Sizin Milli İntellektual Məkan
Вторник, 16.04.2024, 18:33
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Beynelxalq Senedler. [1] Siyasi [25] Dini [3]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » Статьи » Maraqlı. » Siyasi

ABŞ Türkləri Birləşdirir!?

ABŞ Türkləri Birləşdirir!?

Turan xəyalı gerçəkləşir, amma necə...

Tarixdə böyük imperatorluqlar quran türk ulusunun potensialını dəyərləndirmək üçün çox da uzaqlara getmək lazım deyildir. Sadəcə 500 il əvvələ qayıdıb, dünyanın siyasi xəritəsinə ötəri nəzər saldıqda, bu böyük ulusun bütün qərb dünyasını düşündürməyə və yəqin ki, qorxmağa vadar edən necə böyük potensiala malik olduğunu duymaq olar. Atilla dövründən ( Avropa Hun İmperatorluğu 374-469) başlayaraq XX əsrə qədər türk ulusu hər zaman dünyanın super gücləri sırasında yer almışdır. Xüsusilə türk ulusu birlikdə olan zaman bu güc daha da qüdrətlənmiş və genişlənmişdir.Son 500 ilin tarixi hadisələrinə nəzər saldıqda, təkcə Osmanlı imperatorluğunun təkbaşına Avropa dövlətlərini necə diz çökdürdüyünü görürük. Həmin dövrdən Avropa və avropalı üçün türk amili bir nömrəli təhlükəyə çevrilmişdi. Buna görə də bütün Avropa dövlətləri İngiltərə başda olmaqla uzun və qısa müddətli strateji planlar hazırlayaraq, mövcud türk potensialını zəiflətmək üçün hücuma keçmişdilər. Nəticədə XX əsrin əvvəllərində sonuncu böyük Türk imperatorluğu – Osmanlı imperiyası parçalandı, 3 qitədə böyük ərazilərə sahib türklər yalnız Atatürkün sayəsində Anadolunu və İstanbulu saxlaya bildilər. Digər türk torpaqları isə rusların işğalına məruz qaldı.

XIX əsrin sonu – XX əsrin əvvəllərində Turançılıq ideologiyası altında birləşməyə, yenidən böyük imperatorluq- Turan imperiyasını qurmağa çalışan türk ulusunun bu istəyi baş tutmadı.Şərqi Türkistan və Azərbaycan SSRİ-nin əsarəti altına düşdü. 1923-cü ildə yaranan Türkiyə Cümhuriyyəti isə Qərbə tərəf üz tutdu. II Dünya müharibəsindən sonra isə dünya iki cəbhəyə bölündü. Bu zaman Türkiyə Cümhuriyyəti bir tərəfdə, digər Türk dövlətləri isə SSRİ-nin tərkibində əks cəbhədə yer aldılar. “Soyuq müharibə” adlanan bu dövr 1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması ilə “başa çatdı”. Uzun müddət davam edən ikiqütblü dünya sisteminin dağılması ilə ABŞ dünyanın tək super gücü oldu.

Dünyanın tək supergücü olmaqla , ABŞ qarşısına yeni məqsəd qoydu: “Necə olursa olsun, bu gücü qorumaq və dünyada başqa bir hegemon gücün olmasını əngəlləmək və ya heç olmazsa,  gecikdirmək.” 90-cı illərdə bunu rahatlıqla həyata keçirən ABŞ, artıq XXI əsrdə bu barədə narahatlıq keçirir.

Başda ABŞ olmaqla hər kəs 1,5 milyarda yaxın əhalisi olan, sürətlə inkişaf edən hərbi və iqtisadi gücə malik Çinin 2025-2030-cu illərdə dünyanın süper gücü olacağına əmindir. Həmçinin Putinin hakimiyyətə gəlməsilə yenidən Rusiyanın ayağa qalxması və eləcə də Hindistanın sürətli yüksəlişi 1990-cı illərdən yaranan təkqütblü dünya sistemini təhdid etməkdədir. ABŞ bu təhdidin qarşısını Turan vasitəsilə almaq istəyir. Bəli, bütün türklərin xəyalını qurduğu Böyük Turan dövləti yaratmaqla.

ABŞ-ın öz hegemonluğunu qorumaq və möhkəmləndirmək üçün hazırladığı strateji planlardan biri də məhz “Turan planı”dır.

Dünyada artıq Çin yavaş-yavaş yeni süper güc olmağa başlamışdır və taxtını itirmək üzrə olan ABŞ Çini zərərsizləşdirmək üçün “qərbli Turan planı”nı yaratmışdır. ABŞ-ın və İsrailin hazırladığı bu plana görə yaxın gələcəkdə ABŞ-ın dünyadakı hegemonluğuna böyük təhlükə yaradacaq Çini zərərsizləşdirmək üçün Orta Asiyadakı Türk dövlətlərini birləşdirib “Böyük Türkistan Dövləti” yaradılmalıdır. Türk kartı artıq bu gün Vaşinqtonun hegemonluğunun davamı üçün çox vacib olan strateji bir karta çevrilmişdir.

Türkiyənin beynəlxalq münasibətlər sahəsində ən məşhur mütəxəsislərindən olan Həsən Köninin yazdığı “Son Küresel Kart: Amerikan Turanı” adlı kitabında məhz bu məsələ geniş araşdırılır. H.Köni bildirir ki, ABŞ Çini zərərsizləşdirmək üçün Orta Asiya Türk dövlətlərini siyasi və iqtisadi birlik içində Rusiya və Çinin arasında coğrafi bir qalxan kimi yaratmaq istəyir. Həmçinin o bildirir ki, bu plan ABŞ-ın yaxın 15-20 illik strateji planları sırasına daxildir və ABŞ Çini ayıltmamaq üçün hələlik səssiz hərəkət edir. “Böyük Orta Şərq Planı” da 20 illik müzakirədən sonra birdən ortaya atılmışdı.

ABŞ Rusiyanın qorxduğu Orta Asiya Türk dövlətlərinin yumşaq bir federasiyasını qurmaqla bölgədə qüvvələr balansı yaratmağa çalışır. ABŞ bununla 2025-2030-cu illərdə Çinin iqtisadi istehsal gücünün və həm də əhalisinin yayılmasının qarşısını kəsməyi düşünür.

Köniyə görə ABŞ bu planı həyata keçirmək üçün Orta Asiya Türk dövlətlərində bir sıra yeniliklər – yoxsulluğu azaltmaq, sosial-iqtisadi təməli gücləndirmək, akademik, profesional, mədəni dəyişim proqramları ilə gələcək nəsillərin seçicilərini yetişdirmək kimi tədbirləri həyata keçirməyi planlaşdırır.

             Lakin ABŞ Turanı ilə bildiyimiz Turan arasında bir fərq var ki, bu da Türkiyənin bu plana daxil edilməməsidir. H.Köniyə görə Türkiyənin bu plana daxil edilməməsinin səbəbi, ABŞ-ın Türkiyəni  Avropa Birliyində və Orta Şərqdə görmək istəməsidir. Bununla ABŞ Türklər vasitəsilə həm Avropa və Orta Şərqi, həm də Asiyanı nəzarət altına alacaqdır.  Köni ABŞ-ın Türkiyəyə  verdiyi rolu bu sözlərlə izah edir: “ Orta Asiya yaşam modeli baxımından Türkiyəni örnək alır. Biz də yaşam modeli baxımından ABŞ-ı və Avropanı örnək alırıq. Yəni bir qırğız “mən Parisli kimi olmaq istəyirəm” deməz, “İstanbul türkü kimi olmaq istəyirəm” deyər. İstanbul türkü isə Avropa təqlidçisidir.” Köni bildirir ki, Türkiyə-Rusiya münasibətlərində müəyyən problemlər yaransa belə , Türkiyə bu layihəyə dəstək verəcək.

             ABŞ üçün Türkiyənin önəmini artıran daha bir amil türklərin din anlayışıdır. Türklərin din anlayışı sadəcə Türkiyədə deyil, Orta Asiya bölgəsində də dünyəviliyə yaxındır. Bu isə bir növ ərəblərin din anlayışına alternativdir. Dolayısıyla bu İslam dünyası üçün də bir vasitə hesab olunur. ABŞ-ın bu yöndə müəyyən istəkləri var, amma Türkiyəsiz bunun edilməsi mümkünsüz görünür.  Bu düşüncə İsraildə və “Neocon”larda da var. Hətta Siyonist Turançılığın olduğu da söylənilir. Yəni Orta Asiyada İsrail və ABŞ-a dost bir Türkçülük yaradılmalıdır. Hər halda ABŞ-ın belə bir planının olduğu dəqiqdir. ABŞ-ın bölgədə Türkiyədən daha çox yerləşməsi, hətta kənd yerlərinə belə ABŞ misyonerlərinin göndərilməsi, ingilis dili kurslarının və s. genişləndirilməsi bunu deməyə əsas verir. ABŞ-ın etmək istədiyi Balkanlardan başlayıb Türkiyə ilə davam edən, Qafqazdan Çinə qədər olan bölgədə dünyəvi, İsrail və ABŞ ilə dost olan bir qurşaq yaratmaqdır.

Bu planın detalları hələ dəqiq məlum olmadığından bu birliyin necə olacağı, Türkiyənin bu plana daxil edilib edilməməsi və ona hansı rolun verilməsi hələ dəqiq məlum deyil. Lakin məsələyə ümumi baxdıqda demək olar ki, ABŞ Türkiyəni bu birliyə daxil etməyəcək. Çünki söhbət ən azından Türk birliyindən getdiyindən, Türkiyənin bu birlikdə olması gələcəkdə dəyişən şərtlər içində bu birliyin ABŞ üçün güclü bir rəqibə çevrilməsi təhlükəsi var.

Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Analizlər Mərkəzinin ( TÜRKSAM ) başkanı Sinan Oğanın fikrincə isə, Türkiyəsiz Turan mümkün deyil. Bu yalnız Orta Asiya Türk dövlətlərinin bir konfederasiyası ola bilər ki, o da nə Çin, nə Rusiya , nə də Hindistan arasında qüvvələr balansı yarada bilər. Onun fikrincə Çinin təsirinin qarşısını almaq üçün Türkiyənin də daxil olduğu daha geniş bir güc yaradılmalıdır.

Əslində Türkiyəsiz bir Turan “Başsız Aslan”a bənzəyərdi. Ətrafındakıları qorxudan, çəkindirən, rəqiblərini caynaqlayan, parçalayan, amma şikarını özü yeyə bilməyən, sonda hər tərəfdən vurulan zərbələr nəticəsində məhv olan Aslana.

Bəli, ABŞ-ın bu Turanı yaratmaqda məqsədi hegemonluğu üçün təhlükə yaradan rəqiblərinin başını qatmaq və onları zəiflətməkdir. ABŞ bununla həm ən böyük rəqibi Çini, həmçinin Rusiyanı, Hindistanı və eləcə də böyük türk potensialını zəiflətmiş olacaq.

Bəzi mütəxəsislərin fikrinə görə isə bu məsələdə ABŞ Rusiya ilə birgə hərəkət edəcək. Çünki iqtisadi cəhətdən sürətlə yüksələn Çin sadəcə ABŞ üçün deyil, Rusiya və Türkistan üçün də böyük təhlükədir. Onların fikrincə ABŞ-Rusiya və ABŞ-Hindistan əlaqələrinin daha rahat qurulması üçün ABŞ müvəqqəti olaraq çoxqütblü dünya sistemini qəbul edəcək. Türkistan Birliyi yaradılandan sonra isə ABŞ onu Rusiyanın təsiri altına buraxacaq. Çünki Rusiya ilə Türkistanın Çini birlikdə əngəlləməsi daha inandırıcıdır. Üstəlik, ABŞ əgər Rusiyadan asılı olmayan müstəqil Türkistan yaradarsa, bu Rusiyanın Çinlə yaxınlaşmasına səbəb olar ki, bu da ABŞ üçün arzuolunmazdır.

Çox güman ki, Azərbaycan da bu birliyə daxil ediləcək. Bu plan haqda hələ çox şey məlum olmasa da, əldə olan xəritələrdə Azərbaycanın da “Böyük Türkistan Dövlətinin” tərkibində göstərilməsi, həmçinin ABŞ-ın Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin inkişafına böyük önəm verməsi, xüsusilə bu dövlətləri iqtisadi cəhətdən daha da yaxınlaşdıracaq Trans-Xəzər neft kəmərinin çəkilməsində maraqlı olması bunu deməyə əsas verir. ABŞ-ın Bakı-Tiblisi-Ceyhan və Bakı-Tiblisi-Ərzurum kimi layihələrə verdiyi dəstəyi də bu qəbildən hesab etmək olar.

Tarix boyu hər zaman hər kəsin yıxmağa çalışdığı Türk xalqı ən çətin anlarda belə ayaq üstə qalmağı bacarmışdır. Dünyada hər zaman mühüm rol oynayan Türk xalqı bu gün yenə bunun astanasındadır.Amma gəlin başqalarının bizi çirkin əməlləri üçün fəda etməsinə izin verməyək. Bunun üçün isə birlikdə ağılla hərəkət edərək əks strategiya ilə yaranmış vəziyyəti öz lehimizə çevirməyi bacarmalıyıq. Nə bilmək olar, bəlkə bütün dünyanın qorxduğu bu birliyi elə dünyanın özü yaratdı!?...

Müəllif: Məmmədzadə Fərid

Категория: Siyasi | Добавил: Farid (07.03.2009) | Автор: Məmmədzadə Fərid
Просмотров: 1398 | Рейтинг: 3.0/2 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024