Sizin Milli İntellektual Məkan
Пятница, 19.04.2024, 20:38
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Beynelxalq Senedler. [1] Siyasi [25] Dini [3]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » Статьи » Maraqlı. » Siyasi

Türk Birliyi

Türk birliyi

         Bu gün çox mürəkkəb münasibətlərin cərəyan etdiyi dünyada yaşayırıq. Yəqin hər kəs qəbul edər ki, dünyamızda ABŞ, Çin, Rusiya kimi super güclər əsas söz sahibləridir və beynəlxalq münasibətlərdə önəmli məsələlərin həlli də onların qarşılıqlı münasibətlərindən və maraqlarından asılıdır. Əlbəttə, hər bir dövlət söz sahibi olmaq istər, amma BMT-də olduğu kimi yox. Tarix boyu hər bir xalq, hər bir millət, hər bir dövlət söz sahibi olmağa çalışmışdır. Bunların arasında böyük türk milləti də olmuş və tarixdə uzun müddət müəyyən fasilələrlə əsas söz sahiblərindən olmuşdur.Lakin çox təəssüf ki, müasir dünyamızda türk milləti əsas söz sahiblərindən deyil, amma bəlkə də, əsas söz sahibi olmağa ən layiq , ən qadir xalqdır.

Bəs, bunu necə etməliyik?! Dünyanın mərkəzi hesab olunan Avrasiyanın mərkəzinə sahib olan türk xalqı nə üçün bunu edə bilmir?

Avrasiya 500 il bundan əvvəl, qitələr siyasi cəhətdən bir-birinə təsir göstərməyə başladıqları vaxtdan dünya gücünün mərkəzi olmuşdur. İndiyə qədər də dünyanın bütün hegemon gücləri  Avrasiya dövlətləri olmuşdur. Yalnız XX əsrin son on illiyində beynəlxalq münasibətlərdə kəskin dəyişikliklər nəticəsində ilk dəfə qeyri-Avrasiya dövləti – ABŞ dünyanın ən önəmli gücü olaraq ortaya çıxmışdır. Ancaq bu Avrasiyanın geosiyasi önəmini itirməsi demək deyil. Məşhur ABŞ politoloqu Z.Bjezinski də özünün “Böyük Şahmat Lövhəsi” adlı kitabında qeyd edir ki, Avrasiya geosiyasi önəmini hələ də qoruyur. Çünki  Avrasiyanın qərb cəbhəsi – Avropanın dünyanın siyasi və iqtisadi gücünün çoxunu hələ də saxlaması ilə bərabər, son vaxtlarda , şərq cəbhəsi – Asiya da iqtisadi inkişafın və siyasi təsirin əsas mərkəzi olmuşdur. Avrasiyanı üzərində qlobal üstünlük uğrunda mübarizənin oynanıldığı şahmat lövhəsinə bənzədən Z.Bjezinski bildirir ki, ABŞ-ın qlobal hegemonluq üçün Avrasiyaya sahib olması ən vacib şərtdir. ABŞ-ın “Böyük Orta Şərq”, “Qlobal Balkanlar” və s. kimi böyük strateji layihələrin həyata keçirməsində əsas məqsədi də elə budur.

Avrasiyanın qlobal hegemonluq üçün çox vacib olduğunu hegemon olmağa çalışmış Hitler və Stalin də qəbul edirdi. Hələ 1940-cı ildə Hitler və Stalin ABŞ-ın gələcəkdə hegemonluq iddiasında ola biləcəyindən və həmçinin bunun özlərinin hegemonluq istəklərini əngəlləyəcəyindən çəkinib, ABŞ-ın Avrasiyaya daxil olmasının qarşısını almaq üçün gizli razılığa gəlmişdilər. Çünki onlar bilirdilər ki, Avrasiya dünyanın mərkəzidir və Avrasiyaya sahib olan, bütün dünyanı idarə edəcəkdir.

Avrasiyaya sahib olmaq üçün isə Avrasiyanın mərkəzinə sahib olmaq lazımdır. Türk dünyası və xalqının isə belə bir problemi yoxdur, çünki  Avrasiyanın mərkəzi bizik, başqa sözlə biz dünyanın mərkəziyik. Dünyanın əsas resursları hesab olunan neft və qaz da türk torpaqlarında kifayət qədərdir.Amma  bu gün təklikdə nə Türkiyə, nə Azərbaycan, nə Qazaxıstan , nə Türkmənistan, nə Özbəkistan, nə də Qırğızıstan dünyanın süper gücü ola bilməz. Türkün super güc olması onun birliyindən keçir. Atalarımız demişkən “ güc birlikdədir”. Şükürlər olsun ki, bunu anlayan türklər yetərincədir.

Əlbəttə, bunu türkdən başqa heç kəs istəməz, bu da M.K.Atatürkün qeyd etdiyi kimi aydın məsələdir:” türkün türkdən başqa dostu yoxdur”.

Amma nə qədər də çətin olsa da, biz bunun üçün mübarizə aparmalıyıq, ədalətsiz dünyaya ədalət gətirməliyik. Babalarımızın övladları olduğumuzu sübut etməliyik.

Ümumiyyətlə, tarixə nəzər saldıqda görürük ki, hər zaman düşmənlər türkləri parçalamağa çalışmışlar. Lakin, türklər tarixin müəyyən dövrlərində birləşməyi bacarmışlar. Buna misal olaraq Göytürklərin zamanında Bilgə xaqan, Gül Təqin və Tonyukukun səyi nəticəsində türklərin birləşdirilməsini göstərmək olar. Türk tarixində nə zaman birlik olmuşsa türk dövlətinin gücü ölçüyəgəlməz bir imperatorluq halına yüksəlmışdir. XIX əsrin sonu – XX əsrin əvvəllərində bir daha birləşməyə çalışan türk milləti Turançılıq ideologiyasını yaratdı.

Turançılıq və ya Pantürküzm bütün türklərin müstəqilliyinə və birliyinə çalışan bir ideologiyadır.

Fransız tarixçisi Leon Kahunun (Cahun) “Asiya tarixinə giriş: Türklər və Monqollar” adlı əsərinin Nəcib Asim tərəfindən türkçəyə tərcümə edilməsiylə (1896), daha əvvəl türk dilində xüsusi bir məna daşımayan Turan anlayışı yayılmağa başladı. XX əsrin əvvəllərindən etibarən isə çar Rusiyasında təhsil almış Axərbaycan və Tatar ziyalıları onun tərəfdarlarına çevrildilər və Slavyanların birliyinə çalışan Panslavyanizm hərəkatına bənzətmə yolu ilə bu hərəkata Pantürkizm adı verildi. Ümumilikdə, 1890-cı ildən başlayan Turançılıq iki mərhələyə bölünür: Klassik Turançılıq və Yeni Turançılıq. 1890-1910-cu illər arasında nisbətən aparıcı mövqe tutan Klassik Turançılıq dünyanın bütün türklərini bölünməz, vahid bir millət sayır və bu vahid millətin təkcə bir unitar dövlətini -Turan İmperiyasını arzulayırdı. Klassik Turançılığa görə Osmanlı Dövləti fəth yolu ilə dünyadakı bütün türkləri özünə birləşdirməli və böyüyüb Turan Dövlətinə çevrilməli idi.

Ancaq Birinci dünya müharibəsi zamanı Klassik Turançılığın gerçəkləşmə imkanının olmaması tam aydınlaşdığı üçün Türk dünyasında mahiyyətcə Klassik Turançılıqdan imtina edildi və həyatın reallıqlarına uyğun olaraq türk milli məfkurəsində Yeni Turançılıq dönəmi başladıldı.

Yeni Turançılığın əsas nümayəndələrindən biri də M.Ə. Rəsulzadə olmuşdur. Yeni Turançılığın M.Ə.Rəsulzadə dövründə bir sıra yeniliklər özünü göstərdi, xüsusilə unitar Turan Dövləti yerinə gerçəkçi federalist Turan Dövləti hədəfi irəli sürüldü, millət və milliyət anlayışları bir-birindən fərqləndirildi. M.Ə.Rəsulzadəyə görə, dili, dini, irqi, mənşəyi, tarixi, vətəni, adət-ənənəsi və s. eyni olan bir toplum milliyət, ümumi şüur və kollektiv iradəyə malik olub dövlət quran, yaxud dövlət qurmaq əzmində israr edən bir milliyət isə millət adlanır. Böyük öndərin (yolboyın) fikrincə, “Milliyət müəyyən şərtlər və hadisələr nəticəsində vücuda gəlmiş durğun (statik) bir varlıqdır, millət isə bu durğun varlığın şüurlaşan dinamik (fəal) bir şəklidir”.

Buradan belə bir nəticə çıxırdı ki, dünyanın bütün türkləri şüurlaşmış dinamik bir varlıq yox hələlik şüurlaşmamış durğun bir varlıqdır – vahid milliyyətdir. Unitar dövlət qurması mövcud dünya şərtləri daxilində mümkün deyil. Əksinə, bu vahid türk milliyyətinə aid ayrı-ayrı türk toplumları ümumi şüur və kollektiv iradəyə yiyələnməklə fəallaşıb dinamikləşərək millət olmalı, özlərinin ayrıca, müstəqil dövlətlərini qurmalı, sonra isə böyük türk mədəniyyətinə bağlı həmin müstəqil türk dövlətləri birləşərək Turan Federasiyası yaratmalıdır. Bu dövrdən başlayaraq artıq demokratik ziyalılar da milli azadlıq uğrunda mübarizədə turançılıq,türkçülük ideyasından daha çox konkret ölkənin müstəqilliyinə üstünlük verirdilər. Mustafa Kamal Atatürk də Türkiyənin dövlətçiliyinin taleyi həll edilərkən turançılığı nicat yolu hesab etmirdi.

M.K.Atatürk  1917-ci ildə Xalq Respublika Partiyasının birinci qurultayında bildirmişdi ki, “bütün türklərin bir dövlətdə birləşdirilməsi həyata keçməz bir məsələdir. Tarixi təcrübədən görünür ki, panislamizm , yaxud pantürkizm müvəffəqiyyət qazana bilməz.”

Həmçinin Yusif Vəzir Çəmənzəminli Krımda turançılığın uğursuzluğu haqqında bəhs edərək yazırdı ki, “bu ideya İsmayıl bəyə ( İsmayıl bəy Qaspiralı) çox saylı əlehdarlar qazandırdı, krımlıların fikrini azdırdı, onları Turanla birləşdirə bilmədi və hətta tatarlıqdan uzaqlaşdırdı. Məlum oldu ki, tatarlara milli şüur utopiya və romantik görünən turançılığa nisbətən daha yaxındır.” Reallığı dərk edən M.Ə.Rəsulzadə və Müsavat partiyası məhz bu kimi fikirlərə görə turançılığın qeyri-mümkünlüyünü qəbul edib Azərbacanın müstəqilliyi şüarını irəli sürdülər. Beləliklə, M.Ə.Rəsulzadə Klassik Turançılığı Yeni Turançılığa çevirərək Azərbaycana istiqlaliyyət qazandırdı və Azərbaycanı Şərqin ilk Cühuriyyəti məqamına yüksəltdi.

M.Ə.Rəsulzadə Azərbaycançılıq prinsipini əsasən Azərbaycanın quzeyinə şamil edir və çox ciddi önəm verdiyi istiqlal, demokratiya hədəflərini məhz burada gerçəklişdirməyə çalışır, həmçinin böyük türk mədəniyyətinə bağlılığı siyasi, iqtisadi, hərbi bağlılıqdan daha çox mədəni bağlılıq kimi götürürdü. Buna görə də, M.Ə.Rəsulzadəni türk birliyini parçalamaqda təqsirləndirənlər az olmadı. Ancaq tarix M.Ə.Rəsulzadənin fikirlərini doğrultdu: siyasi tarix səhnəsinə məhz ayrı-ayrı türk dövlətləri çıxdı.

Lakin qeyd etmək lazımdır ki, həm M.Ə.Rəsulzadənin və həm də M.K.Atatürkün o dövrdə Turançılığı nicat yolu kimi seçməməsi, onların türk birliyini istəməməsi anlamına gəlməməlidir. Çünki onlar mövcud şəraiti və beynəlxalq vəziyyəti nəzərə alaraq belə addım atmalı olmuşdular. Böyük türk birliyi hər zaman onların da böyük arzusu olmuşdur. Bunu onların səsləndirdikləri fikirlərdə də aydın görmək olar.

Qeyd etdiyimiz kimi M.Ə.Rəsulzadə Cümhuriyyət qurulmazdan əvvəl turançılığın ən böyük liderlərindən biri olmuş və böyük Turan Dövlətinin yaradılmasına çalışmışdır. Lakin mövcud beynəlxalq şəraiti nəzərə alaraq turançılığın mümkünsüzlüyünü gördükdə, Klassik Turançılığı Yeni Turançılığa çevirərək federalist Turan Dövləti hədəfini irəli sürdü. O bildirirdi ki, vahid türk milliyətinə aid ayrı-ayrı türk toplumları ümumi şüur və kollektiv iradəyə yiyələnməklə fəallaşıb dinamikləşərək millət olmalı , özlərinin ayrıca, müstəqil türk dövlətlərini qurmalı , sonra isə böyük türk mədəniyyətinə bağlı həmin müstəqil türk dövlətləri birləşərək Turan Federasiyası yaratmalıdır.

Əgər M.Ə.Rəsulzadə bu fikirləri hələ müstəqil türk dövlətlərinin olmadığı bir dövrdə demişdisə, artıq bu gün həmin müstəqil türk dövlətləri mövcuddur.

M.K.Atatürk isə Türk birliyi haqqında belə deyirdi: “ Türk Birliyinin bir gün həqiqət olacağına inanıram. Mən görməsəm belə, gözlərimi dünyaya onun röyaları içində yumacağam.Türk birliyinə inanıram. Onu görürəm. Sabahın tarixi yeni fəsillərini Türk Birliyi ilə açacaq. Dünya sakitliyini bu fəsillər içində tapacaqdır. Türklüyün varlığı bu köhnə aləmə yeni üfüqlər açacaq. Günəş nə demək, üfüq nə demək o zaman görüləcək. Həyatda yeganə varlığım və sərvətim türk olaraq doğulmağımdır.”

Əlbəttə, əgər bu fikirlər bu gün bütün türklərin amalı olarsa, Atatürkün dediyi o günəş tezliklə doğar. Lakin aydındır ki, heç zaman dünyanın digər xalqları, dövlətləri türk birliyini istəməmiş, bundan qorxmuş və var güclərilə bu birliyin gerçəkləşməsinə çalışmışdır. Hətta onlar türk dövlətlərinin bayraqlarını yanaşı görməkdən belə, narahat olur və ola biləcək türk birliyini beşikdəcə boğmağa çalışırlar. Türk Birliyinə mane olmağa çalışanlar yalnız xarici düşmənlər deyil, onlar arasında daxili düşmənlər də vardır və çox vaxt onlar daha təhlükəli olurlar.

Tarixdən məlumdur ki, türkləri düşmənlər yalnız namərdliklə və daxildən satqınların vurduqları zərbələrlə məğlub etməyə müəssər olmuşlar. Burada Nihal Atsızın sözlərini xatırlamamaq olmur: “ İlanın ən təhlükəlisi. Olduğu yerlə eyni rəngdə olanıdır.” Lakin nə qədər də türk birliyinə qarşı çıxan daxili və xarici düşmənlər olsa da, 1930-cu illərdə Türkçü –Turançı düşüncənin ən radikal nümayəndələrindən olan Nihal Atsız türk gənclərinə inanaraq deyirdi: “ Türkçülük böyük Türk elində , Türk ulusunun qeyd-şərtsiz hakimiyyəti və azadlğı ilə Türklüyün hər yöndən bütün millətlərdən irəli və üstün olması ideyalıdır. Bu ideal, keçmişdə bir neçə dəfə gerçəkləşib. Ulu Türkçülük idealı və inancı ilə yetişən gənclik sayəsində yenidən gerçək olacaq.”

Müasir dövrümüzdə Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının keçirilməsi Türk dünyasına qarşı yönələn mənfi rəy, təzyiq və təsirlərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Etiraf etmək lazımdır ki, bu gün başda Azərbaycan və Türkiyə olmaqla Türk dünyasına qarşı ikili münasibət , mənfi rəy mövcuddur. Lakin artıq Türk dövlətlərinin birliyi zamanın sifarişi olmaqdadır. Həmçinin müasir qloballaşma prosesi də kimsənin açıqca Türk dövlətlərinin birliyinə qarşı çıxmasını əngəlləyir. Qloballaşma hər kəsin əməkdaşlığını nəzərdə tutduğundan türklərin bir-biri ilə ünsiyyəti aktual işə çevrilir.

Sözdə Türk birliyindən danışanlar az deyil. Konkret olaraq bu yöndə iş görmək lazımdır. Türkiyənin türk dövlətləri vətəndaşları üçün viza rejimini ləğv etməsini bu istiqamətdə atılmış müsbət addım kimi qiymətləndirmək olar. Lakin ümumi işin uğuru üçün bu kimi işləri qarşılıqlı olaraq bütün türk dövlətləri etməlidir. Bundan başqa  ortaq türk dilinin, ortaq əlifbanın, ortaq cəmiyyətlərin, elmi, mədəni mütəxəssislərin, kadrların, ortaq televiziyanın, KİV-in, elmi tədqiqat mərkəzlərinin yaradılması  mühüm addımlardan biri olardı.

Əgər sözün geniş mənasında Türk dövlətlərinin birliyinin təmin edilməsindən gedirsə, bu məqsəddən hələ çox uzaqda olduğumuzu etiraf etməliyik. Onun siyasi, iqtisadi , hərbi və mədəni səbəbləri var. Türk dövlətlərinin birliyi məsələsi təkcə türk xalqlarının marağı ilə məhdudlaşmadığından problem ciddi səviyyədə qoyulmalıdır. Mərkəzi Asiya türk dövlətləri Azərbaycan və Türkiyə istiqamətində əlaqələri inkişaf etdirməlidirlər. Elə işə iqtisadi və mədəni aspektlərdə əlaqələri genişləndirməklə başlamaq olar. Nəhayət o zaman, sözdə deyil, işdə birlik yaranar və nəticədə Türk dövlətlərinin birliyi dünyada güc mənbəyinə çevrilər.

Müəllif: Məmmədzadə Fərid

Категория: Siyasi | Добавил: Farid (03.03.2009) | Автор: Məmmədzadə Fərid
Просмотров: 2683 | Комментарии: 5 | Рейтинг: 5.0/1 |
Всего комментариев: 5
5 zeynalabdin  
0
cox gozeldi bunu yaradana halal olsun malades cox xosuma gelidi

4 Türk İslam birliyi  
0
Allah razı olsun qardaş səndən. Halaldır.

3 Etibar  
0
Salam, meqalenizi oxudum. Buna gore size derin tesekkurumu bildirirem. Bu haqda demek olar ki hec kim yazmir. Teessufler olsun ki, TURK dovletlerinin birlik ideyalari ABS-in mason layihelerinden kenara cixmir. Mene ele gelir ki, bu cur birliye meyllilik qesden ABS terefinden imitasiya edilir ve ciddi xarakter dasimayaraq daha cox medeni saheni ehate edir. Ustelik TURKDILLI dovletlerin siyasi sistemleri umumiyetle bu barede dusunmek istemirler. Hemin olkelerde TURK birliyi ideyasi milletci partiya ve teshkilatlara mensubdur. Mene ele gelir ki ilk novbede medeni elaqlerden yox?, IQTISADI elaqelerden baslamaq lazimdir. Iqtisadi birlik ozu hem siyasi munasibetlere hem de medeni yaxinlasmaya tekan verecekdir. Meselen, yaxsi olar ki, biz keyfiyyetsiz Iran masinlari evezine keyfiyyetsiz Qazaxistan masinlari alaq, ve yaxud Pakistan duyusu yerine Turkmen duyusu ...Nefti Rusiyaya 50 $ veririkse, Ozbekistana da eyni tarifle neft sataq ve s. Turk dovletlerinin birliyini yaratmaq ucun ilk novbede bu dovletlerinin bir-birine mueyyen guzestlere getmesi lazmdir mence. Avropa modeli esasinda Turk birliyini qurmaq ucun Fransa, Almaniya, Britaniya, kimi super inisaf etmis iqtisadiyyat, herbi guc, demokratik siyasi sistem gerekdir. Bizlerde ise bunlarin hec biri yoxdur. Ustelik bu "BIRLIYIN" kifayet qeder eleyhidari var.

2 Fazik  
0
Ferid e$q olsun biggrin

1 Farid  
1
Meqale haqqinda fikirlerinizi, ve mene irad ve tekliflerinizi cekinmeden bildire bilersiniz smile
Ferid M. wink

Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024