Sizin Milli İntellektual Məkan
Вторник, 23.04.2024, 16:51
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Beynelxalq Senedler. [1] Siyasi [25] Dini [3]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » Статьи » Maraqlı. » Siyasi

Şimal Ayısının Avropadakı Maraqları

                              Şimal Ayısının Avropadakı Maraqları

Müasir dövrdə özünü inkişafı ilə fərqlənən və əvvəlki güçünü bərpa edən lakin hələ də zəif mövqeyə malik olan və dünya dövləti olan RF özünün xarici siyasətini müəyyən edərkən başlıca vəzifə kimi qarşıya ali bir məqsəd qoymuşdur.Bu məqsəd Vladimir Vladimiroviç Putinin sözləri ilə daha aydın və dəqiq ifadə etmək istərdik: “Ölkəni çiçəklənən və yaşayış üçün yararlı etmək lazımdır ki,orada yaşamaq rahat və təhlükəsiz olsun”.BUndan əlavə bir sıra məqsədlər də mövcuddur ki, bunlara aiddir: Post-sovet məkanında öz siyasi ağalığını qəbul etdirmək, dünyada Rusiyanın təhlükəli dövlət imicini ləğv etmək, dünyada sağlam siyasət yeridən və hərtəfərli əməkdaşlığa hazır olan dövlət imicinə nail olmaq, özünün təhlükəsizliyin təmin etmək, fövqəldövlətliyə nail olmaq və.s.

Hazırda Rusiya Avropa İttifaqı ilə yeritdiyi siyasət çox incə və dəqiq hesablanmışdır.Belə ki, Rusiyanın bütün siyasi həyatı əhəmiyyətli məsələləri ümumilikdə Avropa və ayrılıqda Avropa İttifaqı ilə əlaqəlidir.Çünki Rusiyanın Təhlükəsizlik Siyasətinin canı Avropadan və oradakı dövlətlərin mövqeyi və məqsədində asılıdır.Bu dövlətlər arasında xüsusən də Böyük Britaniya,  Fransa, Almaniya aiddir.Bu Avropa üçlüyü regionda bütün baş verən proseslərə təsir göstərmək  və əhəmiyyətli siyasi məsələlərdə həlledici mövqeyə malikdir.

Avropa İttifaqı ilə siyasətində Rusiya daha çox iqtisadi sahədə maraqlı olduğunu bildirmişdir.Düzdür Rusiyanın Avropa ilə iqtisadi maraqları çox əhəmiyyətlidir.Amma burada siyasi maraqları da unutmaq olmaz.Bu maraqladan irəli gələrək Rusiya Avropa İttifaqı ilə siyasətin belə formalaşdırır:Avropada ümumi təhlükəsizlik məsələlərində əməkdaşlıq, ümumAvropa müdafiə məsələlərində əməkdaşlıq, Avropanın ayrı ayrı dövlətləri ilə hərtərəfli işbirliyinə nail olmaq, gələcək Avropada yaranacaq hərbi-siyasi ittifaqda Rusiyanın da yer almasına nail olmaq. Rusiya Litva, Latviya və Estoniya ilə dostluq və əməkdaşlığa nail olmaq istəyir.cünki hazırda bu dövlətlər Rusiyaya qarşı kəskin mövqedədirlər.Rusiya isə bu dövlətlərlə münasibətləri nizamlamaqda məqsədi oradakı rusdilli əhalinin hüquqlarının müadifəsinə nail olmaq və xüsusən də burada sırf özünün gələcəkdə yaranacaq iqtisadi maraqlarını təmin etməkdir.Həm də RF-ə Avropada qonşuluqda düşmənçilik münasibəti göstərən dövlət lazım deyil.

Hazırda Avropada Rusiyanın maraqları NATO (ABŞ) ilə toqquşur.Bunun əsas səbəbləri odur ki, Rusiya ilə NATO-nun təhlükəsizlik maraqları Şərqi Avropada bir-biri ilə toqquşur.Belə ki, NATO-nun yeni strateji konsepsiyası BMT-nin TŞ-nın icazəsi olmadan belə Vaşinqton müqaviləsinin sərhədlərindən kənarda da fəaliyyəti nəzərdə tutur.Bu isə genişlənmə deməkdir.Biz bu genişlənmənin nəticələrin hazırda Ukrayna və Gütcüstanda gedən proseslərdə görə bilərik.BU genişlənmə nəticəsində RF Şərqi Avropanı və Qafqazı itirə bilər.Rusiay isə bütün bunları özünün təhlükəsizliyinə təhdid hesab etdiyi üçün Gürcüstan ilə menasibətləri kəskinləşdirir və ukraynadkı siyasi nüfuz uğrunda mübarizə aparır.Bütün bunlardan çıxış edərək belə bir fikir yaranır ki, hazırda RF qonşuluqda vahid Avropa evinin hərtərəfli möhkəmlənməsində və vahid hərbi siyasi Avropa evinə çevrilməsində maraqlıdır.Çünki, bu zaman ABŞ-ın NATO kimi Avropaya təsiri azalacaq.Bu zaman da Avropanın bir issəsi olan Rusiya istər-istəməz bu vahid ev ilə həm iqtisadi, həm də siyasi əməkdaşlığı sıx olduğundan bu regiona təsiri daha da çoxalacaqdır.Hətta gələcəkdə vahid Avropa evinin üzvü olmaq imkanları da var.Bunu əldə edəcəyi halda RF daha da fövqəldövlətliyə yaxın olacaq və Avropada təhlükəsizilik məslələrinə dair dövlət maraqların təmin etmiş olacaq.Lakin, RF-in daxilindəki mövcud öproblemlər, xüsusən də xarici amillərdən doğan problemləri Rusiyaya Avropa siyasətində möhkəm, ardicil və dəqiq fəaliyyət göstərməyə imkan vermir.Daxili problemlər sırasına demoqrafik (bu problemin qarşısı alınmasa gələcəkdə bu dövlətin böyük bir türk-müsəlman dövlətinə cevrilməsi təhlükəsi yarana bilər, Tarix təkrarlana bilər.Hazırda Rusiya İslam Konfransı Təşkilatında müşahidəci statusuna malik olan yeganə xristian ölkəsidir.), milli-Etnik (bu problemin çözülməməsi RF-in parçalanması ilə nəticələnəcək), mütəşəkkil çinayətkarlıq, mənəvi dəyərlərin məhvə dogru getməsini qeyd etmək olar.Xarici amillərdən doğan problemlərə isə 1) Dünya iqtisadiyyatının qloballaşması.Belə ki, bu proses zamanı iqtisadiyyatı zəif olan dövlətlərdə maliyyə-iqtisadi böhranlar başlayır.Bu zaman Rusiyanın iqtisadi sistemi və informasiya məkanı xaricdən gələn qüvvələrin təsiri altina düşəcək.Bütün bunlar isə RF-in milli dövlət maraqlarına ziddir və bu proseslərin qarşısın almaq üçün RF öz daxilində milli iqtisadiyyatını yüksəltmək üçün və xaricdən asılılığı kənarlaşdırmaq üçün mübarizə aparır və onun sabiq prezidenti Vladimir Putin buna qismən də olsa nail ola bilmişdi.hazırda isə bu yeni Prezident Dmitri Medveyevin üzərinə düşür.2) Dövlətlərin bir-biri ilə qarşılıqlı əlaqələrin möhkəmlənməsində və inkişafında beynəlxalq təşkilatların rolu böyüməkdədir və Rf bu təşkilatların tərkibindəki bərabərhüquqlu şəkildə özünün layiq olduğu teri itirmək istəmir və bu təşkilatların təsirin güçləndirmək istəyir, lakin eyni zamanda da təşkilatda və beynəlxalq aləmdə dövlətin əsas factor olmasını da istəyir.

Çünki əks halda beynəlxalq təşkilatlar artıq dövlətlərin daxili işlərinə qarışmaq təhlükəsi vardır.Bu məqsədlərdən çıxış edərək  Rf BMT-nin nüfuzunu qoruyub saxlamaq istəyir və xüsusən də üzvü olduğu TŞ-nın fəaliyyətinin və rolunun beynəlxalq proseslərdə şişirdilməsinə nail olmaq istəyir.Bu NATO-nun fəaliyyətini məhdudlaşdırar və Rusiya özünün təhlükəsizliyinə qismən də olsa nail olmuş olar.Bu məqsədlərinə yetmək üçün Rf TŞ-da Sanksiyalarla və güclə hədələmə mexanizminin yaranmasına çalışır.Belə olduğu halda TŞ-nin nüfuzu daha da güclənər və eyni zamanda da onun üzvü kimi RF-in də dünyadakı yeri və rolu möhkəmlənmiş olar.Yalnız bu yolla Rusiya dövləti özünün dövlət maraqların və təhlükəsizliyin təmin etmiş olar.

3) Müasir dünyada geniş yayılan və böyük təhlükə yaradan terrorizm, separatism genişlənməsi və inkişafına qarşı mübarizə aparmaq.Bu problemin həllində artıq RF ilə NATO-nun maraqları üst-üstə düşür və yalnız bu sahədə bu iki tərəfin əməkdaşlığı mümkündür.Lakin bu əməkdaşlıq bir qədər də uzun sürməyəcək belə ki, RF-in üzvü olduğu Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) gələcəkdə NATO kimi hərbi birləşmə ilə rəqabət aparacaq dərəcədə güclü ola biləcəyi məlumdur.Bunun üçün bu təşkilatın yetərincə potensialı və iqtisadi imknaları mövcuddur.Rusiya ŞƏT-i möhkəmləndirməklə Asiyada özünün mövqeyini möhkəmləndirmək və hərbi,siyasi,iqtisadi əməkdaşlığa nail olmaq istəyir.Beləliklə, RF-in terror və separatism kimi problemləri həll etməkdə yalnız bir yolu var-Əməkdaşlıq.

Bütün bu böyük əhəmiyyətli dövlət problemlərinin həlli üçün RF-in yetərincə resursları olsa da zaman faktoru “Şimal Ayısını” çabalamağa məcbur edir.Məhz zaman faktoru Rusiyanı həm daxili həm də xarici problemləri həll etməyə imkan vermir.

RF bütün bunlardan bir çıxış yolu görür “Stabilləşdirmə siyasəti”.Buna isə Rusiya zaman-zaman nail olmaq niyyətindədir.Bu siyasətin tərkibinə daxildir- silahlanmanın məhdudlaşdırılması ilə xüsusən də Pakistanda nüvə silahının ləğvi və ümumiyyətlə Asiyada nüvə silahının kəskin çəhdudlaşdırmaqla rusiya üçün “Təhlükəsiz və Nəzarətdə olan Asiya” yaratmaq və bununla da özünün dövlət maraqların həyata keçirmək üçün şərait yaratmaq.Avropadakı stabillik siyasətində isə RF üçün bu regionun  sabitliyi və öncədən görülənliyi vacibdir.Ümumilikdə götürəndə isə Avropadakı baş verən siyasi, mədəni, hərbi və digər hadisələr birbaşa Rusiyaya və Rusiyadaki proseslər isə istər-istəməz Avropaya təsir edir.Buna görə əd bu iki tərəfin biri olmadan digərinin inkişaf etməsi və ya tam təhlükəsizliyə nail olması qeyri-realdır.Bunu şərtləndirən bi sıra amillər var: Hər ikisinin eyni geopolitik məkanda yerləşməsi, hər ikisinin dövlət əhəmiyyətli maraqlarında eyniliklərin olması, tarixən mövcud olan iqtisadi və mədəni əlaqələrin olması.Hazırda Rusiyasız Avropa nə Avropa İttifaqına nə də ümumilikdə Avropa dövlətlərinə lazım deyil.Çünki bu zaman Avropanın özünün sırf ABŞ-ın syasi təsir dairəsinə düşmək təhlükəsi də yaranır.Avropaya ən sərfəli məqam güclərin balansını qorumaqdır.Yəni Avropa Rusiya ilə iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığa etiraz etmir.

Rusiyanın Avropa siyasətindəki əsas yerlərdən birin də enerji siyasəti tutur.Avropa isə bu məsələyə çox həssas yanaşır.Avropaya enerji ötürən əsas dövlətlərdən birinin də Azərbaycan olması Rusiyaya imkan vermir ki, Avropanının enerji bazarında tam ağalıq etsin və bundan öz siyasi məqsədləri üçün etsin.Buna görə də, RF-in Avropaya enerji ötürülməsi məqamında siyasi maraqları Azərbaycanla toqquşur.Hazırda da Rusiya Azərbaycan bir ticari rəqib kimi baxması və Azərbaycanla yalnız “Mehriban qonşuluq siyasətinə” səthi şəkildə sadiq qalması bununla izah oluna bilər.

Rusiya hökuməti hələ 20 sentyabr 1994-çü ildə “Əsrin Müqaviləsi”imzalanarkən buna etiraz etmişdi.lakin Böyük Britaniya və ABŞ-ın dəstəyi ilə bu müqavilə imzalandı.Avropa dövlətləri gözəl anlayırdılar ki, müasir dövrdə Avropaya əsas eenrji ötürücüsü olan RF-dən bir növ asılılığı yarana bilər.Bunun qarşısını almaq üçün onlar bu müqavilənin imzalanmasına nail oldular.Bunu Boris Yeltsin hakimiyyətinin vaxtında buraxdiği siyasi səflər nəticəsində siyasi məğlubiyyəti və qonşuluq siyasətindəki uğursuzluğu hesab etmək olar.RF yenə də özünün imperialist siyasətinə sadiq qalaraq Avropada enerji bazarında özünə qarşı yaranacaq rəqabətin qarşısını almaq üçün Mərkəzi Asiya Türk dövlətlərinin Bakı-Tbilisi-Ceyhan enerji layihəsinə qoşulmasına mane olmaq fikrindədir.V.V.Putininmüəyyən etdiyi kursa görə bu dövlətlər enerji sahəsində yalnız RF ilə əməkdaşlıq etməlidirlər.Rusiyanın Avropadakı imperializm siyasətin acıq-aydın görürük və buna nisbətən hardasa haqq qazandırmaq olar, amma bu siyasətdə Azərbaycanla və Gürcüstanla belə soyuq münasibətlər qurması və Azərbaycanın tərkibində süni şəkildə gərgin vəziyyət yaratması həmçinin vaxtında işğalçı Ermənistan orduları tərəfindən Azərbaycan Respublikasının tərkib hissəsi və tarixi ayrılmaz torpağı olan Qarabağın işğalına vaxtında dəstək verməsi,bu münaqişənin süni şəkildə uzadılması və həllinə mane olması, Gürcüstanda da milli-etnik zəmində baş verən münaqişəyə qeyri-rəsmi dəstək göstərməsi və hazırda da oranı öz sülhməramlılarının nəzarətində saxlamasına haqq qazandırmaq mümkün deyil.Çünki bu iki dövlət əvvəldən mehriban qonşuluq siyasətinə sadiq idilər.Buna cavab olaraq isə RF sadəcə olaraq Cənubi Qafqakda özünün “İmperialist siyasətinə”sadiq qaldı.Çox böyük ehtimal ki, RF-ə Güney Qafqazda münaqişəli stabil vəziyyət sərf edir.Buradan sadəcə bir fikir meydana gəlir Rusiya nə vaxtsa SSRİ-ni və ya keçmiş Rusiya İmperiaysını MDB-də bərpa etmək istəyir.

Müəllif: Vəliyev Fərzəli (Fazik)

Категория: Siyasi | Добавил: Fazik (09.03.2009) | Автор: Vəliyev Fərzəli
Просмотров: 1485 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024