Sizin Milli İntellektual Məkan
Пятница, 26.04.2024, 11:21
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Beynelxalq Senedler. [1] Siyasi [25] Dini [3]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » Статьи » Maraqlı. » Siyasi

Canaqqala turkun shanlı tarixi

 

Çanaqqala türkün şanlı tarixi

 

Çanaqqala döyüşləri müharibələr tarixinə özünün misilsiz adını yazmışdır. Bu savaşlar nəticəsində türklər dünyaya öz döyüş əzmlərini sübut etmişlər. Min illik döyüş təcrübəsi olan böyük türk millətinin Birinci cahan müharibəsindəki zəfəri bu ulusun bir daha yenilməz olduğunu təsdiqləmiş oldu. Bu qalibiyyət savaşın taleyində əhəmiyyətli dönüş yaratmış və onu daha bir neçə il uzatmışdır. Çanaqqala Döyüşləri, əsrimizin ən böyük döyüşlərindən biridir. Birinci dünya müharibəsini qalib şəkildə bitirmək istəyən düşmən dövlətlər gəmiləri ilə Çanaqqala boğazını keçib İstanbulu almaq istəyirdilər. Osmanlı ordusu İngilis və Fransız donanmalarına qarşı Çanaqqala boğazında aylarla sürən silsilə dəniz və quru döyüşləri aparmışdır. 250.000 türk əsgərinin şəhid olduğu bu döyüşlər nəticəsində düşmən donanmaları ağır itkinlər verərək geri çəkilmişlər. Çanaqqala Döyüşlərinin dənizlə əlaqədar hissəsi 18 Mart 1915-ci il tarixində düşmən gəmilərinin geri çəkilmələri ilə nəticələnmişdir. Bu səbəblə hər 18 Mart günündə Çanaqqala döyüşlərini xatırlamaqdayıq.

Haqqında danışılan dövrdə regionun vəziyyəti elə də ürəkaçan deyildi. Xüsusən tarixin gördüyü ən geniş sərhədlərə sahib olmuş, hər növ milləti, inancı içində saxlamış və təxminən 600 ildən artıq müddətdə davam edən Osmanlı səltənəti 20-ci əsrin əvvəlində süqut edirdi. Xaricdə və daxilində yaşadığı mübarizələr Osmanlı dövlətini çökdürür, torpaqlarını və gücünü azaldırdı. Sonda Trablis və Balkan döyüşləri ilə bir-birinin ardınca uduzan Osmanlı dövləti Şərqi Trakiya xaricində Avropadakı bütün torpaqlarını əldən vermiş, hörmətini və gücünü itirmişdi. Artıq Osmanlı dövlətinin ölümü gözlənilir və digər ölkələr tərəfindən bölüşdürülmə planları hazırlanırdı. Rusiya boğazları ələ keçərib isti dənizlərə çıxmağı hədəfləyərkən, İngiltərə Süveyş Kanalı və Hind yolunun təhlükəsizliyi üçün Fələstini ələ keçərmə planını hazırlayır; Fransa Livan, Suriya və Kilikiyanın idarəsini arzulayır; Almanlar şərqə yayılma siyasəti güdür, İtalyanlar isə Antaliyaya sahib olmağı istəyirdilər.

Birinci dünya müharibəsinin başlamasının ardınca Osmanlı dövləti əvvəl Antanta dövlətləri ilə birlikdə olmağa niyyət etdisə də, Rusiyanın bu vəziyyətə soyuq yanaşması Osmanlını Almaniyaya doğru istiqamətləndirdi və 2 Avqust 1914-cü ildə edilən gizli bir anlaşma ilə alman-türk ittifaqı dəqiqləşdi.

Müharibə getdikcə özünə daha çox tərəfdar toplayırdı. Osmanlı imperiyasına yönəlmiş gizli planlar, anlaşmalar həddən artıq çirkin xarakter almağa başlamışdı. Antanta dövlətlərinin dəniz hərəkatı 19 Fevral 1915-ci ildə başladı. Həmin ilin mart ayına qədər düşmən gəmiləri türk istehkamlarını top atəşinə tutdu. Boğazları güclə keçə biləcəklərinə inanan düşmənin  silahlı qüvvələri bunun müqabilində qərarlı və müqavimətli cavab almaları bu işin o qədər də asan olmadığını göstərirdi. Bir ay boyunca davam edən minlərlə güllə atışmasının ardınca çox da böyük bir uğur əldə edilə bilməmişdi.

Plana görə 18 Mart səhəri 3 dəniz diviziyasından ibarət olan düşmən donanması boğazda meydana çıxdı. Donanmanın ən güclü gəmilərindən ibarət olan 1-ci Diviziya şəxsən Admiral de Robek tərəfindən idarə olunurdu.

Planın ikinci mərhələsində Türk batareyaları üzərində kifayət qədər üstünlük təmin edilə bilsə Polkovnik Hayes Sadler əmrindəki 2-ci diviziya döyüşə girəcəkdi. Okean, İrresistibl (Qarşısıalınmaz), Albion, Sviftsun və Majestic gəmisindən ibarət olan 2-ci diviziya 3-cü diviziyanın yerini alacaq və B xəttindən son olaraq yaxın döyüş edilərək. İstehkamlar içində olmayıb mina xəttlərini müdafiə edən toplar korlanaraq borbardman edildikdən dərhal sonra mina hazırlama əməliyyatlarına başlanacaqdı. Lakin 3-cü diviziyanı əvəz edəcək 2-ci diviziya gəlmədən əvvəl gözlənilməz bir şey oldu. Getdikcə “Safren” böyük bir sürətlə boğazı tərk etməkdə və “Bouvet” gəmisi də onu izləməkdə idi. A xəttini keçmək üzrə olan Fransız gəmisi Bouvetdə bir-iki partlama oldu və Anadolu Həmidiyyə istehkamına atəş açmaqda ikən bir neçə dəqiqədə suların altına qərq oldu. Dərin bir qarışıqlıq yaşanırdı. “Queen Elizabet” və “Agamemnon” xaricindəki bütün gəmilər atəşi kəsdilər. Düşmən hərbçiləri şəxsi heyəti qurtarmağa getdiklərində 20 adam qurtarıla bilmiş, 603 adam suya batmışdı. Təxminən bu ərəfədə minaya düşən Inflexible gəmisinin vəziyyəti pis idi, amma böyük səy ilə Bozcaadaya çatdı. 2-ci diviziyanın İngilis gəmiləri 3-cü diviziyanın yerini alanda bu mənzərə ilə qarşılaşmışdı. Diviziya Namazqah istehkamını borbardman edirdi. Rumeli Həmidiyyə, daha sonra da Namazqah aldığı zərbə ilə döyüş meydanının xaricində qalmışdı.

Anadolu Həmidiyyə istehkamı ziyan görməmişdi və İrrisistibl gəmisini atəşə tutmuşdu. Elə bu aralarda gəminin yanında qorxunc bir partlama eşidildi. O, qalalardan uzaqlaşmaq istəyərkən bir minaya məruz qaldı. Bu regionda bir gecə əvvəl Nüsrətin tökdüyü minalar heç hesabda yox ikən böyük uğura nail olmuşdu. Bölgənin minalı olduğunu anlayan Admiral de Robek 2-ci diviziyanın geri çəkilməsi üçün əmr verdi. Bunun ardınca geri çəkilərkən Okean gəmisi də minaya düşmüşdü. Güclü top atəşinə baxmayaraq “Okeanın” şəxsi heyəti hərbçilər tərəfindən boşaldıldı.

18 Martda yaşananlar qarışıqlıq yaratmışdı. Lord Fişer kimi ordusuz bir donanmanın müvəffəqiyyətə çata bilməyəcəyini söyləyənlər haqlı çıxır, de Robek və Çerçil kimi hələ donanma ilə boğazları məcbur edib İstanbula çıxa biləcəyi düşüncəsi yeni hərəkət planları meydana gətirirdi. Bu hadisələr bir daha sübut etdi ki, türk milləti yenilməzdir. Çanaqqalanın keçilə bilməyəcəyini bütün Antanta dövlətlərinə göstərdi. Bu döyüşlərdə tökülən qanların hədər olmadığını dünyaya nümayiş etdirdi. Bu hadisəni böyük şair M. Hadinin şerindən bir beytlə necə də ifadə etmək olar:

“ Türkün tökülən qanları bihudə gedərmi?

   Diqqətlə düşün yoxsa bu qan həpsi hədərmi? ”

Doğurdan da bu belədir. Çanaqqala döyüşlərində 300 minə yaxın şəhid verən türk milləti Antanta dövlətlərinə qarşı qürurla dayana bilmişdir. Mustafa Kamalın əsgərlərinə "Mən sizə vuruşmağı əmr etmirəm, ölməyi əmr edirəm!" sözləri döyüşlərin taleyinin dəyişməsində əhəmiyyətli rol oynamışdır. Çanaqqaladakı İngilis Baş komandanı General Hamilton bu savaşın əhəmiyyətini, onu idarə edənləri İngiltərə Hərbiyyə nazirliyinə yazdığı yazıda Mustafa Kamalın böyük komandirliyini belə tərifləməkdədir:

 

“ İngiltərə Hərbiyyə nazirliyinə,

nə üçün geriyə çəkildiyimizi soruşursunuz, bütün gerçəyi bütün açıqlığı ilə sizə bildirmək istəyirəm: Müharibədə çox cəsurluqla döyüşən, ən yaxşı idarə edilən əsil Türk ordusunun və polkovnik Mustafa Kamal kimi dahi bir komandirin qarşısında dayanırıq. Bunu heç bir zaman unutmayaq.”

 

General Hamilton

Çanaqqala İngilis Baş komandiri

      17. 08.1915

Lakin Çanaqqala savaşları təkcə dəniz döyüşləri ilə kifayətlənmir. Belə ki, quru döyüşləri də bu önəmli hadisələrə öz şanlı tövhəsini vermişdir. Çanaqqala döyüşlərində dəniz hərəkatının müvəffəqiyyətsizliyi ümidləri quru hərəkatına çevirmişdi. Hələ 1 martda Yunanıstan Gelibolu yarımadasını işğal etmək, mümkün olduğu təqdirdə İstanbul üzərinə yeriməkdən ötrü İngiltərəyə üç diviziyalıq bir qüvvə təklif etmişdi. İngilis və Fransızlara qalsa təklif qəbul edilə bilərdi. Ancaq Rus çarı İngilis səfirinə heç bir şərt altında Yunan əsgərinin İstanbula girməsinə icazə verməyəcəyini bildirərək bu qanunun qarşısını aldı.

Türk tərəfi isə 18 martda qazandığı zəfərdən dolayı özünə olan etibarını təzələmiş, Çanaqqalanın boğazlardan keçiləməyəcəyini bütün dünyaya göstərmişdi. Bu zəfərin ardınca müttəfiqlərin qaçılmaz quru hərəkatına qarşı Türk tərəfi də son dərəcə hazırlıqlara başlamışdı. Çanaqqaladakı 5-ci Ordusu formalaşdırılmış, başına da Marşal Liman fon Sanders gətirilmişdi. Sahillər tikanlı məftillərlə əhatələnir, birliklər əhəmiyyətli yerlərə yerləşdirilir, müttəfiqlərin hər hərəkəti izlənirdi. Müttəfiq desantını gözləyən bir başqa adam isə 19-cu ehtiyat diviziyasının başında olan polkovnik-leytenant Mustafa Kamal idi.

Çanaqqala cəbhəsinin dəniz hərəkatı, şübhəsiz sıravi bir hərbi hərəkat ya da müharibə hadisəsi deyil. Boğazlar mövqeyi və tarixi əhəmiyyəti etibarilə İstanbul Qaradəniz qapısı, Çanaqqala da Egey dənizi qapısı olaraq keçmişdə daşıdıqları və dövrümüzdə daşımaqda olduqları strateji əhəmiyyət və dəyər baxımından daim birlikdə qəbul edilmiş və edilməkdədir.

Hər iki boğaz klassik və dar çərçivədə yalnız Aralıq dənizini Qaradənizə, Avropanı Asiyaya bağlayan su keçidləri ya da körpülər deyil, Aralıq dənizinin digər əhəmiyyətli su keçidlərindən Cəbəllitariq və Süveyş kanalı ilə də inteqrasiya olunaraq dünyanın böyük dənizlərini (Atlantik və Hind okeanı kimi) və böyük materik hissələrini bir-birinə bağlayan, daha geniş mənadakı geopolitik mövqesi ilə dünya siyasəti və iqtisadiyyatına olan təsirlərini bu gün də qorumaqdadır. Bu səbəblərə görə də Türk boğazları beynəlxalq əlaqələrə istiqamət verməkdə daim mərkəz nöqtəsi olmuşdur. Boğazların bu danılmaz əhəmiyyəti mövzusunda Napoleon, İstanbul bir açardır. İstanbula sahib olan dünyaya da hökm edəcək – deyə bildirmişdir. Əgər Rusiya Çanaqqala Boğazını ələ keçərəcək olsa, Tulon, Napoli və Korfu qapılarına çatmış olacaq deməklə Fransanın Boğazlar üzərindəki həssaslığını açıq şəkildə ortaya qoymuş olmaqdadır.

Həmçinin Rusiyanın bu və buna bənzər müxtəlif tarixlərdəki təkrarlanan daha bir çox istək və təzyiqlərinin bir-birini izləməsi Osmanlı dövlətinin Birinci Dünya müharibəsində mərkəz dövlətləri sırasına düşməsində böyük bir faktor olmuşdu.

Buna görə boğazlar üzərindəki bu gizli maraq qarşıdurmalarıdır ki, Ingilis və Fransızları İstanbulu almağa və Ruslardan əvvəl Qaradəniz boğazına əl atmağa istiqamətlənmiş və Çanaqqala cəbhəsinin açılmasında başlıca amil olmuşdur. Antanta dövlətlərinin Çanaqqala macərası bu surətlə aydınlaşdırıldıqdan sonra yuxarıdakı şərhlərin təsiri altında Türkiyə beynəlxalq siyasət və diplomatiya tarixi baxımından ortaya qoyduğu əhəmiyyətli nəticələri də beləcə yekunlaşdırmaq mümkün olar. Həmçinin bu savaşlarda türk insanının əzmkar iradəsi əvəzsiz rol oynamış və qiymətləndirilməyə də layiqdir. Övladını vətənə qurban olsun deyə başlarına xına yaxmış anaları olan milllət yenilməzdir. Çanaqqala savaşı tək bizim tariximizin deyil yaxın dünya tarixinin ən əhəmiyyətli döyüşlərindən biridir. Çanaqqala boğazını döyüş gəmiləri igüclə keçmə, beləliklə İstanbula çatma istəyi Avropanın böyük dövlətlərinin həmişə həsrətidir. Çanaqqala savaşları türk tarixinin bəlkə də ən əhəmiyyətli döyüşüdür. Daha geniş və detallı məlumat sahibi olmaq üçün qaynaqları mütləq oxumanızı tövsiyyə edirik. Bu gün azad olaraq yaşadığımız bu torpaqlara çox asan sahib olmadığımızı bilməyimiz çox lazımdır.

Azərbaycanda Çanaqqala hadisələri tam da olmasa lazımı səviyyədə tədqiq edilmişdir. Hətta bu döyüşləri ithaf edən əsərlər də yazılmışdır. Bunlardan görkəmli bəstəkarımız Vasif Adıgözəlovun “Çanaqqala 1915” oratoriyasıdır. Bu əsər öz ruhuna görə insana döyüş əzmi aşılayır. Çanaqqala savaşları günümüzdə ən çox danışılan mövzulardan biridir. Biz bu hadisələrdən nəticə çıxartmaqla gəlcək nəsillərin şüurunun formalaşmasınında əhəmiyyətli işlər görə bilərik. O qəbildən ki, gənclərimizi Çanaqqala döyüşlərinin hissləri altında hərbi-vətənpərvərlik ruhunda böyütməliyik. Sadalanan fikirləri şairin bu sözləri ilə tamamlamaq istərdim:

“ Bayraqları bayraq eləyən üstündəki al qandır,

   Torpaq, - uğrunda ölən varsa, Vatandır! ”

 

Müəllif:  Nicat Quluzadə

 

Категория: Siyasi | Добавил: Fazik (27.03.2009)
Просмотров: 2805 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024