyasətin həyata keçirmək istəyirsə, həmən dövlətin çoğrafi və topoqrafik xüsusiyyətləri də buna uyğun olmalıdır. Yəni, ölkənin dağlarla əhatələnməsi, okean və ya dənizlərlə digər dövlətlərdən ayrılması buna aiddir və bu kimi xüsusiyyətlər icazə verirdi ki, XX əsrə kimi xarici siyasətdə yalnızçılıq adlanan strategiya geniş tədbiq olunsun və dövlətləri xarici təcavüz faktorundan qorusun. Lakin çoğrafi və topoqrafik üstünlüyü nəzərə alaraq bu siyasətin izlənməsi artıq texnologiyanın inkişafı ilə öz əhəmiyyətin itirmiş oldu. Çünki artıq özün çoğrafi üstünlüklə izolasiya edən dövlətə hərbi müdaxilə etmək artıq çətinlik törətmirdi.

   Yalnızçılıq siyasətin aparan dövlətlər digər dövlətlərlə ticari və diplomatik əlaqələrə girirlər; lakin bu əlaqələrin digər dövlətlərlə öz aralarında münaqişə və ya mübahisənin yaranmasına yol verməməyə çalışırlar və buna xüsusi diqqət ayırırlar. Ayrıca demək lazımdır ki, bu siyasəti aparan dövlətlər digər dövlətlər kimi də beynəlxalq əlaqələrdəki prosesləri izləyirlər və bunu nəzərə almamazlıq münasibətin nümayiş etmirlər.

   Keçmişdə bu siyasəti ABŞ və SSRİ kimi böyük dövlətlər tərəfindən tədbiq olunmuşdur lakin sonradan bundan imtina edilmişdir.

   Amerikada ilk dəfə 1782-də Jhon Adams tərəfindən dilə gətirilmiş və Adams-Avropa işlərinə qarışmamaq istiqamətini xarici siyasətə tədbiq etmək istəmişdir. George Washington isə, 1796-da vida nitqində, əsl siyasətin heç bir dövlətlə ittifaqa girməməyin və Avropanın daxili işinə qarışmamağın olduğunu demişdir.

   Yalnızçılıq siyasətin ABŞ-ın xarici siyasətində ilk dəfə tam bir şəkildə həyata keçirilməsi Prezident Monrenin 1823-də Konqresə göndərdiyi mesajından sonra baş tutmuşdur. Bu siyasət sonradan Monre Doktrinası adın almışdır. Prezident Monre öz mesajında iki məsələ üzərində dururdu:

1)    Amerikanın Avropa ilə heç bir siyasi əlaqəsi yoxdur və Avropa işlərinə qarışmayacaqdır. Buna qarşılıq olaraq Avropa dövlətləri də Amerika qitələrinin iç işlərinə qarışmamalıdır və Amerika qiələrində uzaq durmalıdır.

2)    Amerikanın bu istəyinə baxmayaraq əgər hərhansı bir Avropa dövləti Amerika qitəsinə ayaq basarsa və bu qitədə müstəmləkəçilik fikrində olarsa, ABŞ bu hərəkəti düşmən hərəkəti kimi nəzərdə keçirəcək və Avropa

dövlətləri ABŞ-ı öz qarşılarında görəcəklər.

3)    Əgər Avropa ABŞ-la münasibətlərə girmək istəyirsə regiona müdaxilədən yayınmalıdır.

   Bilindiyi kimi XVII və XVIII əsrlərdə İngiltərənin Amerika qitəsindəki əsas müstəmləkələri Şimali Amerikada Atlantik sahillərində 13 koloniya idi. Bu koloniyalar İngiltərənin siyasi və iqtisadi təzyiqinə cavab olaraq 1772-ci ildən başlayaraq etiraza qalxdılar və 1776-da müstəqilliyin elan etdilər. İngiltərə isə onların müstəqilliyin dolayısı ilə 1782-də tanıdı. Daha sonra Floridanı İspaniyadan (1819) aldı, Yeni Meksikanı, Arizonanı və Kaliforniyanı (1845-də) ABŞ-a birləşdi, Oregon (1846) birləşdi, en son olaraq isə Alyaska (1867) Rusiya İmperiyasından  satın alındı və ABŞ hazırki vəziyyətə gəlib çıxdı. Artıq ABŞ bir dövlət kimi Avropadan ayrılmalı idi ki həm daxili siyasətin ( hindularla müharibə, irqi ayrıseçkilik nəticəsində cəmiyyətdə gərginliyin olması və s.)  nizamlasın həm də Cənubi Amerikaya yiyələnsin (öz təsir dairəsinə salsın). Lakin Cənubi Amerikadakı müstəmləkələr İspan kralının mülkü idi və ABŞ o qədər qüdrətli deyildi ki İspanlar ilə müharibəyə başlasın bu səbəbdən də onlar uyğun beynəlxalq şəraitdən (Napoleonun Avropada müharibəsi və İspan kralını taxtdan endirməsi) istifadə edərək Cənubi Amerikada müstəqillik hərəkatların dəstək verdi (maddi, mənəvi, texniki) və bu istiqamətdə fəaliyyətin genişləndirdi. Nəticə olaraq 1810-18 ci illərdə Cənubi Amerikanın demək olar ki, əksər ölkələri müstəqilliklərin elan etdilər. Avropa dövlətləri dərhal buna reaksiya verdilər Metternix müstəmləkələrdə əvvəlki vəziyyəti bərpa etmək istədi və Fransadan dəstək aldı. Lakin ABŞ və İngiltərə buna qarşı çıxdı. ABŞ-ın qarşı çıxmaqda məqsədi bu regionda Avropanın təsirin məhv etmək və öz siyasi təsirin genişləndirmək. İngiltərənin məqsədi müstəqil dövlətlərlə rahat ticarət etmək. Məhz bütün bunlardan sonra Monro doktrinası gəldi meydana və demək olar ki, düz vaxtında gəlmişdir. Çünki bütün bunlardan sonra Avropanın qitəyə müdaxiləsi aktivləşə bilərdi.
Lakin ABŞ Yalnızçılıq siyasətin uzun müddət apardı və bu da pis nəticələr verdi (1941-də Pearl Harbor faciəsi baş verdi, Yaponiya Sakit okeanda hegemonluğu ələ keçirdi, Hitler Avropanı işğal etdi və s.).

   Yalnızçılıq siyasətin SSRİ-də həyata keçirirdi. Səbəblər də demək olar ki, eyni idi. Daxili sabitliyi və inkişafı təmin etmək Rus İmperiyasının ərazisin tam nəzarətdə saxlamaq və xarici müdaxilədən yayınmaq. Lakin burda bu siyasətin mənfi nəticəsi ABŞ-dan daha da pis oldu. Çoğrafi və iqtisadi cəhətdən Avropaya bağlı olan SSRİ-nin bu siyasəti onun iqtisadiyyatın demək olar ki çökdürdü.

   Yaponiya da özünün əla çoğrafi xüsusiyyətinə görə yalnızçılıq siyasətin həyata keçirirdi. Bu da tarixən onu bir dövlət kimi istilalardan qorumuşdur. Lakin sonra pis nəticələr verdi və Yaponiya ilk dəfə xarici qoşunlar tərəfindən işğal olundu. Bunun da səbəbi aydın idi-Yaponiyanın özünü qapalı saxlamağa yetərincə daxili resursu yox idi. Həmçinin ölkənin uzun müddət ayrı qalması onun iqtisadi inkişafın geridə saxlamış və ölkə hərbi texniki cəhətdən geriləmişdi.

   Ümümiyyətlə müasir dövrdə bu siyasəti uzun müddət həyata keçirmək mümkün deyil. Buna səbəb hərbi texnologiyanın çox güclü inkişaf etməsidir.

Müəllif: Vəliyev Fərzəli

Категория: Siyasi | Добавил: Fazik (28.03.2009)
Просмотров: 1502 | Рейтинг: 5.0/1 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024